Məhkəmə qərarları › İş №2(004)-36/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-36/2024

27.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-36/2024 27.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi ilə, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh X1 "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə Şəmşiddin oğlunun iştirakları ilə, İddiaçı AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb olunmaqla cavabdeh X1 "xxxx" ASC-yə qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb olunmaqla cavabdeh X1 "xxxx" ASC-yə qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı xx.xx.20211-ci il tarixdə istehsalatda xəsarət almazdan əvvəl malik olduğu orta aylıq əmək haqqının düzgün hesablanaraq müvafiq olaraq kompensasiyanın hesablanması və əskik ödənilmiş kompensasiya məbləği ilə arada yaranmış fərqin əvvəki aylara münasibətdə birdəfəlik ödənilməsi və düzgün hesablanmış aylıq kompensasiyanın hər ay cavabdeh "xxxx" ASC –dən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı xx.xx.2011-ci il tarixdə istehsalatda xəsarət almazdan əvvəl malik olduğu olduğu orta aylıq əmək haqqının düzgün hesablanaraq müvafiq olaraq kompensasiyanın hesablanması və əksik ödənilmiş kompensasiya məbləği ilə arada yaranmış fərqin ödənilməmiş aylara münasibətdə birdəfəlik ödənilməsi, istehsalatda qəza baş verən andan bü günə qədər 2023-cü il tarixinə indeksiya edilməklə, eyni zamanda ödənilməyən kompensasiyadan hər günə görə zərərin ödənilməsi, düzgün hesablanmış aylıq kompensasiyanın hər ay cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı istehsalatda baş verən qəza səbəbindən ödənilən aylıq kopmensasiya məbləği hesablanarkən, Nazirlər kabinetinin qəza baş verdikdən sonra orta aylıq əmək haqqı məbləği düzgün hesablanmamış və bu səbəbdən də ona dəyən zərərə görə aylıq ödənc azalmışdır. Ona ödənilən kompensasiya məbləğinin azalmasından sonra iddiaçıda kompensasiyanın səhv hesablanması ilə bağlı narahatçılıq yaranıb, ödənilən məbləğin azlığı ilə bağlı narazılığını cavabdehə bildirmişdir, eyni zamanda əlillik dərəcəsini bərpa etdiyi müddətdə hesablanmayan ödənclərin hesablanaraq ödənilməsi və orta aylıq əmək haqqının düzgün hesablandıqdan sonra qalıq hissənində iddiaçıya ödənilməsi və müalicə xərclərinin hesablanaraq ödənilməsi ilə bağlı məsələnin məhkəməyə qədər həlli üçün də müracət etmiş lakin müraciəti nəticəsiz qalaraq qənaətbəxş olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında xx.xx.2003-cü il tarixli qərarının 2.1-ci bəndinə əsasən 2.1. İstehsalatda əmək xəsarəti nəticəsində zərərçəkənin əmək qabiliyyətinin azalması və ya ölümü nəticəsində dəyən zərərin əvəzi aylıq ödənişlər yolu ilə ödənilir. Həmin aylıq ödənc zərərçəkənin xəsarət almazdan və yaxud peşə əmək qabiliyyətini itirdiyi gündən əvvəl malik olduğu orta aylıq əmək haqqının həmin xəsarət nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin faizi miqdarında müəyyən edilib ödənilir. Həmin aylıq ödənc zərərçəkənin xəsarət almazdan və yaxud peşə əmək qabiliyyətini itirdiyi gündən əvvəl malik olduğu orta aylıq əmək haqqının həmin xəsarət nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin faizi miqdarında müəyyən edilib ödənilir. Cavabdeh X1 "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə Şəmşiddin oğlu etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddianı qəbul etmir, iddia ərizəsində sadalanan tələblərə baxmayaraq iddia ərizəsinə qeyd edilən halları təsdiq edən sübutları iddiaçı təqdim etməmişdir, tərəflərindən təqdim edilmiş əmək müqaviləsi və əmək haqqı barədə arayışdan görünür ki, iddiaçının xəsarət almazdan əvvəlki maaşı arayışda göstərilmiş miqdardadır. Məhkəmə iclasında İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq cavabdehin təklifi ilə razı olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin məzmununa uyğun izahat vermiş, əlavə olaraq ərizə ilə məhkəməyə müraciət edərək, dekabr 2010-cu il – 600 manat; yanvar 2011-ci il – 700 manat; fevral 2011-ci il – 800 manat; mart 2011-ci il – 500 manat; aprel 2011-ci il – 600 manat; may 2011-ci il – 750 manat; iyun 2011-ci il – 800 manat; iyul 2011-ci il – 590 manat; avqust 2011-ci il – 600 manat; sentyabr 2011-ci il 700 manat; oktyabr 2011-ci il – 500 manat; noyabr 2011-ci il – 485 manat; dekabr 2011-ci il – 600 manat bu aylarda alınan orta aylıq əmək haqqını nəzərə alaraq iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh X1 "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə Şəmşiddin oğlu etirazın məzmununa uyğun izahat verdi. Əlavə olaraq bildirdi ki, iddiaçıya əvvəllər orta aylıq əmək haqqı miqdarında, yəni 241,43 manat məbləğində aylıq ödənc verilirdi. Lakin sonradan məlum oldu ki, mühasibatlıq tərəfindən düzgün hesablanma aparılmamış, odur ki, itirdiyi əmək qabiliyyətinin dərəcəsinə uyğun olaraq aylıq ödəncin miqdarı düzgün hesablanaraq ödənilmişdir. Hazırda rəhbərlik 2024-cü ilin yanvar ayından hesablanmaqla minimum əmək haqqı miqdarında, yəni 345 manat olmaqla iddiaçıya aylıq ödəncin verilməsinə razıdır. İddiaçı qəbul edərsə tərəflər razılığa gələ bilərlər. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq onların iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: "xxxx" ASC-nin 31 mart 2008-ci il tarixli, 191 saylı arayışından görünür ki, İddiaçı həqiqətən xx.xx.2007-ci il tarixindən bu günə kimi "xxxx" ASC-də 2-ci dərəcəli dəmirçi peşəsində işləyir və onun orta aylıq əmək haqqısı 300 manat təşkil edir. İstehsalatda baş vermiş bədbəxt hadisə haqqında 22 nömrəli aktdan görünür ki, 20 noyabr 2011-ci il tarixində Taxta körpü-Ceyran batan su kanali 23 N-li sahəyə gələn qəlibçi (fəhlə) İddiaçı sahə iş ustasından lazımı peşə təlimatı və tapşırıq alıb və iş yoldaşları ilə birlikdə betonu bərkimiş d / b divarın qəlibını sökməyə başlayır. Bu minvalla onlar verilən tapşırığı saat 17-00 radələrinə qədər sökməyə davam edirlər. Elə bu zaman mıxın birini taxdadan çəkərkən mıxın başında kəsər çıxır və fırlanaraq kəsərin əl tutulduğu dəstəyin arxası onun gözünə dəyir və onun gözünü zədələyir. Şahidlərin dediyinə görə bu onun gözündə qoruyucu gözlük və başındakı dəbilqə nədənsə olmayıb. Sorğu zamanı məlum olur ki, o su içməyə gedərkən bu qoruyucu vasitələri nədənsə geyməyi unudub. Bu bədbəxt hadisə işçinin unutqanlığından baş verib. Hal-hazırda o, gözündən ombulator müalicə alır. Bir hadisə bu daha F. M V dən istifadə etməməyin nə qədər təhlükəli olduğunu sübut edir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatından görünür ki, İddiaçı üçüncü dərəcə əlillik müəyyən edilmişdir. Həmçinin, Binokulyar, ağır görmə pozğunluğu, OD Keratokonus, qeyri-düzgün astiqmatizim OS keratoplastika cerrahi əməliyytadan sonraki vəziyyət buynuz qişanın distrofiyası. VİS OD = 0,06 kor etmir VİS 05 = 0 (sıfır) diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Gədəbəy rayon şöbəsinin xx.xx.2013-cü il tarixli, 51/4751 saylı məktubundan görünür ki, Gədəbəy rayonun Söyüdlü kənd sakini İddiaçı DSMF Gədəbəy şöbəsindən xx.xx.2012-ci il tarixdən ömürlük İİİ qrup əmək zədəsi kimi əməl pensiyası alır. Onun əmək qabiliyyətini itirmə faizi 60%-dir. X1 "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, 394/22 saylı arayşından görünür ki, İddiaçı X1 "xxxx" ASC tərəfindən ona əmək qabiliyyətinin itirilməsi ilə bağlı xx.xx.2012-ci il tarixindən etibarən aylıq ödənc təyin olunmuşdur. Hal-hazırda ona ödənilən aylıq ödəncin miqdarı 120,71 manat təşkil edir. Əmək vəzifələrini yerinə yetirərkən xəsarət almış (peşə xəstəliyinə tutulmuş, həlak olmuş) işçiyə (işçinin ailəsinə) dəyən zərərin ödənilməsi haqqında 728 saylı Əmrdən görünür ki, qəlibçi (İİİ dərəcəli fəhlə) İddiaçı əmək vəzifəsini yerinə yetirərkən bədbəxt hadisə nəticəsində xəsarət almışdır. 29 nömrəli T.S.E.K ZTSEK-nin 28 iyul 2012-ci il tarixli qərarı ilə İddiaçı İİİ (60 %) qrup əlillik dərəcəsi verilmişdir və peşə qabiliyyətinin faiz itirilməsi haqqında rəy verilmişdir. ZTSEK-nin qərarı və rəyi ömürlük qüvvədədir. İddiaçı əmək qabiliyyətini itirməmişdən əvvəlki orta aylıq əmək haqqı 241,43 manat olmuşdur. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 xx.xx.2016-cı il tarixli məktubundan görünür ki, cəmiyyət tərəfindən təqdim olunmuş xx.xx.2016-cı il tarixli 644/16 nömrəli məktubda işçilərin əmək haqlarının, zərərə görə ödənclərinin və son haqqhesabların gecikməsinə yerinə yetirilən işlərə görə sifarişçi təşkilatlardan pulun vaxtında köçürülməməsinin səbəb olduğu qeyd edilmişdir. Lakin cəmiyyətin rəhbərliyi ödənişlərin yaxın vaxlarda ödəniləcəyinə zəmanət vermişdir. Qeyd olunanlarla razılaşmadığı halda İddiaçı qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət etmək hüququ vardır. "xxxx" ASC-nin Abşeron filialı tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli bank hesabından çıxarışdan görünür ki, X1 "xxxx" ASC tərəfindən İddiaçı kart hesabına xx.xx.2014-cü il tarixdə 2626,80 manat məbləğində, 2014-cü ilin mart ayından 2021-ci ilin fevral ayınadək hər ay 241,43 manat məbləğində, xx.xx.2022-ci il tarixdə 965,68 manat məbləğində ödənişlər edilmiş, xx.xx.2022-ci il tarixdən etibarən aprel, may, iyun və iyul ayları üçün 120,71 manat məbləğində ödənişlər edilmişdir. Sığortaolunanın fərdi uçot məlumatları əsasınd sosial sığorta stajı və pensiya kapitalı barədə arayışdan görünür ki, İddiaçı xx.xx.2007-ci ildən xx.xx.2011-ci il tarixədək 4 il 1 ay sosial sığorta stajı və fərdi hesabının sığorta hissəsində 2288,12 manat pensiya kapitalı vardır. X5 Xidmətindən İddiaçı ünvanlanmış xx.xx.2016-cı il tarixli məktubun məzmunundan görünür ki, iddiaçının əmək hüquqlarının pozulması barədə müraciəti üzrə araşdırma aparılmış, X1 "xxxx" ASC tərəfindən təqdim olunmuş xx.xx.2016-cı il tarixli 644/16 nömrəli məktubda işçilərin əmək haqlarının, zərərə görə ödənclərin və son haqq-hesabların gecikməsinə yerinə yetirilən işlərə görə sifarişçi təşkilatlardan pulun vaxtında köçürülməməsinin səbəb olduğu qeyd edilmişdir. Lakin Cəmiyyətin rəhbərliyi ödənişlərin yaxın vaxtlarda ödəniləcəyinə zəmanət vermişdir. Qeyd olunanlarla razılaşmadığı halda qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət etmək hüququ vardır. X1 "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, 440/23 saylı arayşından görünür ki, İddiaçı həqiqətən xx.xx.2010-cu il tarixdən xx.xx.2013-cü il tarixinə kimi “X2 "xxxx" ASC-də fəhlə peşəsində işləyib və onun ortaq aylıq əmək haqqısı vergilər daxil olmaqla 241,43 manat təşkil edir. Məhkəmə sorğusuna cavab olaraq X1 "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli məktubunun məzmunundan görünür ki, İddiaçı son haqq-hesab sənədləri şirkətin arxivində olduğundan, həmin arxivin də bir hissəsi yandığından onların tapılıb məhkəməyə təqdim edilməsi mümkün olmayacaqdır. Adıçəkilən şəxsin əmək müqaviləsinin surəti məktuba əlavə edilmiş qoşmada məhkəməyə təqdim edilir. "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 16 may 2011-ci il tarixli 3815 nömrəli Əmək müqaviləsindən görünür ki, İddiaçı Taxtakörpü Ceyranbatan kanalı 3-cü dərəcəli fəhlə peşəsinə işə qəbul edilmişdir. Müqavilə 3 ay müddətinə bağlanmışdır. Aylıq əmək haqqı 1 saat üçün 73 manat müəyyən edilmişdir. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 05 sentyabr 2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı xx.xx.2012-ci il tarixindən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Adıçəkilən şəxsin təqdim etdiyi sənədlərə əsasən onun xx.xx.1982-ci il tarixindən xx.xx.1983-cü il tarixinədək, xx.xx.1999-cu il tarixindən xx.xx.2006-cı il tarixinədək 8 il 4 ay 10 gün, Mərkəzləşdirilmiş Elektron informasiya sisteminin Pensiya altsisteminə əsasən xx.xx.2007-ci il tarixindən xx.xx.2012- ci il tarixinədək 4 il 7 ay sığorta stajı müəyyən edilmişdir. Yasamal Rayon Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli 2(004)-2146/2023 saylı qərardadı ilə mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 yanvar 2024-cü il tarixli məktubu ilə mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumat məhkəməyə göndərilmişdir. AR Mülki Məcəllənin: 1118.1-ci maddəsinin tələblərinə görə fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. 1118.2-ci maddəsinə görə itirilmiş qazanc (gəlir) müəyyənləşdirilərkən zərərçəkənə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə pozulması ilə əlaqədar təyin edilmiş əlilliyə görə pensiya, eləcə də həm sağlamlığına zərər vurulanadək, həm də zərər vurulduqdan sonra təyin edilmiş digər pensiyalar, müavinətlər və digər bu cür ödənişlər nəzərə alınmır və zərərin əvəzinin ödənilməsi miqdarının azaldılmasına səbəb olmur (zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir). Zərərçəkənin sağlamlığı pozulduqdan sonra əldə etdiyi qazanc (gəlir) da zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir. 1119.1-ci maddəsinə görə zərərçəkənin itirdiyi və əvəzi ödənilməli qazancın (gəlirin) miqdarı onun xəsarətdən və ya sağlamlığının başqa şəkildə pozulmasından və ya əmək qabiliyyətini itirməsindən əvvəlki orta aylıq qazancından (gəlirindən) faizlər şəklində müəyyənləşdirilir. Bu faizlər zərərçəkənin professional əmək qabiliyyətini itirməsi dərəcəsinə, professional əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətini itirməsi dərəcəsinə uyğun gəlməlidir. 1119.3-cü maddəsinə görə zərərçəkənin orta aylıq qazancı (gəliri) onun sağlamlığının pozulmasından əvvəlki on iki aylıq qazancının (gəlirinin) ümumi məbləğinin on ikiyə bölünməsi yolu ilə hesablanır. Zərər vurulanadək zərərçəkənin on iki aydan az işləmiş olduğu halda orta aylıq qazanc (gəlir) sağlamlığın pozulmasından əvvəlki faktik işlənilmiş aylar üçün qazancın (gəlirin) ümumi məbləğinin həmin ayların sayına bölünməsi yolu ilə hesablanır. Zərərçəkənin tam işləmədiyi aylar onun arzusu ilə tam işlənilmiş əvvəlki aylarla əvəz edilir və ya əvəz etmək mümkün olmadıqda hesabdan çıxarılır. AR Əmək Məcəlləsinin: 239-cu maddəsinin 2–ci hissəsinə əsasən işəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir. 3-cü hissəsinə əsasən istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 yanvar 2003-cü il tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği”nin 1.1-ci bəndinin 3-cü hissəsinə görə işçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda, bədbəxt hadisənin təhqiqat aktına əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Həmin Qaydaların 2.1-ci bəndinə görə İstehsalatda əmək xəsarəti nəticəsində zərərçəkənin əmək qabiliyyətinin azalması və ya ölümü nəticəsində dəyən zərərin əvəzi aylıq ödənişlər yolu ilə ödənilir. Həmin aylıq ödənc zərərçəkənin xəsarət almazdan və yaxud peşə əmək qabiliyyətini itirdiyi gündən əvvəl malik olduğu orta aylıq əmək haqqının həmin xəsarət nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin faizi miqdarında müəyyən edilib ödənilir. Həmin Qaydaların 2.3-cü bəndinə görə zərərə görə aylıq ödəncin məbləği müəyyənləşdirilərkən zərərçəkənə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə pozulması ilə əlaqədar təyin edilmiş əlilliyə görə pensiya, eləcə də həm sağlamlığına zərər vurulanadək, həm də zərər vurulduqdan sonra təyin edilmiş digər pensiyalar, müavinətlər və digər bu cür ödənişlər nəzərə alınmır və zərərin əvəzinin ödənilməsi miqdarının azaldılmasına səbəb olmur (zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir). Həmin Qaydaların 3.2-ci bəndinə əsasən zərər çəkmiş işçilərə aylıq ödənc istehsalatda əmək xəsarəti nəticəsində əvvəlki peşə əmək qabiliyyətini itirdiyi gündən verilir. Həmin Qaydaların 3.3-cü bəndinin 3-cü hissəsində isə göstərilmişdir ki, zərərçəkən peşə xəstəliyinə tutulduqda, zərərə görə aylıq ödəncin miqdarının hesablanmasında götürülən orta əmək haqqı zərərçəkənin işlədiyi peşə (vəzifə) üzrə əmək fəaliyyətinin dayandırıldığı və ya peşə xəstəliyinin təsdiq edildiyindən əvvəlki 12 təqvim ayı üzrə hesablanır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı xx.xx.2010-cu il tarixdən “X2 "xxxx" ASC-də fəhlə vəzifəsinə işə qəbul edilmişdir. 20 noyabr 2011-ci il tarixində iddiaçı iş yerində öz əmək funksiyalarını yerinə yetirərkən sağ gözündən xəsarət almış, həmin tarixdən “sağ gözünün deşilmiş zədəsi” diaqnozu ilə əməliyyat olunmuş və müalicə almışdır. 16 dekabr 2011-ci il tarixdə "xxxx" ASC tərəfindən istehsalatda baş vermiş bədbəxt hadisə haqqında 22 nömrəli “İZ” formalı akt tərtib olunmuşdur. ƏƏSMN Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən keçirilmiş müayinə nəticəsində İddiaçı “Binokulyar, ağır görmə pozğunluğu, OD Keratokomus, qeyri düzgün astiqmatizm OS Keratoplastika cərrahi əməliyyatdan sonrakı vəziyyət buynuz qişanın distrofiyası.VİS OD=0,06 Kor etmir VİS OS=0” diaqnozu qoyulmuş, TSEK-nın müvafiq qərarı ilə ona əmək qabiliyyətinin 50%-ni itirməsi ilə əlaqədar İİİ qrup əlillik dərəcəsi verilmişdir. Cavabdeh X1 "xxxx" ASC tərəfindən 2014-cü ilin fevral ayından iddiaçıya aylıq ödənclər ödənilməyə başlanmışdır. Belə ki, xx.xx.2014-cü il tarixdə 2626,80 manat məbləğində birdəfəlik ödəniş edilmiş, 2014-cü ilin mart ayından 2021-ci ilin fevral ayınadək hər ay 241,43 manat məbləğində, xx.xx.2022-ci il tarixdə 965,68 manat məbləğində ödənişlər edilmişdir. xx.xx.2022-ci il tarixdən etibarən aprel, may, iyun və iyul ayları üçün 120,71 manat məbləğində aylıq ödənişlər edilmişdir. Lakin 2022-ci ilin avqust ayından hazırki vaxtadək aylıq ödənclərin verilməsi dayandırılmışdır. İddiaçı hazırda cavabdeh tərəfindən kompensasiyanın düzgün hesablanaraq ödənilməsini tələb edir. Məhkəmə hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, iş materiallarında olan sənədlərlə müəyyən olunur ki, İddiaçı əmək qabiliyyətini itirməmişdən əvvəlki orta aylıq əmək haqqısı 241,43 manat təşkil edirdi. X1 "xxxx" ASC tərəfindən həmin məbləğdə aylıq ödənc 2014-cü ilin mart ayından 2022-ci ilin aprel ayınadək ödənilmişdir. 2022-ci ilin aprel ayından iyul ayına kimi isə 120,71 manat məvləğində aylıq ödənc verilmişdir. Bank hesabından çıxarışa əsasən müəyyən olunur ki, X1 "xxxx" ASC tərəfindən sonuncu dəfə 2022-ci ilin iyul ayında iddiaçının hesabına ödəniş mədaxil olunmuşdur. 2022-ci ilin Avqust ayından hazırki vaxtadək iddiaçıya aylıq ödəncin verilməsi dayandırılmışdır. Məhkəmə hesab edir ki, 2022-ci ilin avqust ayından 2024-cü ilin iyun ayı da daxil olmaqla 23 ay üçün ödənilməyən aylıq ödəncə görə cəmi 2776,33 manat məbləğində pul vəsaiti cavabdeh X1 "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilməlidir. “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi” Qaydaların 2.1-ci bəndinə görə aylıq ödənc zərərçəkənin xəsarət almazdan və yaxud peşə əmək qabiliyyətini itirdiyi gündən əvvəl malik olduğu orta aylıq əmək haqqının həmin xəsarət nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin faizi miqdarında müəyyən edilib ödənilir. Odur ki, iddiaçının itirdiyi peşə əmək qabiliyyətiniin faizinə uyğun olaraq cavabdeh tərəfindən 2024-cü ilin iyul ayından etibarən hər ay 120,71 manat məbləğində aylıq ödənc İddiaçı ödənilməlidir. İddia tələbi qalan hissədə əsaslı olmadığından təmin olunmamalıdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı əmək qabiliyyətinin itirilməsinə görə 2022-ci ilin avqust ayından 2024-cü ilin iyun ayı da daxil olmaqla 23 ay üçün ödənilməyən aylıq ödəncə görə cəmi 2776,33 manat məbləğində pul vəsaiti və 2024-cü ilin iyul ayından etibarən hər ay 120,71 manat məbləğində aylıq ödənc cavabdeh X1 "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı əmək qabiliyyətinin itirilməsinə görə 2022-ci ilin avqust ayından 2024-cü ilin iyun ayı da daxil olmaqla 23 ay üçün ödənilməyən aylıq ödəncə görə cəmi 2776,33 manat məbləğində pul vəsaiti cavabdeh X1 "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilsin. 2024-cü ilin iyul ayından etibarən hər ay 120,71 manat məbləğində aylıq ödənc cavabdeh X1 "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar