Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-360/2024 07.08.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X5 oğlunun katibliyi ilə, İlkin iddia üzrə iddiaçı "xxxx" MMC-nin cavabdeh X2 qarşı “kredit müqaviləsinin ləğvi, borcun ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi, əmlakın açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin kredit borcunun ödənilməsinə yönəldilməsi, vəsait kifayət etməzsə, qalan borcun cavabdehdən tutulması, mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi və cavabdehin və ailə üzvlərinin istifadə hüquqlarına xitam verilməklə, onların mənzildən çıxarılması” tələbinə dair, qarşılıqlı iddia üzrə iddiaçı X1 cavabdeh "xxxx" MMC-yə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və əmlakın ipoteka yüklülüyündən azad edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İlkin iddia üzrə iddiaçı "xxxx" MMC cavabdeh X2 qarşı “kredit müqaviləsinin ləğvi, borcun ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi, əmlakın açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin kredit borcunun ödənilməsinə yönəldilməsi, vəsait kifayət etməzsə, qalan borcun cavabdehdən tutulması, mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi və cavabdehin və ailə üzvlərinin istifadə hüquqlarına xitam verilməklə, onların mənzildən çıxarılması” tələbinə dair, qarşılıqlı iddia üzrə iddiaçı X3 cavabdeh "xxxx" MMC-yə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və əmlakın ipoteka yüklülüyündən azad edilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət etmişlər. İlkin iddia üzrə iddiaçı "xxxx" MMC-nin və qarşılıqlı iddia üzrə iddiaçı X1 nümayəndəsi və vəkili məhkəməyə yazılı müraciət edərək tərəflər arasında mübahisənin həll olunması əsası ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qaytarılmaqla iddianın baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişlər. Ərizə ilə iddiaçıların iradə ifadəsi həyata keçirilmişdir. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizələr təmin edilməli, mülki iş üzrə ilkin və qarşılıqlı iddia ərizəsi və əlavə edilmiş sənədlər iddiaçılara qaytarılmaqla iddiaların baxılmamış saxlanılması barədə qərardad qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 259.0.11-ci maddəsinin tələbinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılmalıdır. Qeyd olunanlar nəzərə alınmaqla, MPM-in 259.0.11-ci maddəsinin tələbləri rəhbər tutulmaqla mülki iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmaqla iddia tələbi baxılmamış saxlanılmalıdır. Məhkəmə qeyd edir ki, MPM-in 114.1.5-ci maddəsinin tələblərinə əsasən, əsasən ödənilmiş dövlət rüsumu iddiaçılara geri qaytarılmalıdır. MPM-in 260.6-cı maddəsinə əsasən iş üzrə iddianın baxılmamış saxlanılması haqqında qərardaddan şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1, 263, 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İlkin iddia üzrə iddiaçı "xxxx" MMC-nin cavabdeh X2 qarşı “kredit müqaviləsinin ləğvi, borcun ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi, əmlakın açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin kredit borcunun ödənilməsinə yönəldilməsi, vəsait kifayət etməzsə, qalan borcun cavabdehdən tutulması, mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi və cavabdehin və ailə üzvlərinin istifadə hüquqlarına xitam verilməklə, onların mənzildən çıxarılması” tələbinə dair mülki iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmaqla iddia tələbi baxılmamış saxlanılsın. ********** nömrəli qəbz üzrə dövlət rüsumu kimi ödənilmiş 168 (yüz altmış səkkiz) manat məbləğində pul Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən "xxxx" MMC-yə qaytarılsın. Qarşılıqlı iddia üzrə iddiaçı X3 cavabdeh "xxxx" MMC-yə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və əmlakın ipoteka yüklülüyündən azad edilməsi” tələbinə dair mülki iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmaqla iddia tələbi baxılmamış saxlanılsın. ********** nömrəli qəbz üzrə dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat məbləğində pul Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən "xxxx" MMC-yə qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №2(004)-360/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-360/2024
07.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver