Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3625/2020 12.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Əlisoy Züleyxa Səlim qızının katibliyi, İddiaçının səlahiyyətli nümayəndəsi X2, Cavabdeh3 iştirakı ilə, İddiaçı ASC-nın cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması tələbinə dair” mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 505,17 ABŞ dolları əsas borc, 797,72 ABŞ dolları faiz borcu, 393,30 ABŞ dolları cərimə, kredit müqaviləsi üzrə xx.xx.2016 il tarixdən, xx.xx.2020 il tarixədək geckdirilmiş vaxt üçün ilik 5 faizlə hesablanmış 155,35 ABŞ dolları əldən çıxmış fayda olmaqla, cəmi 1851,54 ABŞ dolları borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək, məhkəməyə verdiyi izahatında bildirmişdir ki, Cavabdeh1 xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən “xxxxxx” İKB ASC-dən illik 28 faizlə 24 ay müddətinə 2000 ABŞ dolları kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 və Cavabdeh3 ilə xx.xx.2014 il tarixli zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2020-ci il tarixinə X1 banka xx.xx.2014 il tarixli kredit müqaviləsi üzrə 505,17 ABŞ dolları əsas borc, 797,72 ABŞ dolları faiz borcu, 393,30 ABŞ dolları cərimə, kredit müqaviləsi üzrə xx.xx.2016 il tarixdən, xx.xx.2020 il tarixədək geckdirilmiş vaxt üçün ilik 5 faizlə hesablanmış 155,35 ABŞ dolları əldən çıxmış fayda olmaqla, cəmi 1851,54 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Odur ki, iddiaçının nümayəndəsi iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddia tələbini qəbul etməmiş, iddia müddətinin tətbiqinə dair ərizə təqdim edərək ona münasibətdə iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdirlər. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, gəlməyən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və Cavabdeh3 izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 429.1.3., 442, 467, 739.1, 739.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, Cavabdeh1 ilə “xxxxxx” İKB ASC arasında bağlanılmış xx.xx.2014-cü il tarixli bank hesabı, kredit və zaminlik müqaviləsinə əsasən bank tərəfindən kredit alana illik 28 faizlə 24 ay müddətinə 2000 ABŞ dolları kredit verilmişdir. Zaminlər Cavabdeh2 və Cavabdeh3 həmin müqaviləyə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürərək kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün borcalanla birgə məsuliyyət daşıyırlar. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 banka borcu 505,17 ABŞ dolları əsas borc, 797,72 ABŞ dolları faiz borcu, 393,30 ABŞ dolları cərimə, kredit müqaviləsi üzrə xx.xx.2016 il tarixdən, xx.xx.2020 il tarixədək geckdirilmiş vaxt üçün ilik 5 faizlə hesablanmış 155,35 ABŞ dolları əldən çıxmış fayda olmaqla, cəmi 1851,54 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli çıxarışın surətindən görünür ki, “xxxxxx” İKB ASC-nin adı İddiaçı ASC adına dəyişdirilmişdir. Göründüyü kimi, iddiaçı müvafiq müqavilə üzrə öhdəliklərini yerinə yetirdiyi halda, kredit alanın hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. AR Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Habelə, bank hesabı, kredit və zaminlik müqaviləsi xx.xx.2014-cü il tarixdə bağlanmışdır. Müvafiq kredit razılaşması üzrə icra müddəti xx.xx.2016-cı il tarixdə başa çatmışdır. Buna baxmayaraq, iddiaçı xx.xx.2020-ci il tarixdə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Göstərilən normaların tələbi baxımından zaminə qarşı öhdəliyin icrası vaxtından bir il ərzində iddia irəli sürülmədiyindən xx.xx.2014-cü il tarixli bank hesabı, kredit və zaminlik müqaviləsi üzrə zaminliyə xitam verilməlidir. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı və qanuni olduğundan qismən təmin edilməli, kredit müqaviləsi ləğv edilməklə, Cavabdeh1 505,17 ABŞ dolları əsas borc, 797,72 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları cərimə, kredit müqaviləsi üzrə xx.xx.2016 il tarixdən, xx.xx.2020 il tarixədək geckdirilmiş vaxt üçün ilik 5 faizlə hesablanmış 155,35 ABŞ dolları əldən çıxmış fayda olmaqla, cəmi 1553,24 ABŞ dolları məbləğində pul və 30 manat məbləğində dövlət rüsumu bankın xeyrinə tutulmalıdır. İddia cərimənin tutulmasının (dəbbə pulunun) qalan hissəsinə münasibətdə təmin edilməməlidir. Belə ki, məhkəmə AR Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunun azaldılmasını məqbul saymışdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 505,17 ABŞ dolları əsas borc, 797,72 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları cərimə, kredit müqaviləsi üzrə xx.xx.2016 il tarixdən, xx.xx.2020 il tarixədək geckdirilmiş vaxt üçün ilik 5 faizlə hesablanmış 155,35 ABŞ dolları əldən çıxmış fayda olmaqla, cəmi 1558,24 (bir min beş yüz əlli səkkiz dollar 24 sent)ABŞ dolları məbləğində borc (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq manatla) və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq, İddiaçı ASC-nın xeyrinə ödənilsin. İddia tələbi cərimənin qalan hissəsinə və digər cavabdehlərə münasibətdə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-3625/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3625/2020
12.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver