Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3630/2021 22.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, Cavabdeh nümayəndəsi (əri) X1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə 08.05.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 20.04.2015-ci il tarixli 00-15-11-017504 nömrəli kredit müqaviləsi üzrə 20.04.2019-cu il tarixə yaranmış 1.074,22 ABŞ dolları əsas borc, 776,19 ABŞ dolları faiz borcu olmaqla, cəmi 1.850,41 ABŞ dolları borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 20.04.2015-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" ASC borcalan Cavabdeh illik 29 faiz olmaqla 48 ay müddətinə 1991 ABŞ dolları kredit vermişdir. Borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini lazımınca icra etməmişdir. Cavabdehnln banka 20.04.2019-cu il tarixə 1.074,22 ABŞ dolları əsas borcu, 776,19 ABŞ dolları faiz borcu olmaqla, cəmi 1.850,41 ABŞ dolları borcu yaranmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcunu ödəməkdən boyun qaçırır. Odur ki, iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı "xxxx" ASC-yə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişləri göndərilmişdir, lakin iddiaçının nümayəndəsi məhkəməyə gəlməmişdir. İddiaçı "xxxx" ASC 17.07.2021-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinin tələbinə uyğun olaraq iddiaçının nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Cavabdeh nümayəndəsi (əri) X2 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, Cavabdeh qardaşının əməliyyatı üçün "xxxx" ASC-yə müraciət edərək 2.000 manat kredit istəmişdir. Tərəflər arasında bağlanmış 20.04.2015-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" ASC borcalan Cavabdeh illik 29 faiz olmaqla 48 ay müddətinə 1991 ABŞ dolları kredit vermişdir. Cavabdeh ABŞ dollarını tanımadığını bildirmiş və pulu manatla istəmişdir. Bundan sonra bankın əməkdaşı valyuta dəyişmə məntəqəsində 1991 ABŞ dollarını manata dəyişərək, Cavabdeh manatla 2.000 manat pul təqdim etmişlər. Cavabdeh pulu manatla götürdüyü üçün ödənişləri də manatla etmişdir. Cavabdeh banka qrafikə əsasən 3.385,67 manat ödəməli idi, ümumilikdə 3.394 manat pul ödəmişdir. Bunlardan 76 manat ödənilməsinə dair iki ədəd qəbzi məhkəməyə təqdim edə bilmir, qalan qəbzləri təqdim edir. Cavabdeh banka olan borcunu tamamilə ödəmişdir və heç bir borcu yoxdur. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə cavabdehin izahatını dinləyib, işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırıb, iddiaçının nümayəndəsinin iddianı müdafiə etməsinə dair ərizəsini və iş materiallarında olan sənədləri nəzərdən keçirib hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, borcalan Cavabdeh 20.04.2015-ci il tarixli ərizə ilə "xxxx" ASC-yə müraciət edərək, ona şəxsi məqsədlər üçün 48 ay müddətinə 1991 ABŞ dolları kredit verilməsini xahiş etmişdir. Krediti vaxtında qaytarmağa zəmanət vermişdir. 20.04.2015-ci il tarixli 00-15-11-017504 nömrəli kredit müqaviləsinə əsasən "xxxx" ASC borcalan Cavabdeh 48 ay müddətinə illik 29 faiz dərəcəsi ilə 1991 ABŞ dolları kredit vermişdir. 20.04.2015-ci il tarixdə kredit verildiyi gün 1 ABŞ dolları 1,0502 AZN olmuşdur, verilmiş 1991 ABŞ dolları kredit Azərbaycan manatına olan məzənnə ilə 2.090,95 AZN təşkil etmişdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borcalan müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq borcunu vaxtında ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Əsas borcun və hesablanmış faizlərin məbləği, müqavilənin şərtlərinə uyğun olaraq düzgün müəyyən edilmişdir. "xxxx" ASC-nin 04.05.2021-ci il tarixli M/03-3206 nömrəli maliyyə arayışdan müəyyən edilir ki, Cavabdeh 20.04.2015-ci il tarixli müqavilə üzrə 19.05.2015-19.04.2019-cu ilə kimi ümumilikdə 2837,63 ABŞ dolları ödəniş etmişdir. Bundan 916,78 ABŞ dolları əsas borc, 1920,85 ABŞ dolları faiz borcuna silinmişdir. 19.04.2019-cu ildə əsas borcdan 637,58 ABŞ dolları, faizdən 7,90 ABŞ dolları ödənilmiş (güzəşt edilmiş) vəsait Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli 551 saylı Fərmanına əsasən ödənilmiş konpensasiya məbləğidir. 20.04.2015-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh 20.04.2019-cu il tarixə "xxxx" ASC-yə 1.074,22 ABŞ dolları əsas borcu, faiz borcu üzrə 776,19 ABŞ dolları faiz borcu olmaqla, cəmi 1.850,41 ABŞ dolları borcu yaranmışdır. Cavabdehin nümayəndəsi borcun manatla qaytarıldığını bildirərək, borcun olmadığını qeyd etsə də, tərəflər arasında bağlanmış müqaviləyə əsasən cavabdehə borc ABŞ dolları ilə verilmiş və tərəflər müqavilənin 4.2-ci bəndinə əsasən ödənişin ABŞ dolları ilə qaytarılması barədə razılığa gəlmişlər. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 20.04.2015-ci il tarixli 00-15-11-017504 nömrəli kredit müqaviləsi üzrə 20.04.2019-cu il tarixə yaranmış 1.074,22 ABŞ dolları əsas borc, 776,19 ABŞ dolları faiz borcu olmaqla, cəmi 1.850,41 ABŞ dolları borc (ödəniş günü Azərbaycan manatına olan məzənnə ilə) və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 20.04.2015-ci il tarixli 00-15-11-017504 nömrəli kredit müqaviləsi üzrə 20.04.2019cu il tarixə yaranmış 1.074,22 ABŞ dolları əsas borc, 776,19 ABŞ dolları faiz borcu olmaqla, cəmi 1.850,41 (bir min səkkiz yüz əlli ABŞ dolları qırx bir sent) ABŞ dolları borc (ödəniş günü Azərbaycan manatına olan məzənnə ilə) və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-3630/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3630/2021
22.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver