Məhkəmə qərarları › İş №2(004)-3635/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3635/2020

23.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3635/2020 23.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi ilə, İddiaçı “xxxxxxx” Kommersiya Bankı ASC-nin nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə İddiaçı “xxxxxxx” Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxx” Kommersiya Bankı ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdehxx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə yaranmış 2.574 manat əsas borc, 263,28 faiz borcu, 2,49 manat cərimə olmaqla, cəmi 2.839,77 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq “xxxxxxx” KB ASC-yə ödəniliməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “xxxxxxx” Kommersiya Bankı ASC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən “xxxxxxx” Kommersiya Bankı ASC borcalan Cavabdeh istehlak məqsədləri üçün 64 ay müddətinə illik 18% ödəmək şərtilə 2.574 manat kredit vermişdir. Borclu müqavilənin şərtlərini pozaraq, dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazimi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə banka 2.574 manat əsas borc, 263,28 faiz borcu, 2,49 manat cərimə olmaqla, cəmi 2.839,77 manat borcu yaranmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcunu ödəməkdən boyun qaçırır. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etdi və izahatında bildirdi ki, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 2.574 manat əsas borc, 263,28 faiz borcu, 2,49 manat cərimə olmaqla, cəmi 2.839,77 manat borcu olmasını etiraf edir. Maddi vəziyyəti ilə əlaqədar olaraq həmin borcu hissə-hissə ödəyə bilər. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən “xxxxxxx” Kommersiya Bankı ASC borcalan Cavabdeh istehlak məqsədləri üçün 64 ay müddətinə illik 18% ödəmək şərtilə 2.574 manat kredit vermişdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq əsas və cərimə borcunu vaxtlı-vaxtında lazımi qaydada ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. xx.xx.2020-ci il tarixli ödəniş cədvəlindən görünür ki, borclu Cavabdeh kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə banka 2.574 manat əsas borc, 263,28 faiz borcu, 2,49 manat cərimə olmaqla, cəmi 2.839,77 manat borcu yaranmışdır. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mülki Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Məhkəmə sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edilməklə, Cavabdeh xx.xx.2019-cu il tarixli 797nkYSM/19 nömrəli kredit müqaviləsi üzrə yaranmış 2.574 manat əsas borc, hesablanmış 263,28 manat faiz borcu, 2,49 manat cərimə olmaqla, cəmi 2.839,77 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 2.869,77 manat tutularaq iddiaçı “xxxxxxx” Kommersiya Bankı ASC-yə ödənilməli, “xxxxxxx” Kommersiya Bankı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 797nkYSM/19 nömrəli kredit müqaviləsi ləğv edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli 797nkYSM/19 nömrəli kredit müqaviləsi üzrə yaranmış 2.574 manat əsas borc, hesablanmış 263,28 manat faiz borcu, 2,49 manat cərimə olmaqla, cəmi 2.839,77 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 2.869,77 (iki min səkkiz yüz altmış doqquz manat yetmiş yeddi qəpik) manat tutularaq iddiaçı “xxxxxxx” Kommersiya Bankı ASC-yə ödənilsin. İddiaçı “xxxxxxx” Kommersiya Bankı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 797nkYSM/19 nömrəli kredit müqaviləsi ləğv edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar