Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3649/2021 14.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 163,34 manat məbləğində əsas borc, 0 manat məbləğində faiz borcu və 51,87 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 215,21 (iki yüz on beş manat iyirmi bir qəpik) manat borcun və 20,40 məbləğində dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. İş materiallarında olan sübutlara əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh 17 noyabr 2016-cı il tarixində “Smilekart” kredit xəttinin ayrılması üçün ərizə ilə İddiaçı ASC-nə müraciət edərək istehlak məqsədi ilə 36 ay müddətinə 1000 manat məbləğində Smilekart vasitəsilə kredit xəttinin ayrılmasını xahiş etmişdir. İş materiallarında olan 17 noyabr 2016-cı il tarixli, 101893-PC********** nömrəli “Smile Kredit Xətti Müqaviləsi”nə əsasən müəyyən edilir ki, İddiaçı ASC 36 ay müddətinə, 1000 manat məbləğində kredit xətti açmağı öz öhdəsinə götürmüşdür. 17.11.2016-cı il tarixli, PC********** nömrəli balansdankənar məxaric orderinə əsasən müəyyən edilir ki, Cavabdeh plastik kartı təhvil almışdır. 30 aprel 2021-ci il tarixli maliyyə arayışına əsasən görünür ki, cavabdehin həmin tarixə 163,34 manat əsas borc, 0 manat faiz borcu, 51,87 manat cərimə borcu olmaqla, cəmi 215,21 manat borcu mövcuddur və kredit müqaviləsi üzrə gecikmə 416 gün təşkil edir. İddiaçı ASC-nin Cavabdeh 05.02.2021-ci il tarixdə ünvanladığı xəbərdarlıq məktubuna əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 163,34 manat məbləğində əsas borc və 51,87 manat cərimə borcu olmaqla, ümumilikdə 215,21 manat borc və 20,40 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ASC Cavabdeh ilə bağlanılan 17 noyabr 2016-cı il tarixli, 101893-PC********** nömrəli müqavilə üzrə öhdəliklərini yerinə yetirmiş, Cavabdeh isə həmin müqavilə üzrə öhdəliklərini tam yerinə yetirməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-4-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 163,34 manat məbləğində əsas borc və 51,87 manat faiz borcu olmaqla, ümumilikdə 215,21 (iki yüz on beş manat iyirmi bir qəpik) manat borc və 20.40 (iyirmi manat qırx qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-3649/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3649/2021
14.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver