Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-3650/2021 18.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi ilə, İddiaçı Qanuni nümayəndə MMC-nin cavabdeh “AMEA X1” MMC-yə qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qanuni nümayəndə MMC cavabdeh “AMEA X1” MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir. Bakı Kommersiya Məhkəməsinin 06.04.2021-ci il tarixli, e-2-2(113)-962/2021 saylı qərardadı ilə mülki işin, məhkəmə aidiyyəti Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin səlahiyyətinə aid olduğundan, aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, işə baxılmasının aidiyyət məsələsinin həll edilməsi üçün iş materialları kassasiya instasiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, həmin Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 44.1-ci maddəsinə əsasən aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinin tələblərinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyat qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Bakı Kommersiya Məhkəməsinin müvafiq qərardadından görünür ki, məhkəmə hazırki işdə cavabdeh qeyri-kommersiya hüquqi şəxs olduğundan, mübahisənin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yaranmadığından və eləcə də, MPM-nin 35-ci maddəsinə əsasən mülki işin baxılması üçün məhkəmə aidiyyatı üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsi qənaətinə gəlmişdir. Məhkəmə həmin əsaslarla razılaşmayaraq qeyd edir ki, iş materialları müəyyən edilmişdir ki, tərəflərin hər iki hüquqi şəxs olmaqla, aralarında yaranmış mübahisə 28.02.2020-ci il tarixli, C-060-S-İM-20 xidmət müqaviləsində irəli gəlmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı Qanuni nümayəndə MMC-nin cavabdeh “AMEA X1” MMC-yə qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Bakı Kommersiya Məhkəməsində baxılamlı idi. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, məhkəmələr arasında fikir ayrılığı olduğundan mülki işin baxılmasının aidiyyət məsələsinin həll edilməsi üçün mülki iş materialları ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb, Azərbaycan Respublikası MPM-nin 31,32, 44, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Qanuni nümayəndə MMC-nin cavabdeh “AMEA X1” MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işin materialları işin baxılmasının aidiyyət məsələsinin həll edilməsi üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilsin. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-3650/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-3650/2021
18.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver