Məhkəmə qərarları › İş №2(004)-3653/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3653/2020

02.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3653/2020 02.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi, İddiaçı «xxxxxxxx» ASC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı «xxxxxxxx» ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması və müqavilənin ləğv edilməsi tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «xxxxxxxx» ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması və müqavilənin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx xxxxxxxx 2018-ci il tarixli 6-Y- 3-0-3422-18 №li kredit müqaviləsinə əsasən “xxxxxx” İKB ASC-dən illik 21.5 faizlə 48 ay müddətinə 1800 AZN, xx xxxxxx 2019-cu il tarixli 6-Y-4-0-388-19 №li kredit müqaviləsinə əsasən “xxxxxx” İKB ASC-dən illik 21 faizlə 48 ay müddətinə 2900 AZN kredit götürmüşdür. Lakin borclu müqavilələrin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2020-ci il iyun 16-dək Cavabdeh banka xx xxxxxxxx 2018-ci il tarixli 6-Y-3- 0-3422-18 №li kredit müqaviləsi üzrə 1388.57 AZN əsas borc, 14.68 AZN faiz borcu və 1.38 AZN cərimə borcu olmaqla ümumilikdə cəmi 1404.63 AZN borcu, xx xxxxxx 2019-ci il tarixli 6-Y-4-0-388-19 №li kredit müqaviləsi üzrə 2446.72 AZN əsas borc, 11.33 AZN faiz borcu və 0.86 AZN cərimə borcu olmaqla ümumilikdə cəmi 2458.91 AZN borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Yuxarıda göstərilənlərə əsasən Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx xxxxxxxx 2018-ci il tarixli 6-Y- 3-0-3422-18 №li kredit müqaviləsi üzrə 1388.57 AZN əsas borc, 14.68 AZN faiz borcu və 1.38 AZN cərimə borcu olmaqla, ümumilikdə cəmi 1404.63 AZN borcun; xx xxxxxx 2019-ci il tarixli 6-Y-4-0-388-19 №li kredit müqaviləsi üzrə 2446.72 AZN əsas borc, 11.33 AZN faiz borcu və 0.86 AZN cərimə borcu olmaqla, ümumilikdə cəmi 2458.91 AZN borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması; “xxxxxx İKB” ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxxx 2018-ci il tarixli 6-Y-3-0-3422-18 №li kredit müqaviləsini və xx xxxxxx 2019-ci il tarixli 6-Y-4-0-388-19 №li kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbini qəbul edərək bildirdi ki, düzdür o bankdan kredit götürmüş və həmin kreditdən istifadə etmişdir. Əvvəllər işlədiyi üçün borcunu vaxtlı-vaxtında ödəmişdir. Lakin sonradan işini itirdiyindən ödəmələrində axsamalar yaranmışdır. Bank borcunu heç zaman ödəməkdən yayınmamış və hətta işsiz oldu müddət əlinə nə qədər pul düşmüşdürsə aparıb banka olan borcundan ödəmişdir. Hal-hazırda işsiz olduğundan tələb edilən borcu birdəfəlik ödəməyə imkanı yoxdur. Odur ki. hər müqavilə üzrə hər ay 50 manat ödəniş edilməklə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən şəxslərin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, Cavabdeh xx xxxxxxxx 2018-ci il tarixli 6-Y-3-0-3422-18 №li kredit müqaviləsinə əsasən “xxxxxx” İKB ASC-dən illik 21.5 faizlə 48 ay müddətinə 1800 manat; xx xxxxxx 2019-cu il tarixli 6-Y-4-0-388-19 №li kredit müqaviləsinə əsasən isə illik 21 faizlə 48 ay müddətinə 2900 manat məbləğində kredit götürmüşdür. Borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməmiş, nəticədə 2020-ci il iyun 16-dək Cavabdeh banka xx xxxxxxxx 2018-ci il tarixli 6-Y-3-0- 3422-18 №li kredit müqaviləsi üzrə 1388.57 manat əsas borc, 14.68 manat faiz borcu və 1.38 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 1404.63 manat borcu; xx xxxxxx 2019-ci il tarixli 6-Y-4-0-388-19 №li kredit müqaviləsi üzrə 2446.72 manat əsas borc, 11.33 manat faiz borcu və 0.86 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 2458.91 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməmişdir. Məhkəmə həmçinin iddia tələbinin Cavabdeh ilə iddiaçı «xxxxxx» İKB ASC («xxxxxxxx» ASC) arasında bağlanmış xx xxxxxxxx 2018-ci il tarixli 6-Y-3-0-3422-18 nömrəli və xx xxxxxx 2019-ci il tarixli 6-Y-4-0-388-19 nömrəli kredit müqavilələrinin ləğv edilməsi hissəsinə münasibət bildirərək hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməlidir. Beləliklə Azərbaycan Respublikasının MM-nin 385.1, 386, 442, 445.1, 462.1 və 739.2-ci maddələrinə əsasən və eləcədə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh ilə iddiaçı «xxxxxx» İKB ASC («xxxxxxxx» ASC) arasında bağlanmış xx xxxxxxxx 2018-ci il tarixli 6- Y-3-0-3422-18 nömrəli və xx xxxxxx 2019-ci il tarixli 6-Y-4-0-388-19 nömrəli kredit müqavilələri ləğv edilməli; Cavabdeh xx xxxxxxxx 2018-ci il tarixli 6-Y-3-0-3422-18 nömrəli kredit müqaviləsi üzrə 1388 (bir min üç yüz səksən səkkiz) manat 57 (əlli yeddi) qəpik əsas borc, 14 (on dörd) manat 68 (altmış səkkiz) qəpik faiz borcu və 1 (bir) manat 38 (otuz səkkiz) qəpik cərimə borcu olmaqla, ümumilikdə cəmi 1404 (bir min dörd yüz dörd) manat 63 (altmış üç) qəpik borcu xx xxxxxx 2019-ci il tarixli 6-Y-4-0-388-19 nömrəli kredit müqaviləsi üzrə 2446 (iki min dörd yüz qırx altı) manat 72 (yetmiş iki) qəpik əsas borc, 11 (on bir) manat 33 (otuz üç) qəpik faiz borcu və 0.86 (səksən altı) qəpik cərimə borcu olmaqla, ümumilikdə cəmi 2458 (iki min dörd yüz əlli səkkiz) manat 91 (doxsan bir) qəpik borcu İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh İddiaçı ASC-yə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ilə iddiaçı «xxxxxx» İKB ASC («xxxxxxxx» ASC) arasında bağlanmış xx xxxxxxxx 2018-ci il tarixli 6-Y-3-0-3422-18 nömrəli və xx xxxxxx 2019-ci il tarixli 6-Y-4-0- 388-19 nömrəli kredit müqavilələri ləğv edilsin. Cavabdeh xx xxxxxxxx 2018-ci il tarixli 6-Y-3-0-3422-18 nömrəli kredit müqaviləsi üzrə 1388 (bir min üç yüz səksən səkkiz) manat 57 (əlli yeddi) qəpik əsas borc, 14 (on dörd) manat 68 (altmış səkkiz) qəpik faiz borcu və 1 (bir) manat 38 (otuz səkkiz) qəpik cərimə borcu olmaqla, ümumilikdə cəmi 1404 (bir min dörd yüz dörd) manat 63 (altmış üç) qəpik borcu; xx xxxxxx 2019-ci il tarixli 6-Y-4-0-388-19 nömrəli kredit müqaviləsi üzrə 2446 (iki min dörd yüz qırx altı) manat 72 (yetmiş iki) qəpik əsas borc, 11 (on bir) manat 33 (otuz üç) qəpik faiz borcu və 0.86 (səksən altı) qəpik cərimə borcu olmaqla, ümumilikdə cəmi 2458 (iki min dörd yüz əlli səkkiz) manat 91 (doxsan bir) qəpik borcu İddiaçı ASC-nin xeyrinə tutulsun. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı «xxxxxxxx» ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar