Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3667/2020 21.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi, İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı mənzilin təhvil verilməsi tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı mənzilin təhvil verilməsi və maddi ziyanın tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxxxxxxxxxxxxxxx” MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində inşa edilmiş 1 saylı çoxmərtəbəli binanın 11-ci mərtəbəsində yerləşən 80 nömrəli, ümumi sahəsi 91,4 kv.metr olan 2 otaqlı mənzilin ona (sahibliyinə) təhvil verilməsi və vurduğu mənəvi ziyanın əvəzi olaraq 10000 (on min) manat ödəməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh “xxxxxxxxxxxxxxxxx” MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində inşa edilmiş 1 saylı çoxmərtəbəli binanın 11-ci mərtəbəsində yerləşən 80 nömrəli, ümumi sahəsi 91.4 kv.metr olan 2 otaqlı mənzili almaq üçün cavabdehlə xx xxxx 2010-cu il tarixində müqavilə bağlamışdır. İddia ərizəinə əlavə etdiyi xx xxxx 2010-cu il tarixli Qəbzdən (Qaimə-Faktura) görünür ki, o, 54840 (əlli dörd min səkkiz yüz qırx) ABŞ dolları məbləğində pul vəsaitini “xxxxxxxxxxxxxxxxx” MMC-yə köçürmüşdür. İddia ərizəinə əlavə etdiyi xx xxxx 2010-cu il tarixli maliyyə arayışından görünür ki, onun tərəfindən xx.xx.2010cu il tarixdə “xxxxxxxxxxxxxxxxx” MMC-dən cavabdeh tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində inşa edilmiş 1 saylı çoxmərtəbəli binanın 11 -ci mərtəbəsində yerləşən 80 nömrəli, ümumi sahəsi 91,4 kv.metr olan 2 otaqlı ümumi sahəsi 82 kvadratmetr olan 2 otaqlı mənzili almış və dəyərini tam ödəmişdir. Göründüyü kimi o, müqavilə üzrə öz öhdəliyini tam və vaxtında icra etmişdir. Amma, dəfələrlə etdiyi müraciətlərə baxmayaraq cavabdeh öz öhdəliyini icra etmir. İşə məhkəmədə baxılan dövrdə İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdeh “xxxxxxxxxxxxxxxxx” MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində inşa edilmiş 1 saylı çox mərtəbəli binanın 11-ci mərtəbəsidə yerləşən 80 nömrəli, ümumi sahəsi 91,4 kv.metr olan 2 otaqlı mənzilin İddiaçı təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, iddiaçı tərəfindən xx.xx.2010-cu il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində “xxxxxxxxxxxxxxxxx” MMC tərəfindən inşa edilmiş 1 saylı çoxmərtəbəli binanın 11-ci mərtəbəsində yerləşən 80 nömrəli, ümumi sahəsi 91,4 kv.metr olan 2 otaqlı ümumi sahəsi 82 kvadratmetr olan 2 otaqlı mənzilin dəyəri tam ödənmişdir. Bunu təsdiq edən kassa mədaxil orderi və maliyyə arayışı da verilmişdir. Tərəflər arasında müqavilə bağlanan zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə, həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Göründüyü kimi, iddiaçının Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində “xxxxxxxxxxxxxxxxx” MMC tərəfindən inşa edilmiş 1 saylı çoxmərtəbəli binanın 11-ci mərtəbəsində yerləşən 80 nömrəli, ümumi sahəsi 91,4 kv.metr olan 2 otaqlı ümumi sahəsi 82 kvadratmetr olan 2 otaqlı mənzilə xx.xx.2010-cu il tarixdən mülkiyyət hüququ yaranmışdır. İddiaçı tərəfindən xx.xx.2010-cu il tarixdə qeyd edilən mənzilin dəyərinin tam ödənilməsi ilə həm də iddiaçı müqavilə üzrə öz öhdəliyini tam şəkildə yerinə yetirmişdir. Göründüyü kimi cavabdeh öz öhdəliklərini yerinə yetirməli, tərəflər arasında bağlanmış xx xxxx 2010-cu il tarixli, 48 saylı müqavilənin 2.1.1-ci bəndinin şərtlərinə uyğun olaraq Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində inşa edilmiş 1 saylı çoxmərtəbəli binanın 11-ci mərtəbəsində yerləşən 80 nömrəli, ümumi sahəsi 91,4 kv.metr olan 2 otaqlı mənzili iddiaçıya təhvil verməlidir. Qeyd olunanlara əsasən məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehin məlum olan axırıncı qeydiyyat ünvanı (hüquqi ünvanı) üzrə bildiriş göndərilmiş, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbələri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçı işə qiyabi icraat qaydasında baxılmasına dair yazılı razılığını nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 238-ci maddəsinə uyğun olaraq işə qiyabi icraat qaydasında baxılması mümkün hesab edilmişdir. Məhkəmə iddiaçı tərəfi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2010-cu il tarixli müqaviləsinin surətindən görünür ki, Cavabdeh MMCilə İddiaçı arasında arasında bağlanmış müqaviləyə əsasən, cavabdeh Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi ünvanında inşa edilən 1 saylı yaşayış binasının 11-ci mərtəbəsində ümumi sahəsi 91.4 kv.m-dən ibarət olan 2 otaqlı 80 nömrəli mənzili alıcının mülkiyyətinə verməyi, alıcı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqının vaxtında cavabdehə ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.1.2-ci bəndinə əsasən müqavilənin ümumi məbləği 54840 ABŞ dolları müəyyən edilmişdir. Həmin müqvilənin 3.2-ci bəndinə əsasən satıcı müqavilənin 2.1-ci bəndində göstərilən tikinti-quraşdırma işlərinin 24 (iyirmi dörd) ay ərzində tamamlamağı və alıcıya təhvil verməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh MMC-nin direktoru E.A.Məmmədov tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli maliyyə arayışına əsasən, İddiaçı Bakı şəhəri, Yeni Yasamal yaşayış massivində inşa etdiyi 1 saylı yaşayış binasının 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 91.4 kv.m-dən ibarət olan 2 otaqlı 80 nömrəli mənzil üçün şirkətə borcu yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ilə Cavabdeh MMC arasında Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi ünvanında inşa edilən 1 saylı yaşayış binasının 11-ci mərtəbəsində ümumi sahəsi 91.4 kv.m-dən ibarət olan 2 otaqlı 80 nömrəli nömrəli mənzilin tikintisi ilə bağlı xx.xx.2010-cu il tarixdə müqavilə imzalanmış, müqaviləyə əsasən mənzillərin ümumi dəyəri 54840 ABŞ dolları məbləğində dəyərləndirilmişdir. İddiaçı, payçı tərəfindən MTK-ya mənzilin dəyəri 54840 ABŞ dolları məbləğində tam ödənilmiş, lakin cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Məhkəmə belə hesab edir ki, tərəflər arasında mənzil tikintisi haqqında müqavilə bağlanmaqla Azərbaycan Respublikasının MM-nin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Həmin Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qanunvericiliyin mənasına görə icra müddəti təyin edilməmiş, habelə bu müddəti təyin etmək mümkün olmayan öhdəliyi borclu ağlabatan müddətdə icra etməlidir. Burada ağlabatan müddət öhdəliyin mahiyyətindən, həcmindən, mürəkkəbliyindən asılı olaraq müəyyən edilir. Məhkəmə bu hissədə toplanmış sübutlara qiymət verərək hesab edir ki, xx.xx.2010cu il tarixli müqavilələrin bağlandığı andan cavabdeh üzərinə düşən öhdəliyi 10 ilə yaxın müddət ərzində icra etməməsi müqavilənin ağıla batan müddətdə icra edilməməsi kimi hesab edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» xx xxxxxxx 2010-cu il tarixli qərarında hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulması məcburi olan hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq iddia tələbi üzrə belə nəticəyə gəlir ki, iddiaçının pay haqqını tam verdiyi mənzilə sahiblik və istifadə etmək hüququ yarandığından, cavabdehin mənzili iddiaçıya təhvil verməkdən yayınması qanusuz olmuşdur. Odur ki, iddia tələbi təmin edilməli, Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində inşa edilmiş 1 saylı çox mərtəbəli yaşayış binasının 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 91,4 kv.m-dən ibarət olan 2 (iki) otaqlı 80 saylı mənzil İddiaçı təhvil verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində inşa edilmiş 1 saylı çox mərtəbəli yaşayış binasının 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 91,4 kv.m-dən ibarət olan 2 (iki) otaqlı 80 saylı mənzil İddiaçı təhvil verilsin. Qətnamə rəsmi alındıqdan sonra 10 (on) gün müddətində onun ləğvi üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə ərizə verilə bilər və ya qətnamədən 1 (bir) ay müddətində həmin məhkəmə vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-3667/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(004)-3667/2020
21.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver