Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3675/2021 16.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi ilə, Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına qarşı “13.04.2011-ci il tarixli 045 nömrəli kredit müqaviləsi üzrə 17.01.2013-cü ildən sonra hesablanmış faizlərin silinməsi və hazırda faizlərin hesablanmasının dayandırılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına qarşı “13.04.2011-ci il tarixli 045 nömrəli kredit müqaviləsi üzrə 17.01.2013-cü ildən sonra hesablanmış faizlərin silinməsi və hazırda faizlərin hesablanmasının dayandırılması” tələbinə dair iddia ərizəsi ilə 16.05.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin Sahil filialı ilə onun arasında bağlanmış 13.04.2011-ci il tarixli 045 nömrəli kredit müqaviləsi üzrə yaranmış borcun tutulmasına dair Bakı şəhəri Xətai rayon Məhkəməsinin 17.01.2013-cü il tarixli 2(011)-445/2013 nömrəli qətnaməsi qəbul edildikdən sonra hesablanmış faiz borcunun onun hesabından silinməsi və həmin müqavilə üzrə faizlərin hesablanmasının dayandırılması vəzifəsinin Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 13.04.2011-ci il tarixli 045 nömrəli kredit müqaviləsinə əsasən "xxxx" ASC borcalan İddiaçı illik 18%-lə 12 ay müddətinə qaytarmaq şərti ilə 400.000 ABŞ dolları kredit vermişdir. Kreditin qaytarılmasının təminatı kimi 13.04.2011-ci il tarixli ipoteka müqaviləsinə əsasən X3 mülkiyyətində olan ünvan 1 ünvanda 0,15 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 340,49 kv.metr olan bağ evi bankın qarşısında ipoteka ilə yüklü edilmişdir. İddiaçı borcunu ödəyə bilmədiyinə görə bank məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 17.01.2013-cü il tarixli 2(011)-445/2013 nömrəli qətnaməsi ilə "xxxx" ASC-nin iddiası təmin edilmiş, İddiaçı ilə "xxxx" ASC-nin Sahil filialı arasında 12 ay müddətinə bağlanmış 13.04.2011-ci il tarixli 045 nömrəli kredit müqaviləsi üzrə yaranmış 400.000 ABŞ dolları əsas borc, 48.189 ABŞ dolları faiz borcu, 6.400 ABŞ dolları cərimə olmaqla, ümumilikdə 454.589 ABŞ dolları borcun (ödəniş günü Azərbaycan manatı məzənnəsi ilə) və ödənilmiş 20 manat dövlət rüsumunun İddiaçı tutularaq "xxxx" ASC-yə ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi qət edilmişdir. Kredit götürülən tarixdən və qətnamə çıxandan sonra İddiaçı 300.000 ABŞ dollarından çox ödəniş etməsinə baxmayaraq, 15.01.2018-ci il tarixli SFK-1119 nömrəli akta əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10.02.2017-ci il tarixli 101-S nömrəli sərəncamının icrası ilə əlaqədar Beynəlxalq Bankın passiv öhdəlikləri cavabdeh tərəfindən qəbul edilərək, qeyd edilən akta əsasən bu günə əsas borc 220.000 ABŞ dolları və 110.862 ABŞ dolları faiz borcu qalması qeyd edilmişdir. Belə ki, ABŞ dolları 3 dəfə devalvasiyaya məruz qalmışdır. Bundan başqa iqtisadiyyat hal-hazırda pandemiya ilə əlaqədar çökmək üzrədir, ailəsinin maddi vəziyyəti son dərəcədə ağırdır. Valideynlərinin ağır xəstəlikləri olduğundan böyük məbləğdə onlara xərc çəkir və heç bir yerdən maddi və mənəvi dəstəyi yoxdur. Bank onun kimi vətəndaşların hesabına yüksək faizlər hesablamaqla bəhrələnməyə çalışır. İddiaçı 16.08.2021-ci il tarixdə teleqram ilə məhkəməyə müraciət edərək, ailə üzvlərinin covid-19 virusuna tutulduğunu, bu səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Lakin bu halı təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Cavabdehin nümayəndəsi isə işə mahiyyəti üzrə baxılmasını tələb etmişdir. Məhkəmə iddiaçının məhkəmə iclasına gəlməməsinin səbəblərini üzürlü hesab etmir və işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Cavabdeh QSC BOKT-nın nümayəndəsi X5 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10.02.2017-ci il tarixli 101S saylı sərəncamının icrası ilə əlaqədər Cavabdeh QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alması ilə bağlı borclu İddiaçı dair sənədlər SFK-1119 nömrəli 15.01.2018-ci il tarixli təhvil-təslim aktına əsasən Cavabdeh QSC-yə verilmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 17.01.2013-cü il tarixli qətnaməsi ilə "xxxx" ASC-nin iddiası təmin edilmiş, İddiaçı ilə "xxxx" ASCnin Sahil filialı arasında 12 ay müddətinə bağlanmış 13.04.2011-ci il tarixli 045 nömrəli kredit müqaviləsi üzrə yaranmış 400.000 ABŞ dolları əsas borc, 48.189 ABŞ dolları faiz borcu, 6.400 ABŞ dolları cərimə olmaqla, ümumilikdə 454.589 ABŞ dolları borcun (ödəniş günü Azərbaycan manatı məzənnəsi ilə) və ödənilmiş 20 manat dövlət rüsumunun İddiaçı tutularaq "xxxx" ASC-yə ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi qət edilmişdir. Qətnamə qəbul ediləndən sonra İddiaçı 30.10.2014-cü ildə 50.000 ABŞ dolları, 13.01.2015-ci ildə 50.000 ABŞ dolları, 20.02.2015-ci ildə 50.000 ABŞ dolları, 30.09.2015-ci ildə 30.000 ABŞ dolları olmaqla, cəmi 180.000 ABŞ dolları pul ödəmiş və həmin vəsait əsas borcdan silinmişdir. 15.01.2018-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı əsas borcu 400.000-180.000=220.000 ABŞ dolları, faiz borcunun isə 110.862 ABŞ dolları qaldığı göstərilmişdir. Hesab edir ki, hesablanmış faiz borcu 13.04.2011-ci il tarixli 045 nömrəli kredit müqaviləsinə əsasən illik 18%-lə 30.09.2015-ci il tarixdən sonrakı dövrə hesablanaraq, ümumilikdə 110.862 ABŞ dolları təşkil etdiyi qeyd edilmişdir. Qətnamə icraya yönəldilsə də, ipoteka predmetinin satılmasına və borcun ödənilməsinə dair məlumat əldə edə bilməmişdir. Hesab edir ki, iddia əsassızdır. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, 13.04.2011-ci il tarixli 045 nömrəli kredit müqaviləsinə əsasən "xxxx" ASC borcalan İddiaçı illik 18%-lə 12 ay müddətinə qaytarmaq şərti ilə 400.000 ABŞ dolları kredit vermişdir. 14.04.2011-ci il tarixli kassa məxaric orderinə imza etməklə İddiaçı 395.612 ABŞ dolları pulu "xxxx" ASC-nin Sahil filialından şəxsən almışdır. Kreditin qaytarılmasının təminatı kimi 13.04.2011-ci il tarixli ipoteka müqaviləsinə əsasən X3 mülkiyyətində olan ünvan 1 ünvanda 0,15 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 340,49 kv.metr olan bağ evi "xxxx" ASC-nin qarşısında ipoteka ilə yüklü edilmişdir. İddiaçı borcunu ödəyə bilmədiyinə görə bank məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 17.01.2013-cü il tarixli 2(011)-445/2013 nömrəli qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin cavabdehlər İddiaçı və X6 qarşı “borcun ödənilməsi və tutmanın ipoteka predimtinə yönəldilməsi” tələbinə dair iddiası təmin edilmiş, İddiaçı ilə "xxxx" ASC-nin Sahil filialı arasında 12 ay müddətinə bağlanmış 13.04.2011-ci il tarixli 045 nömrəli kredit müqaviləsi üzrə yaranmış 400.000 ABŞ dolları əsas borc, 48.189 ABŞ dolları faiz borcu, 6.400 ABŞ dolları cərimə olmaqla, ümumilikdə 454.589 ABŞ dolları borcun (ödəniş günü Azərbaycan manatı məzənnəsi ilə) və ödənilmiş 20 manat dövlət rüsumunun İddiaçı tutularaq "xxxx" ASC-yə ödənilməsi, tutmanın ipoteka müqaviləsinə əsasən X3 mülkiyyətində olan ünvan 1 ünvanda 0,15 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 340,49 kv.metr olan bağ evinin hərrac yolu ilə satılaraq əldə olunan vəsaitdən 400.000 ABŞ dolları əsas borc, 48.189 ABŞ dolları faiz borcu, 6.400 ABŞ dolları cərimə olmaqla, ümumilikdə 454.589 ABŞ dolları borcun (ödəniş günü Azərbaycan manatı məzənnəsi ilə) və ödənilmiş 20 manat dövlət rüsumunun "xxxx" ASC-yə ödənilməsi, borc məbləği ödənildikdən sonra qalan pul vəsaitinin mülkiyyətçi Axundov Kamal ustan oğluna qaytarıması, mənzillər açıq hərracda satıldıqdan 1 aydan gec olmayaraq cavabdeh X3 mənzildən çıxarılması və ekspertiza tədqiqatının dəyəri olan 70 manat pulun X2 və X4 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10.02.2017-ci il tarixli 101S saylı sərəncamının icrası ilə əlaqədər Cavabdeh QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alması ilə bağlı borclu şəxs İddiaçı dair sənədlər SFK-1119 nömrəli 15.01.2018-ci il tarixli təhvil-təslim aktına əsasən Cavabdeh QSC-yə verilmişdir. SFK-1119 nömrəli 15.01.2018-ci il tarixli təhvil-təslim aktında X7 "xxxx" ASC-yə 220.000 ABŞ dolları əsas borcu, 110.862,61 ABŞ dolları faiz borcu olmaqla, cəmi 330.862,61 ABŞ dolları borcu qaldığı göstərilmişdir. Halbuki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 17.01.2013-cü il tarixli 2(011)-445/2013 nömrəli qətnaməsi ilə X7 13.04.2011-ci il tarixli 045 nömrəli kredit müqaviləsi üzrə "xxxx" ASC-yə 400.000 ABŞ dolları əsas borc, 48.189 ABŞ dolları faiz borcu, 6.400 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 454.589 ABŞ dolları borcun qaldığı müəyyən edilmiş və həmin borcun tutulması qət edilmişdir. 13.04.2011-ci il tarixli 045 nömrəli kredit müqaviləsinin müddəti 13.04.2012-ci ildə bitdiyinə görə, müddəti bitmiş müqaviləyə əsasən X8 yenidən illik 18%-lə faiz borcu hesablanması qanunsuz olmuşdur. SFK-1119 nömrəli 15.01.2018-ci il tarixli təhvil-təslim aktına əlavə edilmiş 27.12.2017-ci il tarixli hesabdan çıxarışdan müəyən edilir ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 17.01.2013-cü il tarixli qətnaməsi qəbul edildikdən sonra X9 30.10.2014-cü ildə 50.000 ABŞ dolları, 13.01.2015-ci ildə 50.000 ABŞ dolları, 20.02.2015-ci ildə 50.000 ABŞ dolları, 30.09.2015-ci ildə 30.000 ABŞ dolları olmaqla, cəmi 180.000 ABŞ dolları pulu "xxxx" ASC-yə ödəmişdir və bu məbləğ onun 400.000 ABŞ dolları əsas borcundan silinmiş və əsas borcun məbləği 220.000 ABŞ dolları qalmışdır. Qətnamə üzrə faiz borcunun məbləği 48.189 ABŞ dolları müəyyən edildiyi halda, təhviltəslim aktında faiz borcu 110.862 ABŞ dolları göstərilmişdir. Faiz borcunun 48.189 ABŞ dollarından artıq olan hissəsi əsassız artırılmaqla, X7 üzərinə qanunsuz olaraq məsuliyyyət qoyulmasına səbəb olmuşdur. Odur ki, X9 qətnamə ilə müəyyən edilmiş 48.189 ABŞ dollarından artıq hesablanan faiz borcunun ödənilməsi üçün "xxxx" ASC-nin və Cavabdeh QSC-nin qarşısında hər hansı bir məsuliyyət daşımır və öhdəliyi yaranmamışdır. Çünki, 13.04.2011-ci il tarixli müqavilənin müddəti 13.04.2012-ci il tarixdə bitmişdir. Müddəti bitmiş müqaviləyə əsaslanmaqla faizlərin hesablanmasına yol verilmir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli qərarına əsasən kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Hüquqi müəyyənlik prinsipi baxımından tərəflər arasında bağlanılan kredit müqaviləsinin şərtləri və hüquqi nəticələri elə dəqiqliklə təsvir olunmalıdır ki, müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquq və vəzifələrini müəyyənləşdirə bilməsi mümkün olsun. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Kredit müqavilələrinin müddətli xarakter daşıdığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələri tətbiq olunarkən nəzərə alınmalıdır ki, iddia müddəti kreditin icra müddəti bitdiyi gündən hesablanır. Göründüyü kimi, 13.04.2011-ci il tarixli 045 nömrəli kredit müqaviləsinin müddəti 13.04.2012ci ildə bitməsindən sonra 17.01.2013-cü il tarixdə məhkəmə qətnamə qəbul etməklə, borcun məbləğini qətiləşdirmiş və bankın xeyrinə tutulması qənaətinə gəlmişdir. Bununla da tərəflər arasındakı müqavilə ləğv edilmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 17.01.2013-cü il tarixli 2(011)-445/2013 nömrəli qətnaməsi ilə tutmanın ipoteka predmetinə yönəldilməsi qət edildiyinə görə Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı iddiaçıya ləğv edilmiş 13.04.2011-ci il tarixli kredit müqaviləsi faiz hesablamaqda haqlı deyildir. Çünki, verilmiş borc yaxşı təmin edilmiş ipoteka müqaviləsi üzrə öhdəliklə təminatlandırılmış və tutulan borcun daşınmaz əmlaka yönəldilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı ilə "xxxx" ASC-nin Sahil filialı arasında 12 ay müddətinə bağlanmış 13.04.2011-ci il tarixli 045 nömrəli kredit müqaviləsi üzrə yaranmış 400.000 ABŞ dolları əsas borc, 48.189 ABŞ dolları faiz borcu, 6.400 ABŞ dolları cərimə olmaqla, ümumilikdə 454.589 ABŞ dolları borcun (ödəniş günü Azərbaycan manatı məzənnəsi ilə) və ödənilmiş 20 manat dövlət rüsumunun İddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmasına dair Bakı şəhəri Xətai rayon Məhkəməsinin 17.01.2013-cü il tarixli 2(011)-445/2013 nömrəli qətnaməsi qəbul edildikdən sonrakı müddətdə, yəni 17.01.2013-cü il tarixdən hazırkı vaxta kimi İddiaçı ilə "xxxx" ASC-nin Sahil filialı arasında bağlanmış 13.04.2011-ci il tarixli 045 nömrəli kredit müqaviləsi üzrə hesablanmış faiz borcu İddiaçı ******************** USD nömrəli hesabından silinməsi və həmin müqavilə üzrə faizlərin hesablanmasının dayandırılması vəzifəsi Cavabdeh QSC BOKT-un üzərinə qoyulmalıdır. Ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə "xxxx" ASC-nin Sahil filialı arasında 12 ay müddətinə bağlanmış 13.04.2011-ci il tarixli 045 nömrəli kredit müqaviləsi üzrə yaranmış 400.000 ABŞ dolları əsas borc, 48.189 ABŞ dolları faiz borcu, 6.400 ABŞ dolları cərimə olmaqla, ümumilikdə 454.589 (dörd yüz əlli dörd min beş yüz səksən doqquz) ABŞ dolları borcun (ödəniş günü Azərbaycan manatı məzənnəsi ilə) və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun İddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmasına dair Bakı şəhəri Xətai rayon Məhkəməsinin 17.01.2013-cü il tarixli 2(011)-445/2013 nömrəli qətnaməsi qəbul edildikdən sonrakı müddətdə, yəni 17.01.2013-cü il tarixdən hazırkı vaxta kimi İddiaçı ilə "xxxx" ASC-nin Sahil filialı arasında bağlanmış 13.04.2011-ci il tarixli 045 nömrəli kredit müqaviləsi üzrə hesablanmış faiz borcu İddiaçı ******************** USD nömrəli hesabından silinməsi və həmin müqavilə üzrə faizlərin hesablanmasının dayandırılması vəzifəsi Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının üzərinə qoyulsun. Ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-3675/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3675/2021
16.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver