Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3678/2021 05.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və girov predmetinə yönəldilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “kredit” tələbinə dair iddia ərizəsi ilə 16.05.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 2576,16 manat məbləğində əsas borc, 631,1 manat məbləğində faiz borcu, cəmi 3207,26 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30,40 manat dövlət rüsumunun tutulması, tutmanın bank qarşısında girov qoyulmuş, Cavabdeh məxsus, saxlanca qəbul edilmə aktına əsasən ******* nömrəli xüsusi paketdə bankın pul anbarına saxlanca qəbul edilmiş altı ədəd qızıl-zinət əşyasına (583 əyarlı bir ədəd qolbaq, üç ədəd üzük, bir cüt sırğa) yönəldilməsi və qızıl-zinət əşyaları hərracda satılmaqla satışdan əldə olunan pul hesabına borcun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 24.04.2019-cu il tarixli, 103840-233758/3 nömrəli istehlak krediti müqaviləsinə əsasən borcluya 24 ay müddətinə, illik 26% dərəcəsi ilə 4000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq bankla Cavabdeh arasında 24.04.2019-cu il tarixli, 103840-233758/3 nömrəli girov müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh tərəfindən 6 ədəd qızıl-zinət əşyası (583 əyarlı bir ədəd qolbaq, üç ədəd üzük, bir cüt sırğa) 24.04.2019-cu il tarixli, 233758.3 nömrəli aktla banka saxlanca qəbul edilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafıkini pozmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o Banka olan borcunu ödəməmişdir. 19.04.2021-ci il tarixə cavabdehin kredit müqaviləsi üzrə 2576,16 manat məbləğində əsas borc və 631,1 manat faiz borcu olmaqla, cəmi 3207,26 manat məbləğində kredit borcu yaranmışdır. Belə ki, borcalan krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. İddiaçı ASC 05.08.2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək 05.08.2021-ci il tarixə, saat 12:00-a təyin olunmuş məhkəmə iclasında üzlü səbəbdən nümayəndənin iştirakını təmin edə bilmədiyindən, işə iştirakı olmadan baxılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 24.04.2019-cu il tarixli, 103840-233758/3 saylı kredit müqaviləsinə əsasən, bank borcalana istehlak məqsədləri üçün 24 ay müddətinə illik 26% ödəmək şərtilə 4000 manat məbləğində kredit verməyi, borcalan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti və kreditə hesablanmış faizləri qaytarmağı öz öhdəsinə götürmüşdür. Girov müqaviləsi İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 24.04.2019-cu il tarixli, 103840-233758/3 nömrəli girov müqaviləsinə əsasən 24.04.2019-cu il tarixli, 103840-233758/3 nömrəli kredit müqaviləsi üzrə nəzərdə tutulmuş öhdəliklərin icrasının təminatı kimi müstəqil qiymətləndirici tərəfindən 1629,30 manat dəyərində qiymətləndirilmiş əmlakı bankın xeyrinə girova qoymuşdur. İş materiallarında olan girovun qiymətləndirilməsi və saxlanca qəbul edilməsi haqqında 24.04.2019-cu il tarixli, 233758.3 nömrəli akta əsasən 583 əyarlı bir ədəd qolbaq, üç ədəd üzük, bir cüt sırğa, cəmi altı ədəd qızıl-zinət əşyası 1132,2 manat məbləğində qiymətləndirilməklə, ******* nömrəli xüsusi paketə qoyularaq bankın pul anbarına saxlanca qəbul edilmişdir. İş materiallarında olan 25.06.2020-ci il tarixli, 103/103/0431/2020 saylı bildirişə əsasən, iddiaçı tərəfindən cavabdehə borcun ödənilməsinə dair xəbərdarlıq məktubu göndərilmişdir. İş materiallarında olan İddiaçı ASC tərəfindən tərtib olunmuş 19.04.2021-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh 24.04.2019-cu il tarixli, 103840-233758/3 saylı kredit müqaviləsi üzrə 2576,16 manat əsas, 631,1 manat faiz borcu, cəmi 3207,26 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Məhkəmə Cavabdeh 24.04.2019-cu il tarixli, 103840-233758/3 saylı kredit müqaviləsi üzrə 19.04.2021-ci il tarixinədək 2576,16 manat əsas, 631,1 manat faiz borcu, cəmi 3207,26 manat məbləğində borcunun olması iş materialları ilə sübut olunduğundan, iddianı əsaslı hesab edir. Məhkəmə iddia tələbinin tutulacaq borcun girova qoyulmuş əmlaka yönəldilməsi hissəsi üzrə qeyd edir ki, bu hissədə də tələb qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından əsaslı olduğundan təmin edilməli və cavabdehdən tutulmalı olan borc girova qoyulmuş Cavabdeh məxsus, saxlanca qəbul edilmə aktına əsasən ******* nömrəli xüsusi paketdə bankın pul anbarına saxlanca qəbul edilmiş altı ədəd qızıl-zinət əşyasına yönəldilməli, qızıl-zinət əşyaları hərracda satılmaqla satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq hissəsi Cavabdeh qaytarılmalıdır. AR Mülki Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 296.1-ci maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Həmin Məcəllənin 298.1-ci maddəsinə əsasən girov qoyulmuş əşyanın satılması nəticəsində götürülmüş məbləğdən, tutmanın həmin əşyaya yönəldilməsinə və onun satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər tutulduqdan sonra, girov saxlayanın tələbləri ödənilir, qalan məbləğ girov qoyana verilir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarını rəhbər tutaraq və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 24.04.2019cu il tarixli, 103840-233758/3 nömrəli kredit müqaviləsi üzrə 2576,16 manat məbləğində əsas borc, 631,1 manat faiz borcu, cəmi 3207,26 manat (üç min iki yüz yeddi manat iyirmi altı qəpik) və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30,4 (otuz manat qırx qəpik) manat məbləğində pul İddiaçı ASC-nin xeyrinə tutulmalı, tutma bank qarşısında girov qoyulmuş, Cavabdeh məxsus, saxlanca qəbul edilmə aktına əsasən ******* nömrəli xüsusi paketdə bankın pul anbarına saxlanca qəbul edilmiş altı ədəd qızıl-zinət əşyasına (583 əyarlı bir ədəd qolbaq, üç ədəd üzük, bir cüt sırğa) yönəldilməli, qızıl-zinət əşyaları hərracda satılmaqla satışdan əldə olunan pul hesabına borc ödənilməli, borc ödənildikdən sonra artıq qalan məbləğ cavabdehə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğlərinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 24.04.2019-cu il tarixli, 103840-233758/3 nömrəli kredit müqaviləsi üzrə 2576,16 manat məbləğində əsas borc, 631,1 manat faiz borcu, cəmi 3207,26 manat (üç min iki yüz yeddi manat iyirmi altı qəpik) və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30,4 (otuz manat qırx qəpik) manat məbləğində pul İddiaçı ASC-nin xeyrinə tutulsun. Tutma bank qarşısında girov qoyulmuş, Cavabdeh məxsus, saxlanca qəbul edilmə aktına əsasən ******* nömrəli xüsusi paketdə bankın pul anbarına saxlanca qəbul edilmiş altı ədəd qızıl-zinət əşyasına (583 əyarlı bir ədəd qolbaq, üç ədəd üzük, bir cüt sırğa) yönəldilsin, qızıl-zinət əşyaları hərracda satılmaqla satışdan əldə olunan pul hesabına borc ödənilsin, borc ödənildikdən sonra artıq qalan məbləğ cavabdehə qaytarılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-3678/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3678/2021
05.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver