Məhkəmə qərarları › İş №2(004)-368/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-368/2024

21.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-368/2024 21.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərər tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı maddi zərər tələbinə dair qarşılıqlı iddiası mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Nümayəndə1 cavabdeh Nümayəndə2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin mənzilindən axıdılmış suyun fəsadlarının aradan qaldırılması üçün dəymiş zərərin məbləğinin müəyyən edilərək təmirə başlanması, ödənilmiş dövlət rüsumunun və mənəvi zərərə görə 1000 manat məbləğin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Nümayəndə2 iddiaçı Nümayəndə1 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddianın rədd edilməsi, iddiaçıdan 10000 manat məbləğində zərərin əvəzinin tutularaq cavabdehə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı Nümayəndə1 əsl İddiaçı, cavabdeh Nümayəndə2 əsl Cavabdeh ilə əvəz edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)- 5625/2023 saylı qərardadına əsasən mülki iş üzrə məhkəmə ekspertizası təyin edilmiş, iş üzrə rəy verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmiş və mülki iş üzrə icraat rəy alınanadək dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16-/2-10/9390 saylı məktubu 13 fevral 2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İlkin İddiaçı nümayəndəsi Nümayəndə1 xx.xx.2023-cü il tarixində dəftərxana vasitəsilə ərizə təqdim edərək, hər iki tərəf bir-birilə barışıq əldə etdiyinə görə, iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi Nümayəndə2 xx.xx.2023-cü il tarixində dəftərxana vasitəsilə ərizə təqdim edərək, hər iki tərəf barışıq əldə etdiyinə görə, iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə, iddiaçının və cavabdehin ərizələrini nəzərdən keçirib hesab edir ki, ilk iddia ərizəsi və qarşılıqlı iddia ərizəsi və ərizələrə ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Eyni zamanda Azərbaycan Respublikası MPM-in 114.1.3-cü maddəsinə əsasən, dövlət rüsumunun qaytarılması məsələləri həll edilməli, dövlət rüsumu kimi ödənilmiş ilkin və qarşılıqlı iddia üzrə 30 (otuz) manat məbləğində pul İddiaçı və Cavabdeh qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərə görə pul” tələbinə dair barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “maddi zərərə görə pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. xx.xx.2023-cü il tarixli, ********** nömrəli qəbzə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pul Bakı şəhəri Baş Maliyyə İdarəsi tərəfindən ilkin İddiaçı qaytarılsın. xx.xx.2023-cü il tarixli, ********** nömrəli qəbzə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pul Bakı şəhəri Baş Maliyyə İdarəsi tərəfindən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qaytarılsın. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar