Məhkəmə qərarları › İş №2(004)-3680/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3680/2020

06.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3680/2020 06.08.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi ilə, İddiaçı «xxxxxxx» KB ASC-nin Cavabdeh Təcətdin oğluna qarşı borcun tutulması tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «xxxxxxx» KB ASC Cavabdeh Təcətdin oğluna qarşı borcun tutulması tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh Təcətdin oğlundan «xxxxxxx» KB ASC-nin xeyrinə 248.71 manat əsas borc, 45.55 manat faiz borcu, 1.31 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 295.57 manat borcun və 20 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılması xahiş etmişdir. Cavabdeh Təcətdin oğluna məhkəmə tərəfindən rəsmi qaydada qeydiyyatda olduğu ünvan üzrə və eləcə də, qeydiyyatda olduğu ünvan üzrə mənzil kommunal təsərrüfatı birliyi vasitəsi ilə bildiriş göndərilmişdir. Məhkəmə iş materillarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, tədqiq edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sübutlarla müəyyən edildi ki, xx.xx.2018-ci il tarixli Kredit müqaviləsinə əsasən iddiaçı «xxxxxxx» KB ASC tərəfindən borclu Cavabdeh Təcətdin oğluna 24 ay müddətinə illik 30 % ilə 500 manat məbləğində kredit limiti ayrılmışdır. Cavabdehin xx.xx.2020-ci il tarixinə banka olan borcu, əsas borc üzrə 248.71 manat, faiz borcu üzrə 45.55 manat, cərimə borcu üzrə 1.31 manat olmaqla, cəmi borcu 295.57 manat təşkil edir. Borcluya dəfələrlə şifahi və yazılı müraciət edilməsinə baxmayaraq o, müqavidən irəli gələn öhdəlikbrini icra etməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-4-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə Azərbaycan Respublikasının MM-nin 385.1, 386,442, 445.1, 462.1 və 739.2-ci maddələrinə əsasən və eləcədə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh Təcətdin oğlundan 248 (iki yüz qırx səkkiz) manat 71 (yetmiş bir) qəpik əsas, 45 (qırx beş) manat 55 (əlli beş) qəpik faiz borcu, 1 (bir) manat 31 (otuz bir) qəpik cərimə borcu olmaqla, cəmi 295 (iki yüz doxsan beş) manat 57 (əlli yeddi) qəpik məbləğində pul iddiaçı «xxxxxxx» KB ASC-nin xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, iş üzrə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu Cavabdeh Təcətdin oğlundan «xxxxxxx» KB ASC-yə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Təcətdin oğlundan 248 (iki yüz qırx səkkiz) manat 71 (yetmiş bir) qəpik əsas, 45 (qırx beş) manat 55 (əlli beş) qəpik faiz borcu, 1 (bir) manat 31 (otuz bir) qəpik cərimə borcu olmaqla, cəmi 295 (iki yüz doxsan beş) manat 57 (əlli yeddi) qəpik məbləğində pul iddiaçı «xxxxxxx» KB ASC-nin xeyrinə tutulsun. İş üzrə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu Cavabdeh Təcətdin oğlundan tutularaq «xxxxxxx» KB ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar