Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3683/2024 31.07.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan xx.xx.2014-cü il təvəllüdlü Cavabdeh və xx.xx.2015-ci il təvəllüdlü X14 saxlanması üçün cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay hər uşaq üçün 235 manat, cəmi 470 manat sabit pul məbləğinin Cavabdeh tutularaq iddiaçıya X8 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ağcabədi rayon Məhkəməsinin 21 may 2020ci il tarixli qətnaməsi ilə İddiaçı və cavabdeh: Cavabdeh arasındakı nikah pozulmuşdur. Həmin vaxtdan başlayaraq cavabdeh tərəflərin birgə nikahından doğulmuş xx.xx.2014-ci il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X2 üçün heç bir maddi kömək göstərməmişdir. Buna görə də iddiaçı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ağcabədi rayon məhkəməsinin 12 avqust 2021-ci il tarixli, 2(017)-1319/2021 saylı qətnaməsi ilə tərəflərin birgə nikahdan doğulmuş xx.xx.2014-ci il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün ayda (140) manat aliment məbləğinin tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Hal-hazırda xx.xx.2014-ci il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X9 10 və 9 yaşı var. Ağcabədi rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Uşaq orta məktəbdə təhsil alır və ona görə də məsrəfləri yetərincə artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2024-cü ildə hər uşaq üçün 470 manat müəyyən edilmişdir. Uşağın bütün qayğısını ehtiyacını tamamilə iddiaçı çəkir. Böyüdükcə uşaqda atasına qarşı ehtiyac və tələbat artsa da cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq iddiaçıya çox çətindir. Buna görə də görə iddiaçı "aliment məbləğinin artırılması" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh iddia ərizəsinə etiraz verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir və qeyd ettdiyi hallara və əsaslara görə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddiaçı iddia tələbinin əsası kimi aliment müəyyən edildikdən sonra keçən müddətdə maddi vəziyyətinin ağırlaşdığını, mənim isə kifayət qədər təqaüd almağını və başqa gəlirlərinin olmasını göstərsə də, həmin halları təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Tərəfimdən məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment hər ay ödədinildiyindən iddiaçının keçən müddətdə uşağa təkbaşına baxıması kimi hallar sübut olunmur. Bildirir ki, məhkəmə qaydasında birgə nikahdan anadan olmuş uşaqlarının 18 yaşı tamam olanadək saxlanılması üçün aliment müəyyən edildikdən sonra bu günədək onun heç bir rəsmi və ya daimi işi olmamışdır və yoxdur. Heç bir peşə və ya ixtisası yoxdur. İşaxtaran kimi, Dövlət Məşğulluq Xidmətində qeydiyyatdadır. İddiaçı bütün bunları yaxşı bilir. O, kənd sakini olmaqla heç bir sənət və peşəsi olmadığına görə günəmuzd işlər taparaq alimenti bir təhər ödəyir. Kənd camaatının torpaq sahələrini suvarmaqla, meyvə ağaclarının dibini yumşaltmaqla və ya həyətyanı torpaq sahələrini bellə şumlamaqla tələbatını güclə təmin edir. Özünün adıma iddiaçı ilə nikahdan xeyli əvvəl aldığı ayrıca təsərrüfatı (həyətyanı torpaq sahəsi olsa da), maddi imkansızlıqdan orada yaşayış evi tikdirə bilmədiyinə görə valideynləri ilə birlikdə onlara məxsus fərdi yaşayış evində yaşayır. Valideynləri də 1963-cü il təvəllüdlü olduqlarına və müxtəlif xəstəliklərdən əziyyət çəkdiklərinə görə heç bir yerdə işləyə bilmirlər. Adıma cəmi 0.50 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi var ki, oradan da demək olar ki, gəlir əldə etmir. Adına başqa daşınar və daşınmaz əmlakları yoxdur. Aylıq qazancı valideynlərinin saxlanılmasına, onların mütəmadi müayinə və müalicəsinə çatmır. Bəzi hallarda aliment pulunu qohum və tanışlardan borc alaraq bir təhər ödəyir. Göründüyü kimi məhkəmə qətnaməsi ilə aliment müəyyən edildikdən sonra iddiaçının ailə və maddi vəziyyətində heç bir dəyişiklik baş vermədiyi təqdirdə, bunun əksi olaraq onun ailə və maddi vəziyyəti ağırlaşmışdır. İddia ərizəsindən və ona əlavə olunmuş sənədlərdən məlum olur ki, iddiaçı tərəf iddia tələbinin əsası kimi məhkəmə qətnaməsi ilə alimentin miqdarı müəyyən edildikdən sonra keçən müddətdə onun ailə və ya maddi vəziyyətində dəyişikliyin olmasını və onun aylıq gəlirinin kifayət qədər yüksək təqaüd almağını və başqa gəlirlərinin olmasını bildirsə də, həmin halları təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Etirazının əsasını təşkil edən sənədlərlə məhkəmə qətnaməsi ilə alimentin miqdarı müəyyən edildikdən sonra keçən müddətdə onun ailə və ya maddi vəziyyətində ağırlaşma istiqamətində dəyişiklərin olması tam sübut olunur. Göründüyü kimi iddiaçı məhkəmə qətnaməsi ilə alimentin miqdarı müəyyən edildikdən sonra keçən müddətdə onun ailə və ya maddi vəziyyətində dəyişikliyin olmasını və onun kifayət qədər yüksən təqaüd almağını, başqa gəlirlərinin kifayət qədər yüksək olmasını təsdiq edən heç bir mötəbər sübutunu məhkəməyə təqdim etməmişdir. Bunun əksinə olaraq onun etirazının əsasını təşkil edən sənədlərlə məhkəmə qətnaməsi ilə alimentin miqdarı müəyyən edildikdən sonra keçən müddətdə onun ailə və ya maddi vəziyyətində dəyişiklərin olması tam sübut olunur. Ona görə də hesab edir ki, iddiaçının ona qarşı "Alimentin miqdarının artırılması tələbi”nə dair hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməsi üçün heç bir hüquqi əsası və subyektiv hüququ olmadığından və iddia əsassız olduğundan rədd edilməlidr. Odur ki, iddia ərizəsinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan; Ağcabədi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 361666 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X11 arasında olan nikaha xx.xx.2020-ci ildə xitam verilmişdir. Bu barədə akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 118 nömrə ilə qeyd edilmişdir. AZ-İV seriyalı, 557449 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2015-ci ildə Ağcabədi rayonunda anadan olmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. AZ-İV seriyalı, 557448 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2014-cü ildə Ağcabədi rayonunda anadan olmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(017)-1319/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Ağcabədi rayon Məhkəməsinin 21 may 2020-ci il tarixli, 2(017)-264/2020 saylı qətnaməsinə əsasən 28 yanvar 2014-cü il təvəllüdlü X5 və 16 yanvar 2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanmasından ötrü müəyyən olunmuş alimentin miqdarı dəyişdirilməsi, Cavabdeh qazancından 28 yanvar 2014-cü il təvəllüdlü X5 və 16 yanvar 2015-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanmasından ötrü hər ay hər uşağa 140 manat olmaqla cəmi 280 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X3 xeyrinə ödənilməsi, alimentin bu qaydada tutulması qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanması, Cavabdeh 30 manat dövlət rüsumu tutularaq Hökumət ödəniş portalı vasitəsilə Ağcabədi rayon Məhkəməsinin hesabına ödənilməsi qət edilmişdir. 23 iyul 2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh Ağcabədi rayonu, Hacıbədəlli kəndi ərazisində özünə məxsus 0.16 ha həyətyanı torpaq sahəsi vardır. 23 iyul 2024-cü il tarixli, 75 nöməli aarayışdan görünür ki kənd sakini Cavabdeh adına JN 334 olan Dövlət Aktı əsasında onun 0.50 ha pay torpaq sahəsi vardır. 19 iyul 2024-cü il tarixlu, 428 nömrəki arayışdan görünür ki, Əsədov X10 rayonu, Hacıbədəlli kəmdində yaşayış və o heç bir yerdə işləmir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına almaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları” haqqında Azərbaycan Respublikası qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Həmçinin, Azərbaycan Respublikası Ailə Məcəlləsində təsbit edilmişdir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.1-75.4-cü maddələr). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, məhkəmə qətnaməsi ilə müəyyən edilən alimentin məbləği isə hazırda uşaqların saxlanmaları üçün yetərli olmadığından, bununla da müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin qanunla nəzərdə tutulmuş “uşağını saxlamalı olmasına dair vəzifəsi”nin icrasını tam əhatə etmədiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur. Beləliklə məhkəmə işdə olan sübutlara məcmu halda qiymət verərək, tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(017)-1319/2021 saylı qətnaməsi ilə yetkinlik yaşına çatmayan xx.xx.2014-cü il təvəllüdlü Cavabdeh və xx.xx.2015-ci il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmalı, xx.xx.2014-cü il təvəllüdlü Cavabdeh və xx.xx.2015-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 235 (iki yüz otuz beş) manat olmaqla cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsaəsn məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(017)-1319/2021 saylı qətnaməsi ilə yetkinlik yaşına çatmayan xx.xx.2014-cü il təvəllüdlü Cavabdeh və xx.xx.2015-ci il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılsın. xx.xx.2014-cü il təvəllüdlü Cavabdeh və xx.xx.2015-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 235 (iki yüz otuz beş) manat olmaqla cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №2(004)-3683/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3683/2024
31.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver