Məhkəmə qərarları › İş №2(004)-3684/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3684/2020

12.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3684/2020 12.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Orucova Nərmin Nəriman qızının katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “İddiaçı» QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 018KK**********01 saylı kredit müqaviləsi üzrə 5099,34 ABŞ dolları əsas borc, 6724,55 ABŞ dolları cərimə, 614,37 ABŞ dolları faiz borcu olmaqla, cəmi 12438,26 ABŞ dolları məbləğində kredit borcunun və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat məbləğində pulun “İddiaçı» QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 xx.xx.2020-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, mülki iş üzrə iddia müddətinin tətbiq edlməsini, iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi faktının nəzərə alınmasını xahiş edir. Cavabdeh2 xx.xx.2020-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, iddia müddətinin tətbiq edilməsi, zaminlik müqaviləsi üzrə icraata xitam veriləsini və iddia tələbinin rədd edlməsini xahiş etmişdir Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 izahat verərək bildirir ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2015-ci il tarixli 018KK**********01 saylı kredit müqaviləsi əsasında 12 ay müddətinə, aylıq faiz dərəcəsi 2.25% olmaqla, 5100 ABŞ Dolları məbləğində kredit götürmüşdür. Hazırda Cavabdeh1 “İddiaçı" QSC-yə 5099.34 ABŞ Dolları məbləğində kredit borcu qalmaqdadır. Kredit müqaviləsinin 2.7-ci bəndinə görə kredit xəttinin müddəti bitənədək banka ödənilir, əks təqdirdə kredit gecikdirilmiş statusu alır və gecikdirilmiş statuslu kredit üzrə illik 36 faiz dərəcəsi ilə cərimə faizi hesablanır. xx.xx.2020-ci il tarixə 1372 gün üçün hesablanmış faiz borcu 614.37 ABŞ Dolları təşkil edir. xx.xx.2020-ci il tarixə 1372 gün üçün hesablanmış cərimə 6724.55 ABŞ Dolları təşkil edir. Yuxarıda göstərilən kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. İddia müddətinin tətbiqi barədə ərizəyə münasibətdə bildirir ki, 2019-cu ildə cavabdeh tərəfindən olmasa da, sonuncu ödəniş edilmişdir. Bu səbəbdən hesab edir ki, iddia müddəti keçməyib. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahat verərək bildirir ki, iddia tələbini qəbul etmir. İddia müddəti keçmişdir. O, 2019-cu ildə kredit ödənişi etməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahat verərək bildirir ki, o, bir illik zamin durmuşdur. Hazırda kirayədə yaşayır, imkanı yoxdur, zamilik müqaviləsinə xitam verilməsini xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki,iddiatəmin edilməməlidir. İş materiallarına əlavə edilmiş “İddiaçı» QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 018KK**********01 nömrəli kredit müqaviləsinə əsasən, bank – “İddiaçı» QSC tərəfindən müştəriyə – Cavabdeh1 istehlak məqsədi üçün 12 ay müddətinə aylıq 2,25% ödəmək şərtilə 5100 ABŞ dolları məbləğində kredit verməyi, borcalan isə krediti qəbul edərək, bu müqavilədə göstərilən müddətdə və qaydada müqavilənin tərkib hissəsi olan ödəniş qrafiki əsasında krediti və həmin kreditə görə hesablanmış faizləri banka qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli zəmanət müqaviləsinə əsasən Cavabdeh2 bank qarşısında Cavabdeh1 ilə bank arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 018KK**********01 saylı kredit müqaviləsinə üzrə öhdəliklərin yerinə yetirilməsinə görə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş “İddiaçı» QSC tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən, “İddiaçı» QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 018KK**********01 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə Cavabdeh1 5099,34 ABŞ dolları əsas borc, 614,37 ABŞ dolları faiz, 6724,55 ABŞ dolları cərimə, cəmi 12438,26 ABŞ dolları məbləğində borcu vardır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları odur ki, iddiaçı ilə Cavabdeh1 arasında kredit müqaviləsi, digər Cavabdeh2 arasında isə zaminlik müqaviləsi bağlanmışdır. Məhkəmə qeyd edir ki, iş materialları ilə sübut olunur ki, bankla Cavabdeh1 arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış və Cavabdeh1 bank qarşısında öhdəliyini pozmuşdur. Məhkəmə zaminə qarşı irəli sürülmüş tələblə bağlı isə qeyd edir ki, “İddiaçı» QSC ilə Cavabdeh1 arasında kredit müqaviləsi x xxxxxxxx 2015-ci ildə 12 ay müddətinə bağlanmışdır. Müqavilə müddəti x xxxxxxxx 2016-cı ildə bitmişdir. Məhkəmə qeyd edir ki, “İddiaçı» QSC tərəfindən zaminə qarşı iddia sürməsi üçün nəzərdə tutulan müddət axımı x xxxxxxxx 2016-cı il tarixdən başlamış və həmin vaxtdan bir il ərzində kreditor zaminə qarşı iddia irəli sürməmiş və bununla da, zaminlik müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinə xitam verilmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, iddia tələbi borcun zamindən tutulması hissəsində əsassız olduğundan təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə qeyd edir ki, bankın Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borc tələbi əsaslı olsa da, iddiaçı iddia qaldırmaq üçün iddia müddətini ötürmüşdür. Belə ki, iddiaçı “İddiaçı» QSC ilə Cavabdeh1 arasında müqavilə x xxxxxxxx 2015-ci ildə bağlanmışdır. Cavabdeh tərəfindən son ödəniş 2016-cı ilin may ayında olmuşdur. Müqavilə müddəti x xxxxxxxx 2016-cı ildə bitmişdir. İddiaçı isə iddianı üç il ərzində qaldırmamışdır. 2019-cu ilin iyul ayında edilmiş ödənişlə bağlı isə məhkəmə qeyd edir ki, həmin tarixdə ödəniş kompensasiya kimi köçürülmüşdür. Məhkəmə qeyd edir ki, 2019-cu ilin iyul ayındakı ödəniş borclu tərəfindən icra olunmadığına görə öhdəliyin son icra müddəti kimi qəbul edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. İddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (MM 375.2-ci maddəsi). Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddihüquqi mübahisə üzrə qərar qəbul etməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia tələbi təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 018KK**********01 saylı kredit müqaviləsi üzrə 5099,34 ABŞ dolları əsas borc, 6724,55 ABŞ dolları cərimə, 614,37 ABŞ dolları faiz borcu olmaqla, cəmi 12438,26 ABŞ dolları məbləğində kredit borcunun və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat məbləğində pulun “İddiaçı» QSC-nin xeyrinə tutulmasına dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar