Məhkəmə qərarları › İş №2(004)-3684/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3684/2024

01.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3684/2024 01.08.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2000 (iki min) manat məbləğində pulun qızından tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə birgə uzunmüddətli rəfiqə olmuşlar. Onlar rəfiqə kimi yaxın münasibətdə olmuşlar, bir-birlərinin xeyir-şərində iştirak etmişlər. 2023-cü ilin yanvar ayında cavabdeh ona, 2000 manat lazım olduğunu, həmin məbləği tapıb ona verməyini, tezliklə pulu qaytaracağını vəd etdi. Ona inandığı üçün bir təhər pul tapıb ona verdi. Cavabdeh ona 2000 manat borcu olduğu barədə, yəni tez müddətdə bu pulu qaytaracağı barədə öz xətti ilə qəbz yazıb ona vermişdir. Lakin bü günə kimi cavabdeh ona olan borcunu qaytarmamışdır. Dəfələrlə aralarındakı məsələni sülh yolu ilə həll etməyə çalışsa da, buna nail ola bilməmişdir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh iddia ərizəsinə etiraz ilə məhkəməyə müraciət edərək, o, Cavabdeh İddiaçı ilə rəfiqə deyil. Onu faizlə pul verən adam kimi tanımışdır. Ondan bir neçə dəfə pul götürmüşdür. Həm pulu, həm də faizlərini ödəmişdir. Şüküfə pulu verəndə faizlə verdiyini yazmır. Alanda isə hər ay həm pulu həm ə faizi alır. Gecikməyə görə də əlavə pul götürür yəni, faizin faizini götürür. Ona yanvar ayında 2000 manat sələm ilə pul verib. Yazmışdır ki, bu pulu qaytaracaq, amma vaxt qoymamışdır. Hər ay ona pul qaytaranda, pulu faizə çıxır, əsas pul olduğu kimi qalır. Olub ki, o, xəstələnmişdir faiz gecikib, onda hər gün üçün 3 manat 50 qəpik faizin faizini hesb edib və alıb. Nəhayət ona bildirib ki, hər ay etdiyi ödənişlərini borcdan çıxsın o, buna mane olub. Çünki pulu əlbəəl alır, əvəzində heç bir sənəd vermir. İlk ayda Şükufəyə 200 manat ödəmiş və kartının nömrəsini istəmiş, verməmişdir. Həmin pulun 100 manatı əsas borcdan, 100 manatını isə faizə çıxmışdır. Və əl yazısı ilə cəmi 1900 manat pul borclu qaldığımnı öz adından yazmışdır. Bu onun köhnə üsuludur. Faizə verdiyi pulun ödənişlərini almaq üçün, ancaq bir neçə ay bundan öncə bank kartının rekvizitlarini verib. O, da həmin karta bir neçə ödəniş etmişdir, lakin Şüküfə ona həmin karta faiz üzrə ödəniş etməyi qadağan etmişdir. Ödənişləri həm əlbəəl həm də kartla etmişdir. Ümumən 700-800 manat pul vermişdir, bir neçə qəbz var, qalanlarını isə bankomatdan ödəməyə qoymamışdır. Ona qəti şəkildə karta ödənişlər etmə demişdir. Həm də adama nalayiq sözlər deyir, hədələr edir. Şüküfə ona yazdığı mesajlarda dəqiqliklə pulu faizlə verdiyini etiraf edib. Heç vaxt da məsələni sülh ilə həll etməyə çalışmayıb, çünki aybaay faiz almaq onun işinə yarayır. Zəng edir, telefonu götürmür, evinə gedir bir gündə 4- 5 dəfə, qapını açmır. Belə-belə vaxtı uzadır və faizin-faizini almağa nail olur. Ona demişdir ki, yaşlı adamdır tez-tez xəstələnir, əsas puldan aybaay ödəsin. Şüküfə qiyamət qoparmış və razı olmamışdır. Dəfələrlə xahiş etmişdir ki, əsas puldan aybaay versin, indiyə qurtarmışdır. Yəni, o, öhdəliyini yerinə yetirməyə çalışır o, isə cığallıq edir. Cavabdeh uzun müddət AZTV-də jurnalist kimi çalışmışdır, maaşa qulluq etmişdir, indi də pensiya alır, başqa gəlir yeri yoxdur, özü də 450 manata kirayədə qalıram. Şükufə çətin vəziyyətindən istifadə edir. Ona verdiyi 2000 manat əvəzinə, ümumi 4000 manat qeyri-qanuni gəlir əldə etmək niyyəti edir. Sələm kredit müqaviləsinin qeyri-rəsmi formasıdır, vətəndaşın başqasına sələm verməsi qanunsuzdur. Sələmə verən şəxslər qanunsuz fəaliyyətlə vergidən yayınırlar. Şükufə məhkəməyə göndərdiyi iddia ərizəsində dəfələrlə saxtakarlığa yol verib. Ona heç bir qəbz verməyib, buna hüququ da çatmır. Dilindən yazı yazıb, onu da qərəzli yəni, hər dəfə verdiyi 200 manatı alıb, 100 manat yazıb. Odur ki, İddiaçı faizlə birlikdə ödədiyi pul məbləğlərini əsas borcdan hesablanması və qeyri-obyektiv iddia verildiyinin nəzərə alınmasını xahiş edir. 01 avqust 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1900 manat pulun tutularaq ona ödənilməsi barədə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Verilmiş suallara cavab verərək bildirmişdir ki, cavabdehin məhkəməyə təqdim etdiyi qəbzlərdəki pullar başqa borcları ilə bağlıdır. Əvvələr də cavabdehə borc vermişdir, həmin borca dair qəbz yoxdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbi ilə qismən razı olmadığını bildirmiş və etirazın məzmununa uyğun izahat verərək qedy etmişdir ki, iddiaçıya borcundan yaranmış faizləri ödəməklə məşğul olmuşdur, sonradan maddi vəziyyəti ilə bağlı ailəsində yaranmış problemlərdən asılı olaraq ödəyə bilməmişdir. Təxminən 1500 manat borcu qalıb. Məhkəmə, tərəflərin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh arasında borcun verilməsi ilə bağlı yazılı razılaşma olmuş, həmin razılaşmaya əsasən, xx.xx.2023-cü il tarixdə Cavabdeh 2000 (iki min) manat pulu İddiaçı borc pul götürmüşdür, bu pulu tez müddətdə qaytaracağını bildirmiş və öz imzası ilə təsdiqləmişdir. xx.xx.2023-cü tarixli, 4829 nömrəli “Mpay” vasitəsilə ödənilmiş mədaxil qəbzindən görünür ki, Cavabdeh tərəfindən 10 manat İddiaçı şəxsi kart hesabına ödənilmişdir. xx.xx.2023-cü il tarixli, 3146 nömrəli “Mpay” vasitəsilə ödənilmiş mədaxil qəbzindən görünür ki, Cavabdeh tərəfindən 50 manat pul İddiaçı şəxsi kart hesabına ödənilmişdir. xx.xx.2023-cü tarixli, 15120 nömrəli “Mpay” vasitəsilə ödənilmiş mədaxil qəbzindən görünür ki, Cavabdeh tərəfindən 50 manat İddiaçı şəxsi kart hesabına ödənilmişdir. 15120 nömrəli “Mpay” vasitəsilə ödənilmiş mədaxil qəbzindən görünür ki, Cavabdeh tərəfindən 50 manat İddiaçı şəxsi kart hesabına ödənilmişdir. xx.xx.2023-cü il tarixli İddiaçı tərəfindən yazılmış əlyazmadan görünür ki, ayın 2-si Cavabdeh ona olan borcundan 100 manat vermiş, qalıq borc 1900 manat qaldığını bildirmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, ********* saylı "xxxx" ASC vasitəsilə ödənilmiş mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 41 manat məbləğində pul dövlət rüsumu olaraq ödənilmişdir. Məhkəmə ilk növbədə iddia ərizəsinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Məhkəmə araşdırması zamanı, Cavabdeh məhkəmə iclaslarında verdiyi izahatlarla borcunu etiraf etməsi müəyyən etmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öhdəliyin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşımalı, razılaşma üzrə verilmiş məişət əşyalarının dəyərindən ödənilməmiş qalan pulu iddiaçıya ödəməlidir. Belə olan halda iddia tələbi bu hissədə qismən təmin edilməli, Cavabdeh 1740 (bir min yeddi yüz qırx) manat məbləğində pul vəsaiti və ödənilmiş 37,4 (otuz yeddi manat qırx qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia qismən təmin olunduğundan, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, ödənilmiş 35 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1740 (bir min yeddi yüz qırx) manat məbləğində pul vəsaiti və ödənilmiş 37,4 (otuz yeddi manat qırx qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar