Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3698/2023 23.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X5 oğlunun katibliyi, İddiaçı ASC-nin (əvvəlki “Nikoyl” X2) nümayəndəsi X3, Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı ASC-nin (əvvəlki “Nikoyl” X2) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC (əvvəlki “Nikoyl” X2) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair əmr icraatı qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 4336 (dörd min üç yüz otuz altı) ABŞ dolları əsas borc və 1285 (min iki yüz səksən beş) ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 5621 (beş min altı yüz iyirmi bir) ABŞ dolları pul məbləğinin və dövlət rüsumu qismində ödənilmiş 20 (iyirmi) manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(004)-4453/2015 nömrəli məhkəmə əmri ilə tələb təmin edilmişdir. Borclu Cavabdeh1 tərəfindən verilmiş etiraz təmin edilmiş və Bakı şəhəri Yasamal Rayon xx.xx.2015-ci il tarixli, 2(004)-4453/2015 saylı məhkəmə əmri ləğv edilərək, kreditor “Nikoyl” X1 borclular Cavabdeh2 və Cavabdeh1 qarşı “məhkəmə əmrinin çıxarılmasına dair” mülki iş iddia icraatına keçirilmişdir. İddiaçı ASC-nin (əvvəlki “Nikoyl” X2) nümayəndəsi X4 məhkəmə iclasında iştirak edərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin əsassız olduğunu bildirmiş və təmin edilməməsini xahiş etmişdir. Mülki iş üzrə digər Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. İş materiallarında olan xx.xx.2013-cü il tarixli 6-MZ-2-0-577-13 nömrəli kredit müqaviləsinə əsasən müəyyən edilir ki, bank tərəfindən Cavabdeh2 istehlak məqsədi ilə illik 30% dərəcəsi ilə 18 ay müddətinə 7600 ABŞ dolları kredit verilmişdir. İş materiallarında olan xx.xx.2013-cü il tarixli 6-MZ-2-0-577-13 nömrəli kredit müqaviləsinin 1 saylı Əlavəsinə əsasən, Borcalan Cavabdeh2 ödəniş qrafiki müəyyən edilir. İş materiallarında olan xx.xx.2013-cü il tarixli 6-MZ-2-0-577-13 nömrəli zaminlik müqaviləsinə əsasən müəyyən edilir ki, Cavabdeh1 xx.xx.2013-cü il tarixli 6-MZ-2-0-577- 13 nömrəli kredit müqaviləsinə əsasən zamin qismində hüquq münasibətlərinə daxil olmuş və əsas borcla bağlı üzərinə tam öhdəlik götürmüşdür. İş materiallarında olan maliyyə arayışına əsasən müəyyən olunur ki, borclu Cavabdeh2 müqavilə öhdəlikləri üzrə xx.xx.2015-ci il tarixə 4336 (dörd min üç yüz otuz altı) ABŞ dolları əsas borc və 1285 (min iki yüz səksən beş) ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 5621 (beş min altı yüz iyirmi bir) ABŞ dolları pul məbləğində borcu vardır. İş materiallarında olan İddiaçı ASC-nin (əvvəlki “Nikoyl” X2) borclular Cavabdeh1 və Cavabdeh2 ünvanladığı xx.xx.2015-ci il bildirişdən görünür ki, borclulara borcun ödənilməsi ilə bağlı təklif edilmiş, borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Sözügedən iddia tələbinin qanuni əsası qismində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472 (zaminliyə münasibətdə), 739 (əsas borca münasibətdə) və 741-ci (faiz borcuna münasibətdə) maddələri çıxış edir. MM-in 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. MM-in 472.3-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. MM-in 472.3-cü maddəsinə əsasən, birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. MM-in 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-in 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Beləliklə, iş materiallarından görünür ki, kredit müqaviləsi üzrə “Borcalan” Cavabdeh2 Nəriman qızı və zamin Cavabdeh1 “Borcverən” qarşısında öhdəliklərini yerinə yetirməməklə müqavilə şərtlərini pozmuşdur. Zamin Cavabdeh1 xx.xx.2013-cü il tarixli 6- MZ-2-0-577-13 nömrəli zaminlik müqaviləsinə əsasən əsas borclu qismində çıxış edir. Nəticə etibarilə, MM-in 472, 739 və 741-ci maddələrinin dispozisiya şərtləri sözügedən iddia tələbinin hüquqi və faktiki əsasları eynilik təşkil edir. Belə ki, “Borcverən” pul məbləğini “Borcalan”a ödəmiş, “Borcalan” və zamin isə həmin pul məbləğini faizlər ilə geri qaytarılması öhdəliyini icra etməməklə müqavilə öhdəliklərini pozmuşlar. Məhkəmə ümumi borcun faiz hissəsi ilə bağlı münasibətlərin hüquqi əsası kimi MMin 385-ci maddəsinin çıxış etməsi mövqeyi ilə razı deyil. Belə ki, məhkəmə qeyd edir ki, Tərəflər arasında yaranmış müqavilə münasibətləri kredit (borc) münasibətləridir və həmin münasibətlər MM-in xüsusi hissəsinin müvafiq normaları ilə (Borc müqaviləsi) tənzimlənir. Məhz sözügedən bölmədə nəzərdə tutulmuş 741-ci maddə xüsusi norma kimi sırf borc üzrə faizlər ilə bağlı münasibətləri tənzimləmək üçün nəzərdə tutulduğundan xüsusi norma olduğu halda MM-in ümumi normalarına (385ci maddə) istinad edilməsinə hüquqi əsas yoxdur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC (əvvəlki “Nikoyl” X2) ilə Cavabdeh2 Nəriman qızı arasında bağlanmış xx.xx.2013-cü il tarixli 6-MZ- 2-0-577-13 nömrəli kredit müqaviləsinə əsasən istehlak məqsədi ilə illik 30% dərəcəsi ilə 18 ay müddətinə 7600 ABŞ dolları kredit verilmişdir. xx.xx.2013-cü il tarixli 6-MZ-2-0-577- 13 nömrəli zaminlik müqaviləsinə əsasən Cavabdeh1 xx.xx.2013-cü il tarixli 6-MZ-2-0-577- 13 nömrəli kredit müqaviləsinə əsasən əsas borca münasibətdə zamin qismində hüquq münasibətlərinə daxil olmuş və əsas borcla bağlı üzərinə tam öhdəlik götürmüşdür. Lakin, sözügedən müqavilə üzrə cavabdehlər müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişlər. Nəticədə cavabdehlərin 4336 (dörd min üç yüz otuz altı) ABŞ dolları əsas borc və 1285 (min iki yüz səksən beş) ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 5621 (beş min altı yüz iyirmi bir) ABŞ dolları məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdehlər tərəfindən iddia tələbinin təkzib edilməsi ilə bağlı əsaslı, dəlil, sübut və ya materiallar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddiaçı tərəfindən ödənilmiş 20 (iyirmi) manat məhkəmə xərci də cavabdehlərə aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 4336 (dörd min üç yüz otuz altı) ABŞ dolları əsas borc və 1285 (min iki yüz səksən beş) ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 5621 (beş min altı yüz iyirmi bir) ABŞ dolları məbləğində pul və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı ASC-nin (əvvəlki “Nikoyl” X2) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair iddiası təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 4336 (dörd min üç yüz otuz altı) ABŞ dolları əsas borc və 1285 (min iki yüz səksən beş) ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 5621 (beş min altı yüz iyirmi bir) ABŞ dolları məbləğində pul və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №2(004)-3698/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3698/2023
23.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver