Məhkəmə qərarları › İş №2(004)-3700/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3700/2020

01.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3700/2020 01.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi, iddiaçı «xxxxxxx» KB ASC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı «xxxxxxx» KB ASC-nin Cavabdeh qarşı kreditin, hesablanmış faizlərin və cərimənin qaytarılması tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «xxxxxxx» KB ASC Cavabdeh qarşı kreditin, hesablanmış faizlərin və cərimənin qaytarılması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, borclu Cavabdeh «xxxxxxx» KB ASC-nin xeyrinə 2400.16 manat əsas, 121.02 manat faiz, 0.61 manat cərimə, cəmi 2521.79 manat və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “xxxxxxx” KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 87 ay müddətinə illik 15% ödəmək şərtilə 2890 manat məbləğində kredit vermişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixinə “xxxxxxx” KB ASC-yə 2400.16 manat əsas, 121.02 manat faiz, 0.61 manat cərimə, cəmi 2521.79 manat borcu yaranmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirdi ki, onunla baölanmış əvvəkli dolları ilə olan kredit borcu dolların məzənnəsi qalxdıqdan sonra borcunu ödəyə bilmədiyindən, onunla hazırki müqavilə bağlanmış və yeni müqavilə üzrə məbləğlə onun dollar krediti borcu bağlanmışdır. Həmin dolları krediti müqaviləsi üzrə ona kompensasiya da, ödənilmişdir. Kompensasiya ona verildiyindən elə bilmişdir ki, onun borcu da dövlət başçısının Sərancamının təsirinə düşmüşdür. Çünki hesab etmişdir ki, əgər faktiki olaraq başqa kredit müqaviləsi üzrə borcu varsa, o zaman kompensasiya ona verilməzdi və kredit borcuna ödənilərdi. Hazırda yaranmış borcunu son bir ildir ki, ödəyə bilmir. Eyni zamanda tələb olunan məbləği birdəfəyə ödəmək iqtidarında deyildir. Həmin məbləği hər ay ödəniş qrafikinə uyğun olaraq, yəni hər ay 55 manat olmaqla ödəyə bilər. Odur ki, ondan tutulacaq məbləğin hissə-hissə olaraq hər ay 55 manat olmaqla tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə müəyyən edildi ki, «xxxxxxx» KB ASC ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixli tarixli kredit və bank hesabı müqaviləsinə əsasən bank cavabdehə istehlak məqsədləri üçün 87 ay müddətinə illik 15% ödəmək şərtilə 2890 manat məbləğində kredit vermişdir. Cavabdeh müqavilədən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə bank qarşısında məsuliyyət daşıyıraraq, nəticədə onun xx.xx.2020-ci il tarixinə “xxxxxxx” KB ASC-yə 2400.16 manat əsas, 121.02 manat faiz, 0.61 manat cərimə, cəmi 2521.79 manat borcu yaranmışdır. Beləliklə Azərbaycan Respublikasının MM-nin 385.1, 386,442, 445.1, 462.1 və 739.2-ci maddələrinə əsasən və eləcədə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh iddiaçı «xxxxxxx» KB ASC-nin xeyrinə 2400 (iki min dörd yüz) manat 16 (on altı) qəpik əsas, 121 (bir yüz iyirmi bir) manat 02 (iki) qəpik faiz, 0.61 (altmış bir) qəpik cərimə borcu olmaqla, cəmi 2521 (iki min beş yüz iyirmi bir) manat 79 (yetmiş doqquz) qəpik məbləğində pul vəsaiti tutulmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 30 (otuz) manat manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı «xxxxxxx» KB ASC-yə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh iddiaçı «xxxxxxx» KB ASC-nin xeyrinə 2400 (iki min dörd yüz) manat 16 (on altı) qəpik əsas, 121 (bir yüz iyirmi bir) manat 02 (iki) qəpik faiz, 0.61 (altmış bir) qəpik cərimə borcu olmaqla, cəmi 2521 (iki min beş yüz iyirmi bir) manat 79 (yetmiş doqquz) qəpik məbləğində pul vəsaiti tutulsun. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı «xxxxxxx» KB ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar