Məhkəmə qərarları › İş №2(004)-3702/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3702/2020

09.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3702/2020 09.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə hesablanmış faiz borcunun ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən xx xxxx 2008-ci il tarixli, nzaz6552 saylı kredit müqaviləsi üzrə kreditdən istifadəyə görə hesablanmış 1654,74 manat faiz borcun və 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Nizami filialı ilə Cavabdeh1 arasında bağlanmış nzaz6552 saylı kredit müqaviləsənə əsasən Cavabdeh1 illik faiz dərəcəsi 30 faiz olmaqla 18 ay müddətinə 2500 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini olaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ilə İddiaçı ASC-nin Nizami filialı arasıbda xx xxxx 2008-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı ASC tərəfindən cavabdehlərə qarşı həmin kredit müqaviləsi üzrə borcun qaytarılması tələbi ilə Yasamal rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət edilmişdir. Yasamal rayon məhkəməsinin xx xxx 2009-cu il tarixli, 2(004)- 1733/2009 saylı qətnaməsinə əsasən, cavabdehlərdən müştərək qaydada nzaz6552 saylı kredit müqaviləsi üzrə 1990 manat əsas, 26 manat faiz, cəmi 2016 manat məbləğində borcun və 20 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı QSC-yə ödənilməsi qət edilmişdir. Lakin cavabdehlər qətnamədə göstərilən məbləği banka vaxtında ödəməmişdir. Qətnamə xx xxx 2009-cu il tarixdə çıxdığından, qətnamədə yalnız həmin tarixə qədər hesablanmış əsas və faiz borcları göstərilmişdir. Lakin cavabdehlər qətnamədə göstərilən məbləği hissə-hissə icra edərək xx xxxx 2018-ci il tarixdə tam ödəmişdir. Qətnamə çıxan tarixdən (xx xxx 2009-cu il) qətnamə üzrə borc icra olunan tarixə qədər isə (xx xxxx 2018-ci il) əsas məbləğə Cavabdeh1 xx xxx 2020-ci il tarixinə olan maliyyə arayışına əsasən 1654,74 manat faiz borcu hesablanmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, 1654,74 manat faiz borcunun müqavilədə nəzərdə tutulmuş illik faiz dərəcəsi ilə, yəni 30 faizlə hesablandığını bildirərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia ərizəsinə etiraz edərək izahatında bildirmişdir ki, qeyd olunan kredit müqaviləsi üzrə borcun tutulmasına dair Yasamal rayon məhkəməsinin xx xxx 2009-cu il tarixli, 2(004)-1733/2009 saylı qətnaməsi icra edilməsi üçün Sabunçu rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İcra məmuru cavabdehləri icra şöbəsinə dəvət edərək, icra vərəqəsində qeyd olunan borcu cavabdehlər arasında üç yerə bölərək ödənilməsini təklif etmişdir. Bu barədə onlar razılığa gəlmişdirlər. Cavabdehlərən o və Cavabdeh2 özlərinə aid olan hissəni ödəmişdirlər. Lakin 2014-cü il tarixdə o, yenidən icra şöbəsinə dəvət edilərək, qeyd olunan kredit müqaviləsi üzrə ödənilməmiş borcun qaldığı barədə məlumatı öyrənmişdir. O zaman müəyyən olmuşdur ki, Cavabdeh3 onlar arasında olan razılığa əsasən borc üzrə üzərinə düşən hissəni ödəməmiş və nəticədə kredit müqaviləsi Cavabdeh1 adına olduğundan həmin hissəni ondan tələb etmişlər. O, kredit müqaviləsi üzrə qalan borcu da ödəmişdir. Lakin hazırki gündə ona yenidən həmin kredit müqaviləsi üzrə borcun gec ödənildiyinə görə əlavə faizlərin hesablanması barədə məlumatının olmadığını bildirərək, bank tərəfindən qeyd olunan borcun ədalətsiz olaraq hesablandığını qeyd etmişdir. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 Cavabdeh1 izahatına uyğun izahat verərək, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər Cavabdeh3 məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 izahatlarını dinləyib, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Beləliklə məhkəmə iclasında müəyyən olmuşdur ki, İddiaçı QSC-nin Nizami filialı ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmış və digər cavabdehlər ona zamin durmuşlar. Tərəflərin verdyi izahatlardan göründüyü kimi, həmin kredit müqaviləsi üzrə borcun tutulmasına dair Yasamal rayon məhkəməsinin xx xxx 2009-cu il tarixli, 2(004)- 1733/2009 saylı icra vərəqəsi icra olunmuşdur. Lakin iddiaçı həmin borcun gec icra edildiyi üçün cavabdehlərə əlavə faiz borcu hesablamışdır. Məhkəmə tərəfindən iddiaçının nümayəndəsinə, həmin icra vərəqəsinin cavabdehlər tərəfindən gec icra olunmasına dair və eyni zamanda iddia tələbində göstərilmiş faizlərin hesablanmasına dair izahlı maliyyə arayışının məhkəməyə təqdim edilməsi təklif olunsa belə, iddiaçının nümayəndəsi qeyd olunan sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbləri təqdim edilmiş sübutlarla təsdiq edilmədiyindən əsassızdır və rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, İddiaçı QSC-nin iddia tələbi məhkəmə tərəfindən rədd edildiyi üçün, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar