Məhkəmə qərarları › İş №2(004)-3702/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3702/2023

11.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3702/2023 11.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "alimentin artırılması və əlavə xərclərin ödənilməsi” tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin artırılması və əlavə xərclərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikah dövründə anadan olmuş xx.xx.2013-cü il təvəllüdlü X2 üçün bir uşağa görə, sabit pul məbləğində 175 (yüz yetmiş) manat olan aliment məbləğinin 45 (qırx beş) manat artırılaraq, 220 (iki yüz iyirmi) manat alimentin sabit pul məbləğində tutulması, əlavə xərclərdə iştirakına görə 333.90 (üç yüz otuz üç manat doxsan qəpik) manat, məhkəmə xərclərinə görə, 27,40 (iyirmi yeddi manat qırx qəpik) manat və Bakı 2 saylı Mediasiya Təşkilatında çəkdiyi 50 (əlli) manat pulun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh ilə rəsmi nikaha 09 noyabr 2010-cu tarixdə daxil olmuşlar. Birgə nikahdan 09 fevral 2013-cü il tarixdə Rauf adlı bir oğlu anadan olmuşdur. Cavabdeh ilə əvvəllər birgə yaşadığı dövr ərzində aralarında tez-tez müxtəlif mübahisələr olurmuş. Aradan bir müddət keçdikdən sonra, Cavabdeh xəstə uşağı onun üstünə ataraq evdən çıxıb getmişdir. Cavabdeh bu günə kimi dəqiq harda yaşaması ona məlum deyil. Cavabdeh uşağın saxlanması üçün hər hansı bir maddi cəhətdən köməklik etmədiyinə görə, xx.xx.2013-cü il təvəllüdlü X2 üçün hər ay cavabdeh, Cavabdeh 120 (yüz iyirmi) manat alimentin sabit pul məbləğində tutulması, uşağa görə əlavə xərclərdə iştirakın təmin olunması üçün uşağın xəstəliyi ilə əlaqədar yığılmış 2875 (iki min səkkiz yüz yetmiş beş) manat, Psixoqamma MMC-yə ödədiyi may ayından hər ay 300 (üç yüz) manat olmaqla, ödədiyi dörd aya görə 1200 (bir min iki yüz) manat pulu, üç illik proqrama görə, gələcəkdə hər ay uşağın müalicəsi üçün 300 (üç yüz) manat pulun ödənilməsi və MMM-VH MMC-yə hüquqi xidmətə görə ödədiyi 250 (iki yüz əlli) manat pulun Cavabdeh alınaraq ona ödənilməsi tələbinə dair iddia tələbi ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə müraciət etmişdi. 28 oktyabr 2016-cı il tarixdə Bakı şəhəri Yasamal rayon Məhkəməsində mülki işə baxılmış, iddia tələbi qismən təmin olunmaqla, Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 120 (yüz iyirmi) manat alimentin sabit pul məbləğində tutulması, Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X4 müayinə və müalicəsinə iddiaçı tərəfindən sərf edilmiş 2863 (iki min səkkiz yüz altmış üç) manat məbləğində pulun yarısı, 1431,50 (bir min dörd yüz otuz bir manat əlli qəpik) manat pul vəsaiti və nümayəndənin göstərdiyi yardıma görə ödənilmiş 100 (bir yüz) manat alınıb ona ödənilməsi, Cavabdeh iddiaçı birgə nikah dövrdə anadan olmuş xx.xx.2013-cü il təvəllüdlü X4 müalicəsi ilə bağlı əlavə xərclərdə iştiraka cəlb olunmaqla ondan hər ay 70 (yetmiş) manat sabit pul məbləği ona ödənilməsi qət edilmişdir. bahalıqla əlaqədar olaraq, uşağın saxlanması üçün cavabdehdən onun xeyrinə bir uşağa görə sabit pul məbləğində 120 (yüz iyirmi) manat aliment çox az olduğundan alimentin artırılmasına dair məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 fevral 2019-cu il tarixli qətnaməsinə əsasən alimentin artırılması tələbinə olan iddia tələbi təmin edilərək, 120 (yüz iyirmi) manat olan alimentin məbləği 40 (qırx) mariat artırılaraq, bir uşağın saxlanması üçün hər ay 160 (yüz altmış) manat pul məbləğində aliment pulu tutulması barədə qətnamə qəbul edilmişdir. Bundan başqa, bir il sonra, yenidən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə alimentin artırılması tələbi ilə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli qətnaməsinə əsasən alimentin artırılması tələbinə dair saxlanılması üçün hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində alimentin tutulması, məhkəmə xərclərinə görə 25,40 (iyirmi beş manat qırx qəpik) manat pulun cavabdehdən alınıb mənə ödənilməsi barədə qətnamə çıxarılmışdır. İndiki bahalıqla əlaqədar 175 manat sabit pul məbləği azlıq edir, hər gün hər şey bahalaşır. Bundan başqa uşağı xəstə (qüsurlu) uşaqdır. Uşağın xəstəliyi ilə əlaqədar olaraq, onun dərmanlara və uşağın müayinəsinə görə çəkdiyi xərc 637,81 manat təşkil edir. Hesab edir ki, uşağın saxlanılmasına görə alimentin artırılması, cavabdehin uşağa çəkilən əlavə xərclərdə ata kimi iştirakı zəruridir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək, onun təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə də məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara qiymət verib hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2013-cu il tarixli AZ-İİİ seriyalı 011676 nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X6 xx.xx.2013cü il tarixdə doğulmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında 1571 nömrəli akt qeydi tərtib edilmişdir. Atası Cavabdeh, anası isə İddiaçıdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsənin 2(004)-12122/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnamənin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı aliment və əlavə xərclərin ödənilməsi tələbinə dair iddia ərizəsi qismən təmin edilərək, Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 120 (yüz iyirmi) manat alimentin sabit pul məbləğində tutulması, Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X4 müayinə və müalicəsinə iddiaçı tərəfindən sərf edilmiş 2863 (iki min səkkiz yüz altmış üç) manat məbləğində pulun yarısı, 1431,50 (bir min dörd yüz otuz bir manat əlli qəpik) manat pul vəsaiti və nümayəndənin göstərdiyi yardıma görə ödənilmiş 100 (bir yüz) manat alınıb iddiaçıya ödənilməsi, Cavabdeh iddiaçı birgə nikah dövrdə anadan olmuş xx.xx.2013-cü il təvəllüdlü X4 müalicəsi ilə bağlı əlavə xərclərdə iştiraka cəlb olunmaqla cavabdehdən hər ay 70 (yetmiş) manat sabit pul məbləği iddiaçıya ödənilməsi qət edilmişdir, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsənin 2(004)-1235/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı alimentin müəyyən edilmiş miqdarının dəyişdirilməsi tələbinə dair iddia tələbi təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsənin 2(004)-12122/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə təyin edilmiş 120 (yüz iyirmi) manat olan alimentin miqdarı dəyişdirilərək, xx.xx.2019-cu il tarixdən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 160 (yüz altmış) manat pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsənin 2(004)-3087/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı alimentin artırılması və əlavə xərclərin ödənilməsi” tələbinə dair iddia tələbi qismən təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 fevral 2019-cu il tarixli, 2(004)-1235/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək, Cavabdeh 09 fevral 2013cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində alimentin, həmçinin 09 fevral 2013-cü il təvəllüdlü X4 müayinə və müalicəsinə iddiaçı tərəfindən sərf edilmiş 2425 (iki min dörd yüz iyirmi beş) manat məbləğində pulun yarısı, yəni 1212,50 (bir min iki yüz on iki manat əlli qəpik) manat pul vəsaitinin və məhkəmə xərci olaraq 25,40 (iyirmi beş manat qırx qəpik) manat pulun alınıb İddiaçı ödənilməsi qət edilmişdir. X3 xx.xx.2021-ci il tarixli, Avrasiya Hospitalın xx.xx.2022-ci il tarixli qəbzlərindən görünür ki, xx.xx.2013-cü il təvəllüdlü X5 həkim qəbulu, analiz və tibbi xidmət göstərilmişdir və bununla əlaqədar cəmi 264 manat məbləğində pul ödənilmişdir. 10 oktyabr 2022-ci il tarixli, 31754 saylı qəbzdən görünür ki, İddiaçı tərəfindən Bakı 2 saylı Mediasiya təşkilatının hesabına ilkin mediasiya sessiyasına iştirak edilməsi üçün 50 manat məbləğində ödəniş edilmişdir. 27 yanvar 2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən notarius xidmətinə görə 27,40 manat rüsum ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq Hüquqları haqqında” Konvensiyanın müddəalarında qeyd olunur ki, yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Birləşmiş Millətlər Təşkilatının “Uşaq Hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsədə məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağınıəhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinəəsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasıəsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 81.1 və 81.2-ci maddəsinə görə, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Ailə Məcəlləsinin 81.3-cü maddəsinə əsasən, məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. "Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minumumu haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq 2023-cü il üçün yaşayış minumumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə hesab edir ki, iddiaçı məhkəmə qətnaməsinə əsasən uşağın saxlanması üçün xeyrinə tutulan aliment məbləğinin dəyişdirilməsinə, alimentin sabit pul məbləğində tutulmasına dair iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Belə ki, ödənilən aliment məbləğinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə uşaqlar üçün müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olması uşaqların mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəbdir. Eyni zamanda, məhkəmə qeyd edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qətnaməsinin qəbul edilməsindən 1 ildən artıq müddət keçdiyini, ödəmələrin miqdarını müəyyənləşdirən halların artıq dəyişdiyini və alimentin ödənilməsinin əvvəlki qaydada davam etməsi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli olmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3087/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə 09 fevral 2013-cü il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilməli, Cavabdeh 09 fevral 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 220 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir. Məhkəmə iddia tələbinin əlavə xərclərin ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla iddiaçı tərəfindən uşağın müayinəsi və müalicəsi üçün 264 manat pulun xərclənməsi müəyyən edilmişdir. İddia ərizəsinə sübut kimi emanat aparatı vasitəsilə pul vəsaitinin köçürülməsinə dair qəbz, həmçinin aptek qəbzləri əlavə olunsa da, məhkəmə baxışı zamanı iddiaçı həmin xərcləri uşağın xəstəliyi və müalicəsi ilə əlaqədar çəkməsini sübut edə bilməmişdir. Bundan başqa, iddiaçı tərəfindən təqdim edilmiş market qəbzlərindən də çəkilən xərclərin gündəlik qida, gigiyena, məişət tələbatı ilə bağlı olması müəyyən edilmişdir. Ona görə, 09 fevral 2013-cü il təvəllüdlü X4 xəstəliyi ilə əlaqədar cavabdehdən uşağın müalicəsinə çəkilmiş 264 manat pulun yarısı, yəni 132 manat alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən Cavabdeh 27,40 (iyirmi beş yeddi qırx qəpik) manat məbləğində məhkəmə xərci və mediasiya prosesinin tətbiqi ilə bağlı ödənilmiş 50 manat məbləğində mediasiya xərci İddiaçı xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli, 2(004)- 3087/2021 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılsın. Cavabdeh 09 fevral 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh 09 fevral 2013-cü il təvəllüdlü X4 müayinə və müalicəsinə iddiaçı tərəfindən sərf edilmiş 264 (iki yüz altmış dörd) manat məbləğində pulun yarısı, yəni 132 (bir yüz otuz iki) manat pul vəsaiti və məhkəmə xərci olaraq 27,40 (iyirmi yeddi manat qırx qəpik) manat və mediasiya xərci olaraq ödənilmiş 50 (əlli) manat tutularaq İddiaçı verilsin. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar