Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-3705/2020 16.07.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Mən, hakim Xəlilova Təhminə Cəmil qızı, iddiaçı BOKT “xxxxxxxx” MMC-nin kiçik iddiaya dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı BOKT “xxxxxxxx” MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilməməklə verilmişdir. Belə ki, iddiaçı BOKT “xxxxxxxx” MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 “x1” MMC-nin Bakı Filialı ilə Cavabdeh1 arasında bağlanmış 30 dekabr 2016-cı il tarixli, LD********** saylı kredit müqaviləsi üzrə 671,65 manat məbləğində əsas borcun və 30 manat dövlət rüsumunun müştərək qaydada onun xeyrinə tutulmasını xahiş edir. İddiaçı BOKT “xxxxxxxx” MMC bunu həmin müqavilə üzrə tələb hüquqlarının ona güzəşt olunması ilə əsaslandırmışdır. Lakin iddiaçı BOKT “xxxxxxxx” MMC 30 dekabr 2016-cı il tarixli, LD********** saylı kredit müqaviləsi üzrə 671,65 manat əsas borcun tələb etmə hüququnun ona ötürülməsini təsdiq edən sənədləri (tələbin güzəşti müqaviləsi və həmin müqaviləyə əsasən təhviltəslim aktını və digərə sənədləri) iddia ərizəsinə əlavə etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-4.1.3-cü maddəsinə əsasən də verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa, məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Azərbaycan Respublikası MPM-nin 284-4.3-ci maddəsinə əsasən, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Bundan əlavə iddia ərizəsi iddiaçının nümayəndəsi kimi göstərilmiş http://cms.justice.loc/Cases/Default.aspx?caseId=1245345Nümayəndə tərəfindən imzalanmışdır. Lakin iddia ərizəsinə http://cms.justice.loc/Cases/Default.aspx?caseId=1245345Nümayəndə həqiqətən BOKT “xxxxxxxx” MMC-nin işçisi olmasına dair sübut əlavə edilməmişdir. Halbuki Azərbaycan Respublikası MPM-nin 69.1-ci maddəsinə əsasənhər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir. Həmin Məcəllənin 69.2-ci maddəsinə əsasən hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Göstərilənlərə əsasən, hesab edirəm ki, iddiaçı tərəfindən verilmiş tələbi təsdiq edən sənədlər tam təqdim olunmadığından, eyni zamanda iddia ərizəsini imzalamış şəxsin əsas iş yerinin BOKT “xxxxxxxx” MMC olmasını təsdiq edən sənəd təqdim olunmadığından verilən iddia ərizəsinin qəbul olunmasından imtina olunmalı və iddiaçıya izah olunmalıdır ki, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4, 263 və 264-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Kiçik iddia ərizəsinin qəbul olunmasından imtina edilsin. İddiaçıya izah edilsin ki, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Hakim: Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №2(004)-3705/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-3705/2020
16.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver