Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-3710/2020 16.07.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Axundov Toğrul Bəhruz oğlu, İddiaçı Cavabdeh ASC-yə qarşı kredit müqaviləsi üzrə borcun restrukturizasiya edilməsi, hərracın yekunlarına dair alqı-satqı müqaviləsinin və dövlət qeydiyyatının etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh ASC-yə qarşı kredit müqaviləsi üzrə borcun restrukturizasiya edilməsi, hərracın yekunlarına dair alqı-satqı müqaviləsinin və dövlət qeydiyyatının etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli Fərmanı üzrə 8807 ABŞ dolları borcun Problemli kredit üzrə restrukturizasiya edilməsi, 42/06 saylı, 28.06.2019-cu il tarixli hərracın yekunlarına dair alqı-satqı müqaviləsi və mülkiyyət hüququ ilə bağlı 03.02.2020-ci il tarixli, ********** saylı dövlət qeydiyyatının etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddianın yolverilməzliyinə görə ərizəni qəbul etməkdən imtina edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 153.2.1-cimaddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Belə ki, məhkəmə hesab edir ki, iddiaçı ilk növbədə kredit müqaviləsi üzrə borcun restrukturizassiya edilməsi (müvafiq siyahıya əlavə edilməsi məqsədi ilə) ilə bağlı ilk öncə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli Fərmanını həyata keçirən Azərbaycan Respublikasının Mərkəzi Banka (əvvəlki icra edici orqanı x1 Palatasına) müraciət etməli, həmin qurumun qərarından narazı qaldıqda müvafiq şikayət ərizəsi ilə inzibati məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 saylı Fərmanının 3.2-ci bəndinə əsasən 1-ci hissəyə əsasən ediləcək ödənişin ümumi məbləğinin, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğinin qırx beş gün müddətində müəyyən edilməsi nəzərdə tutulmuşdur. Həmin Fərmanın 6.2-ci bəndinə əsasən fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklara bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağrılmasını təmin edən tədbirlər görmələri tövsiyə olunmuşdur. Məhkəmə eyni zamanda iddia tələbinin 42/06 saylı, 28.06.2019-cu il tarixli hərracın yekunlarına dair alqı-satqı müqaviləsi və mülkiyyət hüququ ilə bağlı 03.02.2020-ci il tarixli, ********** saylı dövlət qeydiyyatının etibarsız hesab edilməsi hissələri ilə bağlı hesab edir ki, ümumilikdə qeyd edilən iddia tələblərinə ümumi məhkəmədə baxılsa da, hazırki halda həmin tələblərin hüquqi əsasları iddiaçı tərəfindən iddia ərizəsində də, ilkin tələbin əsaslılığı ilə əsaslandırıldığından və ilkin tələbin nəticələrindən asılı olduğundan məhkəmə hesab edir ki, həmin tələblərə də, birgə qaydada baxılmalıdır. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 42/06 saylı, 28.06.2019-cu il tarixli hərracın yekunlarına dair alqı-satqı müqaviləsi və mülkiyyət hüququ ilə bağlı 03.02.2020-ci il tarixli, ********** saylı dövlət qeydiyyatının etibarsız hesab edilməsi xahiş edilsə də, istər müvafiq hərracı keçirmiş qurum, eləcə də, müvafiq icra şöbəsi və DƏDRX iş üzrə cavabdeh və ya müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməmişdir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizəyə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılmalı olmadığından, iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya Azərbaycan Respublikasının MPM-nin 153.5-ci maddəsinin tələbləri izah olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin153, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh ASC-yə qarşı kredit müqaviləsi üzrə borcun restrukturizasiya edilməsi, hərracın yekunlarına dair alqı-satqı müqaviləsinin və dövlət qeydiyyatının etibarsız hesab edilməsi tələbinə dair ərizəsinin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sərdlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-3710/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-3710/2020
16.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver