Məhkəmə qərarları › İş №2(004)-3721/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3721/2020

10.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3721/2020 10.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Orucova Nərmin Nəriman qızının katibliyi, iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin Cavabdeh qarşı “kredit” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC Cavabdeh qarşı “kredit” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, caavdeh Cavabdeh xx.xx.2019-cu il tarixli, 189 nömrəli kredit müqaviləsi üzrə 10745,29 manat əsas borc, 312,75 manat faiz borcu olmaqla, 11058,04 manat borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30,40 (otuz manat qırx qəpik) manat məbləğində pul tutularaq, iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək bildirir ki, xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" ASC-nin “Nəsimi" filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 189 nömrəli Kredit müqaviləsinə əsasən Cavabdeh 48 ay müddətinə illik 20 % dərəcəsi ilə hesablanmaqla 11000 (on bir min manat 0 qəpik) manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən müəyyən edilmişdir ki, borcalan müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Lakin cavabdeh müqavilə üzrə verilmiş vəsaiti və ona hesablanmış faizləri tam və vaxtında ödəməmişdir.Yuxarıda adı çəkilən xx.xx.2019-cu il tarixli, 189 nömrəli Kredit müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixinə Cavabdeh əsas borc üzrə 10745.29 manat, müqavilə müddəti ərzində ödənilməmiş faiz borcu üzrə 312.75 manat, cəmi 11058.04 manat borcu mövcuddur. İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 189 saylı istehlak kredit müqaviləsinə əsasən, bank borcalana istehlak məqsədləri üçün 48 ay müddətinə illik 20% ödəmək şərtilə 11000 manat məbləğində kredit verməyi, borcalan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti və kreditə hesablanmış faizləri qaytarmağı öz öhdəsinə götürmüşdür. İş materiallarında olan “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli, 1394 saylı maliyyə arayışına əsasən, Cavabdeh xx.xx.2019-cu il tarixli, 189 saylı kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixinədək 10745,29 manat məbləğində əsas borc, müqavilənin bitmə tarixinə hesablanmış 282,29 manat mələğində faiz borcu, cəmi isə 11027,58 manat məbləğində borcu vardır. Məhkəmə qeyd edir ki, borclu Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada və vaxtında icra etmədiyindən, iddia tələbi əsas borcun tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə qeyd edir ki, müqavilə müddətinə cavabdehin faiz borcu 289,29 manat olduğundan cavabdehdən iddiaçının xeyrinə 289,29 manat məbləğində faiz borcu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, əsas borc hissəsində iddia tam təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olan 30,40 manat Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, cavabdeh xx.xx.2019cu il tarixli, 189 nömrəli kredit müqaviləsi üzrə 10745,29 manat əsas borc, xx.xx.2020-ci il tarixinə 282,29 manat faiz borcu olmaqla, 11027,58 (on bir min iyirmi yeddi manat əlli səkkiz qəpik) manat borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30,40 (otuz manat qırx qəpik) manat məbləğində pul tutularaq, iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASCnin xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli, 189 nömrəli kredit müqaviləsi üzrə 10745,29 manat əsas borc, xx.xx.2020-ci il tarixinə 282,29 manat faiz borcu olmaqla, 11027,58 (on bir min iyirmi yeddi manat əlli səkkiz qəpik) manat borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30,40 (otuz manat qırx qəpik) manat məbləğində pul “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar