Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3739/2021 19.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə 19.05.2021-ci il tarixdə məhkəməyə müraciət edərək Cavabdeh 390 (üç yüz doxsan) manat maddi ziyan və 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla cəmi 410 (dörd yüz on) manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirir ki, o, 13.05.2021-ci il tarixdə ona məxsus ümumi əmlak dəyəri 390 manat olan velosipedin oğurlanması haqqında Bakı şəhəri Səbail rayon rayon Polis Bölməsinə şikayət etdiyini və həyata keçirilən əməliyyat nəticəsində əmlakını oğurlayan şəxsin Cavabdeh olduğu müəyyən olunmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 3 (009)-1100/2021 saylı, 14 may 2021-ci il tarixli qərarına əsasən Cavabdeh barəsində 2 ay həbs növündə inzibati tənbeh növündə tənbeh tətbiq edilmişdir. Cavabdeh ona məxsus əmlakı naturada geri qaytarmamış və dəyərini də ödəməmişdir. İddianın təmi olunmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Bakı şəhər Səbail rayon Məhkəməsinin 3(009)-1100/2021 saylı 14 may 2021-ci il tarixli qərarına əsasən Cavabdeh AR İXM 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinərək barəsində 2 ay inzibati həbs növündə inzibati tənbeh tətbiq edilmişdir. Qərara əsasən o, izahatında bildirmişdir ki, özünü inzibati xəta törətməkdə təqsirli bilir. Belə ki, maddi imkansızlıq ucbatından obyektin qarşısında olan velosipedin trosunu kəsmə yolu ilə oğurlamış və onu 50 manata satmışdır. Vaxt verilərsə maddi ziyanı ödəyə bilər. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib olunmuş 25.06.2021-ci il tarixli, LP-103/21 saylı mütəxəssis rəyinə əsasən “Altair” markalı, dağ modeli, təkər ölçüsü 26 olan velosipedin (ikinci əl) müqayisə yanaşması ilə hazırki bazar qiyməti 370-390 manat müəyyən edilmişdir. İşin mübahisəsiz halı odur ki, cavabdeh iddiaçıya məxsus olan velosipedi oğurlamıış və satmışdır. Hazırda iddiaçı cavabdehdən 390 (üç yüz doxsan) manat maddi ziyan və 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla cəmi 410 (dörd yüz on) manat məbləğində pul tələb edir. Məhkəmə hesab edir ki, iddia əsaslıdır. Belə ki, iddiaçıya məxsus olan əmlakınvelosipedin cavabdeh tərəfindən oğurlanaraq iddiaçıya maddi ziyan vurulması iş materialları ilə sübut olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia təmin edilməli, Cavabdeh 390 (üç yüz doxsan) manat maddi ziyan və 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla cəmi 410 (dörd yüz on) manat məbləğində pul İddiaçı xeyinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 390 (üç yüz doxsan) manat maddi ziyan və 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla cəmi 410 (dörd yüz on) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-3739/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3739/2021
19.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver