Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3743/2021 21.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Dəmirova Nəcimə Arif qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, alimentin miqdarını artıraraq cavadeh Cavabdeh 15.02.2007-ci il təvəllüdlü Yüzbaşova Ayan Rüfət qızı və 10.07.2010-cu il təvəllüdlü Yüzbaşov Rasim Rüfət oğlunun yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün sabit pul məbləğində hər ay hər uşağa görə 175 manat olmaqla, cəmi 350 manat miqdarında aliment tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, o, Cavabdeh oglu ilə 30 aprel 2006-ci il tarixdə rəsmi nikah bağlamışlar. Birgə nikahdan 15.02.2007-ci il təvəllüdlü Yüzbaşova Ayan Rüfət qızı və 10.07.2010-cı il təvəllüdlü Cavabdeh adlı iki övladı anadan olmuşdur. Rəsmi nikaha daxil olduqları ilk günlər münasibətləri yaxşı olsa da sonradan ailə münasibətləri pozulmuşdur. Belə ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-1047/2012 saylı, 06.07.2012-ci il tarixli qətnaməsinə əsasən rəsmi nikahları pozulmuşdur. Qətnamə üzrə 15.02.2007-ci il tarixdə anadan olmuş Yüzbaşova Ayan Rüfət qızının və 10.07.2010cu il tarixdə anadan olmuş Yüzbaşov Rasim Rüfət oğlunun yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün iddiaçı Cavabdeh hər ay sabit pul məbləği olaraq hər uşağa görə 100 manat, ümumilikdə 200 manat məbləğində tutularaq cavabdeh Yüzbaşova X2 verilməsi qət edilmişdir. Belə ki, minimum uşaqlar haqqında ölkədə 2021-ci il üzrə hər uşağa 175 manat müəyyən edilmişdir. Hazırda aldığı aliment pulu uşaqların ehtiyacını ödəmir. Bu baxımdan da məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı yuxarıda qeyd edilən məzmunda izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmiş,məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 76, 78.1, 78.2, 112.1-ci maddələrini, Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü maddələrini, «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikası Qanunun 19-cu maddəsini, «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Qanunu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14, 77, 119.1, 217, 218 və 220-ci rəhbər tutaraq müəyyən etdi: İş materiallarına olan Yasamal Rayon Məhkəməsinin 2(004)-1047/2012 saylı, 06.07.2012-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında Bakı şəhəri Səadət sarayında 30 aprel 2006-cı il tarixdə 1067 № li akt qeydi ilə bağlanmış nikahın pozulması, 15.02.2007-ci il tarixdə anadan olmuş Yüzbaşova Ayan Rüfət qızı və 10.07.2010-cu il tarixdə anadan olmuş Yüzbaşov Rasim Rüfət oğlunun anası İddiaçı himayəsində saxlanması, 15.02.2007-ci il tarixdə anadan olmuş Yüzbaşova Ayan Rüfət qızının və 10.07.2010-cu il tarixdə anadan olmuş Yüzbaşov Rasim Rüfət oğlunun yetkinlik yaşına çatana kimi saxlanması üçün iddiaçı Cavabdeh hər ay, sabit pul məbləği olaraq hər uşağa görə 100 manat, ümumilikdə 200 manat məbləğində tutularaq cavabdeh İddiaçı qızma verilməsi qət edilmişdir. İş materiallarında olan AZ-İ 915296 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Yüzbaşova Ayan Rüfət qızı 15.02.2007-ci il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan AZ-İİ 522530 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Yüzbaşov Rasim Rüfət oğlu 10.07.2010-cu il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-1047/2012 saylı, 06.07.2012-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh ilə İddiaçı arasında Bakı şəhəri Səadət sarayında 30 aprel 2006-cı il tarixdə 1067 № li akt qeydi ilə bağlanmış nikahın pozulması, 15.02.2007-ci il tarixdə anadan olmuş Yüzbaşova Ayan Rüfət qızı və 10.07.2010-cu il tarixdə anadan olmuş Yüzbaşov Rasim Rüfət oğlunun anası İddiaçı himayəsində saxlanması, 15.02.2007-ci il tarixdə anadan olmuş Yüzbaşova Ayan Rüfət qızının və 10.07.2010-cu il tarixdə anadan olmuş Yüzbaşov Rasim Rüfət oğlunun yetkinlik yaşına çatana kimi saxlanması üçün iddiaçı Cavabdeh hər ay, sabit pul məbləği olaraq hər uşağa görə 100 manat, ümumilikdə 200 manat məbləğində tutularaq cavabdeh İddiaçı qızma verilməsi qət edilmişdir. Lakin Yasamal Rayon Məhkəməsinin qətnaməsi ilə təyin edilmiş aliment məbləği uşaqların saxlanması, onların artan tələbatlarının ödənilməsi üçün kifayət etmir, ona görə də məhkəmə belə hesab edir ki, qanuna əsasən valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, məhkəmə qətnaməsi ilə müəyyən edilən aliment isə uşaqların saxlanması üçün yetərli olmadığından, bununla da müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin qanunla müəyyən edilmiş uşaqlarını saxlamalı olmasına dair vəzifəsinin icrasını tam əhatə etmədiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Alimentin miqdarı ilə bağlı qeyd olunmalıdır ki, “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Qanun, adından da göründüyü kimi, yaşayış minimumunu müəyyən edir. Uşağın tələbatı isə təkcə yaşayış minimumundan ibarət deyildir. Ona görə də yaşayış minimumunu təşkil edən məbləğin bir valideyndən tutulması, digər valideyn tərəfindən isə uşağın digər zəruri xərclərinin ödənilməsi valideynlərin uşağı maddi cəhətdən saxlamaq vəzifəsində müəyyən tarazlığı təmin edəcəkdir. Beləliklə, iddia tələbi qanuni və əsaslı olduğundan təmin olunmalı, 15 fevral 2007-ci il təvəllüdlü Yüzbaşova Ayan Rüfət qızının və 10 iyul 2010-cu il təvəllüdlü Yüzbaşov Rasim Rüfət oğlunun yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmalı, Cavabdeh 15 fevral 2007-ci il təvəllüdlü Yüzbaşova Ayan Rüfət qızının və 10 iyul 2010-cu il təvəllüdlü Yüzbaşov Rasim Rüfət oğlunun yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər biri üçün 175 manat, cəmi 350 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin və alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Ailə Məcəlləsinin MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia ərizəsi təmin edilsin. 15 fevral 2007-ci il təvəllüdlü Yüzbaşova Ayan Rüfət qızının və 10 iyul 2010-cu il təvəllüdlü Yüzbaşov Rasim Rüfət oğlunun yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılsın. Cavabdeh 15 fevral 2007-ci il təvəllüdlü Yüzbaşova Ayan Rüfət qızının və 10 iyul 2010-cu il təvəllüdlü Yüzbaşov Rasim Rüfət oğlunun yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər biri üçün 175 (yüz yetmiş beş) manat, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin və alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılsın. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-3743/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3743/2021
21.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver