Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-375/2022 27.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "FİNCA Azerbaijan” MM QBKT-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borc tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı "FİNCA Azerbaijan” MM QBKT iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddiaçının xeyrinə 27.10.2015-ci il tarixli, **********7514 saylı kredit müqaviləsi üzrə 1693,76 manat əsas borcun, 27.10.2015-ci il tarixli, **********6385 saylı kredit müqaviləsi üzrə, 3698,55 ABŞ dolları əsas borc, 314,05 ABŞ dolları faiz borcu olmaqla cəmi 4012,60 ABŞ dolları borcun və 105,14 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, "FİNCA Azerbaijan” MM QBKT ilə Cavabdeh1 arasında bağlanmış 27.10.2015-ci il tarixli, **********7514 saylı kredit müqaviləsinə əsasən borc alana istehlak məqsədləri üçün illik 23,53% faiz dərəcəsi olmaqla 18 ay müddətinə 4000 manat məbləğində kredit verilmişdir. Həmçinin, 27.10.2015-ci il tarixli, **********6385 saylı kredit müqaviləsinə əsasən borc alana istehlak məqsədləri üçün illik 23,53% faiz dərəcəsi olmaqla 18 ay müddətinə 4000 ABŞ dolları məbləğində kredit verilmişdir. 27.10.2015-ci il tarixli, **********7514 saylı kredit müqaviləsi 19.01.2017-ci il tarixli eyni hesab nömrəli sazişlə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi, əsas borc 2606 manat, faiz 0,00 manat, cərimə 0,00 manat müəyyən edilmişdir. Həmçinin, kredit müqavilələrinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq Cavabdeh2 və Cavabdeh3 zamin qismində sözü gedən kredit müqavilələrinin tərəfi olmuşdur. Cavabdeh, Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, 12.10.2021-ci il tarixinə olan maliyyə arayışına əsasən 27.10.2015-ci il tarixli, **********7514 saylı kredit müqaviləsi üzrə borcun məbləği 1693,76 manat əsas borc, 27.10.2015-ci il tarixli, **********6385 saylı kredit müqaviləsi üzrə, borcun məbləği 3698,55 ABŞ dolları əsas borc, 314,05 ABŞ dolları faiz borcu olmaqla cəmi 4012,60 ABŞ dolları təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdehlər məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdirlər. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 429.1.3, 442, 445.2.1, 448.2, 739.1, 739.2, 741-ci maddələrinin tələblərini nəzərə alaraq, məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, "FİNCA Azerbaijan” MM QBKT ilə borc alan Cavabdeh1, zaminlər Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış 27.10.2015-ci il tarixli, **********7514 saylı kredit müqaviləsinə əsasən borc alana istehlak məqsədləri üçün illik 23,53% faiz dərəcəsi olmaqla 18 ay müddətinə 4000 manat məbləğində kredit verilmişdir. 27.10.2015-ci il tarixli, **********7514 saylı kredit müqaviləsi 19.01.2017-ci il tarixli eyni hesab nömrəli sazişlə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi, əsas borc 2606 manat müəyyən edilmişdir. "FİNCA Azerbaijan” MM QBKT ilə borcalan Cavabdeh1, zaminlər Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış 27.10.2015-ci il tarixli, **********6385 saylı kredit müqaviləsinə əsasən borc alana istehlak məqsədləri üçün illik 23,53% faiz dərəcəsi olmaqla 18 ay müddətinə 4000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh2 və Cavabdeh3 zamin qismində kredit müqaviləsinin borclu tərəfindən icra edilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmuşdürlər. 12.10.2021-ci il tarixinə olan maliyyə arayışlarına əsasən 27.10.2015-ci il tarixli, **********7514 saylı kredit müqaviləsi üzrə borcun məbləği 1693,76 manat əsas borc, 27.10.2015-ci il tarixli, **********6385 saylı kredit müqaviləsi üzrə, borcun məbləği 3698,55 ABŞ dolları əsas borc, 314,05 ABŞ dolları faiz borcu olmaqla cəmi 4012,60 ABŞ dolları təşkil edir. Göründüyü kimi, borc verən müqavilə üzrə öhdəliklərini yerinə yetirdiyi halda, borc alan müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmişdir. AR Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Odur ki, iddiaçı haqlı olaraq, hazırki tələblə məhkəməyə müraciət etmişdir. Habelə, kredit və zaminlik üzrə qarışıq müqavilə 27.10.2015-ci il tarixdə bağlanmışdır. 27.10.2015-ci il tarixli, **********7514 saylı kredit müqaviləsi üzrə icra müddəti 19.10.2019cu il tarixdə, 27.10.2015-ci il tarixli, **********6385 saylı kredit müqaviləsi üzrə isə 27.03.2017-ci il tarixdə başa çatmışdır. 27.10.2015-ci il tarixli, **********7514 saylı kredit müqaviləsinin restrukturizasiyasına dair 19.01.2017-ci il tarixli saziş zaminlər tərəfindən imzalanmamışdır Buna baxmayaraq, iddiaçı 01.11.2021-ci il tarixdə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Göstərilən normaların tələbi baxımından zaminə qarşı öhdəliyin icrası vaxtından bir il ərzində iddia irəli sürülmədiyindən zaminliyə xitam verilməlidir. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh1 27.10.2015-ci il tarixli, **********7514 saylı kredit müqaviləsi üzrə 1693,76 manat əsas borc, 27.10.2015-ci il tarixli, **********6385 saylı kredit müqaviləsi üzrə, 3698,55 ABŞ dolları əsas borc, 314,05 ABŞ dolları faiz borcu olmaqla cəmi 4012,60 ABŞ dolları borc və 105,14 manat məbləğində dövlət rüsumu iddiaçı "FİNCA Azerbaijan” MM QBKT-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 27.10.2015-ci il tarixli, **********7514 saylı kredit müqaviləsi üzrə 1693,76 (min altı yüz doxsan üç manat, 76 qəpik) manat əsas borc, 27.10.2015-ci il tarixli, **********6385 saylı kredit müqaviləsi üzrə, 3698,55 ABŞ dolları əsas borc, 314,05 ABŞ dolları faiz borcu olmaqla cəmi 4012,60 (dörd min on iki dollar, 60 sent) ABŞ dolları borc (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq manatla) və 105,14 (yüz beş manat, 14 qəpik) manat məbləğində dövlət rüsumu tutulub iddiaçı "FİNCA Azerbaijan” MM QBKT-nin xeyrinə ödənilsin. İddia tələbi digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 münasibətdə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən:Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-375/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-375/2022
27.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver