Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3753/2021 17.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı “xxxx” QSC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bank Olmayan Kredit Təşkilatı “xxxx” QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borcu 77,24 manat, faiz borcu 4,06 manat, cərimə borcu 6,93 manat, həmçinin ərizəyə görə ödənilmiş 20,40 manat dövlət rüsumunun, ümumilikdə 108,63 manat borcun iddiaçı Bank Olmayan Kredit Təşkilatı “xxxx” QSC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdehlər tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. İş materiallarında olan sübutlara əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, 07.10.2019-cu il tarixdə Cavabdeh Bank Olmayan Kredit Təşkilatı “xxxx” QSC-yə istehlak kreditinin alınması üçün ərizə ilə müraciət etmişdir. Müraciəti nəticəsində Bank Olmayan Kredit Təşkilatı “xxxx” QSC ilə Cavabdeh arasında 07.10.2019-cu il tarixdə, 193- TEL-0202-19 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən Bank Olmayan Kredit Təşkilatı “xxxx” QSC cavabdehə illik 35% dərəcəsi ilə 12 ay müddətinə 288 manat məbləğində istehlak krediti verməyi, cavabdeh isə həmin məbləği hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 07.10.2019-cu il tarixli, 193-TEL-0202-19 saylı kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, Cavabdeh 07.11.2019-cu il tarixdən başlayaraq son ay 26,2 manat olmaq şərtilə, hər ay 29 manat olmaqla, cəmi 288 manat məbləğində borcu 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. 21.04.2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh 21.04.2021-ci il tarixə əsas borcu 77,24 manat, faiz borcu 4,06 manat, cərimə borcu 6,93 manat olmaqla, cəmi borcu 88,23 manat təşkil edir. Bank Olmayan Kredit Təşkilatı “xxxx” QSC-nin Cavabdeh ünvanladığı 08.10.2020-ci il tarixli xəbərdarlıq məktubuna əsasən məlum olur ki, iddiaçı tərəfindən Cavabdeh borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, müqaviləyə əsasən iddiaçı öz öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə bunun əksinə öhdəliklərini yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, 07.10.2019-cu il tarixli, 193-TEL-0202-19 saylı kredit müqaviləsinə əsasən 77,24 manat əsas borc, 4,06 manat faiz borcu, 6,93 manat cərimə borcu, ümumilikdə 88,23 manat və ödənilmiş 20,40 manat dövlət rüsumu borc Cavabdeh tutularaq Bank Olmayan Kredit Təşkilatı “xxxx” QSC-yə ödənilməlidir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. AR Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh müştərək qaydada 77,24 manat əsas borc, 4,06 manat faiz borcu, 6,93 manat cərimə borcu, ümumilikdə 88,23 (səksən səkkiz manat iyirmi üç qəpik) manat və ödənilmiş 20,40 (iyirmi manat qırx qəpik) manat dövlət rüsumu tutularaq Bank Olmayan Kredit Təşkilatı “xxxx” QSC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-3753/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3753/2021
17.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver