Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-376/2021 16.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsinin ləğv edilməsi və yaranmış borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “kredit müqaviləsinin ləğv edilməsi və yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli ******* nömrəli kredit müqaviləsi ləğv edilməsi, Cavabdeh xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 2.348,81 manat əsas borc, 113,02 manat faiz borcu və 0,20 manat cərimə və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 2.492,03 manat tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC borcalan Cavabdeh 36 ay müddətinə illik 10% ödəmək şərtilə 2.348,81 manat kredit vermişdir. Borclu müqavilənin şərtlərini pozaraq, öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin xx.xx.2020-ci il tarixli müqavilə üzrə 2.348,81 manat əsas borc, 113,02 manat faiz borcu və 0,20 manat cərimə borcu yaranmışdır. İddiaçı ASC-nin nümayəndəsi X3 xx.xx.2021-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək, iddianın təmin edilməsini və işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, o, xx.xx.2013-cü ildə bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən Sonny Electronics mağazasından 4.716 manat dəyərində məişət cihazlarıni nisyə almışdır. İddiaçı ASC ilə onun arasında xx.xx.2013-cü il tarixli kredit müqaviləsi bağlanmış və 3580 manat kredit ayrılmışdır. Ona nağd pul verilməmişdir, bank pulu Sonny Electronics mağazasına köçürmüşdür. O, krediti mağazaya ödəməli, mağaza isə banka ödəməli idi. O, aldığı əşyaların dəyərindən 1.600 manatını mağazaya ödəmişdir. Sonra ödənişləri edə bilməmişdir. Sonny Electronics mağazasının sahibi X5 onu məhkəməyə vermişdir. Yasamal rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən yaranmış borc ondan və arvadı X1 iddiaçı X4 xeyrinə 3174 manat əsas borc və 100 manat cərimə olmaqla, 3274 manat borc tutulmuşdur. Sonradan onu İddiaçı ASC-yə dəvət edərək, xx.xx.2020-ci il tarixdə onunla İddiaçı ASC arasında kredit müqaviləsi bağlanmış və onun xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə 2.348,81 manat borcu qaldığı bildirilmiş, 36 ay müddətinə illik 10% ödəmək şərtilə yeni qrafik açılmışdır. Bankda ona bildirilmişdir ki, xx.xx.2020-ci il tarixli müqavilədə göstərilən 2.348,81 manat borcu Sonny Electronics mağazasından alaraq onun borcunun əvəzində İddiaçı ASC-yə ödəyəcəklər. Bu müqavilə formal olaraq bağlanmışdır. Hesab edir ki, onun xx.xx.2020-ci il tarixli müqavilə üzrə İddiaçı ASC-yə borcu yoxdur. Bu səbəbdən iddianın rədd edilməsini xahiş edir. Məhkəmə cavabdehin izahatını dinləyib, iddiaçının nümayəndəsinin iddianı müdafiə etməsi barədə ərizəsini, işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırıb, iş materiallarında olan sənədləri nəzərdən keçirib hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli 101-HFS-3887 nömrəli kredit müqaviləsinə əsasən İddiaçı ASC borcalan Cavabdeh 24 ay müddətinə xx.xx.2015-ci il tarixədək qaytarmaq şərti ilə illik 28% ödəmək şərtilə 3580 manat kredit vermişdir. Problemli kreditin (Sonny Electronics) restruktrizasiya edilməsi ilə əlaqədair bağlanmış xx.xx.2020-ci il tarixli ******* nömrəli kredit müqaviləsinə əsasən İddiaçı ASC borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli 101-HFS-3887 nömrəli kredit müqaviləsinə xitam verilmişdir. Həmin kredit üzrə hesablanmış faizlər və dəbbə pulu silinmişdir. Kreditin məbləği 2.348,81 manat; kreditin müddəti 36 ay; kreditin illik faiz dərəcəsi 10%; dəbbə pulu illik 20% müəyyən edilmişdir. Borcalan ödənişləri 12 ay ərzində üç dəfədən çox gecikdirdikdə bank borcun vaxtından əvvəl ödənilməsini tələb edə bilər. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq borcunu vaxtında lazımi qaydada ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. İddiaçı ASC-nin xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2020ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə 2.348,81 manat əsas, 113,02 manat faiz, 0.20 manat cərimə olmaqla, ümumilikdə 2.462,03 manat borcu yaranmışdır. Cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş və heç bir ödəniş etməmişdir. Bu səbəbdən bank borcun vaxtından əvvəl ödənilməsini və müqavilənin ləğv edilməsini tələb etməkdə haqlıdır. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mülki Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Cavabdeh banka borcu olmadığını iddia etsə də, xx.xx.2020-ci il tarixli kredit müqaviləsini bağlayandan sonra, müqavilədə göstərilən 2.348,81 manat əsas borcu və ona hesablanan faitzləri ödədiyini təsdiq edən yazılı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsi ləğv edilməli, Cavabdeh xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 2.348,81 manat əsas borc, 113,02 manat faiz borcu və 0,20 manat cərimə və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 2.492,03 manat tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli ******* nömrəli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli ******* nömrəli kredit müqaviləsi üzrə yaranmış 2.348,81 manat əsas borc, 113,02 manat faiz borcu və 0,20 manat cərimə və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 2.492,03 (iki min dörd yüz doxsan iki manat üç qəpik) manat tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-376/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-376/2021
16.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver