Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3769/2020 13.08.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı X2, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı X2 Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri, Yasamal rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X5 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2006-cı il təvəllüdlü X6 və xx xxxxxx 2011-ci il təvəllüdlü X1 üçün onların yetkinlik yaşına çatanadək cavabdehdən tutulan alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün 200, cəmi 400 manat məbləğində alimentin Cavabdeh tutularaq iddiaçı X3 ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh ilə xx xxxxxx 2005-ci il tarixdə birgə nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahlarından xx xxxxxx 2006-cı il təvəllüdlü X6 və xx xxxxxx 2011-ci il təvəllüdlü X7 adlı övladları doğulmuşdur. Yasamal rayon məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(004)-2952/2017 saylı qətnaməsinə əsasən, xx xxxxxx 2006-cı il təvəllüdlü X6 və xx xxxxxx 2011-ci il təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün 137, cəmi 274 manat məbləğində aliment təyin edilmişdir. Lakin halhazırda uşaqların gündəlik tələbatlarını ödəmək üçün həmin məbləğ kifayət deyil. Göstərilənlərə əsasən alimentin artırılması üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, onunla cavabdeh arasında olan nikah rəsmi qaydada pozulduqdan sonra onlar barışıb bir yərdə yaşamışlar. Lakin 2020-ci ilin may ayında tamamilə ayrılmışlar. Cavabdeh evi tərk edərək, anasının yanında qalmağa getmişdir. Kiçik övladları xx xxxxxx 2011-ci il təvəllüdlü X11 artıq iki aydır ki, məktəblərin bağlanması ilə əlaqədar cavabdehin anasının yanında qalır. Böyük övladları isə xx xxxxxx 2006-cı il təvəllüdlü X6 mütəmadi olaraq cavabdehin anasının yanına gedir-gəlir. Bunlara icazə verməyinin səbəbi uşaqlarının nənə və babalarından ayrı qalmalırının istəməməsidir. Nikah pozulduqdan sonra, cavabdeh ilə barışdıqları üçün, o alimentdən imtina etmişdir. Lakin hazırki gündə, cavabdehlə ayrıldıqdan sonra, uşaqların gündəlik tələbatlarını, gələcəkdə təhsilləri ilə bağlı xərcləri ödəyə bilmək üçün alimentin artırılmasına zərurət yaranmışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, tərəflər boşandıqdan sonra barışaraq yenidən bir yerdə yaşamışlar. Lakin 2020-ci ilin may ayından onlar ayrılmış və hazırda cavabdeh onun yanında qalır. Tərəflərin birgə nikahından doğulmuş kiçik övladları xx xxxxxx 2011-ci il təvəllüdlü X7 artıq iki aydır ki, onun yanında qalır. Böyük övladları isə xx xxxxxx 2006-cı il təvəllüdlü X6 hər gün günorta saatlarında onun yanına gəlir, axşam isə iddiaçının yanına qayıdır. O, kiçik uşağın hal-hazırda bütün tələbatlarını, yəni uşağın yeməyi, geyimi, gündəlik xərclərini özü ödəyir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını və iddiaçının ərizəsini araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(004)-2952/2017 saylı qətnaməsi ilə tərəflərin birgə nikahından doğulmuş xx xxxxxx 2006-cı il təvəllüdlü X6 və xx xxxxxx 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 134, cəmi 274 manat sabit pul məbləğində aliment tutulmuşdur. Alimentin miqdarını müəyyən edərkən, məhkəmə uşaqların və iddiaçının mənafelərini, onların əvvəlki təminat səviyyəsini, eyni zamanda cavabdehin daimi iş yeri və müntəzəm gəliri barədə məhkəməyə rəsmi sənəd verməməsini, onun maddi vəziyyətini, iddiaçının alimenti sabit pul məbləğində tutulması barədə tələbini, Respublikada 2020-ci ildə müəyyən olunmuş yaşayış minimumunu nəzərə alır və hesab edir ki, iddia tələbi qismən təmin edilərək cavabdehdən uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 170 manat aliment tutulmaqla iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən iddiaçılar aliment alınması barədə iddialar üzrə dövlət rüsumu ödəməkdən azad olunurlar. Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. İddiaçı X2 iddia tələbi qismən təmin edildiyindən, məhkəmə hesab edir ki, 25,50 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(004)- 2952/2017 saylı qətnaməsi ilə Cavabdeh Əliyeva (Alışova) Aysel Hüseyn qızının xeyrinə tutulmuş alimentin miqdarı dəyişdirilsin. Cavabdeh xx xxxxxx 2006-cı il təvəllüdlü X6 və xx xxxxxx 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 170 (yüz yetmiş) manat, ümumilikdə 340 (üç yüz qırx manat) manat sabit pul məbləğində aliment tutularaq X3 ödənilsin. Cavabdeh 25,50 (iyirmi beş manat əlli qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət nəfinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri, Yasamal rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №2(004)-3769/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3769/2020
13.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver