Məhkəmə qərarları › İş №2(004)-3770/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-3770/2020

23.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-3770/2020 23.07.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Əyyubov Fərid İlham oğlu iddiaçı İddiaçı cavabdeh Cavabdeh1, Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı İddiaçı cavabdeh Cavabdeh1, Cavabdeh2 oğluna qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı, məhkəməyə təqdim etdiyi ərizəni və mülki işin materiallarını tədqiq edərək hesab edirəm ki, dövlət rüsumunun ödənilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada elektron ödəniş sistemləri vasitəsi ilə ödənilmədiyindən iddia ərizəsinin icraata qəbulundan imtina edilməlidir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş ödəniş tapşırığına əsasən qanunla müəyyən edilmiş məbləğdə yəni, ____ manat məbləğində dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədin əlavə edilməsi müəyyən edilsə də, dövlət rüsumunun ödənilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada elektron ödəniş sistemləri vasitəsi ilə ödənilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 108.3-cü maddəsinə əsasən dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir. Həmin Məcəllənin 284-4.1.4-cü maddəsinə əsasən ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə vardırsa məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından hallarda imtina edir. Həmin Məcəllənin 284-4.2-ci maddəsinə əsasən 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 108, 263-264, 266-268, 284-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı İddiaçı kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair ərizəsinin qəbul edilməsindən imtina edilsin. İddiaçıya izah edilsin ki, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Qərardaddan şikayət verilə bilməz. Hakim Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar