Məhkəmə qərarları › İş №2(004)-3770/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-3770/2022

28.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-3770/2022 28.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızı, İddiaçı Cavabdeh ASC-yə qarşı “bağlanmış müqavilələr üzrə borc məbləğinin mübahisələndirilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “bağlanmış müqavilələr üzrə borc məbləğinin mübahisələndirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iş üzrə yeni ekspertiza təyin edilməsi və Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının maddələrinin yerinə yetirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə 24 iyun 2022-ci il tarixdə daxil olmuşdur. Qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinin tələbinə uyğun olaraq geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə iddia ərizəsi geri qaytarılır. Hazırda iş materiallarından görünür ki, İddiaçı dövlət rüsumunu ödəməmiş və bunu qaçqın statusunda olmasına dair arayışa əsasən məhkəməyə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azad olması ilə əsaslandırmışdır. Lakin Elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, İddiaçı qeydiyyat ünvanı Bakı şəhəridir və iddia ərizəsinə qaçqın statusunun olmasını təsdiq edən hər hansı mötəbər sübut əlavə edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 152.1.5.-ci maddəsinə sasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddiaçının iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarılır. Bundan başqa məhkəmə qeyd edir ki, iddia ərizəsində tələb dəqiq göstərilməmiş, artıq məhkəmə qətnaməsi ilə müəyyən edilmiş kredit borcu məbləği üzrə təkrar ekspertiza keçirilməsini məhkəmədən xahiş etmişdir, bu isə qanunvericiliyin tələblərinə əsasən qeyrimümkündür Beləliklə, məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edir ki, iddiaçı müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə qəbzi və ya dövlət rüsumundan azad olunmasını əsaslandırmasına baxmayaraq onun məcburi köçkün olmasına dair hər hansı sübutu iddia ərizəsinə əlavə etmədiyindən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı və iddiaçıya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-152, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “bağlanmış müqavilələr üzrə borc məbləğinin mübahisələndirilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması ilə bağlı nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar