Məhkəmə qərarları › İş №2(004)-3771/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3771/2020

06.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3771/2020 06.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh2 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borc”tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən 4247.21 manat əsas borc, 730.61 manat faiz borcu, 171.22 manat cərimə olmaqla cəmi 5179,04 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçınınn xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçınınnümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat verərək, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən borcalana 12 ay müddətinə, illik 24 % ödəmək şərti ilə 5000 manat krediti verildiyini, bankla bağladığı xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsinə əsasənzamin Cavabdeh1 borcalanın öhdəliyinin icrası üçün məsuliyyəti öz üzərinə götürdüyünü bildirmiş, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 verdiyi izahatında iddia tələbini etiraf etdiyini göstərərək, iddia tələbinin təmin olunması məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Digər Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən borcalana 12 ay müddətinə, illik 24 % ödəmək şərti ilə 5000 manat krediti verilmiş və xx.xx.2019-cu il tarixli kassa məxaric orderinə əsasən 5000 AZN pulu cavabdeh almışdır. xx.xx.2019-cu il tarixli ödəniş cədvəlinə əsasən cavabdeh, hissə-hissə, krediti aylıq 472,98 manat olmaqla xx.xx.2020-ci il tarixə qədər ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı ASC iləCavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin təminatı olaraq bağlanmış xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsinə əsasən zamin borcalanın kredit müqaviləsinə əsasən kreditor qarşısında yaranmış öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh2 banka olan borcu 4247.21 manat əsas borc, 730.61 manat faiz borcu, 171.22 manat cərimə olmaqla cəmi 5149,04 manat təşkil edir. xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehlər borcun ödənilməsinə dair xəbərdarlıq edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının tələbitəmin edilməlidir. Belə ki, Cavabdeh2 məhkəməyə iddia tələbini etiraf etdiyini bildirmişdir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddia etiraf edildiyindən iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 4247.21 manat əsas borc, 730.61 manat faiz borcu, 171.22 manat cərimə borcu və ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 5179.04 manat pulu tutularaq, İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 4247.21 manat əsas borc, 730.61 manat faiz borcu, 171.22 manat cərimə borcu və ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 5179.04 (beş min bir yüz yetmiş doqquz manat 4 qəpik) manat pul tutularaq, İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar