Məhkəmə qərarları › İş №2(004)-3772/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3772/2021

06.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3772/2021 06.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Salamova Azadə Telman qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı “xxxx” KB ASC-in Cavabdeh qarşı “kredit üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Yasamal rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı “xxxx” Kommersiya Bankı ASC Cavabdeh qarşı kredit borcu tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 4059,04 manat əsas, 19,07 manat faiz borcu olmaqla, cəmi 4078,11 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. Daha sonra 25.06.2021-ci il tarixdə iddiaçı məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh ilə bağlanmış 2459rstBANK/19 saylı, 16.09.2019cu il tarixli kredit müqaviləsinin ləğv edilməsini və iddiaçının xeyrinə 4059,04 manat əsas, 19,07 manat faiz, cəmi 4078,11 manat borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbini qəbul edərək, borcu hissəhissə ödəyəcəyinə söz vermişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında iddiaçıya rəsmi qaydada məlimat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, lakin 06.07.2021-ci il tarixdə məhkəməyə dəftərxana vasitəsilə göndərdiyi ərizəsində işə onların iştirakı olmadan baxılmasını, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, cavabdehin izahatını dinləyib hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Cavabdeh ilə ilə “xxxx” Kommersiya Bankı ASC arasında bağlanmış 16.09.19-cu il tarixli, 2459rstBANK/19 saylı güzəştli kredit və bank hesabı müqaviləsinə əsasən müəyyən olunur ki, xxxx” Kommersiya Bankı ASC cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə, 16.09.2024-cü il tarixədək, 12 ay güzəşt müddəti və komission haqı 0 (sıfır) manat olmaqla illik 1 faiz ödəmək şərti ilə 4060,46 manat məbləğində kredit vermişdir. İş materiallarında olan ödəniş qrafikindən müəyyən olunur ki, Cavabdeh 16.10.2019cu il tarixindən 16.09.2020-ci il tarixədək, hər ay 3,39 manat, 16.10.2020-ci il tarixdən 16.09.2021-ci il tarixədək sonuncu ay 56,35 manat olmaqla, hər ay 87 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan “xxxx” Kommersiya Bankı ASC-nin 17.05.2021-ci il tarixli maliyyə arayışına əsasən müəyyən olunur ki, cavabdeh Cavabdeh 17.05.2021-ci il tarixə banka 4059,04 manat əsas borc, 19,07 manat faiz borcu olmaqla, cəmi 4078,11 manat borcu vardır. İş materiallarında olan “xxxx” Kommersiya Bankı ASC tərəfindən Cavabdeh ünvanlanmış 21.04.2021-ci il tarixli bildirişdən görünür ki, iddiaçı tərəfindən borcun ödənilməsi barədə Cavabdeh xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, müqaviləyə əsasən iddiaçı öhdəliklərini yerinə yetirmiş, 4060,46 manat krediti cavabdehə vermiş, cavabdeh isə bunun əksinə olaraq öz öhdəliklərini qismən yerinə yetirmiş, borcunu tam və vaxtında ödəməmişdir. Məhkəmə iş materiallarını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, 2459rstBANK/19 saylı, 16.09.2019-cu il tarixli güzəştli kredit və bank hesabı müqaviləsi ləğv edilməli, 2459rstBANK/19 saylı, 16.09.2019-cu il tarixli güzəştli kredit və bank hesabı müqaviləsi üzrə 4059,04 manat əsas borc, 19,07 manat faiz borcu olmaqla, cəmi 4078,11 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq “xxxx” ASC-yə ödənilməlidir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, o, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq dövri ödənişlər etməli olduğu halda müəyyən məbləğ ödəniş etsə də, öhdəliyinə uyğun olaraq tam ödəniş etməmişdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. “xxxx KB” ASC ilə Cavabdeh arasında bağlanmış 2459rstBANK/19 saylı, 16.09.2019-cu il tarixli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 4059,04 manat əsas,19,07 manat faiz, cəmi 4078,11 manat borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı “xxxx KB” ASC-yə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar