Məhkəmə qərarları › İş №2(004)-3774/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3774/2020

03.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3774/2020 03.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsinin ləğv edilməsi, borcunun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 15040-0259/243557 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 36.860 manat əsas borc, 7.148,25 manat faiz borcu, 17,88 manat cərimə və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 44.056,13 manat pulun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC Cavabdeh 300 ay müddətinə, yəni xx.xx.2040-cı il tarixədək illik 8 faiz ödəmək şərti ilə 45.000 manat kredit vermişdir. Borclu Cavabdeh müqavilənin şərtlərini pozaraq və xəbərdarlıq edilməsinə baxmayaraq, borc öhdəliyini lazımi qaydada icra etməmişdir. Borclu Cavabdeh xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı ASC-yə xx.xx.2020-ci il tarixə 36.860 manat əsas borc, 7.148,25 manat faiz borcu və 17,88 manat cərimə olmaqla, cəmi 44.026,13 manat borcu yaranmışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq borclu öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh məlum olan sonuncu yaşayış yeri üzrə - ünvan 1 ünvana məhkəmə bildirişi göndərilmişdir. Lakin göndərilmiş bildiriş ona təqdim etmək mümkün olmamışdır. Bu barədə “Azərpoçt” Xidmətinin AZ1070 indeksi olan Poçt Şöbəsi tərəfindən müvafiq qeyd yazılmaqla, bildiriş məhkəməyə qaytarılmışdır. Həmçinin, “AZEMİS” vasitəsilə cavabdehə məxsus olan +**********31 mobil nömrəsinə SMS bildirişi göndərilsə də, bilinməyən xəta baş vermiş və SMS bildirişini cavabdehə göndərmək mümkün olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 147-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, xx.xx.2015-ci il tarixli 15040-0259/243557 nömrəli kredit müqaviləsinə əsasən kreditor İddiaçı ASC borcalan Cavabdeh 300 ay müddətinə, yəni xx.xx.2040-cı il tarixədək illik 8 faiz ödəmək şərti ilə 45.000 manat kredit vermişdir. Cavabdeh xx.xx.2015-ci il tarixli memorial orderinə imza etməklə 45.000 manat vəsaiti İddiaçı ASC-dən almışdır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq əsas və faiz borcunu vaxtlı-vaxtında ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. İddiaçı ASC-nin xx.xx.2020-ci il tarixli maliyyə arayışından müəyyən edilir ki, borclu Cavabdeh xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə 36.860 manat əsas borcu, 7.148,25 manat faiz borcu və 17,88 manat cərimə olmaqla, cəmi 44.026,13 manat borcu vardır. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mülki Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi ləğv edilməli, Cavabdehxx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə yaranmış 36.860 manat əsas borc, 7.148,25 manat faiz borcu, 17,88 manat cərimə və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 44.056,13 manat pul tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 15040-0259/243557 nömrəli kredit müqaviləsi ləğv edilsin. Cavabdehxx.xx.2015-ci il tarixli 15040-0259/243557 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə yaranmış 36.860 manat əsas borc, 7.148,25 manat faiz borcu, 17,88 manat cərimə və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 44.056,13 (qırx dörd min əlli altı manat on üç qəpik) manat pul tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar