Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3775/2021 21.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi, iddiaçı “xxxx” KB ASC-nin nümayəndəsi X2, Cavabdeh ilə, İddiaçı «xxxx» KB ASC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» KB ASC Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, borclu Cavabdeh «xxxx» KB ASC-nin xeyrinə 12189.27 manat əsas, 113.40 manat faiz, cəmi 12302.67 manat və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “xxxx” KB ASC ilə cavabdeh arasında bağlanmış 12.12.2019-cu il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 1% ödəmək şərtilə 12189.27 manat məbləğində kredit vermişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 17.05.2021-ci il tarixinə “xxxx” KB ASC-yə 12189.27 manat əsas, 113.40 manat faiz, cəmi 12302.67 manat borcu yaranmışdır. Məhkəmə iclasında iddiaçı «xxxx» KB ASC-nin nümayəndəsi X3 iddia ərizəsini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini etiraf edərək bildirdi ki, o iddiaçı ilə uzun müddətdir ki, əməkdaşlıq edir. Bir müddət ödənişlərini etsə də, lakin sonradan işini itirdiyi üçün ödənişlərini vaxtlı-vaxtında edə bilməmişdir. Hazırda da işsizdir və səhhəti imkan vermir ki, işləyib borcunu qaytarsın. İş tapan kimi borcunu ödəyəcəkdir. Qətnamə qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən şəxslərin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə müəyyən edildi ki, «xxxx» KB ASC ilə Cavabdeh arasında 12.12.2019-cu il tarixli güzəştli kredit və bank hesabı müqaviləsinə əsasən bank cavabdehə 60 ay müddətinə illik 1% ödəmək şərtilə 12189.27 manat məbləğində kredit vermişdir. Cavabdeh müqavilədən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə bank qarşısında məsuliyyət daşıyıraraq, nəticədə onun 17.05.2021-ci il tarixinə “xxxx” KB ASC-yə 12189 (on iki min yüz səksən doqquz) manat 27 (iyirmi yeddi) qəpik əsas, 113 (bir yüz on üç) manat 40 (qırx) qəpik faiz, cəmi 12302 (on iki min üç yüz iki) manat 67 (altmış yeddi) qəpik borcu yaranmışdır. Beləliklə Azərbaycan Respublikasının MM-nin 385.1, 386, 442, 445.1 və 739.2-ci maddələrinə əsasən və eləcədə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh X1 iddiaçı «xxxx» KB ASC-nin xeyrinə 12189 (on iki min yüz səksən doqquz) manat 27 (iyirmi yeddi) qəpik əsas, 113 (bir yüz on üç) manat 40 (qırx) qəpik faiz, cəmi 12302 (on iki min üç yüz iki) manat 67 (altmış yeddi) qəpik məbləğində pul vəsaiti tutulmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 30 (otuz) manat manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı «xxxx» KB ASC-yə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh iddiaçı «xxxx» KB ASC-nin xeyrinə 12189 (on iki min yüz səksən doqquz) manat 27 (iyirmi yeddi) qəpik əsas borc, 113 (bir yüz on üç) manat 40 (qırx) qəpik faiz borcu olmaqla, cəmi 12302 (on iki min üç yüz iki) manat 67 (altmış yeddi) qəpik məbləğində pul vəsaiti tutulsun. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı «xxxx» KB ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-3775/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3775/2021
21.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver