Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-379/2021 15.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2019-cu il tarixli ******* nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı “Hitachi 9000” markalı soyuducu və “Dəmir Döküm 32” markalı kombi cihazlarının dəyərindən ödənilməmiş qalan 4.000 manat əsas borc və hesablanmış 521,88 manat dəbbə pulu və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 4.551,88 manat pul tutularaq “xxxx” MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “xxxx” MMC-nin nümayəndəsi X4 xx.xx.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iddia tələbini müdafiə etmiş və izahatında bildirdi ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli ******* nömrəli nisyə alqı-satqı müqaviləsinə və xx.xx.2019-cu il tarixli ******* nömrəli nisyə alqı-satqı müqaviləsinə əlavə satılimış əşyaların təhvil verilməsi haqqında xx.xx.2019-cu il tarixli akta əsasən “xxxx” MMC ümumi dəyəri 4.800 manat olan 3.000 manat dəyərində “Hitachi 9000” markalı soyuducunu və 1.800 manat dəyərində “Dəmir Döküm 32” markalı kombini 800 manat ilkin ödəniş etməklə, qalan 4.000 manatı 12 ay müddətinə hər ay 333,33 manat ödənilməsi şərti ilə Cavabdeh nisyə satmışdır. “xxxx” MMC-nin əməkdaşı Nural Əliyev tərəfindən Cavabdeh yaşadığı ünvan 1 ünvana baxış keçirilmiş, onun həqiqətən həmin ünvanda yaşaması dəqiqləşdirilmiş və evin Cavabdeh anası X3 məxsus olması müəyyən edilmiş və “xxxx” ASC və “xxxx” ASC tərəfindən verilmiş bildirişlər sübut kimi götürülərək, xx.xx.2019-cu il tərixdə İD1116122 nömrəli məlumat vərəqəsi tərtib edilmişdir. Yəni, müştərinin qeyd etdiyi yaşayış ünvanı dəqiqləşdirilir ki, ödəniş edilmədiyi təqdirdə, alınan malların dəyərinin tələb edilməsində çətinlik yaranmasın. Cavabdeh xx.xx.2019-cu il tərixdə bildirişə imza etməklə xx.xx.2019-cu il tarixli ******* nömrəli alqı-satqı müqaviləsi üzrə üzərinə düşən öhdəliklərin icrasına təminat vermişdir. Cavabdeh müqavilədə qeyd olunan əmlakları alaraq 800 manat ilkin ödənişi etsə də, müqavilə üzrə qalan 4.000 manat əsas borcu ödəməmişdir. Bu səbəbdən müqavilənin şərtinə əsasən cavabdehə əlavə olaraq 521,88 manat cərimə hesablanmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh iddiaçıya olan borcunu ödəməkdən boyun qaçırır. Odur ki, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixdə və xx.xx.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclaslarında iddianı qəbul etmədi və izahatında bildirdi ki, “xxxx” MMC ilə onun arasında bağlanmış xx.xx.2019cu il tarixli ******* nömrəli nisyə alqı-satqı müqaviləsindəki və xx.xx.2019-cu il tarixli ******* nömrəli nisyə alqı-satqı müqaviləsinə əlavə satılimış əşyaların təhvil verilməsi haqqında xx.xx.2019-cu il tarixli aktdakı, xx.xx.2019-cu il tərixdə bildirişdəki imzalar ona məxsusdur. O, 3.000 manat dəyərində “Hitachi 9000” markalı soyuducu və 1.800 manat dəyərində “Dəmir Döküm 32” markalı kombini 800 manat ilkin ödəniş etməklə, qalan 4.000 manatı 12 ay müddətinə hər ay 333,33 manat ödənilməsi şərti ilə “xxxx” MMC-dən almağa razılaşmışdır. Bu barədə “xxxx” MMC ilə onun arasında müqavilə imzalanmışdır. “xxxx” MMC-nin əməkdaşı onun yaşadığı ünvan 1 ünvana gəlmiş baxış keçirmiş, onun həqiqətən həmin ünvanda yaşamasını dəqiqləşdirmiş, doğum şəhadətnaməsinə baxış keçirilmiş və evin onun anası X3 məxsus olması müəyyən edilmiş, “xxxx” ASC və “xxxx” ASC tərəfindən verilmiş bildirişlər götürülmüşdür. “xxxx” MMC-nin əməkdaşı ona əşyaları mağazadan götürməsi üçün talon verilmişdir. Bundan sonra o, mağazaya yaxınlaşmış və orada satıcı işləyən X5 ona müqavildə qeyd olunan əşyaları verməmişdir. Orxan ona bildirmişdir ki, əşyaların biri mağazada yoxdur, iki həftə sonra olacaq. Bir müddət keçəndən sonra o, fikrini dəyişmiş və soyuducu və kombi almaqdan imtina etmişdir. Bu barədə öz fikrini mağazaya gedərək Orxana bildirmişdir. Kontakt mağazasından televizor və paltaryuyan almışdır. Başqa bir yerdən işlənmiş soyuducu almışdır. O, müqavilədə qeyd olunan əşyaları mağazadan təhvil almamış və 800 manat ilkin ödənişi etməmişdir. Əşyaları təhvil alması üçün verilmiş talonu isə özündə saxlayaraq təhvil verməmişdir. O, “xxxx” MMC-nin Bakı şəhəri Nərimanov rayonu Ə.Rəcəbli küçəsində yerləşən baş ofisinə müraciət edərək Orxandan şikayət etmiş və müqavilədə qeyd olunan əşyaları almadığını bildirmişdir. Orxanı ofisə dəvət etdilər. Orxan oraya gəldi və ondan pulu niyə ödəmədiyini soruşmuşdur. O, bildirmişdir ki, əmlakları almayıb, bu səbəbdən pul ödəməyəcəkdir. Ona ayrılmış malların Orxan tərəfindən başqa şəxsə satılmasına dair əlində sübutu yoxdur. O, hazırda əşyaları almaq üçün ona verilmiş talonu məhkəməyə təqdim edə bilmir. Müqaviləni, aktı və bildirişi imzalasa da, əşyalar nə mağazada, nədə evində ona təhvil verilməyib, 800 manat ilkin ödəniş etməyib. Bu səbəbdən iddianın rədd edilməsini xahiş edir. X1 xx.xx.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında ifadəsində bildirmişdir ki, o, “xxxx” MMC-nin “İdeal” elektronika mağazasında satıcı işləmişdir. Cavabdeh 2019-cu ilin oktyabr-noyobr aylarında “xxxx” MMC-nin “İdeal” elektronika mağazasına yaxınlaşaraq, soyuducu və kombi almaq istədiyini bildirdirmişdir. Kredit şöbəsi ilə danışdıqdan sonra 800 manat ilkin ödəniş etməklə, qalan 4000 manat pulu 12 ay müddətinə bölünməklə ödəməyə razılaşmışlar. Mağazanın əməkdaşları cavabdehin evinə baxış keçirmiş, subut kimi kommunal borclar barədə qəbzləri götürmüşlər, cavabdehə malları mağazadan götürməsi üçün yazılı sənəd vermişlər. Bu sənəd itdikdə bizim mağazanın işçiləri evə baxış keçirən əməkdaşlarla əlaqə saxlayır, əgər evə baxış keçirdiklərini bildirsələr, malı müştəriyə təhvil verirlər. Təxminən iki həftə sonra Cavabdeh mağazaya gəlmiş və 800 manat ilkin ödənişi edərək, 3.000 manat dəyərində “Hitachi 9000” markalı soyuducu və 1.800 manat dəyərində “Dəmir Döküm 32” markalı kombini təhvil almış, müqaviləni, təhvil təslim aktını və bildirişi oxuyaraq imzalamışdır. Cavabdeh mağazada olarkən “xxxx” MMC-nin əməkdaşlar tərəfindən malları təhvil alması üçün ona verilmiş yazılı sənədi itirdiyini bildirmişdir. Həmin kağız heç bir önəm daşımır, yalnız müştərinin ünvanına baxış keçirildiyini təsdiq edir. O, baş ofislə əlaqə saxlamış və Cavabdeh mənzilinə baxış keçirildiyi təsdiq edilmişdir. Bundan sonra o, “Hitachi 9000” markalı soyuducunu və “Dəmir Döküm 32” markalı kombini Cavabdeh təhvil vermişdir. Cavabdeh malları tünd göy rəngdə furgon “Opel” avtomobilinə yükləyərək aparmışdır. Təxmini iki ay sonra Cavabdeh baş ofisə gələrək, mağazadan malları götürmədiyini və sübut kimi əlində malları mağazadan götürməsi üçün yazılı sənədin olduğunu bildirdiyini və həmin vaxt onu da oraya çağırmışlar. Fuad orada sənədlərdəki imzaların ona aid olduğunu bildirmişdir. O, Fuaddan əgər malları almayıbsa, nəyə görə mağazaya gəlib malları tələb etmədiyini soruşduqda, Fuad dedi ki, kağız ondadır, malı almayıb. O, sonradan araşdırmış və müəyyən etmişdir ki, Cavabdeh “Kontakt Home” mağazasından aldığı LG markalı televizor və paltaryuyanı sataraq, ilkin ödənimş kimi 800 manatı ona ödəmiş və “Hitachi 9000” markalı soyuducunu və “Dəmir Döküm 32” markalı kombini alıb aparmışdır. Müqavilə xx.xx.2019-cu il tarixdə bağlanmış, malları isə xx.xx.2019-cu il tarixdə təhvil vermişdir. Cavabdeh malları almadığını deyərək, borcu ödəməkdən yayınmaq istəyir. Məhkəmə iclasının davamı əvvəlcə xx.xx.2021-ci il tarixə 16:30-a təxirə salınmış, lakin iddiaçının nümayəndəsi həmin tarixdə məhkəməyə gəlmədiyinə görə, işə baxılması xx.xx.2021-ci il tarixə saat 09:30-a təxirə salınmışdır. İddiaçının nümayəndəsi yenidən məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Cavabdeh iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını tələb etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinin tələbinə uyğun olaraq iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasının davam etdirilməsini mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını, şahidin ifadəsini dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli ******* nömrəli nisyə alqı-satqı müqaviləsinə və xx.xx.2019-cu il tarixli ******* nömrəli nisyə alqı-satqı müqaviləsinə əlavə satılimış əşyaların təhvil verilməsi haqqında xx.xx.2019-cu il tarixli akta əsasən “xxxx” MMC ümumi dəyəri 4.800 manat olan - 3.000 manat dəyərində “Hitachi 9000” markalı soyuducunu və 1.800 manat dəyərində “Dəmir Döküm 32” markalı kombini 800 manat ilkin ödəniş edilməklə, qalan 4.000 manatı 12 ay müddətinə hər ay 333,33 manat ödənilməsi şərti ilə Cavabdeh nisyə satmışdır. “xxxx” MMC-nin əməkdaşı Nural Əliyev tərəfindən Cavabdeh yaşadığı ünvan 1 ünvana baxış keçirilmiş, onun həqiqətən həmin ünvanda yaşaması dəqiqləşdirilmiş və evin Cavabdeh anası X3 məxsus olması müəyyən edilmiş və “xxxx” ASC və “xxxx” ASC tərəfindən X2 adına verilmiş bildirişlər sübut kimi götürülərək, xx.xx.2019-cu il tərixdə İD1116122 nömrəli məlumat vərəqəsi tərtib edilmişdir. Cavabdeh həqiqətən də ünvan 1 ünvana yaşadığı dəqiqləşdirildikdən sonra, Cavabdeh xx.xx.2019-cu il tarixdə 800 manat ilkin ödənişi “xxxx” MMC-yə ödəməklə, 3.000 manat dəyərində “Hitachi 9000” markalı soyuducunu və 1.800 manat dəyərində “Dəmir Döküm 32” markalı kombini təhvil almışdır. Cavabdeh bu barədə xx.xx.2019-cu il tarixdə bildirişə imza etməklə xx.xx.2019-cu il tarixli ******* nömrəli alqı-satqı müqaviləsi üzrə üzərinə düşən öhdəliklərin icrasına təminat vermişdir. “xxxx” MMC-də ünvan 1 ünvanda yaşayan Cavabdeh (telefon **********; ev 5941045; digər 4313965) adına açılmış 1089840/1089840 nömrəli invoice hesabından müəyyən edilir ki, xx.xx.2019-cu il tarixli ******* nömrəli alqı-satqı müqaviləsi üzrə xx.xx.2019-cu il tarixdə “xxxx” MMC-nin Binəqədi ərazisində yerləşən İdeal mağazasında Cavabdeh 3.000 manat dəyərində “Hitachi 9000” markalı soyuducu və 1.800 manat dəyərində “Dəmir Döküm 32” markalı kombi satılmışdır. “Dəmir Döküm 32” markalı kombi xx.xx.2019-cu il tarixdə saat 17:48:50-də mağazadan satışa hazırlanmış, “Hitachi 9000” markalı soyuducu isə xx.xx.2019-cu il tarixdə saat 15:35:07-də mağazada satışa hazırlanmışdır. Cavabdeh xx.xx.2019-cu il tarixdə saat 17:48:50-də 800 manat ilkin ödənişi “xxxx” MMC-yə ödəmişdir. Növbəti ödəniş isə xx.xx.2019-cu il tarixdən başlanmaqla 12 ay müddətinə hər ay 333,33 manat olmaqla xx.xx.2020-ci il tarixə kimi tam ödənilməli idi. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş, nisyə aldığı əşyaların dəyərini müəyyən edilmiş müddət ərzində iddiaçıya tam ödəməmişdir. Bu səbəbdən iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. xx.xx.2020-ci il tarixli maliyyə arayışından müəyyən edilir ki, Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə “xxxx” MMC-yə 4.000 manat əsas borcu və hesablanmış 521,88 manat cərimə olmaqla, cəmi 4.521,88 manat borcu yaranmışdır. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Tənasübsüz surətdə yüksək hesablanmış 521,88 manat dəbbə pulu azaldılaraq 20 manat müəyyən edilməlidir. Məhkəmə sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən nisyə aldığı “Hitachi 9000” markalı soyuducu və “Dəmir Döküm 32” markalı kombi cihazlarının dəyərindən ödənilməmiş qalan 4.000 manat əsas borc və hesablanmış 20 manat dəbbə pulu və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 4.050 manat pul tutularaq “xxxx” MMC-yə ödənilməlidir. İddia tələbi - hesablanmış 501,88 manat dəbbə pulunun tutulması hissəsində rədd edilməlidir. Cavabdeh izahatında “xxxx” MMC ilə onun arasında bağlanmış xx.xx.2019-cu il tarixli ******* nömrəli nisyə alqı-satqı müqaviləsinə, xx.xx.2019-cu il tarixli ******* nömrəli nisyə alqı-satqı müqaviləsinə əlavə satılimış əşyaların təhvil verilməsi haqqında xx.xx.2019-cu il tarixli akta və öhdəliyin icrasına dair xx.xx.2019-cu il tarixli bildirişə imza etdiyini etiraf etsə də, müqavilədə göstərilən “Hitachi 9000” markalı soyuducunun və “Dəmir Döküm 32” markalı kombinin ona təhvil verilmədiyini, mağazaya ilkin ödəniş kimi 800 manat pul ödəmədiyini bildirsə də, bu halı təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Əksinə iş materiallarında olan yazılı sübutlarla və şahidin ifadəsi ilə həmin əşyaların xx.xx.2019-cu il tarixdə Cavabdeh təhvil verildiyi öz təsdiqini tapmışdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli ******* nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı “Hitachi 9000” markalı soyuducu və “Dəmir Döküm 32” markalı kombi cihazlarının dəyərindən ödənilməmiş qalan 4.000 manat əsas borc və hesablanmış 20 manat dəbbə pulu və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 4.050 (dörd min əlli) manat pul tutularaq “xxxx” MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-379/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-379/2021
15.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver