Məhkəmə qərarları › İş №2(004)-3804/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3804/2020

03.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3804/2020 03.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Kərimov Leyla Abbas qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, kreditor İddiaçı QSC ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli 017L**********28 nömrəli uzunmüddətli kredit xətti müqaviləsi üzrə xx.xx.2019-cu il tarixli 001R********** nömrəli kredit razılaşması üzrə verilmiş 10.000 manat pul vəsaitindən xx.xx.2020ci il tarixədək ödənilməmiş qalan 4781,58 manat əsas borc, 390,29 manat faiz borcu və 1.716,11 manat cərimə borcu olmaqla, cəmi 6.887,98 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlər (borcalan) Cavabdeh1 və (zamin) Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, kreditor İddiaçı QSC ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli uzunmüddətli kredit xətti müqaviləsinə əsasən borcalana 120 ay müddətinə 500.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Cavabdeh1 veriləcək kredit məbləği və müddəti ayrıca bağlanmış kredit razılaşması ilə müəyyən olunmuşdur. xx.xx.2019-cu il tarixli kredit razılaşmasına əsasən bank borcalana 18 ay müddətinə aylıq 2.1667 faiz dərəcəsi ilə olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10.000 manat kredit vermişdir. Kreditin təminatı kimi İddiaçı QSC ilə Cavabdeh2 arasında xx.xx.2017-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Zamin zaminlik müqaviləsi əsasında borclunun kredit razılaşması üzrə öhdəliyini icra etməsinə görə birgə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. Nəticədə kreditor İddiaçı QSC ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2009-cu il tarixli kredit xətti müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli uzunmüddətli kredit xətti müqaviləsi üzrə xx.xx.2019-cu il tarixli kredit razılaşması üzrə verilmiş 10.000 manat pul vəsaitindən xx.xx.2020-ci il tarixədək 4781,58 manat əsas borc, 390,29 manat faiz borcu və 1.716,11 manat cərimə borcu olmaqla, cəmi 6.887,98 manat borc yaranmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsindən boyun qaçırırlar. İddiaçı QSC-yə və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişləri göndərilmişdir, lakin iddiaçının nümayəndəsi və Cavabdeh2 məhkəməyə gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.4-cü və 185.5-ci maddələrinin tələbinə uyğun olaraq iddiaçının nümayəndəsinin və Cavabdeh2 iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Cavabdeh1 məhkəmə iclasında iddia ərizəsinə mahiyyəti üzrə baxılmasını tələdərək, iddianı qismən qəbul etdi və izahatında bildirdi ki, onunla bank arasında bağlanmış xx.xx.2017-ci il tarixli uzunmüddətli kredit xətti müqaviləsinə əsasən ona 120 ay müddətinə 500.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. xx.xx.2019-cu il tarixli kredit razılaşmasına əsasən bank ona 18 ay müddətinə aylıq 2.1667 faiz dərəcəsi ilə olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10.000 manat kredit vermişdir. Kreditin təminatı kimi İddiaçı QSC ilə Cavabdeh2 arasında xx.xx.2017-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Hazırda o, kredit razılaşması üzrə yaranmış əsas və faiz borcunun məbləği ilə razıdır. İddianı həmin hissədə qəbul edir. Lakin iddia tələbində göstərilmiş cərimə məbləği əsassız olaraq şişirdilmişdir. Cəriməni ödəməyə razı deyildir. Borcunu hissə-hissə banka ödəməyə etiraz etmir. Odur ki, müvafiq qətnamənin çıxarılmasını xahiş edir. Məhkəmə Cavabdeh1 izahatını dinləyib, işinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırıb, iş materiallarında olan sənədləri nəzərdən keçirib hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, kreditor İddiaçı QSC ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli 017L**********28 nömrəli uzunmüddətli kredit xətti müqaviləsinə əsasən borcalana 120 ay müddətinə 500.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Cavabdeh1 veriləcək kredit məbləği və müddəti ayrıca bağlanmış kredit razılaşması ilə müəyyən olunmuşdur. xx.xx.2019-cu il tarixli 001R********** nömrəli kredit razılaşmasına əsasən İddiaçı QSC borcalan Cavabdeh1 18 ay müddətinə aylıq 2.1667 faiz dərəcəsi ilə olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10.000 manat kredit vermişdir. Kreditin təminatı kimi İddiaçı QSC ilə Cavabdeh2 arasında xx.xx.2017-ci il tarixli 017S**********01 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Zamin zaminlik müqaviləsi əsasında borclunun kredit razılaşması üzrə öhdəliyini icra etməsinə görə birgə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında kredit xətti, kredit razılaşması və zaminlik müqavilələri bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borcalan müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq əsas və faiz borcunu vaxtlıvaxtında ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Əsas borcun və hesablanmış faizlərin məbləği, kredit xətti müqaviləsinin və kredit razılaşmalarının şərtlərinə uyğun olaraq düzgün müəyyən edilmişdir. Lakin dəbbə pulu tənasübsüz surətdə yüksək hesablanmışdır. İddiaçı QSC-nin maliyyə arayışından müəyyən edilir ki, kreditor İddiaçı QSC ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2009-cu il tarixli kredit xətti müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli uzunmüddətli kredit xətti müqaviləsi üzrə xx.xx.2019-cu il tarixli kredit razılaşması üzrə verilmiş 10.000 manat pul vəsaitindən xx.xx.2020-ci il tarixə 4781,58 manat əsas borc, 390,29 manat faiz borcu və 1.716,11 manat cərimə borcu olmaqla, cəmi 6.887,98 manat borc yaranmışdır. Borcalan öhdəliyini lazımi qaydada icra etmədiyi üçün zamin Cavabdeh2 həmin borcun ödənilməsi üçün bank qarşısında borcalanla birgə məsuliyyət daşıyır. Çünki, Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, tənasübsüz surətdə xx.xx.2019-cu il tarixli kredit razılaşması üzrə yüksək hesablanmış 1.716,11 manat cərimə azaldılaraq 50 manat müəyyən edilməlidir. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, kreditor İddiaçı QSC ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli uzunmüddətli kredit xətti müqaviləsi üzrə xx.xx.2019-cu il tarixli kredit razılaşması üzrə verilmiş 10.000 manat pul vəsaitindən xx.xx.2020-ci il tarixədək ödənilməmiş qalan 4781,58 manat əsas borc, 390,29 manat faiz borcu və 50 manat cərimə borcu olmaqla, cəmi 5.221,87 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 5.251,87 manat pul cavabdehlər (borcalan) Cavabdeh1 və (zamin) Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı QSC-yə ödənilməlidir. İddia tələbi - “xx.xx.2019-cu il tarixli 001R********** nömrəli kredit razılaşması üzrə hesablanmış 1.666,11 manat cərimənin tutulması” hissəsində rədd edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Kreditor İddiaçı QSC ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli 017L**********28 nömrəli uzunmüddətli kredit xətti müqaviləsi üzrə xx.xx.2019-cu il tarixli 001R********** nömrəli kredit razılaşması üzrə verilmiş 10.000 manat pul vəsaitindən xx.xx.2020ci il tarixədək ödənilməmiş qalan 4781,58 manat əsas borc, 390,29 manat faiz borcu və 50 manat cərimə borcu olmaqla, cəmi 5.221,87 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 5.251,87 (beş min iki yüz əlli bir manat səksən yeddi qəpik) manat pul cavabdehlər (borcalan) Cavabdeh1 və (zamin) Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı QSC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar