Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-3808/2020 27.07.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlu – iddiaçı “İddiaçı” İstehsal Birliyinin Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbi barədə iddiasına dair mülki iş materiallarını nəzərdən keçirərək Müəyyən etdi: İddiaçı “İddiaçı” İstehsal Birliyi Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göstərilən iddia tələbi əsasında mülki iş Ucar Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə işin materiallarını nəzərdən keçirərək hesab edir ki, mövcud iddia tələbi əsasında Ucar Rayon Məhkəməsi tərəfindən göndərilmiş işin icraata qəbul edilməsindən imtina edilməli və işin aidiyyəti üzrə baxılmasına dair fikir ayrılığının həll edilməsi üçün iş Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Belə ki, işin baxılması üçün Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsinə dair Ucar Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı MPMnin 36.11-ci maddəsinə istinad edilməklə, aidiyyəti üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası MPM-nin 36.11-ci maddəsinə əsasən icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflər arasındakı hazırkı mübahisənin müqavilənin icra yerinə görə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsi əsassızdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. İddia tələbindən və onun əsaslandırıldığı hallardan görünür ki, iddiaçı cavabdeh tərəfindən ona maddi ziyan vurulduğunu iddia etməklə müvafiq tələb irəli sürmüş və cavabdehin rəsmi qeydiyyatda olduğu yer Ucar rayonunun ərazisində yerləşir. Bu baxımdan onun iddia ərizəsinin icraata götürülməsi zamanı qanunvericiliyin tələbləri pozulmamışdır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Ucar Rayon Məhkəməsi tərəfindən mövcud iddia tələbi baxılması üçün Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə düzgün olaraq göndərilməmişdir. Belə ki, Ucar Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadında “İddiaçı” İstehsal Birliyinin Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilənin 5.2-ci bəndinə əsaslanaraq mülki iş ərazi aiddiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilənin 5.2-ci bəndində ümumiyyətlə müqavilənin icra yeri barədə heç bir məlumat göstərilmədiyindən, Ucar Rayon Məhkəməsi AR MPM-nin 36.11-ci maddəsinə istinad edilməklə, mülki işi aidiyyəti üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsində düzgün nəticəyə gəlməmişdir. Buna görə işin icraata qəbul edilməsindən imtina edilərək, işin aidiyyəti üzrə baxılmasına dair fikir ayrılığının həll edilməsi üçün mülki iş Bakı Apelyasiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 45.4-cü maddəsinə əsasən, bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apelyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Məhkəmə hesab edir ki, işin aidiyyəti üzrə baxılmasına dair fikir ayrılığı vardır. Buna görə də işin icraata qəbul edilməsindən imtina edilərək, işin aidiyyəti üzrə baxılmasına dair fikir ayrılığının həll edilməsi üçün mülki iş Bakı Apelyasiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 45 və 263- 264-cü maddələrini rəhbər tutaraq Qərara aldı: İddiaçı “İddiaçı” İstehsal Birliyinin Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” barədə iddiası əsasında mülki işin icraata qəbul edilməsindən imtina edilsin. Mülki işin aidiyyəti üzrə baxılmasına dair fikir ayrılığının həll edilməsi üçün iş Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-3808/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-3808/2020
27.07.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver