Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-381/2021 11.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2019-cu il tarixli 338139 nömrəli alqı-satqı müqaviləsinə əsasən alınmış ümumi dəyəri 3.296 manat təşkil edən “Samsung Galaxy SM- A750FN/DS Black” markalı mobil telefon cihazının və “ASUS X541UV-GQ1563” modelli notebookun dəyərindən ödənilməmiş qalan 2.976 manat əsas borc, 366,99 manat cərimə və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 3.362,99 manat pul tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən İddiaçı 12 ay müddətinə aylıq 249,67 manat ödənilməsi şərti ilə ümumi dəyəri 3296 manat olan “Samsung Galaxy SM-A750FN/DS Black” markalı mobil telefon cihazını və “Asus X541UV- GQ1563” modelli notebooku Cavabdeh nisyə satmışdır. Cavabdeh müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini tam icra etməkdən imtina etmişdir. Hazırda, cavabdehin xx.xx.2019-cu il tarixli müqavilə üzrə 2.976 manat əsas borc və hesablanmış 366,99 manat dəbbə borcu yaranmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, həmçinin “AZEMİS” vasitəsilə cavabdehə +**********40 mobil nömrəsinə SMS xəbərdarlığı göndərilmiş, lakin bildirişi cavabdehə təqdim etmək mümkün olmamışdır. İddiaçı xx.xx.2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini müdafiə etdiyini bildirmiş, xx.xx.2021-ci il tarixdə saat 10:40-da keçiriləcək məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini və işə onun iştirakı olmadan baxılmasını, iddia tələbinin təmin olumasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.4-cü və 147-ci maddələrinin tələbinə uyğun olaraq tərəflərin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən İddiaçı ümumi dəyəri 3296 manat olan “Samsung Galaxy SM-A750FN/DS Black” markalı mobil telefon cihazının və “ASUS X541UV-GQ1563” modelli notebooku 300 manat ilkin ödəniş olmaqla, 12 ay müddətinə aylıq 249,67 manat ödənilməsi şərti ilə Cavabdeh nisyə satmışdır. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş, nisyə aldığı mobil telefon cihazının və notebookun dəyərini müəyyən edilmiş müddət ərzində iddiaçıya tam ödəməmişdir. Bu səbəbdən iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. xx.xx.2020-ci il tarixli maliyyə arayışından müəyyən edilir ki, cavabdehin xx.xx.2019-cu il tarixli müqavilə üzrə iddiaçıya 2.976 manat əsas borc və hesablanmış 366,99 manat dəbbə pulu olmaqla, cəmi 3.342,99 manat borcu yaranmışdır. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, tənasübsüz surətdə hesablanmış yüksək 366.99 manat dəbbə pulu azaldılaraq 24 manat müəyyən edilməlidir. Məhkəmə sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, iddia qismən təmin edilməklə, Cavabdeh xx.xx.2019-cu il tarixli 338139 nömrəli alqı-satqı müqaviləsinə əsasən alınmış ümumi dəyəri 3.296 manat təşkil edən “Samsung Galaxy SM-A750FN/DS Black” markalı mobil telefon cihazının və “ASUS X541UV-GQ1563” modelli notebookun dəyərindən ödənilməmiş qalan 2.976 manat əsas borc, 24 manat cərimə və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 3.030 manat pul tutularaq İddiaçı ödənilməlidir. İddia tələbi - xx.xx.2019-cu müqaviləsi üzrə hesablanmış 342.99 manat dəbbə pulu tutulması hissəsində rədd edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli 338139 nömrəli alqı-satqı müqaviləsinə əsasən alınmış ümumi dəyəri 3.296 manat təşkil edən “Samsung Galaxy SM-A750FN/DS Black” markalı mobil telefon cihazının və “ASUS X541UV-GQ1563” modelli notebookun dəyərindən ödənilməmiş qalan 2.976 manat əsas borc, 24 manat cərimə və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 3.030 (üç min otuz manat) manat pul tutularaq iddiaçı X1 ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-381/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-381/2021
11.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver