Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3812/2022 16.08.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Sadıqov Cəlil Cəfərbala oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, alimentin məbləğinin artırılaraq Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü Babayev Məmməd Kamran oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 193 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh ilə xx.xx.2016-cı il tarixdə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahlarından 2 övladı vardır - xx.xx.1999-cu il təvəllüdlü X1 və xx.xx.2007-ci il təvəllüdlü Babayev Məmməd Kamran oğlu. İddiaçı “nikahın pozulması və alimentin tutulması” tələbinə dair iddia ərizəsi üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-85/2013 saylı xx.xx.2013-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək İddiaçı ilə Cavabdeh arasında xx.xx.1998-ci il tarixdə bağlanmış nikahın pozulması, Cavabdeh xx.xx.2018-ci il tarixdən başlanılaraq xx.xx.2007-ci il təvəllüdlü Babayev Məmməd Kamran oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 93 (doxsan üç) manat məbləğində alimentin tutulması qət edilmişdir. Hazırda İddiaçı maddi vəziyyətinin pisləşməsinə görə uşağın saxlanılmasında çətinliklərlə üzləşmişdir və Azərbaycan Respublikasının qanunvericiliynə əsasən cavabdehdən alimentin artırılması hüququ vardır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2022-ci ildə hər uşaq üçün 193 manat müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə hər hansı formada məlumat verməmişdir. Lakin məhkmə iclasında iştirak edən Cavabdeh işə mahiyyəti üzrə baxılmasını məhkəmədən xahiş etdi. Odur ki, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən mülki işə iddiaçının iştirakı olmadan baxılmasını baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh alimentin artırılmasına etirazı olmadığını və təmin edilməsini bildirdi. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 13 mart 2013-cü il tarixli 2(060)-85/2013 saylı qətnaməsindən müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.1998-ci il tarixli nikahın pozulması, Cavabdeh xx.xx.2018-ci il tarixdən başlayaraq xx.xx.2007-ci il təvəllüdlü Babayev Məmməd Kamran oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 93 (doxsan üç) manat məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi və alimentin tutulmasının əvvəlinin 13 mart 2013-cü il tarixdən hesablanması qət edilmişdir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2007-ci il təvəllüdlü Babayev Məmməd Kamran oğlu Sumqayıt şəhərində anadan olmuş, atası Cavabdeh, anası isə İddiaçıdır. 16 iyun 2022-ci il tarixli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, 16.06.202-ci il tarixə saat 11:10-11:20 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında cavabdeh iştirak etməmişdir. Arayışda cavabdehin iştirak etməməsinin üzrlü səbəbləri göstərilməmişdir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələblərinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Odur ki, müvafiq qətnamə məhkəmə üçün preyudisial əhəmiyyət kəsb etmişdir. Hazırda iddiaçı iddia edir ki, məhkəmə tərəfindən müəyyən edilmiş 93 manat aliment hazırda yetərli deyil və uşağın gündəlik tələbatlarını ödəmir. Ailə qanunvericiliyinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqları saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Qanuna əsasən, uşaqlar üçün yaşayış minimumu 193 manat məbləğində müəyyən edilib. Odur ki, məhkəmə hesab edir ki, alimentin artırılmasına dair iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İlkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş cəmi 50 manat pulun cavabdehdən tutulması ilə bağlı iddia tələbinə münasibətdə məhkəmə qeyd edir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü Babayev Məmməd Kamran oğlunun saxlanılması üçün tutulan alimentin miqdarı artırılmalı və Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü Babayev Məmməd Kamran oğlunun yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, ilkin mediasiya sessiyasında cavabdeh üzrsüz səbəbdən iştirak etmədiyindən çəkilən 50 manat xərc ona aid edilməlidir. Odur məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh ilkin mediasiya prosesinin keçirilməsi üçün ödənilmiş 50 (əlli) manat pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü Babayev Məmməd Kamran oğlunun saxlanılması üçün tutulan alimentin miqdarı artırılsın. Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü Babayev Məmməd Kamran oğlunun yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh ilkin mediasiya prosesinin keçirilməsi üçün ödənilmiş 50 (əlli) manat pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №2(004)-3812/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3812/2022
16.08.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver