Məhkəmə qərarları › İş №2(004)-3821/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3821/2020

28.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3821/2020 28.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X5 qızının katibliyi, Cavabdeh1 ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə və Cavabdeh2 MMC-yə qarşı "müqavilənin etibarsız hesab edilməsi tələbinə dair" mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə və Cavabdeh2 MMC-yə qarşı "müqavilənin etibarsız hesab edilməsi tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müəraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, X3 küçəsi, ev 23, mənzil 41 haqda hərracın yekunları barədə protokol və sözügedən hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona hec bir bildiriş göndərilmədən və hərrac haqqında xəbər vermədən ardıcıl olaraq bir neçə hərrac keçirilmiş və hərraca çıxarılan daşınmaz əmlakın bu günkü, qiymətinin 300.000 manat olmasına baxmayaraq 103.000 manata cavabdeh "Cavabdeh1" ASC-yə satılmışdır. Sözügedən protokolu qanunsuz, etibarsız və sözügedən daşınmaz əmlakın, real qiymətini də 3 dəfə az olduğuna görə, hesab edir ki, ləğv edilməsi üçün əsasdır. Etibarsız hesab etdiyi hərrac protokolu əsasında cavabdeh "Cavabdeh1" ASC Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış almışdır ki, elə bu çıxarışı da qanunsuz və etibarsız hesab edir. Hərraçın onun iştirakı olmadan keçrilməsi onun ləğvi üçün tam əsasdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi məhkəməyə ərizə təqdim edərək, iddiaçının iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi Paşalı Ehtiram iddia tələbini qəbul etməyərək, məhkəməyə verdiyi izahatında göstərdi ki, iddia əsassızdır. Belə ki, qanuni qüvvəsini almış 2014-cü il tarixli qətnamə mövcuddur. Həmin qətnamə əsasında icra vərəqəsi verilmiş, icra məmuru tərəfindən qiymətləndirici dəvət edilərək, onun rəyi əsasında ipoteka predmetinin ilkin satış qiyməti müəyyən edilmiş, daha sonra, ipoteka predmeti açıq hərracda satılaraq bank tərəfindən qanuni əsaslarla əldə olunmuşur. Odur ki, cavabdehin nümayəndəsi məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış Cavabdeh2 MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, Cavabdeh2 MMC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Cavabdeh1 ASC-nin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Binəqədi Rayon Məhkəməsinin 2(001)-2616/2014 saylı, xx.xx.2014-cü il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə iddiaçı “Cavabdeh1‘' ASC-nin cavabdehlər “Müller-İnteryer” MMM-yə və X4 qarşı “kredit borcunun tutulması və ipotek predmetinə tələbin yönəldılməsinə dair” iddiası qismən təmin edilmiş, cavabdeh “Müller-İnteryer” MMM-dən iddiaçının xeyrinə 282.200 manal əsas, 86 205,10 manat faiz, 10.000 manat dəbbə pulu olmaqla, cəmi 378.405,10 manat borcun tutulması, tutmanın cavabdeh X4 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu,7-ci mikrorayonda istifadədə olan 0.0929 ha torpaq sahəsində yerləşən 16 nömrəli, 5 mərtəbəli binanın 3-cü girişində, 2-ci mərtəbəsində yerləşən 45.9 kv/m yaşayış sahəsindən ibarət 3 otaqlı 36 nömrəli mənzilə, Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev küçəsində istifadə olan 0.48454 ha torpaq sahəsində yerləşən 23 nömrəli, 17 mərtəbəli binanın 1-ci girişində, 11-ci mərtəbəsində yerləşən 48.4 kv/m yaşayış sahəsindən ibarət 2 otaqlı 42 nömrəli mənzilə və Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev küçəsində istifadədə olan 0.48454 ha torpaq sahəsində yerləşən 23 nömrəli, 17 mərtəbəli binada yerləşən 152.9 kv/m ümumi, 102.3 kv/m yaşayış sahəsindən ibarət 4 otaqlı 41 nömrəli mənzillərə yönəldilməsi və həmin mənzillərin açıq hərracdan satılaraq əldə edilmiş vəsaitin “xxxxxxxxxx” ASC-yə ödənilməli qət edilmişdir. Binəqədi rayon İcra şöbəsinin icra məmuru T.Süleymanovun xx.xx.2018-ci il tarixli qiymətləndiricinin dəvət edilməsi haqqında qərarı ilə qeyd olunan daşınmaz əmlakların qiymətləndirilməsi üçün qiymətləndiricinin dəvət olunması qərar alınmışdır İş materiallarına əlavə olunmuş “X1 Mərkəzi” MMC-nin İddiaçı ünvanladığı hərrac bildirişindən görünür ki, xx.xx.2019-cu il tarixində keçiriləcək hərraca dair bildiriş iddiaçının yaşadığı ünvan üzrə xx.xx.2019-cu il tarixdə ona təqdim edilmişdir. “X1 Mərkəzi” MMC-nin xx.xx.2019-cu il tarixli, Y-243/1 saylı “hərracın nəticələri haqqında” protokolundan görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, Əbdülrəhim Haqverdiyev küçəsi, ev 23, mənzil 41 ilkin satış qiyməti: 160000 manat olmaqla, açıq hərraca çıxarılmış, keçirilmiş iki hərrac baş tutmadığına görə '‘İpoteka haqqında” AR qanununun 43.7-ci maddəsinə əsasən ipotekasaxlayan Cavabdeh1 ASC əmlakı 102000 manata satın almışdır. Hazırda İddiaçı hərracın yekunları barədə protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsızlığı tələbi ilə məhkəməyə müraciət etmişdir. Halbuki, Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Odur ki, müvafiq qətnamə məhkəmə üçün preyudisial əhəmiyyət kəsb edir. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Məhkəmə gedişatında qiymətləndirmə rəylərinin etibarsızlığına dəlalət edən hər hansı bir əsas aşkar edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, mübahisə obyektlərinin bazar dəyərinin dəyişməsinə əsas verən hallar (uzun müddətin ötməsi, devalvasiya və s.) müəyyən edilməmişdir. Odur ki, məhkəmənin gəldiyi qənaətə görə, hazırki iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə və Cavabdeh2 MMC-yə qarşı "müqavilənin etibarsız hesab edilməsi tələbinə dair" iddia tələbi təmin edilməsin. İddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən:Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar