Məhkəmə qərarları › İş №2(004)-3822/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3822/2020

11.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3822/2020 11.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi, Cavabdeh1 ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 ASC və Cavabdeh2 MMC-yə qarşı hərracın yekunlarına dair protokolun və əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 ASC və Cavabdeh2 MMC-yə qarşı hərracın yekunlarına dair protokolun və əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi iləməhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, X3 küçəsi, ev 23, mənzil 42 haqqında hərracın yekunları barədə protokol və sözügedən hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, hərraçı keçirən cavabdeh hesab edir ki, şəxsən ona heç bir hərrac bildirişi göndərmədən və ona hərrac haqqında xəbər vermədən ardıcıl olaraq bir neçə hərrac keçirmiş və hərraca çıxarılan daşınmaz əmlakın bu gün ki, qiyməti 200000 manat olmasına baxmayaraq 52000 manata cavabdehə, yəni Cavabdeh1Açıq Səhimdar Cəmiyyətinə protokolla satılmışdır.Sözügedən protokol qanunsuz, etibarsız və sözügedən daşınmaz əmlakın real qiymətindən 4 dəfə az olduğuna görə, hesab edir ki, ləğv edilməsi üçün əsasdır.Elə etibarsız hesab etdiyi hərrac protokolu əsasında cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətitərəfindən çıxarış alınmışdır ki, elə bu çıxarışıda qanusuz və etibarsız hesab edir.Sözügedən daşınmaz əmlakın hərraca çıxarılarkən onun həmin hərraclardan xəbəri olmamasını sübutu aydın görünəcək ki, bu da həmin bildirişlərin ya ümumiyyətlə olmaması deməkdir yada ki, onun imzası ilə heç bir bildirişin olmaması deməkdir. Buda hərracın onun iştirakı olmadan keçrilməsi deməkdir ki, sözügedən hərracın ləğvi üçün tam əsasdır. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş iş üzrə iddiaçı məhkəmə iclasında gəlməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq mülki işə onun iştirakı olmadan baxılmağını xahiş etmiş, cavabdehin nümayəndəsi işə iddiaçının iştirakı olmadan baxılmasını və yeun nəticə verilməsini təkid etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 ASC-nin nümayəndəsi X4 iddia tələbini etiraz edərək izahatında bildirdi ki, iddiaçının məqsədi məhkəmə qətnaməsi ilə çıxarılmış əmlakların bankın adına keçirilməsinə və mənzilin boşaldılaraq onlara təhvil verilməsinin qarşısının alınmasıdır. İddiaçı hər dəfə müxətlif məhkəmələrdə fərqli iddialar qaldıraraq onların qanuni tələblərinin icra edilməsinə süni şəkildə maneəçilik törədir. Belə ki, müvafiq mənzillər iddiaçının anasının adına olmuş və anası rəhmətə getdikdən sonra həmin mənzillər vərəsəlik yolu ilə iddiaçının adına keçirilmişdir. İddiaçının mübahisələndirdiyi 42 nömrəli mənzil açıq hərrarca çıxarılmış və hərrac barədə sonuncuya bildiriş göndərilmiş, daha sonra isə həmin mənzil hərracda bank tərəfindən alınaraq onların mülkiyyətinə keçmiş və bankın adına DƏDRX tərəfindən çıxarış verilmişdir. Bundan başqa iddiaçı onlardan başqa cavabdeh kimi Cavabdeh2 MMC-ni göstərsə də, həmin MMC-nin hazırki məsələlərlə bağlı ümumiyyətlə əlaqəsi yoxdur. Belə ki, hərrac “X1 Mərkəzi” MMC tərəfindən keçirilmişdir. Eyni zamanda iddiaçı iş üzrə ekspertiza keçirilməsini xahiş etmiş, bu barədə məhkəməyə imza nümunələri təqdim etməmiş və məhkəməyə ərizə ünvanlayaraq mülki işə onun iştirak olmadan baxılmasını xahiş etmişdir. Bütün bunlar ona dəlalət edir ki, iddiaçı məhz bilərəkdən və qərəzli şəkildə onlara maneələr yaradır və iddianın verilməsi də, formal xarakter daşıyır. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş iş üzrə digər Cavabdeh2 MMC məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.6-cı maddəsinə əsasən işə digər Cavabdeh2 MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb, cavabdehin nümayəndəsinin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Binəqədi rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Müller-İnteryer MMM-dən iddiaçı Cavabdeh1 ASC-nin xeyrinə 282200 manat əsas kredit, 86205.10 manat faiz, 10000 manat dəbbə pulu, cəmi 378405.10 manat məbləğində borcun tutulması, tutmanın cavabdeh X5 məxsus Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr yerləşən 16 nömrəli evin, 36 saylı, Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev küçəsində yerləşən, 23 saylı evin 42 nömrəli və Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev küçəsində yerləşən, 23 saylı evin 41 nömrəli mənzillərinə yönəldilməsi, həmin mənzillərin açıq hərracdan satılması və əldə edilmiş vəsaitin iddiaçya ödənilməsi qərara alınmışdır. İş materiallarında olan “X1 Mərkəzi” MMC tərəfindən xx.xx.2019-cu il tarixdə tələbkar Cavabdeh1 ASC və borclular Müller-interyer MMM və X6 ünvanlanmış bildirişdən görünür ki, sonuncular Binəqədi rayon İcra və Probasiya şöbəsinin xx/xx-343944/17-14 nömrəli, xx.xx.2019-cu il tarixli şifariş məktubuna əsasən Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev küçəsində yerləşən, 23 saylı evin 42 nömrəli və Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev küçəsində yerləşən, 23 saylı evin 41 nömrəli mənzilləri xx.xx.2019-cu il tarixdə, saat 11:00-da satılmaq üçün təkrarən açıq hərraca çıxarılacağı barədə məlumatlandırılmışdır. Həmin bildirişlər xx.xx.2019-cu il tarixdə borclulara rəsmi qaydada poçt vəsitəsi ilə göndərilmişdir. İş materiallarında olan “X1 Mərkəzi” MMC-nin hərracın nətiələri haqqında Y-243/2 nömrəli, xx.xx.2019-cu il tarixli protokolundan görünür ki, Binəqədi rayon İcra və Probasiya İdarəsinin sifarişi əsasında hərracın keçirilməsinə şərait yaradan və protokol tərtib edən “X1 Mərkəzi” MMC İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev küçəsində yerləşən, 23 saylı evin 42 nömrəli mənzilini təkrar hərraca çıxarmış və ipoteka saxlayan Cavabdeh1 ASC həmin əmlakı 53550 manata əldə etmişdir. İş materiallarında olan hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2019-cu il tarixli müqavilədən görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev küçəsində yerləşən, 23 saylı evin 42 nömrəli mənzili tələbkar Cavabdeh1 ASC-yə 53550 manata satılmasına dair, “X1 Mərkəzi” MMC ilə Cavabdeh1 ASC arasında alqı-satqı müqaviləsi bağlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin, Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli çıxarışının surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev küçəsində yerləşən, 23 saylı evin 42 nömrəli mənzilixüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinəəsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etməüsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinəən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Həmin Qanunun 43.1-ci maddəsinəəsasən hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə, hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir: 1) hərraca iki nəfərdən az alıcı gəldikdə; 2) hərracın iştirakçısı olmadıqda; 3) hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokolu imzalamaqdan imtina etdikdə; 4) hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın. Həmin Qanunun 43.2-ci maddəsinəəsasən bu Qanunun 43.1.1-43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir. Həmin Qanunun 43.3-cü maddəsinin tələblərinə görə hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. İstinad olunan Qanunun 43.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda, birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Qanunun 43.5-cü maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Həmin Qanunun 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Həmin Qanunun 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günüərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlışəxsin iddiasıüzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.2-ci maddəsinə əsasən, borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən yolu ilə satılır. Həmin Qanunun 61.2-ci maddəsinəəsasən, ixtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunın sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Binəqədi rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli icra vərəqəsin əsasən, cavabdeh Müller-İnteryer MMM-dən iddiaçı Cavabdeh1 ASC-nin xeyrinə 282200 manat əsas kredit, 86205.10 manat faiz, 10000 manat dəbbə pulu, cəmi 378405.10 manat məbləğində borcun tutulması, tutmanın cavabdeh X5 məxsus Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr yerləşən 16 nömrəli evin, 36 saylı, Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev küçəsində yerləşən, 23 saylı evin 42 nömrəli və Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev küçəsində yerləşən, 23 saylı evin 41 nömrəli mənzillərinə yönəldilməsi, həmin mənzillərin açıq hərracdan satılması və əldə edilmiş vəsaitin iddiaçya ödənilməsi qərara alınmışdır. “X1 Mərkəzi” MMC tələbkar Cavabdeh1 ASC və borclular Müller-interyer MMM və X7 Binəqədi rayon İcra və Probasiya şöbəsinin xx/xx-343944/17-14 nömrəli, xx.xx.2019-cu il tarixli şifariş məktubuna əsasən Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev küçəsində yerləşən, 23 saylı evin 42 nömrəli və Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev küçəsində yerləşən, 23 saylı evin 41 nömrəli mənzilləri xx.xx.2019-cu il tarixdə, saat 11:00-da satılmaq üçün təkrarən açıq hərraca çıxarılacağı barədə məlumatlandırmış, bu barədə sonunculara xx.xx.2019-cu il tarixdə rəsmi qaydada poçt vəsitəsi ilə bildirşlər göndərmişdir. “X1 Mərkəzi” MMC-nin hərracın nətiələri haqqında Y-243/2 nömrəli, xx.xx.2019-cu il tarixli protokoluna əsasən, Binəqədi rayon İcra və Probasiya İdarəsinin sifarişi əsasında hərracın keçirilməsinə şərait yaradan və protokol tərtib edən “X1 Mərkəzi” MMC İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev küçəsində yerləşən, 23 saylı evin 42 nömrəli mənzilini təkrar hərraca çıxarmış və ipoteka saxlayan Cavabdeh1 ASC həmin əmlakı 53550 manata əldə etmiş və hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, sözü gedən mənzili tələbkar Cavabdeh1 ASC-yə 53550 manata satılmasına dair, “X1 Mərkəzi” MMC ilə Cavabdeh1 ASC arasında alqı-satqı müqaviləsi bağlanılaraq sonuncunun adına ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli çıxarış verilmişdir. Göründüyü kimi “X1 Mərkəzi” MMC tərəfindən keçirilmiş hərrac qanunvericiliyin tələblərinə uyğun keçirilmiş, bu barədə iddiaçıya rəsmi qaydada bildirişlər göndərilmişdir. Bu səbəbdən də məhkəmə qeyd edir ki, iddia tələbi hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iddia tələbinin sözügedən hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi ilə bağlı qeyd edir ki, mübahisələndirilən əmlakın alqı-satqısına əsas olmuş hərracın yekunlarına dair protokol qanuni olduğundan, eləcə də, hərrac heç bir hüquq pozuntusuna yol verilmədən keçirildiyindən və iddia tələbi həmin protokolun ləğv edilməsi hissəsində rədd edildiyindən, məhkəmə iddia tələbinin bu hissədə müzakirəsini məqsədə müvafiq hesab etmir. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçı iddia ərizəsində Cavabdeh2 MMC-ni iş üzrə cavabdeh kimi cəlb edərək ona qarşı da, tələb irəli sürsə də, sonuncuya qarşı məhkəmədə iddia qaldırmaqda haqlı olmamışdır. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, mübahisəli əmlak barədə hərrac Cavabdeh2 MMC deyil, məhz “X1 Mərkəzi” MMC tərəfindən keçirilmişdir. Bununla yanaşı iddiaçının məhkəmə iclasında iştirak etməməsi və israrla məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etməsi səbəbindən, sonuncuya qanunvericiliklə müəyyən edilmiş qaydada cavabdehin əsl cavabdehlə əvəz edilməsinin təklif edilməsi də, mümkün olmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev küçəsində yerləşən, 23 saylı evin 42 nömrəli mənzil barəsində hərracın yekunları barədə protokol və sözügedən hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsini xahiş etsə də, sözü gedən mənzilin ona məxsus olması barədə məhkəməyə hər hansı bir mötəbər sübutlar da, təqdim etməmişdir. Yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 ASC və Cavabdeh2 MMC-yə qarşı hərracın yekunlarına dair protokolun və əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi barədə iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 ASC və Cavabdeh2 MMC-yə qarşı hərracın yekunlarına dair protokolun və əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi barədə iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar