Məhkəmə qərarları › İş №2(004)-383/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-383/2023

06.03.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-383/2023 06.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi İddiaçı2 vəkili və nümayəndəsi Nümayəndə2 İddiaçı1 nümayəndəsi vəkili və Vəkil cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X2 vəkili və nümayəndəsi Nümayəndə1 iştirakı ilə İddiaçılar İsmayılova (Ağayeva) Sona Oqtay qızı və İddiaçı2 cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X25 İdarəsi, Cavabdeh4, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 qarşı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, həmin müqavilələr əsasında verilmiş şəhadətnamələrin ləğv edilməsi, avtomobildə miras payın müəyyən edilməsi və avtomobilin cavabdehlərin qeyri-qanuni sahibliyindən alınmaqla iddiaçılara verilməsi tələbinə dair iddiası, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X2 iddiaçılar İsmayılova (Ağayeva) Sona Oqtay qızı və İddiaçı2 və Cavabdeh1 qarşı pul tələbinə dair iddiası, Cavabdeh1 iddiaçılar İsmayılova (Ağayeva) Sona Oqtay qızı və İddiaçı2 qarşı müayinə və müalicə xərclərinin, dəfn xərcinin ödənilməsi və miras əmlakda payın müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçılar cavabdehlərə qarşı iddia ərizəsi və iddia tələblərinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, “Nissan Sunny” minik markalı, **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh4 satılmasına dair bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin, həmin müqavilə əsasında Cavabdeh4 verilmiş “nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin”, həmin avtomobilin Cavabdeh3 satılmasına dair bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Cavabdeh3 verilmiş “nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin ləğv edilməsi, ataları X11 miras qalmış avtomobilə iddiaçıların hər birinin ¼ hissədə paylarının müəyyən edilməsi və avtomobilin cavabdehlərin qeyri-qanuni sahibliyindən alınmaqla onlara verilməsi, cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X25 İdarəsindən müştərək qaydada 100,4 manat dövlət rüsumu və 50 manat hüquqi yardıma görə çəkilmiş xərcin tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Cavabdeh1 iddiaçılara qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X12 müayinəsi və müalicəsi üçün xərclənmiş 21584,04 manat, onun məzarı və yas mərasimlərinin keçirilməsi üçün xərclənmiş 6300 manat, ümumilikdə 27884,04 manat məbləğində pulun, habelə 173,65 manat dövlət rüsumunun iddiaçılardan onların miras əmlakda olan paylarına mütənasib surətdə tutularaq ona ödənilməsi, X11 miras qalmış “Nissan Sunny” minik markalı, **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində onun 2/4 hissədə payının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs iddia ərizəsi və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, miras əmlakda paylarına mütənasib surətdə - İsmayılova (Ağayeva) Sona Oqtay qızı (1/4 hissə), İddiaçı2 (1/4 hissə), Cavabdeh1 (2/4 hissə) ödəmə tarixinə ABŞ dollarının Azərbaycan manatına məzənnəsinə uyğun olaraq 3000 ABŞ dolları və 10 000 manat pulun, 135,3 manat dövlət rüsumunun iddiaçılardan və Cavabdeh1 tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia ərizəsi onunla əsaslandırmışdır ki, iddiaçıların atası X17 xx.xx.2021-ci il tarixdə ölmüşdür. Onun ölümündən sonra digər əmlaklarla yanaşı ondan “Nissan Sunny” minik markalı, **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobil miras qalmışdır. Atalarının ikinci nikahdan olan arvadı, yəni Cavabdeh1 atalarının ölümündən sonra hüquqi qüvvəsini itirmiş etibarnamə əsasında həmin avtomobili digər Cavabdeh4 satmışdır. Cavabdeh Baş X25 İdarəsinin əməkdaşları mərhum ataları tərəfindən Cavabdeh1 verilmiş etibarnamənin hüquqi qüvvəsini yoxlamadan avtomobilin alqı-satqı əməliyyatını həyata keçirmişlər. Cavabdeh4 alqı-satqı günü cavabdeh Ağayevaya etibarnamə verməsi alqı-satqının formal olaraq bağlanmasını təsdiq edir. Eyni zamanda Cavabdeh4 tərəfindən digər Cavabdeh5 da etibarnamə verilmişdir. Sonuncu həmin etibarnamə əsasında avtomobili Cavabdeh3 satmışdır. Cavabdehlərin bu hərəkətləri nəticəsində iddiaçıların miras əmlak olan avtomobildə miras paylarından məhrum olmuşlar. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 X17 ilə xx.xx.2021-ci il tarixində nikaha daxil olmuş. Əri xx.xx.2021-ci il tarixində vəfat edəndən sonra, o, ərinin birinci dərəcəli vərəsəsi kimi tanınmışdır və xx.xx.2022-ci il tarixli "Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməyə əsasən, o, miras əmlakdan 2/4 hissədə pay almışdır. İddiaçılar (qarşılıqlı iddia üzrə cavabdehlər) İsmayılova (Ağayeva) Sona Oqtay qızı və İddiaçı2 məhkəmədən miras əmlak “Nissan Sunny” minik markalı 90-XD- 833 dövlət qeydiyyat nişanlı avtomobilin üzərində hər birisinin 1/4 hissədə paylarının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Birinci növbəli vərəsə kimi onun da həmin miras əmlakın üzərində vərəsəlik payı mövcuddur. Bu səbəbdən də mərhum əri X11 miras qalmış “Nissan Sunny” minik markalı **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində onun 2/4 hissədə payı müəyyən edilməlidir. Bundan başqa, ərinin müayinəsi və müalicəsi üçün ümumilikdə 21000 manat məbləğində pul xərcləmişdir. Pulların əksəriyyətini rəhmətlik əri borca götürmüşdür. Xərclənən pullardan

1. PET müayinəsi üçün - 1500 manat;

2. Molekulyar müayinə üçün - 1200 manat;

3. Kimyaterapaiya üçün (3 kürs) - 8700 manat;

4. Türkiyəyə aviabilet xərcləri - 1700 azn;

5. Türkiyənin “Emsey Hospital”da müayinə xərcləri - 1000 ABŞ dolları;

6. Türkiyədən dərmanlar sifarişi üçün - 680 ABŞ dolları;

7. Bakı şəhərində həkimlərə və tibbi bacılarınə çəkilən xərc - 2000 manat;

8. Dərmanlar üçün - 3628,04 manat. Erlotinib 150 mg - 3371,72 manat Albumin 20% 100 ml - 114,28 manat; Geptral N5 - 62,05 manat; Paresol Epa - 29,00 manat Zofran N5 amp - 24,68 manat; Cerukal 2,0 N10 amp - 8,46 manat; Pantap 40 mg N28 - 7,44 manat; Maaloks fl - 6,24 manat; Ringer 500 ml - 1,66 manat; Paracetamol N20 tab - 1,60 manat; - Natriy Xlor 200 ml fl - 0,91 manat. Dərmanların qiymətləri Azərbaycan Respublikası Tarif (qiymət) Şurası tərəfindən təsdiq olunmuşdur və Tarif Şurasının rəsmi internet səhifəsində mövcuddur. Bundan başqa, rəhmətlik ərinin vəfatından sonra onun məzarının mərmər hasar və baş - sinə daşlarına (2400 manat), suvaq və usta (400 manat) xərclərinə, habelə yas mərasimlərinə (3500 manat) ümumilikdə 6300 (altı min üç yüz) manat, mərasimlərə xeyli midarda pul xərcləmişdir. Cavabdehlər (ilkin iddia üzrə iddiaçılar) mərhum X12 birinci dərəcəli vərəsələri olduqları üçün ataları Oktay Ağayevin müayinəsi və müalicəsi üçün xərclənən pullar onlar arasında da bölünməlidir. Üçüncü şəxsin iddiası onunla əsaslandırılmışdır ki, mülki iş üzrə cavabdehlər Cavabdeh4 bacısı, Cavabdeh1 - bacısı qızı, Cavabdeh5 isə oğludur. Həmin iş üzrə iddiaçılar İsmayılova (Ağayeva) Sona və İddiaçı2 Cavabdeh1 mərhum əri X12 birinci nikahdan olan qızlarıdır. Cavabdeh1 mərhum əri X17 onkoloji xəstəlikdən əziyyət çəkmiş və bahalı müalicələrdən sonra xx.xx.2021-ci il tarixində “bronxların və ya ağciyərın aşağı payının bədxassəli yenitörəməsi” xəstəliyindən vəfat etmişdir. X23 Azərbaycanda və Türkiyədə bahalı müalicələr almış, müalicəsi üçün külli miqdarda pullar xərcləmişdir. Təxminən 2021-ci ilin sentyabr ayında bacısı Cavabdeh4 ona zəng vuraraq Oktay Ağayevin ondan müalicəsi üçün borc pul istədiyini, lakin pulu olmadığı üçün köməklik edə bilmədiyini bildirmişdir. Bir neçə gündən sonra X23 ona da zəng vuraraq müalicəsi üçün ondan borca pul istəmişdir. X23 borcu sağalan kimi qaytaracağını və ya borcun əvəzinə mülkiyyətində olan “Nissan Sunny” minik avtomobilini onun oğluna bağışlayacağını bildirmişdir. Həmin ərəfədə onda 10000 manat və 3000 ABŞ doiian məbləğində pulu var idi və hələ lazım olmadığı üçün o, Oktaya borca pul verə biləcəyini söyləmişdir. Bir neçə gündən sonra X23 ilə görüşüb ona müalicəsi üçün borca 10000 manat və 3000 ABŞ dolları məbləğində pul vermişdir. Pulu Cavabdeh1 yanında vermişdir. Verdiyi borc pul ilə X23 öz müaciləsini davam etdirmişdir. X22 müalicəsi üçün borc pul verməyi barədə mülki iş üzrə cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh5, habelə bacısı X3 və digər şahidlər məlumatlı olmuşlar və məhkəmədə təsdiq edə bilərlər. X17 xx.xx.2021-ci il tarixində vəfat etdikdən sonra o, Oktayın arvadı - Cavabdeh1 mərhum əri Oktay Ağayevin borcunun qaytarmağını xahiş etmişdir. Lakin, Cavabdeh1 ərinin dəfni üçün külli miqdarda xərc çəkdiyini və hal-hazırda pulunun olmamasını bildirmişdir. O, vəziyyəti anlayaraq bir az möhlət verərək özünə pul lazım olduğu üçün qısa müddətdə mərhumun ona olan borcunun qaytarmasını xahiş etmişdir. Mərhumun 40 günü ərəfəsində o, təkrarən Cavabdeh1 mərhumun borcunun qaytarılmasını tələb etmişdir və X21 borcun əvəzinə “Nissan Sunny” minik avtomobilini oğluna bağışlayacağına dair verdiyi vədi cavabdehə xatırlatmışdır. Cavabdeh1 mərhum ərinin verdiyi vədi yerinə yetirərək mərhumun mülkiyyətində olmuş “Nissan Sunny” minik avtomobilni borcla əvəzləşdirilməsinə razılıq vermiş və Cavabdeh1 mərhum ərinin ona olan borcunu qaytarmışdır. Qeydiyyatı rayonda olduğundan xx.xx.2022-ci il tarixində “Nissan Sunny” minik avtomobilnin “alqı-satqı müqaviləsi” bacısı Cavabdeh4 adına rəsmiləşdirilmiş və oğlu Cavabdeh5 avtomobilə dair baş etibarnamə vermişdir. Pula ehtiyacı olduğundan oğlu Cavabdeh5 həmin avtomobili xx.xx.2022-ci il tarixli “alqı-satqı müqaviləsi” ilə başqa şəxsə satmışdır. Hazırda həmin avtomobilin məhkəmə mübahisəsi olduğundan mərhum Oktay Ağavevin ona olan 10000 manat və 3000 ABŞ dolları məbləğində borc ona qaytarılmalıdır. “3 saylı ASAN xidmət” mərkəzi tərəfindən təsdiq edilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməyə əsasən, xx.xx.2021-ci il tarixində vəfat etmiş mərhum X12 arvadı - Cavabdeh1, mərhumun qızları - İsmayılova (Ağayeva) Sona Oqtay qızı və İddiaçı2 mərhumun vərəsələri kimi tanınmışlar. X21 vərəsələri miras qoyanın borcunun ödənilməsi üçün məsuliyyət daşıdıqları üçün borc məbləği vərəsələr arasında onların paylarına mütənasib şəkildə bölünməklə onlardan tutularaq ona ödənilməlidir. Məhkəmə iclasında iddiaçıların nümayəndələri ilkin iddianın məzmununa uyğun izahat verərək, ilkin iddianın təmin edilməsi, üçüncü şəxsin iddiasının və qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Üçüncü şəxsin nümayəndəsi üçüncü şəxsin iddia ərizəsinin məzmununa uyğun izahat verərək həmin iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək qarşılıqlı iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan əlavə cavabdeh ilk iddiaya və üçüncü şəxsin iddiasına etiraz edərək bildirmişdir ki, ərinin müalicəsinə onlar tərəfindən külli miqdarda vəsait sərf edilmiş, pulları çatmadığından onlar onun xalası Tünzaləyə borc üçün müraciət etmişlər, sonuncu imkanı olmadığını, o biri xalası Mayadan borc istəmələrini onlara bildirmişdir. Xalası Maya anası Qızxanım Ərzimanovanın evində mərhum ərinə 10000 manat və 3000 ABŞ dolları borc vermişdir. Mərhum əri həmin borcu qaytaracağını, qaytara bilmədiyi halda əvəzinə özünə məxsus Nissan markalı avtomobili xalası Mayanın oğlu Heybətə bağışlayacağını vəd etmişdir. Lakin əri borcu qaytara bilməmiş və onun ölümündən sonra xalası ondan həmin borcu tələb etdikdə o, həmin borcu verməyə maddi imkanı olmadığından ərinə məxsus “Nissan” markalı avtomobili borcun əvəzi olaraq xalasına vermişdir. İlk iddiaçılar və üçüncü şəxs tərəfindən tələb olunan əmlaklardan ona 1 qəpik belə xərclənməmiş, əksinə bu günə kimi ərinin borclarının içindədir. Göstərilənlərə əsasən ilk iddianın və üçüncü şəxsin iddiasının rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh4 ilk iddiaya etiraz edərək Cavabdeh1 izahatında göstərilənləri təsdiq edərək bildirmişdir ki, bacısı qızı Cavabdeh1 mərhum həyat yoldaşı ona mülaciəsi üçün pul lazım olduğundan borc istəmiş, o imkanı olmadığından, bacısı Mayaya müraciət etmələrini bildirmişdir. Bacısı Maya mərhum O.Ağayevə 10000 manat və 3000 ABŞ dolları borc vermişdir. O.Ağayev borcu qaytara bilməmişdir. Onun ölümündən sonra Cavabdeh1 borcun əvəzi olaraq mərhuma məxsus avtomobili bacısı Mayanın tələbi ilə ona vermişdir. X8 Heybətin Bakı qeydiyyatı olmadığından avtomobilin alqı-satqı müqaviləsi onunla bağlanmış, daha sonra o Cavabdeh5 etibarnamə vermişdir. Odur ki, ilk iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh5 Cavabdeh1 və Cavabdeh4 izahatlarında göstərdiklərini təsdiq edərək ilk iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, avtomobildə əlavə təmir işləri gördükdən sonra pula ehtiyacı olduğundan avtomobili 11600 manata satmışdır. Odur ki, ilk iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh6 ilk iddiaya etiraz edərək izahatında vicdanlı alıcı olduğunu, Cavabdeh3 başqa digər cavabdehləri tanımadığını, maşın barəsində internetdə verilmiş elan vasitəsi ilə məlumat aldığını, maşını əvvəlcə etibarnamə əsasında, daha sonra isə alqı-satqı müqaviləsi əsasında aldığını, avtomobili 13200 manata aldığını, avtomobilin öz adına qeydiyyatı zamanı hər hansı problem olmadığını göstərmişdir. Göstərilənlərə əsasən ilk iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində göstərmişdir ki, mərhum X17 onun qardaşı olmuşdur. Qardaşının xərçəng xəstəliyinə tutulmasını biləndən sonra o qardaşına pula ehtiyacı olduğu halda ona müraciət etməsini bildirmişdir. Qardaşı ona arvadı Cavabdeh1 xalası X1 10000 manat və 3000 ABŞ dolları borc götürdüyünü bildirmişdir. Məhkəmə iclasında şahid X3 ifadəsində göstərmişdir ki, bacısı Maya onun evində qızı Fəridənin mərhum əri X13 müalicəsi üçün borc olaraq 10000 manat və 3000 ABŞ dolları vermişdir. X5 həmin borcu geri qaytara bilməmişdir. Onun ölümündən sonra 10000 manat borc qaytarılmış və 3000 ABŞ dolları borcları qalmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər cavabdehlər Baş X25 İdarəsi, Cavabdeh7 məhkəmə iclasına gəlməmiş, nümayəndələrinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilk və üçüncü şəxsin iddiaları qismən təmin edilməli, qarşılıqlı iddia isə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ilk iddia ilə bağlı aşağıdakıları qeyd edir: İş materiallarına əlavə edilmiş: Ölüm, doğum və nikah haqqında şəhadətnamələrdən müəyyən olunur ki, X17 xx.xx.2021-ci il tarixdə ölmüş, öldüyü anda birinci növbə vərəsələri övladları İsmayılova (Ağayeva) Sona Oqtay qızı və İddiaçı2, arvadı Cavabdeh1 və anası X10 olmuşdur. Notariat qaydasında təsdiq edilmiş ərizədən görünür ki, mərhumun anası X10 oğlundan irs qalmış bütün əmlaklarda ona çatası hissəsindən Cavabdeh1 xeyrinə imtina etmişdir. Vərəsəlik haqqında şəhadətnamələrdən görünür ki, miras əmlaklarda İsmayılova (Ağayeva) Sona Oqtay qızı və İddiaçı2 hər birinin payı ¼ hissədə, Cavabdeh1 payı 2/4 hissədə müəyyən olunmuşdur. Baş X25 İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan və ona əlavə edilmiş çıxarışdan, xx.xx.2022-ci il tarixli məktubundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, X12 adına xx.xx.2010-cu il tarixdə “Nissan Sunny” minik markalı, **-XD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyata alınmışdır. xx.xx.2021-ci il tarixdə onun tərəfindən arvadı Cavabdeh1 bir il müddətinə avtomobilə dair etibarnamə verilmişdir. Həmin etibarnamə əsasında xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 avtomobili Cavabdeh4 satmışdır. Cavabdeh4 adına alqı-satqı müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixli VA157305 saylı şəhadətnamə verilmişdir. Cavabdeh4 tərəfindən verilmiş etibarnamə əsasında Cavabdeh5 avtomobili 02 iyul 2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh3 satmışdır. Cavabdeh3 adına xx.xx.2022-ci il tarixli şəhadətnamə verilmişdir. Cavabdeh3 14 noyabr 20225-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən avtomobili Cavabdeh6 satmışdır. Cavabdeh6 adına xx.xx.2022-ci il tarixli şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 1134. Vərəsələr 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.

Maddə 1159. Qanun üzrə vərəsələr 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).

Maddə 365. Etibarnaməyə xitam verilməsi 365.1. Etibarnamənin qüvvəsinə aşağıdakılar nəticəsində xitam verilir: 365.1.7. etibarnaməni vermiş fiziki şəxsin ölməsi.

Maddə 366. Etibarnaməyə xitam verilməsinin nəticələri 366.1. Etibarnamə vermiş və sonradan onu ləğv etmiş şəxs bu barədə etibarnamə verilmiş şəxsi, habelə etibarnaməni qarşılarında təmsil edilmək üçün verdiyi ona məlum üçüncü şəxsləri xəbərdar etməyə borcludur. Bu Məcəllənin 365.1.5 və 365.1.7-ci maddələrində nəzərdə tutulan əsaslara görə etibarnaməyə xitam verildiyi hallarda etibarnaməni vermiş şəxsin hüquq varisləri üzərinə də eynilə bu cür vəzifə qoyulur. 366.2. Etibarnamə verilmiş şəxsin etibarnaməyə xitam verildiyini bildiyi və ya bilməli olduğu vaxtadək yerinə yetirdiyi hərəkətlər nəticəsində əmələ gələn hüquq və vəzifələr etibarnaməni vermiş şəxs və onun hüquq varisləri üçün üçüncü şəxslər barəsində qüvvəsini saxlayır. Əgər üçüncü şəxs etibarnamənin qüvvəsinə xitam verildiyini bilirdisə və ya bilməli idisə, bu qayda tətbiq edilmir. 366.3. Etibarnaməyə xitam verildikdə onun verildiyi şəxs və ya hüquq varisləri dərhal etibarnaməni qaytarmağa borcludurlar. 366.4. Etibarnaməyə xitam verildikdə etibar edilmişi başqasına etibaretmə qüvvədən düşür.

Maddə 337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

Maddə 157. Mülkiyyətin müdafiəsi 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir.

Maddə 182. Vicdanlı əldə edən 182.1. Əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. 182.2. Daşınar əşyanın mülkiyyətçisi bu əşyanı itirmişsə, əşya ondan oğurlanmışsa və ya iradəsinin ziddinə olaraq başqa şəkildə onun sahibliyindən çıxmışsa, yaxud əldə edən onu əvəzsiz almışsa, həmin əşyanı əldə edən vicdanlı ola bilməz. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir (Konstitusiya Məhkəməsi Plenumunun S.N.Məmmədovanın şikayəti üzrə 2004-cü il 27 oktyabr tarixli Qərarı). Mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alğı-satqı müqaviləsinin və onun alıcı üçün verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülürsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilirsə, iddianın təmin olunmasından imtina edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun H.Cəfərovun şikayəti üzrə 2014-cü il 15 sentyabr tarixli Qərarı). Beləliklə tədqiq olunmuş sübutlarla – işdə iştirak edən şəxslərin izahatları, şahid ifadələri və yazılı sübutlarla müəyyən olunmuşdur ki, X12 ölümündən sonra Cavabdeh1 mərhum O.Ağayev tərəfindən ona verilmiş və onun ölümü ilə bağlı qüvvəsinə xitam verilmiş etibarnamə əsasında, yəni artıq O.Ağayevin adından həmin etibarnamə əsasında hər hansı bir hərəkət etməyə səlahiyyəti olmadığı halda avtomobili xalası Cavabdeh4 satmışdır. Cavabdeh4 da O.Ağayevin ölümünü və Cavabdeh1 avtomobili mərhumun adından özgəninkiləşdirə bilmədiyini bilmişdir. Odur ki, məhkəmə hesab edir ki, ilk iddia “Nissan Sunny” minik markalı, **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh4 satılmasına dair bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin, həmin müqavilə əsasında Cavabdeh4 verilmiş “nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin” ləğvi hissəsində əsaslıdır və təmin edilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, ilk iddia avtomobilin sonrakı alıcısı ilə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında həmin alıcıya verilmiş qeydiyyat şəhadətməsinin ləğv edilməsi hissəsində təmin edilə bilməz. Belə ki, iddiaçılar tərəfindən həmin alıcının, yəni Cavabdeh3 vicdansız alıcı olmasını, yəni alqı-satqı müqaviləsi bağlananadək avtomobilin onu özgəninkiləşdirməyə hüququ olmayan şəxs tərəfindən ona satılmasını bilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişlər. Avtomobilə dair alqı-satqı müqaviləsi dövlət orqanı Baş X25 İdarəsində bağlanmış, Cavabdeh3 tərəfindən avtomobilin dəyəri ödənilmiş və ona alqı-satqının nəticəsi olaraq avtomobilə dair qeydiyyat şəhadətnaməsi verilmişdir. Bundan əlavə məhkəmə hesab edir ki, Cavabdeh3 ilə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsindən imtina edildiyindən və avtomobil Cavabdeh3 mülkiyyətindən digər alıcıların mülkiyyətinə keçdiyindən ilk iddiaçıların ataları X11 miras qalmış avtomobilə iddiaçıların hər birinin ¼ hissədə paylarının müəyyən edilməsi və avtomobilin cavabdehlərin qeyri-qanuni sahibliyindən alınmaqla onlara verilməsi hissəsində də iddia təmin edilə bilməz və rədd edilməlidir. Məhkəmə üçüncü şəxsin iddiası ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 1306. Vərəsələrin kreditorlar qarşısında məsuliyyəti 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Məhkəmə iclasında verilmiş izahatlar və şahid ifadələri ilə üçüncü şəxs X6 tərəfindən mərhum X13 10000 manat və 3000 ABŞ dolları məbləğində borc verildiyi, O.Ağayev tərəfindən həmin borcun qaytarılmaması, onun ölümündən sonra 10000 manat borcun əvəzi olaraq Cavabdeh1 tərəfindən mərhuma məxsus “Nissan” markalı avtomobilin verildiyi, həmin avtomobilin üçüncü şəxsin oğlu tərəfindən satılması, 3000 ABŞ dollarının geri qaytarılmaması təsdiq edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, üçüncü şəxsin iddiası qismən əsaslıdır və qismən təmin olunaraq miras əmlakda paylarına mütənasib olaraq - İsmayılova (Ağayeva) Sona Oqtay qızı (1/4 hissə), İddiaçı2 (1/4 hissə), Cavabdeh1 (2/4 hissə) ödəmə tarixinə ABŞ dollarının Azərbaycan manatına məzənnəsinə uyğun olaraq 3000 ABŞ dolları tutularaq X4 ödənilməlidir. Məhkəmə qarşılıqlı iddia ilə bağlı aşağıdakıları qeyd edir: Maddə 1151. Miras əmlak 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1157. Miras şərikləri Əgər bir neçə vərəsə vardırsa, miras vərəsələr arasında bölüşdürülənədək vahid əmlak şəklində bütün vərəsələrə mənsubdur. Bu əmlakdan sonuncu xəstəliyi zamanı miras qoyana qulluq və onun müalicəsi, dəfn, mirasın mühafizəsi və idarə edilməsi, əmək haqqı verilməsi və vəsiyyətin icrası üçün lazımi xərclər ödənilə bilər. Bu tələblər mirasın dəyərindən, həm də bütün başqa tələblərə, o cümlədən ipoteka və digər girovla təmin edilmiş tələblərə nisbətən üstün qaydada ödənilməlidir. Qarşılıqlı iddia üzrə iddiaçı mərhum O.Ağayevin müayinə və müalicəsi üçün tibb müəssisələrinə borcu qalmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Yuxarıda istinad olunan Mülki Məcəllənin 1151-ci maddəsinə əsasən də vərəsələr yalnız miras qoyanın ölümündən sonra qalmış vəzifələrinə (öhdəliklərinə) görə məsuliyyət daşıyırlar. Odur ki, məhkəmə hesab edir ki, qarşılıqlı iddia mərhum X12 müayinəsi və müalicəsi üçün xərclənmiş 21584,04 manat tələbi hissəsində əsassızdır və rədd edilməlidir. Bundan əlavə məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən mərhum X12 məzarı və yas mərasimlərinin keçirilməsi üçün 6300 manat xərclənməsini təsdiq edən sübutlar məhkəmə təqdim edilmədiyindən iddia həmin hissədə də təmin edilə bilməz. Bundan əlavə məhkəmə hesab edir ki, X11 miras qalmış “Nissan Sunny” minik markalı, **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobil başqa şəxslərin (vicdanlı alıcıların) mülkiyyətinə keçdiyindən həmin avtomobil üzərində qarşılıqlı iddia üzrə iddiaçının 2/4 hissədə payının müəyyən edilməsinə dair iddiası təmin edilə bilməz və rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İlk iddia cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X19rşı təmin edildiyindən və İddiaçı2 vəkili və nümayəndəsi Nümayəndə2 tərəfindən həmin iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu tələb edildiyindən, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X25 dövlət rüsumu ödəməkdən azad olduğundan Cavabdeh1 100,4 manat dövlət rüsumu tutularaq İddiaçı2 ödənilməlidir. Məhkəmə hesab edir ki, İddiaçı1 tərəfindən tələb edilmədiyindən onun tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu özünə aid edilməlidir. Bundan əlavə məhkəmə hesab edir ki, İddiaçı2 50 manat hüquqi yardıma görə çəkilmiş xərcin tutulması tələbi həmin tələbi təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən təmin edilə bilməz və rədd edilməlidir. Qarşılıqlı iddia rədd edildiyindən həmin iddianın verilməsi üçün ödənilmiş 175 manat məbləğində dövlət rüsumu Cavabdeh1 aid edilməlidir. Üçüncü şəxsin iddiası qismən təmin edildiyindən ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq İsmayılova (Ağayeva) Sona Oqtay qızından 11,50 manat, İddiaçı2 11,50 manat, Cavabdeh1 23 manat dövlət rüsumu tutularaq üçüncü şəxsə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq

QƏT ETDİ :

İlkin iddia qismən təmin edilsin. X12 adından etibarnamə əsasında Cavabdeh1 ilə Cavabdeh4 arasında “Nissan Sunny” minik markalı, **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobilin satılmasına dair bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilsin, həmin müqavilə əsasında Cavabdeh4 verilmiş xx.xx.2022-ci il tarixli VA157305 saylı “nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi ləğv edilsin. İddiaçı1 tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 (quz) manat dövlət rüsumu özünə aid edilsin. Cavabdeh1 100,4 manat dövlət rüsumu tutularaq İddiaçı2 ödənilsin. Qarşılıqlı iddia rədd edilsin. Qarşılıqlı iddia üzrə ödənilmiş 175 (yüz yetmiş beş) manat məbləğində dövlət rüsumu Cavabdeh1 aid edilsin. Üçüncü şəxsin iddiası qismən təmin edilsin. İsmayılova (Ağayeva) Sona Oqtay qızından 750( yeddi yüz əlli) ABŞ dolları, İddiaçı2 750( yeddi yüz əlli) ABŞ dolları, Cavabdeh1 1500( min beş yüz) ABŞ dolları (ödəmə tarixinə ABŞ dollarının Azərbaycan manatına məzənnəsinə uyğun olaraq) tutularaq X4 ödənilsin. İsmayılova (Ağayeva) Sona Oqtay qızından 11,50 (on bir manat əlli qəpik) manat, İddiaçı2 11,50 (on bir manat əlli qəpik) manat, Cavabdeh1 23 (iyirmi üç) manat dövlət rüsumu tutularaq X4 ödənilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində “Elekron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar