Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1029/2025 02.09.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçılar- İddiaçı1 və İddiaçı2, Cavabdehlər- Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, 3-cü şəxs- Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinin vəkalətli nümayəndəsi X15 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Beyləqan rayon 1 saylı Notariat Ofisi və 3-cü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışların ləğv edilməsi və miras əmlakdan payların müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Beyləqan rayonu 1 saylı Notariat Ofisi tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş əmlakalara dair verilmiş çıxarışların ləğv edilməsi və X6 miras qalmış əmlaklar üzrə qanun üzrə birinci dərəcəli vərəsə kimi paylarının müəyyən edilməsi tələbinə dair iddia qaldırmışdır. Məhkəmə iclasında izahat verən İddiaçı1 ərizəsini əsaslandıraraq göstərdi ki, atası X12 Beyləqan rayon Aqrar İslahat Komissiyasının 22 oktyabr 2**1-ci il tarixli qərarına əsasən JN: *147, kod **7***38 Dövlət Aktı ilə Beyləqan rayonu Aşağı Çəmənli kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı ilə bağlı 4.66 ha torpaq sahəsi verilmişdir. Həmçinin həmin ərəfələrdə həyətyanı sahə olaraq *.5* ha və *.16 ha torpaq sahələri də artırılmışdır. X2 2* may 1999-cu il tarixdə ölmüşdür. Mərhum atasından Aşağı Çəmənli kəndində yerləşən torpaq sahələri miras qalmışdır. Onlar Beyləqan rayon 1 saylı Notariat Ofisinə ərizə ilə müraciət edərək miras əmlakla bağlı vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişlər. Notariat Ofisi tərəfindən 21 fevral 2*23-cü il tarixdə verilmiş cavabda X8 adına vərəsəlik işi açılması və vərəsələri Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi göstərilmişdir. Cavabdehlər tərəfindən mərhum atalarının digər vərəsələri gizlədilmiş, yalnız özlərini vərəsə kimi göstərməklə miras əmlaka tamamilə sahib olmaq istəmişlər. Notariat kontoru tərəfindən də digər vərəsələrin olub-olmaması müəyyən edilməmiş, vərəsələrin axtarılması üçün tədbirlər görməmişdir. Onlar atalarının qanun üzrə birinci dərəcəli vərəsələrdir. Ataları tərəfindən miras əmlakla bağlı vəsiyyətnamə qoyulmamışdır. Mirası vaxtında qəbul etməmələrinin səbəbi qardaşının torpaqdan istifadə etməsi olmuşdur. Ümumiyyətlə onların mirası qəbul etmək fikirləri olmamışdır, həmin torpaq sahəsinə ehtiyacları da yoxdur. Qardaşları Cavabdeh2 kömək etmək məqsədi ilə torpaqdan paylarını tələb etməmişlər. Sonradan qardaşının torpağı başqasına satmasını eşidib hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Çünki dədə-baba torpaqlarının satılmasına razı olmamışlar. Ona görə də Beyləqan rayonu 1 saylı Notariat Ofisi tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş əmlakalara dair verilmiş çıxarışların ləğv edilməsi və X6 miras qalmış əmlaklar üzrə qanun üzrə birinci dərəcəli vərəsə kimi paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Digər İddiaçı2 iddianı müdafiə etdi və İddiaçı1lə eyni məzmunlu izahat verərək iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında izahat verən Cavabdeh1 iddianı qəbul etmədi və göstərdi ki, göstərilənlər yalandır. İddiaçıların adına heç bir sənəd yoxdur və Beyləqan rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş Dövlət aktında və Şəhadətnamədə iddiaçıların adları göstərilməmişdir. Notarius şəhadətnamə verdikdən sonra onlar torpaqlarını satmışlar. Digər vərəsələr notariusa gəlməmişdir. O, özünə və oğlu Nağıya məxsus 2,*6 ha pay torpaq sahəsini satmışdır. Torpağı notarial qaydada alqı-satqı etməklə satmışdır. Qalan torpaq sahəsinin kimin istifadəsində olduğunu bilmir. Özünə və oğluna düşən payı satmışlar. İddiaçılar nə faktiki nə də qanun üzrə mirası qəbul etməmişlər. Ona görə də iddianın əsassız olduğundan rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında izahat verən Cavabdeh2 iddianı qəbul etmədi və göstərdi ki, o, öz payına düşən torpaq sahəsini notarial qaydada alqı-satqı etməklə satmışdır. Nə qədər pay torpaq sahəsi olduğunu bilmir. Onunla anasının payı 2,*6 ha təşkil edir. Ona görə də iddianın əsassız olduğundan rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında izahat verən Cavabdeh3 iddianı qəbul etdi və göstərdi ki, həyətyanı torpaq sahəsində tikilən ev onun mülkiyyətində olan torpaq sahəsində tikilmişdir. Pay torpaq sahəsi ailə üzvlərinin hər adama *,77 ha torpaq sahəsi ayrılmışdır. Ona düşən payı qəbul etmiş, Cavabdeh1 isə özü və oğlunun payını satmışdır. Həyətyanı torpaq sahəsi cəmi *,66 hektardır. Həyətyanı torpaq sahələri 1997-ci ildə bölünmüş və orada atasının da payı olmuşdur. 1999-cu ildə atası rəhmətə gedəndən sonra onun adını Dövlət aktına salmamışlar. O, Ələddinə etibarnamə vermişdir. Ələddin özü notariusa getmişdir. O, heç bir sənəd hazırlamaq üçün getməmişdir. Ona görə də qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. 3-cü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinin vəkalətli nümayəndəsi Mirzəyev Nicat iddianı onlara aid hissədə qəbul etmirlər. Vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışların ləğv edilməsi və miras əmlak payının müəyyən edilməsi 6 saylı Beyləqan Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir. Belə ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Püquqi Şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsi dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını həyata keçirmək, daşınmaz əmlakın inventarlaşdırılması işlərini aparmaq və texniki sənədləri tərtib etmək, ünvan reyestrini aparmaq, daşınmaz əmlak obyektlərinə ünvan vermək, qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın qiymətləndirilməsini həyata keçirmək, dövlət kadastrının və dövlət torpaq kadastrının tərtib edilməsi və aparılmasının həyata keçirilməsində iştirak etmək səlahiyyətlərinə malikdir. İşdə olan mülkiyyət hüququna dair qeydiyyat sənədləri, yəni çıxarışlar notarius tərəfindən tərtib edilmiş alqı-satqı müqaviləsi əsasında verilmişdir. Onların ləğvi üçün heç bir əsas yoxdur. Ona görə də iddianın həmin hissədə rədd edilməsini məhkəmədən xahiş etdi. İş üzrə cavabdeh Beyləqan rayon 1 saylı Notariat Ofisinin notariusu məhkəməyə nümayəndəsini göndərməmişdir. Məhkəmə notariusun məhkəmə bildirişini almasına baxmayaraq məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. iş materiallarına əlavə edilmiş Torpağın mülkiyyətə verilməsinə dair kodu 6*7***38 olan, JN-182A saylı şəhadətnamədən görünür ki, Beyləqan rayon Aqrar İslahat komissiyasının 31 oktyabr 1997-ci il tarixli 15 saylı qərarı ilə Cavabdeh1, Cavabdeh3, X2* və Cavabdeh2 *.5* ha həyətyanı torpaq sahəsi verilmişdir. iş materiallarına əlavə edilmiş JN-*147 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, Beyləqan rayon Aqrar İslahat komissiyasının 22 oktyabr 2**1-ci il tarixli 1*7 saylı qərarı ilə X9, Cavabdeh1, Cavabdeh3, X5, X16 və Cavabdeh2 4.66 ha pay torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Beyləqan rayon məhkəməsinin *6 iyul 2*22-ci il tarixli qətnaməsindən görünür ki, Beyləqan rayon Aqrar İslahat komissiyasının 31 oktyabr 1997-ci il tarixli 15 saylı qərarına əsasən Kod 6*7***38 olan, JN-182 A saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X13 mülkiyyətinə verilmiş *,5* hektar həyətyanı torpaq sahəsindən iddiaçılar Cavabdeh1 və Cavabdeh2 hər birinin payı *,125* ha müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Beyləqan rayon məhkəməsinin 19 dekabr 2*22-ci il tarixli 2(*2*)- 1842/2*22 saylı qətnaməsindən görünür ki, Beyləqan rayon Aqrar İslahat komissiyasınn 31 oktyabr 1997-ci il tarixli 15 saylı qərarı ilə kodu 6*7***38 olan, JN-182 A saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında Cavabdeh1, Cavabdeh3, X16 və Cavabdeh2 verilmiş *.5* ha həyətyanı torpaq sahəsindən Cavabdeh1 və Cavabdeh2 düşən cəmi *.16 ha həyətyanı torpaq sahəsi naturada ayrılaraq Cavabdeh1 və Cavabdeh2 təhkim edilmişdir. İş materiallarına əlavə edilmiş müqavilədən görünür ki, Cavabdeh2 və Cavabdeh1 ƏMDK-nin yanında DƏDRX-nin 6 saylı Ərazi idarəsi tərəfindən 27.*7.2*21-ci il tarixdə Cavabdeh2 verilmiş 6*7*13*45861 reyestr nömrəli, 1721*12888 qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən paylı mülkiyyət üzrə 4,6583 ha torpq sahəsinin 2.*7*3 ha hissəsini 54** manata X1. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti, X14 Haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Beyləqan rayonun Aşağı Çəmənli kəndində yerləşən 2.*7*3 ha kənd təsərrüfatlı torpaq sahəsi X7 mülkiyyətinə verilmiş və Daşınmaz əmlakın dövlət reyestrində 113 nömrəli reyestr kitabının 53 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti, X14 Haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Beyləqan rayonun Aşağı Çəmənli kəndində yerləşən *759 ha torpaq sahəsi X23 mülkiyyətinə verilmiş və Daşınmaz əmlakın dövlət reyestrində 171 nömrəli reyestr kitabının 39 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti, X14 Haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Beyləqan rayonun Aşağı Çəmənli kəndində yerləşən *,164 ha yaşayış məntəqəsi torpaq sahəsi X11 mülkiyyətinə verilmiş və Daşınmaz əmlakın dövlət reyestrində 146 nömrəli reyestr kitabının 89 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş 12.*9.2*23-cü il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, ƏMDK-nin yanında DƏDRX-nin 6 saylı Ərazi idarəsi tərəfindən Cavabdeh2 və Cavabdeh1 verilmiş 6*7*13*59686 reyestr nömrəli, 1723*19548 qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən birgə mülkiyyət üzrə *,759 ha torpq sahəsinin 3*** manata X4. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti, X14 Haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Beyləqan rayonun Aşağı Çəmənli kəndində yerləşən 4,6583 ha kənd təsərrüfatlı torpaq sahəsi X21, X2*, Cavabdeh3, Cavabdeh2 mülkiyyətinə verilmiş və Daşınmaz əmlakın dövlət reyestrində 112 nömrəli reyestr kitabının 41 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti, X14 Haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Beyləqan rayonun Aşağı Çəmənli kəndində yerləşən 2,5879 ha kənd təsərrüfatlı torpaq sahəsi Cavabdeh3 mülkiyyətinə verilmiş və Daşınmaz əmlakın dövlət reyestrində 117 nömrəli reyestr kitabının 92 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında 17 iyul 2*21-ci il tarixli şəhadətnamədən görünür ki, 19.*5.1999-cu ildə vəfat etmiş X8 vərəsələri Beyləqan rayonun Aşağı Çəmənli kəndində qeydiyyatdaolan arvadı X21, oğlu- Cavabdeh2, və Cavabdeh3dur. İş materiallarına əlavə edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında 17 iyul 2*21-ci il tarixli şəhadətnamədən görünür ki, 18.*7.2***-ci ildə vəfat etmiş X3 vərəsəsi Beyləqan rayonun Aşağı Çəmənli kəndində qeydiyyatda olan qardaşı Cavabdeh3dur. Beləliklə məhkəmədə müəyyən edildi ki, Torpağın mülkiyyətə verilməsinə dair kodu 6*7***38 olan, JN- 182A saylı şəhadətnamə ilə Beyləqan rayon Aqrar İslahat komissiyasının 31 oktyabr 1997-ci il tarixli 15 saylı qərarına əsasən Cavabdeh1, Cavabdeh3, X2* və Cavabdeh2 *.5* ha həyətyanı JN-*147 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə Beyləqan rayon Aqrar İslahat komissiyasının 22 oktyabr 2**1-ci il tarixli 1*7 saylı qərarına əsasən X9, Cavabdeh1, Cavabdeh3, X5, X16 və Cavabdeh2 4.66 ha pay torpaq sahəsi verilmişdir. X17 19.*5.1999-cü ildə vəfat etmişdir. Beyləqan Rayon Məhkəməsinin *6 iyul 2*22-ci il tarixli qətnaməsinə əsasən Beyləqan rayon Aqrar İslahat komissiyasının 31 oktyabr 1997-ci il tarixli 15 saylı qərarına əsasən Kod 6*7***38 olan, JN-182 A saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X13 mülkiyyətinə verilmiş *,5* hektar həyətyanı torpaq sahəsindən Cavabdeh1 və Cavabdeh2 hər birinin payı *,125* ha müəyyən edilmişdir. Həmçinin Beyləqan Rayon Məhkəməsinin 19 dekabr 2*22-ci il tarixli 2(*2*)-1842/2*22 saylı qətnaməsi ilə Beyləqan rayon Aqrar İslahat komissiyasının 31 oktyabr 1997-ci il tarixli 15 saylı qərarı ilə kodu 6*7***38 olan, JN- 182 A saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında Cavabdeh1, Cavabdeh3, X16 və Cavabdeh2 verilmiş *.5* ha həyətyanı torpaq sahəsindən Cavabdeh1 və Cavabdeh2 düşən cəmi *.16 ha həyətyanı torpaq sahəsi naturada ayrılaraq Cavabdeh1 və Cavabdeh2 təhkim edilmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında 17 iyul 2*21-ci il tarixli şəhadətnaməyə əsasən 19.*5.1999-cu ildə vəfat etmiş X8 vərəsələri Beyləqan rayonun Aşağı Çəmənli kəndində qeydiyyatdaolan arvadı X21, oğlu- Cavabdeh2, və Cavabdeh3 hesab edilmişlər. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti, X14 Haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarışla Beyləqan rayonun Aşağı Çəmənli kəndində yerləşən 4,6583 ha kənd təsərrüfatlı torpaq sahəsi X21, X2*, Cavabdeh3, Cavabdeh2 mülkiyyətinə verilmiş və Daşınmaz əmlakın dövlət reyestrində 112 nömrəli reyestr kitabının 41 nömrəli vərəqində qeydiyyata alınmışdır. Cavabdeh2 və Cavabdeh1 ƏMDK-nin yanında DƏDRX-nin 6 saylı Ərazi idarəsi tərəfindən 27.*7.2*21-ci il tarixdə Cavabdeh2 verilmiş 6*7*13*45861 reyestr nömrəli, 1721*12888 qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən paylı mülkiyyət üzrə 4,6583 ha torpq sahəsini 54** manata X1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti, X14 Haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarışla Beyləqan rayonun Aşağı Çəmənli kəndində yerləşən 2.*7*3 ha kənd təsərrüfatlı torpaq sahəsi X7 mülkiyyətinə verilmiş və Daşınmaz əmlakın dövlət reyestrində 113 nömrəli reyestr kitabının 53 nömrəli vərəqində qeydiyyata alınmışdır. Göründüyü kimi X17 19.*5.1999-cu ildə vəfat etmişdir. Həyətyanı torpaq sahəsinə dair şəhadətnamə Beyləqan rayon Aqrar İslahat komissiyasının 31 oktyabr 1997-ci il tarixli 15 saylı qərarına əsasən verilmişdir və həmin sənəddə Allahverdi Nağıyev mülkiyyətçi deyildir. Beləliklə *,5* ha həyətyanı torpaq sahəsi verilərkən Allahverdi Nağıyev sağ olmuş, lakin onun adı mülkiyytçilər siyahısında qeyd olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Göründüyü kimi iddiaçıların tələb etdiyi *,5* ha torpaq sahəsi miras əmlaka aid deyildir. Digər tərəfdən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə görə miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1147.1-ci maddəsinə görə miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Həmin Məcəllənin 1147.2-ci maddəsinə görə əgər miras müxtəlif yerlərdədirsə, mirasın açıldığı yer daşınmaz əmlakın və ya onun qiymətli hissəsinin olduğu yer, daşınmaz əmlak olmadıqda isə daşınar əmlakın və ya onun əsas hissəsinin olduğu yer sayılır. Həmin Məcəllənin 1243.1-ci maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, habelə bu Məcəllənin 1256-cı maddəsində müəyyən olunmuş müddət ərzində mirasın qəbulundan imtina etmədikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Bundan əlavə 1965-ci ilin mart ayının 1-dən qüvvəyə minmiş və *1 sentyabr 2***-ci ilədək qüvvədə olan Mülki Məcəllənin 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə miras əmlakını faktiki surətdə qəbul etməyə başladıqda və ya mirasa yiyələndikdə o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barəsində ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər vərəsəlik açılan gündən 6 ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və onlar mirası qəbul etmədiyi hallarda vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Məhkəmədə müəyyən edildi ki,iddiaçılar nə qanun üzrə notariat orqanına ərizə verməklə, nə də faktiki olaraq qəbul etməmişlər. Onların ümumiyyətlə mirası qəbul etmək fikri olmamış, yalnız vərəsələrdən Cavabdeh1 və Cavabdeh2 onların payına düşən torpaq sahəsini satdıqdan sonra dədə-baba mülklərinin satılmasını qəbul etməyərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişlər. Halbu ki, həmin vərəsələr mirası qəbul etmiş, uzun müddət həmin miras əmlakı idarə etmiş, özlərinə düşən və miras kimi qəbul etdikləri torpaq sahəsini alqı-satqı müqaviləsi əsasında qanunun tələblərinə uyğun başqa şəxsə satmışlar. Həmçinin onlar qanun üzrə vərəsə kimi mirasın açıldığı yer üzrə notariat orqanına vərəsəlik hüququ haqqında şəhədətnamə verilməsi üçün müraciət etmiş, notarius onların ərizəsini nəzərə almış və onlara qanun üzrə vərəsəlik hüququ haqqında şəhəadətnamə verilmişdir. Ona görə də həmin şəhadətnamənin etibarsız hesab edilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikası MPM-nin 9.3-cü maddəsinə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istfadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə iddiaçılar öz tələblərini əsası kimi istinad etdiyi halları sübuta yetirə bilmədiklərindən məhkəmə iddianın rədd edilməsini qanuni və əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Beyləqan rayon 1 saylı Notariat Ofisi və 3-cü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışların ləğv edilməsi və miras əmlakdan payların müəyyən edilməsi tələbinə dair iddiası rədd edilsin. İddiaçılar tərəfindən dövlət rüsumu kimi ödənilən 1** (yüz) manat pul özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-1029/2025
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1029/2025
02.09.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver