Məhkəmə qərarları › İş №2(1-8)-1326/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1326/2026

18.06.2026 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1326/2026 18.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçılar iddiaçı1, iddiaçı2, iddiaçı3 cavabdehlər cavabdeh4, cavabdeh1, cavabdeh3 və cavabdeh2 (mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 5 saylı Notariat Ofisi) qarşı “bağışlama və alqı-satqı müqavilələrinin etibarsızlığı, miras əmlakda məcburi payın müəyyən edilməsi, mirasda payın müəyyən edilməsi” tələbinə dair ilk, iddiaçı cavabdeh4 cavabdeh iddiaçı1 qarşı “vərəsəlik hüququndan məhrumetmə” tələbinə dair qarşılıqlı, habelə iddiaçı cavabdeh1 cavabdehlər iddiaçı1, iddiaçı2 və iddiaçı3 (mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 5 saylı Notariat Ofisi) qarşı “vərəsəlikdən məhrumetmə, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğvi, mirasda tam payın müəyyən edilməsi” tələbinə dair birləşdirilmiş iddia ərizələri üzrə QƏRARİ (Açar sözlər: vərəsəlik hüququ, mirasın qəbul edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlundan və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh (birləşdirilmiş iş üzrə iddiaçı) cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları:

1. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin 2/6 hissəsi - 60,4 kv.m sahə XXXnun mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

2. Həmçinin, XXXnun mülkiyyətində “Mercedes Benz C180” minik markalı, **-OA-*** dövlət qeydiyyat nişanlı və “Chevrolet Van 20” minik markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillər olmuşdur.

3. XXX ## ###### 2023-cü il tarixdə ölmüşdür.

4. iddiaçı1 XXXnun arvadı, iddiaçı2 və iddiaçı3 - onun övladları, cavabdeh1 - anası, cavabdeh4 isə qardaşıdır.

5. Bakı şəhəri ** saylı Notariat Ofisi tərəfindən notarial qaydada təsdiq olunmuş ## #### 2022-ci il tarixli ərizə ilə cavabdeh1 bildirmişdir ki, qeydiyyatda olduğu ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində paylı mülkiyyət hüququ üzrə XXXna məxsus 18 kv.m hissə payının bağışlanmasına və 12 kv.m hissə payının satılmasına etiraz etmir.

6. ## #### 2022-ci il tarixli, 4Ə-*** reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsi ilə XXX Bakı şəhəri, Yasamal rayonu, XXX küçəsi, dalan 9 ünvanında istifadədə olan 0,02134 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 183,5 kv.m. olan * nömrəli fərdi yaşayış evində paylı mülkiyyət hüququ üzrə ona məxsus 2/6 hissə - 60,4 kv.m payından - 18 kv.m payını qardaşı - cavabdeh4 mülkiyyətinə vermişdir.

7. ## #### 2023-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi ilə XXXnun adından etibarnamə ilə hərəkət edən cavabdeh4 “Mercedes Benz C180” minik markalı, **-OA- *** dövlət qeydiyyat nişanlı, 2001-ci il buraxılışlı avtomobili 5000 manata cavabdeh3 satmışdır.

8. ## ##### 2023-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi ilə cavabdeh3 “Mercedes Benz C180” minik markalı, **-GJ-*** dövlət qeydiyyat nişanlı, 2001-ci il buraxılışlı avtomobili 10100 manata cavabdeh2 satılmışdır.

9. Həmçinin, ## #### 2023-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi ilə XXXnun adından etibarnamə ilə hərəkət edən cavabdeh4 “Chevrolet Van 20” minik markalı, **- BJ-*** dövlət qeydiyyat nişanlı, 1992-ci il buraxılışlı avtomobili 5000 manata cavabdeh1 satmışdır.

10. Bakı şəhəri 5 saylı Notariat Ofisi tərəfindən verilmiş 2V-*** reyestr nömrəli ## ###### 2023-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməyə əsasən ## ###### 2023-cü il tarixdə vəfat etmiş XXXnun vərəsələri: qızı - iddiaçı2, oğlu - iddiaçı3 və həyat yoldaşı - iddiaçı1 müəyyən edilmiş və onların hər biri miras əmlakdan ¼ hissədə pay almalıdırlar. ¼ hissə pay açıq saxlanılmışdır. Miras əmlak ƏMDK yanında DƏDRX-in Bakı şəhər Ərazi Idarəsinin verdiyi ## #### 2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 183,50 kv.m olan fərdi yaşayış evində paylı mülkiyyət hüququ üzrə 2/6 hissə - 60,4 kv.m-dən 30,4 kv.m ibarətdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları:

a) Birinci instansiya məhkəməsində icraat

11. Iddiaçılar iddiaçı1, iddiaçı2, iddiaçı3 cavabdehlər cavabdeh4, cavabdeh1, cavabdeh3 və cavabdeh2 qarşı iddia ərizəsi və daha sonra Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, XXX ilə cavabdeh4 arasında bağlanmış ## #### 2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi; həmin müqavilə əsasında cavabdeh4 verilmiş daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın ləğv edilməsi; Bakı şəhəri, Yasamal rayonu, XXX küçəsi, dalan 9, * nömrəli fərdi yaşayış evinin 2/6 hissəsi olan 60,4 kv.m sahəsinin 18 kv.m hissəsinin XXXndan qalan miras əmlaka daxil edilməsi; “Chevrolet Van 20 minik” markalı, **-BJ-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə dair XXX ilə cavabdeh1 arasında bağlanmış ## #### 2023-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin avtomobilin XXXndan qalan miras əmlaka daxil edilməsi; “Mercedes Benz C180 minik” markalı, **-OA-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə dair XXX ilə cavabdeh3 arasında bağlanmış ## #### 2023-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi; alqı-satqıdan cavabdeh4 tərəfindən əldə edilmiş 5000 manat, cavabdeh3 tərəfindən əldə edilmiş 5100 manat məbləğində pul vəsaitinin onlardan tutularaq 5 saylı Notariat Ofisinin depozit hesabına ödənilməsi və XXXndan qalan miras əmlaka daxil edilməsi; XXXnun qanun üzrə vərəsələri olan iddiaçı1, iddiaçı2 və iddiaçı3 Bakı şəhəri, Yasamal rayonu, XXX küçəsi, dalan 9, * nömrəli fərdi yaşayış evinin 2/6 hissəsi olan 60,4 kv.m sahəsinin 18 kv.m hissəsinə dair hər birinin 1/8 hissədə olmaqla (açıq saxlanılan 1/8 hissə nəzərə alınmaqla) məcburi paylarının tamamlanması, “Mercedes Benz C180 minik” markalı, **-OA-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin alqı-satqısından əldə edilmiş ümumilikdə 10100 manat məbləğində pul vəsaitinə və “Chevrolet Van 20 minik” markalı, **- BJ-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə dair hər birinin 1/4 hissədə olmaqla (açıq saxlanılan 1/4 hissə nəzərə alınmaqla) paylarının müəyyən edilməsi; iddiaçı1, iddiaçı2 və iddiaçı3 həmin əmlaklara dair də qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilməsi vəzifəsinin 5 saylı notariat ofisinin üzərinə qoyulması; nəqliyyat vasitələrinin qüvvədən düşmüş etibarnamə əsasında qanunsuz olaraq özgəninkiləşdirilməsi ilə bağlı xüsusi qərardad çıxararaq Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Iddia onunla əsaslandırılmışdır ki, XXX ## ###### 2023-cü il tarixdə vəfat etmişdir. ## ###### 2023-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməyə əsasən XXXndan miras qalan əmlakın ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 183,50 kv.m olan fərdi yaşayış evindən paylı mülkiyyət hüququ üzrə 2/6 hissə - 60,4 kv.m-in 30,4 kv.m-dən ibarət olduğu, iddiaçı1, iddiaçı2 və iddiaçı3 onun vərəsələri olduğu müəyyən edilmiş, həmin miras əmlakdan ¼ hissədə irs almalı olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası IN yanında ƏMDX DƏDKDR PHŞ-yə verilmiş sorğunun cavabına əsasən müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, XXX küçəsi, dalan 9, * nömrəli fərdi yaşayış evinin 2/6 hissəsi olan 60,4 kv.m sahəsinin 18 kv.m hissəsi Bakı şəhəri ** saylı Notariat Ofisi tərəfindən təsdiq edilmiş ## #### 2022-ci il tarixli, 4Ə-*** reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən ## #### 2022-ci il tarixdə cavabdeh4 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri ** saylı Notariat Ofisinə verilmiş sorğunun cavabına əsasən müəyyən edilmişdir ki, XXX ilə cavabdeh4 arasında bağlanmış ## #### 2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən XXX özünə məxsus Bakı şəhəri, Yasamal rayonu, XXX küçəsi, dalan 9, * nömrəli fərdi yaşayış evinin 2/6 hissəsi olan 60,4 kv.m sahəsinin 18 kv.m hissəsini qardaşı cavabdeh4 hədiyyə vermişdir. Qeyd olunan müqavilə əsasında cavabdeh4 daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. Lakin notariat işinin materiallarındakı arayışlarda iddiaçılar – XXXnun arvadı iddiaçı1, qızı iddiaçı2 və oğlu iddiaçı3 həmin ünvanda qeydiyyatda olmalarının görünməsinə baxmayaraq, onların razılığı alınmamışdır. Bundan əlavə iddiaçılar mirasdan məcburi pay almaq hüququ olan vərəsələrdir. Qeyd olunan bağışlama müqaviləsinin bağlanması nəticəsində iddiaçılar onlara çatacaq miras əmlakın bir hissəsindən məhrum olublar. Konstitusiya Məhkəməsi qərarında qeyd etdiyi bütün şərtlər hazırkı iş üzrə mövcuddur və bağışlanmış əşya mirasa daxil olsaydı, miras əmlakın həcmi və iddiaçıların payı artacaqdı. XXX əmlakının bir hissəsini qardaşı cavabdeh4 bağışlamaqla iddiaçıları onlara çatası payın bir qismindən məhrum etmişdir. Qanuni vərəsələr olan iddiaçıların pozulmuş hüquqları bərpa edilməli, XXX tərəfindən cavabdeh4 bağışlanmış Bakı şəhəri, Yasamal rayonu, XXX küçəsi, dalan 9, * nömrəli fərdi yaşayış evinin 2/6 hissəsi olan 60,4 kv.m sahəsinin 18 kv.m hissəsi də miras əmlaka daxil edilməli, qanun üzrə vərəsə olan iddiaçıların həmin əmlaka dair payları müəyyən edilməli və həmin əmlaka dair qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilməlidir.

13. Iddiaçı cavabdeh4 cavabdeh iddiaçı1 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mirasqoyan XXXnun miras əmlakına münasibətdə iddiaçı1 qanun üzrə vərəsəlik hüququndan məhrum edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, XXX küçəsi, dalan 9, * nömrəli fərdi yaşayış evinin 2/6 hissəsi olan 60,4 kv.m sahəsi üzrə mülkiyyət hüququnu təsdiq edən sənəd - çıxarış formal olaraq qardaşı – XXXin adına rəsmiləşdirilmiş, əslində həmin ev onların ulu babalarından qalan ümumi ailə evidir. Onların ailəsi 5 nəfərdən ibarət olmuşdur: atası (2017-ci ildə vəfat etmişdir), anası, o, qardaşı XXX və bacısı (ailə qurub evdən köçmüşdür). Mübahisəli ev həmin 5 nəfərdən ibarət ailənin yaşadığı tək yaşayış sahəsi olmuşdur. O, həmin evdə anadan olmuş, 48 yaşı var və 48 ildir həmin evdə valideynləri ilə yaşamış və hazırda da yaşamaqda davam edir. Anadan olan gündən bu günə qədər bütün həyatı yeganə yaşayış yeri olan həmin ev ilə bağlıdır. Ev qardaşı XXXin adına sənədləşərkən miras əmlakda onun da vərəsə kimi payı olmuşdur. Lakin, hər hansı bir fərqli niyyət düşünülmədən, tam əksinə ailə dəyərləri əsas götürülməklə ev qardaşının adına sənədləşdirilmişdir. Faktiki olaraq ailələrinin yaşadığı (son 9-10 ildə anası, o və qardaşı, başqa heç kim) ailələrinə məxsus olan evin 18 kv.m hissəsinin ona bağışlanmasında qeyri-adi heç nə ola bilməz. Evin ona bağışlanan 18 kv.m hissəsində ailə üzvlərindən yalnız o, yaşamış və həmin hissənin ona bağışlanmasından uzun illər əvvəldən, hətta o, ailə qurana qədər özünə məxsus giriş-çıxış qapısı, özünün mətbəxi, santexnik qovşağı olmuşdur, başqa sözlə, faktiki olaraq müstəqil bir yaşayış sahəsi olmuşdur, indi də belədir. O, 2007-ci il tarixdə ailə qurmuş, 2009 və 2010-cu il tarixlərdə övladları doğulmuş və o, ailəsi, uşaqları da məhz həmin evdə, həmin hissədə yuxarıda qeyd etdiyi mənzil - məişət şəraitində, həm də fasiləsiz şəkildə yaşamış və yaşamaqda davam edir. Mərhum qardaşı sözügedən evi əvəzli şəkildə əldə etmədiyindən evin birgə nikah dövründə əldə edilmiş əmlak statusu birmənalı şəkildə istisna olunur. Bakı şəhəri, Yasamal rayonu, XXX küçəsi, dalan 9, * nömrəli fərdi yaşayış evinin 2/6 hissəsi olan 60,4 kv.m sahəsinin 18 kv.m hissəsinin XXX tərəfindən ona bağışlanılması zamanı hazırkı işdə ilk iddia üzrə iddiaçıların razılıqlarının alınmaması məsələsinə gəlincə, qeyd etmişdir ki Mülki Məcəlləsinin 228.5-ci maddəsinin tələbinə görə, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Qanunvericilik hər bir ailə üzvünün deyil, yalnız mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüquqlarını tanıyır. Hazırkı işdə ilk iddia üzrə iddiaçılar olan şəxslər - mərhum qardaşının ailə üzvləri 2014-cü ilin yayından, yəni daşınmaz əmlakın bağışlanması müqaviləsi bağlandığı gündən 8 il, miras açıldığı gündən 9 il əvvəl Azərbaycandan köçərək Türkiyə Respublikasına getmiş, orada yaşayırlar. Onların mübahisəli evə qeydiyyatları tamamilə formal xarakter daşıyır. Qardaşı baba mülkindən 18 kv.m ona bağışlayarkən sərbəst iradə nümayiş etdirmişdir və həmin vaxt hazırkı iş üzrə iddiaçılar 8 ildir ki, mülkiyyətçi ilə birgə yaşamırdılar, buna görə də, yəni onlar mülkiyyətçi ilə birgə yaşayan ailə üzvləri olmadığından və bu səbəbdən həmin vaxt istifadə hüquqları olmadığından onların razılıqları tələb oluna bilməzdi. Mərhum qardaşı XXX ilə onun ailə üzvlərinin münasibətləri normal olmamışdır. Onlar Türkiyəyə gedəndən sonra qardaşı ilə əlaqələrini tamamilə kəsmişdirlər. Hətta telefon əlaqəsi belə saxlamamış, hal-əhvalı, necə yaşaması, necə dolanması ilə maraqlanmamışlar. Buna görə qardaşı da onlardan incimiş, münasibətləri sərinləşmişdir. Qardaşı 2019-cu ildə sağalmaz xəstəliyə düçar olaraq ## ###### 2023-cü ildə vəfat etmişdir. Xəstələnməmişdən bir müddət əvvəl anası, o və bacısı onu dilə tutaraq ailəsi ilə münasibətlərini normallaşdırmaq, ailənin toparlanıb özünə gəlməsi, xoş, səmimi rəftar, qarşılıqlı hörmət əsasında davam etməsinə nail olmaq məqsədilə X3, ailəsinin yanına göndərmişlər. Lakin, təəssüf ki, müsbət bir nəticə əldə olunmamışdır. Uzun yol qət etməsinə rəğmən, ailə üzvləri onu evə buraxmamış, qardaşı oteldə gecələməli olmuşdur. Qardaşı uğursuz səfərindən Azərbaycana qayıtdıqdan sonra başına gələnləri, ailə üzvlərinin ona olan qeyri-adekvat münasibətini həzm edə və onları bağışlaya bilmirdi. O, belə bir sarsıntı içində bir müddət sonra xərçəng xəstəliyinə tutuldu və ömrünün son anına qədər dəhşətli ağrılar, məşəqqətlər içində yaşadı. Qeyd etdiyi o ağır günlərdə belə, mərhumun ailə üzvləri olan hazırkı işdə ilk iddia üzrə iddiaçılar onunla, onun həyatını ciddi şəkildə təhdid edən ağır xəstəliyi ilə maraqlanmadılar, bir manat belə yardım etmədilər, maddi yardım bir yana, sağalmaz xəstəliyə tutulduğunu bilə-bilə heç olmasa zəng edib ürək-dirək vermədilər, halbuki həmin anlarda onun diqqət və qayğıya çox böyük ehtiyacı var idi. Və ölüm yatağında yatan ağır xəstənin xəstəliyin ağırlığı qədər də ağır olan qulluğunu, qayğısını yalnız onlar çəkmişlər – o, anası və bacısı. Yəni miras qoyanın uzunmüddətli ağır xəstəliyi dövründə ona xəstəliyinin xarakterindən, spesifikliyindən irəli gələn çətin, xəstəlik kağızlarından və məhkəməyə təqdim etdiyi foto şəkillərdən də görüldüyü kimi hətta dözülməz dərəcədə ağır olan qulluğu bu gün miras tələb edən iddiaçılar göstərməyib, onlar tərəfindən olunub həmin qulluq. Beş il onlar bu əziyyəti çəkmişlər. Bu barədə xatırlamaq belə olduqca ağırdır. Indi miras tələb edən iddiaçılar, qeyd etdiyi kimi, nəinki ona qulluq göstərməyiblər, ümumiyyətlə xəstənin vəziyyəti ilə qətiyyən maraqlanmamış, heç bir narahatlıq hissi keçirməmiş, hətta miras qoyan vəfat edərkən də onun ölüm xəbərinə doğmalıq hissi nümayiş etdirməmişlər. Belə ki, miras qoyan vəfat etdikdən sonra da onlar Azərbaycana gəlmədilər, ailəsi, övladları olaraq son vida borclarını da yerinə yetirmədilər. Yalnız oğlu iddiaçı3 onların israrlı tələblərindən sonra Azərbaycana gələrək hüzr mərasimində iştirak etmiş, sonra da onların ona verdikləri 300 ABŞ dolları pulla Türkiyəyə geri dönmüşdür. Hazırkı işdə ilk iddia üzrə iddiaçıların miras qoyanın həyatı, sağlamlığı ilə maraqlanmadıqları, ona ağır vaxtlarında hər hansı bir qayğı, qulluq göstərmədikləri halda vəfat edəndən sonra vərəsəlik məsələsini qabartmaları, hətta baba mülkindən ona bağışlanmış və on illərdi ayrıca yaşayış sahəsi kimi faktiki ona məxsus olmuş 18 kv.m hissəni tələb etmələri heç bir normaya və məntiqə sığmır və bu kriteriyalar baxımından obyektiv, ədalətli hüquqi qiymətləndirmə tələb edir. Ilk iddia üzrə iddiaçıların 2014-cü ildən Azərbaycanı tərk etmələri məhkəmə tərəfindən müvafiq informasiya sisteminə baxış keçirilməklə müəyyən edilə bilər və bunu o, məhkəmədən xahiş edir. Bununla bağlı, səlahiyyətli dövlət orqanlarından zəruri təsdiqedici sənədləri əldə etdikdən sonra məhkəməyə təqdim edəcək. Iddiaçı iddiaçı1 ilə mirasqoyan XXX arasındakı nikah münasibətləri yalnız kağız üzərində olmuşdur. Belə ki, miras ## ###### 2023-cü il tarixdə açılmış, iddiaçı1 isə 2014-cü il tarixdə Azərbaycanı tərk etmiş və bir daha geri qayıtmamışdır. Başqa sözlə, onlar mirasqoyan vəfat etdiyi gündən 9 il əvvəl ayrılmaqla nikahlarına faktiki xitam vermişlər. Buna görə də, fikrincə və qanunvericiliyin tələbinə görə də iddiaçı iddiaçı1 məhkəmə qərarı əsasında qanun üzrə vərəsəlik hüququndan məhrum edilməlidir.

15. Iddiaçı cavabdeh1 cavabdehlər iddiaçı1, iddiaçı2 və iddiaçı3 qarşı iddia ərizəsi və daha sonra Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, XXXndan miras qalmış ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 183,50 kv.m olan fərdi yaşayış evindən paylı mülkiyyət hüququ üzrə 2/6 hissə - 60,4 kv.m-in 30,4 kv.m hissəsinə, “Chevrolet Van 20” minik markalı, **- BJ-*** dövlət nömrə nişanlı və “Mercedes Benz C180” minik markalı, **-OA-*** dövlət nömrə nişanlı nəqliyyat vasitələrinə iddiaçı1 qanun üzrə vərəsəlik hüququndan məhrum edilməsi; ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 183,50 kv.m olan fərdi yaşayış evindən paylı mülkiyyət hüququ üzrə 2/6 hissə - 60,4 kv.m-in 30,4 kv.m hissəsinə iddiaçı1, iddiaçı2 və iddiaçı3 ¼ hissədə irs almalarına dair Bakı şəhəri 5 saylı Notariat Ofisi tərəfindən verilmiş ## ###### 2023-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin ləğv edilməsi; XXXndan miras qalmış ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 183,50 kv.m olan fərdi yaşayış evindən paylı mülkiyyət hüququ üzrə 2/6 hissə 60,4 kv.m-in 30,4 kv.m hissəsinə və “Chevrolet Van 20 minik” markalı, **-BJ-*** dövlət nömrə nişanlı və “Mercedes Benz C180 minik” markalı, **-OA-*** dövlət nömrə nişanlı nəqliyyat vasitələrinə cavabdeh1 tam hissədə payının müəyyən edilməsi; cavabdeh1 ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 183,50 kv.m olan fərdi yaşayış evindən paylı mülkiyyət hüququ üzrə 2/6 hissə - 60,4 kv.m-in 30,4 kv.m hissəsinə və “Chevrolet Van 20” minik markalı, **-BJ-*** dövlət nömrə nişanlı və “Mercedes Benz C180” minik markalı, **-OA-*** dövlət nömrə nişanlı nəqliyyat vasitələrinə dair tam hissədə Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin verilməsi vəzifəsinin Bakı şəhəri 5 saylı Notariat Ofisinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Həmin iddia onunla əsaslandırılmışdır ki, XXX ## ###### 2023-cü il tarixdə vəfat etmişdir. Iddiaçı miras qoyan XXXnun anası, onun qanun üzrə birinci növbəli vərəsəsidir. Bunu Bakı şəhəri 5 saylı Notariat Ofisinin ## ###### 2025-ci il tarixli *** nömrəli arayışından da görmək olar. ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 183,50 kv.m olan fərdi yaşayış evinin 2/6 hissəsini təşkil edən 60,4 kv.m yaşayış sahəsi mülkiyyət hüququ ilə iddiaçıya və mərhum həyat yoldaşı XXXə məxsus olmuşdur. ## ###### 2017-ci il tarixdə XXX vəfat etdikdən sonra həmin yaşayış sahəsi formal olaraq XXXnun adına rəsmiləşdirilmişdir. Yəni, XXX 60,4 kv.mdən ibarət yaşayış sahəsini əvəzli olaraq əldə etməmişdir. XXX ## ###### 2023-cü il tarixdə vəfat edərkən onun əvvəllər mülkiyyətində olmuş 60,4 kv.m yaşayış sahəsindən 30,4 kv.m yaşayış sahəsi qalmışdır. XXXnun hazırkı iş üzrə cavabdeh olan ailəsi, uşaqları onu 2014-cü il tarixdə tərk edərək, Türkiyə Respublikasına yaşamağa getmiş və bir daha geri dönməmişlər. X1 dünyasını dəyişənə qədər yaşadıqları Türkiyə Respublikasından heç olmasa zənglə də olsa onunla maraqlanmamış, vəfat etdikdən sonra isə nəvəsi iddiaçı3 istisna olmaqla, digərləri (həyat yoldaşı və qızı) sadə bir ehtiram əlaməti olaraq da gəlib yas mərasimində iştirak etmədilər. XXX vəfat edəndən sonra onlar onun ailə üzvlərinə məlumat vermiş və bildirmişlər ki, yas mərasimində iştirak eləmək lazımdır. 2014-cü ildən XXXin öldüyü günə qədər və eləcə də vəfat etdikdən sonrakı dövrdə ona sağlığında diqqət, vəfat etdikdən sonra isə xatirəsinə ehtiram göstərməyən hazırkı iş üzrə cavabdehlər müxtəlif bəhanələrlə Azərbaycana gəlib XXXnun yas mərasimində iştirak etməkdən imtina etdilər. Uzun söhbətlərdən sonra onlar yalnız mərhumun oğlu iddiaçı3, onun Türkiyədən Azərbaycana gəlmək və geri qayıtmaq üçün yol pulunu onların ödəməyi şərti ilə razı sala bilmişlər. O da, yad adamlar kimi və şərtlərinə uyğun olaraq onların maddi yardımı ilə gəlib iştirak edib geri qayıtmışdır. Miras qoyan XXX 2019-cu il tarixdə ağır xəstəliyə tutulmuş, təxminən dörd il çox böyük məşəqqətlər çəkmiş və 2023-cü il yanvar ayının 28-də vəfat etmişdir. Oğlu üçün olduqca ağır və ağrılı keçən həmin dörd ildə onun hazırkı iş üzrə cavabdeh olan, əsassız və qanunsuz olaraq miras tələb edən arvadı iddiaçı1 bir dəfə də olsa, yataq xəstəsi olan həyat yoldaşı ilə maraqlanmamış, həmçinin uşaqları da ömrünün son günlərini yaşayan xəstə atalarının ağır vəziyyətinə biganə qalmışlar. Miras qoyanın ağır keçən xəstəliyi dövründə ona maddi və mənəvi dəstək yalnız və yalnız oğlu cavabdeh4 və onun tərəfindən edilmişdir. Miras qoyan vəfat etdikdən sonra da yas mərasiminin idarə edilməsi (3, 7, 40 mərasimləri), dörd illik müddətdə aparılmış müalicələrə, cərrahi əməliyyatlara görə yaranan borcların ödənilməsi və s. bütün bu işlər mərhumun qardaşı cavabdeh4 və onun üzərində olmuşdur. Bütün qeyd edilənlərə baxmayaraq, 5 saylı Dövlət Notariat Ofisindən əldə etdiyi məlumata görə hazırkı iş üzrə cavabdehlərə: iddiaçı1, iddiaçı2 və iddiaçı3 miras qoyan XXXndan miras qalmış əmlakdan ¼ hissədə paylara dair vərəsəlik şəhadətnamələri verilmişdir. Cavabdeh iddiaçı1 XXXndan miras qalmış əmlaka qanun üzrə vərəsəlik hüququndan məhrum edilməli, iddiaçı1, iddiaçı2 və iddiaçı3 miras qoyan XXXndan miras qalmış əmlakdan payların verilməsi barədə Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə qanunsuz və əsassız olduğu üçün ləğv olunmalı, miras əmlaka tam hissədə onun payı müəyyən olunmalıdır. Əvvəla, yuxarıda qeyd etdiyi kimi, iddiaçı1 ilə XXXnun nikahına mirasın açıldığı gündən 9 il əvvəl faktiki xitam verilmiş və onlar ayrı yaşamışlar, iddiaçı1 Türkiyə Respublikasında, XXX isə Azərbaycan Respublikasında yaşamışdır. Digər cavabdehlər, iddiaçı2 və iddiaçı3 mirasın açıldığı vaxt qüvvədə olmuş qanunvericiliyin tələbinə əsasən mirası nə faktiki olaraq, nə də notarial qaydada qəbul etməmişlər, başqa sözlə, onlar öz subyektiv hüquqlarından qanunla müəyyən edilmiş qaydada və müddətdə istifadə etməmişlər. Miras qoyanın ailə üzvləri olan hazırkı iş üzrə cavabdehlər 2014-cü ilin yayından Azərbaycanı tərk edərək Türkiyəyə köçüb orada yaşamış, miras qoyanın sağlığında, həmçinin ağır xəstəliyi dövründə onunla maraqlanmamış, o cümlədən vəfat etdikdən sonra da yas mərasimlərində iştirak etməməklə onun xatirəsinə diqqət göstərməmişlər. Hazırkı iş üzrə cavabdehlər 2014-cü ildə onlara aid olan bütün əşyalarını, geyim əşyalarını evdən çıxarıb aparmışlar. O cümlədən cavabdeh iddiaçı1 özünün bütün cehiz əşyalarını da həmin vaxt evdən çıxarıb aparmışdır. XXX vəfat etdiyi tarixdən hal-hazıradək miras əmlak olan ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 183,50 kv.m. olan fərdi yaşayış evindən paylı mülkiyyət hüququ üzrə 2/6 hissə - 60,4 kv.m-in 30,4 kv.m hissəsi olan evin açarları ondadır, ev onun sahibliyində və idarəçiliyindədir. Cavabdehlərin əmlak olan həmin evlə bütün əlaqələri 2014-cü ildən etibarən tamamilə kəsilmişdir. XXX dəfələrlə iddiaçı1 ilə nikahı pozmaq istəmişdir. Hər dəfə də onlar o, oğlu və qızı onu bu fikrindən daşındırmışlar. Miras qoyan XXX ## ###### 2023-cü il tarixdə vəfat etmişdir. Həmin vaxt mirasın açıldığı tarixdir. Mülki Məcəllənin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246-cı maddəsi isə mirasın açıldığı vaxtdan 11 ay sonra qüvvədən düşmüşdür. Yəni, hazırkı iş üzrə cavabdehlər sözügedən normanın qüvvədə olduğu vaxt qanunla müəyyən olunmuş müddətdə mirasın qəbulu ilə bağlı notariat ofisinə müraciət etməmişlər, onlar 2014-cü ildən etibarən (eyni zamanda mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddətdə) Azərbaycanda yaşamadıqları və Azərbaycan Respublikasına gəlmədikləri üçün miras əmlaka sahiblik etməmiş və miras əmlakı idarə etməmişlər.

17. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ##### 2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan iddiaçı cavabdeh1 cavabdehlər iddiaçı1, iddiaçı2, iddiaçı3 qarşı “vərəsəlik hüququndan məhrumetmə, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğvi, mirasda tam pay hüququnun müəyyən edilməsi və s.” tələbinə dair *(***)-****/**** nömrəli mülk iş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan iddiaçılar iddiaçı1, iddiaçı2, X2 cavabdeh cavabdeh4 qarşı müqavilələrin etibarsız hesab edilməsi, əmlakların miras paya daxil edilməsi, həmin əmlaklara payın müəyyən edilməsi tələbinə dair ilk, cavabdehin iddiaçılara qarşı vərəsəlik hüququndan məhrumetmə tələbinə dair qarşılıqlı iddialarına dair *(***)-**/**** nömrəli mülki işlə bir icraatda baxılması üçün birləşdirilməsi və mülki işə 2(004)-97/2025 nömrə ilə baxılması qərara alınmışdır.

18. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi ilə (hakim G.Babazadə) ilk iddia tələbi qismən təmin edilərək, Bakı şəhəri, Yasamal rayonu, XXX küçəsi, dalan 9, * nömrəli fərdi yaşayış evinin 2/6 hissəsi olan 60,4 kv.m sahəsinin 18 kv.m hissəsinə dair cavabdeh4 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən olan qeydin ləğv edilməsi, Bakı şəhəri, Yasamal rayonu, XXX küçəsi, dalan 9, * nömrəli fərdi yaşayış evinin 2/6 hissəsi olan 60,4 kv.m sahəsinin 18 kv.m hissəsinin mərhum XXXndan qalan miras əmlaka daxil edilməsi, Bakı şəhəri, Yasamal rayonu, XXX küçəsi, dalan 9, * nömrəli fərdi yaşayış evinin 2/6 hissəsi olan 60,4 kv.m sahəsinin 18 kv.m hissəsinin üzərində iddiaçı iddiaçı1 1/8 hissə, iddiaçı2 1/8 hissə, X2 1/8 hissədə (açıq saxlanılan 1/8 hissə nəzərə alınmaqla) məcburi payının müəyyən edilməsi, XXX ilə cavabdeh1 arasında bağlanmış ## #### 2023-cü il tarixli “Chevrolet Van 20 minik” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, onun əsasında verilmiş BA****** nömrəli, ## #### 2023-cü il tarixli nəqliyyat şəhadətnaməsinin ləğv edilməsi və “Chevrolet Van 20 minik” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin mərhum XXXndan qalan miras əmlaka daxil edilməsi, “Chevrolet Van 20 minik” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində iddiaçı iddiaçı1 1/4 hissə, iddiaçı2 1/4 hissə, iddiaçı3 1/4 hissə, cavabdeh1 ¼ hissədə miras payının müəyyən edilməsi, iddiaçılar iddiaçı1, iddiaçı2, iddiaçı3 qeyd edilən əmlaklara dair Qanun üzrə vərəsəlik Şəhadətnamələrin verilməsi öhdəliyinin Bakı şəhəri 5 saylı Notariat Ofisinin üzərinə qoyulması, XXX ilə cavabdeh3 arasında ## #### 2023cü il tarixli “Mercedes Benz C180 minik” markalı, **-OA-*** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, cavabdeh cavabdeh4 “Mercedes Benz C180 minik” markalı, **-OA-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə edilmiş 5000 manat məbləğində pulun hər bir iddiaçıya ¼ hissəsi aid olmaqla – 1250 manat iddiaçı iddiaçı2, 1250 manat iddiaçı iddiaçı1 və 1250 manat iddiaçı3 xeyrinə tutulması, ilkin iddianın qalan hissədə, qarşılıqlı iddia ərizəsinin və birləşdirilmiş iş üzrə iddiaçı cavabdeh1 iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir.

19. Birinci instansiya məhkəməsinin iddia tələbinin ilk hissəsi bağışlama müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı mövqeyi ondan ibarət olmuşdur ki, notarial qaydada bağlanılmış ## #### 2023-cü il tarixli bağışlama müqaviləsinin özü-özlüyündə etibarsızlığı üçün əsas müəyyən edilməmişdir. Məhkəmə qeyd etmişdir ki, bağışlama müqaviləsinin etibarsızlığı üçün əsas olmadığından iddia həmin hissədə təmin edilməməlidir, lakin iddiaçılar məcburi payın tamamlanmasını tələb etmək barədə iddia qaldırmaqda haqlı olmuşdur. Belə ki, tamamlanma tələbinin təmin edilməsi üçün eyni zamanda göstərilən şərtlərin hər biri mövcuddur. Məhkəmə ilkin iddia tələblərinin mübahisə predmeti olan avtomobillərə dair alqısatqı müqavilələrinin

20. etibarsızlığı və miras əmlaka daxil edilib payın müəyyən edilməsi tələbi ilə əlaqədar qeyd etmişdir ki, işin mübahisəsiz halıdır ki, mərhum XXXin mülkiyyətində “Chevrolet Van 20 minik” markalı, **-BJ-*** dövlət nömrə nişanlı və “Mercedes Benz C180 minik” markalı, **-OA-*** dövlət nömrə nişanlı nəqliyyat vasitələri olmuşdur. Mərhum ## ###### 2023-cü ildə vəfat etmişdir. Onun ölümündən əvvəl cavabdeh qardaşı cavabdeh4 vermiş olduğu etibarnamə əsasında cavabdeh “Chevrolet Van 20 minik” markalı, **-BJ-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini anası (birləşdirilmiş iş üzrə iddiaçı) cavabdeh1 ## #### 2023-cü il tarixdə satmışdır. Göründüyü kimi müqavilə bağlanan anda etibarnamənin hüquqi qüvvəsinə xitam verilmişdir.

21. Digər avtomobil, yəni “Mercedes Benz C180” minik markalı, **-OA-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı məhkəmə qeyd etmişdir ki, işin mübahisəsiz halıdır ki, avtomobil mərhumun cavabdeh cavabdeh4 vermiş olduğu etibarnamə əsasında mərhumun ölümündən sonra ## #### 2023-cü il tarixdə cavabdeh3 satılmış, ## ##### 2023-cü il tarixdə isə cavabdeh3 tərəfindən cavabdeh2 satılmışdır. Belə olan halda məhkəmə hesab etmişdir ki, qüvvədən düşmüş etibarnamə əsasında bağlanmış ## #### 2023-cü il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir.

22. Qeyd edildiyi kimi qüvvədə olmayan etibarnamə əsasında mərhuma məxsus əmlak qanunsuz yolla özgəninkiləşdirildiyindən və bu əqd əsasında cavabdeh cavabdeh4 5000 manat məbləğində bəhrələndiyindən, əmlak digər cavabdeh cavabdeh3 tərəfindən cavabdeh2 satıldığından cavabdeh cavabdeh4 həmin məbləğin, yəni 5000 manat pulun hər bir iddiaçıya ¼ hissəsi aid olmaqla – 1250 manat iddiaçı iddiaçı2, 1250 manat iddiaçı iddiaçı1 və 1250 manat iddiaçı3 xeyrinə tutulmalıdır.

23. Həmin avtomobilə dair ## ##### 2023-cü il tarixdə isə cavabdeh3 ilə cavabdeh2 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsızlığı üçün əsas yoxdur. Iş materiallarından da göründüyü kimi, cavabdeh2 mübahisəli əmlakı alarkən bu əmlakın statusu ilə bağlı müvafiq orqan araşdırma aparmış və cavabdeh cavabdeh3 səlahiyyətsiz şəxs olub-olmamasını müəyyən etməyə fiziki və ya texniki imkanı olmamışdır. Başqa sözlə, ## ##### 2023-cü il tarixli müqavilə üzrə cavabdeh2 vicdanlı əldə edən statusundadır, çünki əqdin legitimsizliyi barədə onda heç bir şübhə olmamışdır.

24. Məhkəmə iddianın həmin hissədə - avtomobilin satışından əldə edilmiş 10100 manat pul vəsaitə ¼ hissədə payın müəyyən edilməsi ilə razılaşmayaraq bildirmişdir ki, miras əmlakın dəyəri 5000 manat olmuş, cavabdeh cavabdeh4 mərhum XXXə məxsus avtomobili 5000 manata cavabdeh3 satdığından və avtomobil artıq miras əmlak statusundan çıxdığından onun satış dəyəri 5000 manat pulun ¼ hissəsi 1250 manat cavabdeh cavabdeh4 iddiaçıların xeyrinə tutulmalıdır.

25. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı qeyd etmişdir ki, iddiaçı cavabdeh4 cavabdeh iddiaçı1 qarşı “vərəsəlik hüququndan məhrumetmə” barədə qarşılıqlı iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir.

26. Belə ki, tərəflərin izahatlarından da müəyyən olunmuşdur ki, iddiaçı iddiaçı2 Türkiyədə 2014-2020-ci illər ərzində təhsil almış, bu məqsədlə digər iddiaçılar da mərhumun razılığı ilə Türkiyəyə getmiş, daha sonra mərhum da sağlığında onların yanına getmiş, daha sonra iddiaçı2 və XXXin səhhətlərində problemlər yaranmış, iddiaçı2 ölkəyə səfər etməmişdir. Məhkəmə bildirmişdir ki, iddiaçı iddiaçı2 ölkəyə 2018-2023-cü illər ərzində gəlməməsi mərhumla iddiaçı2 faktiki nikah münasibətlərini xitam verildiyi anlamına gəlmək üçün yetərli dəlil deyildir. Çünki hər iki şəxsin (ər-arvad) ölkə xaricinə çıxa bilməmələrinə müəyyən səbəblərin (səhhət, maddi vəziyyət) olduğu görünür.

27. Məhkəmə birləşdirilmiş iş üzrə iddiaçı cavabdeh1 “vərəsəlikdən məhrumetmə, qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin ləğvi, mirasda tam payın müəyyən edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə bağlı qeyd etmişdir ki, bu hissədə də iddia ərizəsinin təmin olunması üçün əsas olmadığından təmin edilməməlidir.

28. Bundan başqa məhkəmə cavabdehlərin iddiaçılar tərəfindən miras əmlakın faktiki qəbul edilməməsi ilə bağlı məcburi pay hüququnun olmaması dəlillərinə münasibətdə qeyd etmişdir ki, mübahisə predmeti olan əmlak ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 183,50 kv.m olan fərdi yaşayış evi cavabdehlərin Azərbaycanda faktiki və sonuncu yaşayış yeridir. Iddiaçılar müvəqqəti yaşamaq üçün başqa ölkəyə köçərək, həmin mənzildən getmişlər. Iddiaçıların həmin evdə yaşamamaları iddiaçıların miras əmlakı faktiki olaraq qəbul etməmələri kimi qiymətləndirilə bilməz.

29. Məhkəmə nəqliyyat vasitələrinin qüvvədən düşmüş etibarnamə əsasında qanunsuz olaraq özgəninkiləşdirilməsi ilə bağlı xüsusi qərardad çıxararaq Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi barədə vəsatətinə münasibətdə hesab etmişdir ki, hazırkı halda hər hansı cinayət tərkibinin əlamətlərinə dair əsaslar müəyyən edilmədiyindən vəsatət təmin edilməməlidir.

30. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Mülki Məcəllənin 6, 324, 337, 339, 347, 666, 667, 1133, 1145, 1159, 1160, 1164, 1193, 1194, 1196, 1200, 1202, 1243, 1255-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” # ###### 2021-ci il tarixli və “Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ və VII hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1194-cü maddələrinin həmin Məcəllənin 372, 373, 1166, 1202.2 və 1255-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” ## #### 2024-cü il tarixli Qərarlarına istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsində icraat

31. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) cavabdeh4 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ilkin iddianın rədd olunması, qarşılıqlı iddianın təmin olunması, miras qoyan XXXnun miras əmlakına münasibətdə iddiaçı1 qanun üzrə vərəsəlik hüququndan məhrum edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

32. Həmçinin, cavabdeh (birləşdirilmiş iş üzrə iddiaçı) cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, ilkin iddia tələblərinin təmin edilməməsi, birləşdirilmiş iş üzrə iddia tələblərinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin edilmiş məhkəməəmtəəşünaslıq

33. ekspertizası üzrə “xxxx” Qiymətləndirmə Şirkətinin ## ###### 2025-ci il tarixli rəyinə əsasən ünvan 2 nömrəli fərdi yaşayış evinin 2/6 hissəsi olan 60,4 kv.m sahəsinin bazar dəyəri 145000 manat təşkil edir. ünvan 2 nömrəli fərdi yaşayış evinin 2/6 hissəsi olan 60,4 kv.m sahəsinin 18,0 kv.m hissəsinin bazar dəyəri 43000 manat təşkil edir. “Mercedes Benz C180 minik” markalı, **-OA-*** dövlət qeydiyyat nişanlı, 2001-ci il buraxılışlı avtomobilin bazar dəyəri 6800 manat, “Chevrolet Van 20 minik” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı, 1992-ci il buraxılışlı, açıq göy metallik rəngli avtomobilin bazar dəyərini təyin etmək mümkün olmamışdır.

34. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim İ.Şirinovun sədrliyi və məruzəsi ilə, hakimlər E.Kazımov və N.Cəfərov) cavabdehlər cavabdeh4 və cavabdeh1 apellyasiya şikayətlərinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən - “Bakı şəhəri, Yasamal rayonu, XXX küçəsi, dalan 9, * nömrəli fərdi yaşayış evinin 2/6 hissəsi olan 60,4 kv.m sahəsinin 18 kv.m hissəsinə dair cavabdeh4 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən olan qeydin ləğv edilməsi, Bakı şəhəri, Yasamal rayonu, XXX küçəsi, dalan 9, * nömrəli fərdi yaşayış evinin 2/6 hissəsi olan 60,4 kv.m sahəsinin 18 kv.m hissəsinin mərhum XXXndan qalan miras əmlaka daxil edilməsi, Bakı şəhəri, Yasamal rayonu, XXX küçəsi, dalan 9, * nömrəli fərdi yaşayış evinin 2/6 hissəsi olan 60,4 kv.m sahəsinin 18 kv.m hissəsi üzərində iddiaçı iddiaçı1 1/8 hissə, iddiaçı2 1/8 hissə, X2 1/8 hissə (açıq saxlanılan 1/8 hissə nəzərə alınmaqla) məcburi payının müəyyən edilməsi” hissələrində ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməklə, ilkin iddia tələblərinin həmin hissələrdə rədd edilməsi, qətnamənin qalan mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

35. Apellyasiya instansiyası məhkəməsi, cavabdehlərin apellyasiya şikayətlərinin əsas dəlili olan iddiaçı iddiaçı1 ilə mərhum XXX arasında nikaha xitam verilməsə də, ailə münasibətlərinin faktiki olaraq uzun müddətdir davam etməməsi və miras açıldıqdan 9 ay sonra Azərbaycana gəlməsi ilə əlaqədar olaraq iddiaçı1 vərəsəlik hüququndan məhrum edilməsi ilə bağlı qeyd etmişdir ki, ## ###### 2023-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə iddiaçı1, iddiaçı2 və iddiaçı3 miras əmlakı qəbul etdiyini təsdiq edir.

36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## ####### 2022-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2023-cü il tarixli Qərarlarında ifadə olunan hüquqi mövqeyə istinad edən apellyasiya məhkəməsi müəyyən etmişdir ki, apellyasiya şikayətinin iddiaçıların mirası qəbul etmədiklərinə dair dəlili əsassızdır və təmin edilə bilməz.

37. Bununla belə, apellyasiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir.

38. Belə ki, Mülki Məcəllənin 1200-cü maddəsinin məzmunundan göründüyü kimi, tamamlanma tələbinin təmin edilməsi üçün bir neçə şərt eyni zamanda mövcud olmalıdır: tələb irəli sürən şəxs məcburi pay hüququna malik olan şəxslər sırasına aid olmalı; - əşya bağışlama yolu ilə üçüncü şəxsin mülkiyyətinə verilmiş olmalı; - əşyanın bağışlanmasından iki ildən artıq müddət keçməməli; - həmin əşya mirasa daxil olsa idi, miras əmlakın həcmi artmış olmalı idi. Göründüyü kimi, tamamlanma tələbinin qəbul edilməsi üçün hər dörd şərt ödənməlidir. Hazırkı iş üzrə isə ilk 3 şərt uyğun gəlsə də, 4-cü şərt ödənilmir. Hazırkı halda ilkin olaraq bağışlanmış əmlak hesabına vərəsələrin mirasdan payının tamamlanması zərurətinin yaranması üçün əsasların olub-olmamasını müəyyən etmək məqsədi ilə miras aktivinin ümumi dəyəri müəyyən olunmalıdır.

39. Mülki iş materiallarında olan apellyasiya icraatı zamanı keçirilmiş ekspertizanın nəticəsinə əsasən “xxxx” Qiymətləndirmə Şirkətinin ## ###### 2025-ci il tarixli rəyi ilə ünvan 2 nömrəli fərdi yaşayış evinin 2/6 hissəsi olan 60,4 kv.m sahəsinin bazar dəyərinin 145000 manat, 60,4 kv.m sahəsinin 18.0 kv.m hissəsinin bazar dəyərinin 43000 manat, “Mercedes Benz C180 minik” markalı avtomobilin bazar dəyərinin 6800 manat təşkil etdiyi, “Chevrolet Van 20 minik” markalı avtomobilin bazar dəyərini isə təyin etməyin mümkün olmadığı müəyyən olunmuşdur.

40. Miras əmlakın bir hissəsi olan “Chevrolet Van 20 minik” markalı avtomobilin dəyərinin 4000 manat müəyyən olunması barədə tərəflər yekdilliklə razılığa gəlmişlər.

41. “Mercedes Benz C180 minik” markalı avtomobilin dəyəri ilə bağlı isə qeyd etmək lazımdır ki, ## #### 2023-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən həmin avtomobil 5000 manata satılmışdır. Birinci instansiya məhkəməsi də qətnamədə həmin avtomobilin satışından əldə edilən gəliri 5000 manat kimi nəzərdə tutmuş, iddiaçılar bu məbləği mübahisələndirməmişlər. Odur ki, miras kütləsinə daxil olan əmlak kimi həmin avtomobilin dəyəri 5000 manat kimi qiymətləndirilir.

42. Beləliklə, riyazi hesablama edilsə görünər ki, miras kütləsinə daxil olan cəmi əmlakların dəyəri ümumilikdə, 145000+5000+4000=154000 manat təşkil edir və həmin məbləğə münasibətdə hər bir vərəsəyə çatası pay 1/4 olmaqla 38500 manat təşkil edir. Demək ki, mirasqoyanın qanun üzrə 4 vərəsəsi var və vərəsələrdən hər birinə düşən pay 38500 manat təşkil edir. Məcburi pay qanun üzrə düşən payın yarısını təşkil etdiyindən, 38500 manatın ½-i isə 19250 manat təşkil edir.

43. Bununla yanaşı, məhkəmə qeyd etmişdir ki, miras kütləsinə daxil olan əmlakların dəyəri hesablanan zaman bağışlanan əmlakın dəyəri, yəni 18 kv.m üçün müəyyən edilən 43000 manat nəzərə alınmadıqda, qalan əmlakların ümumi dəyəri 155800-43000=112800 manat təşkil etmiş olacaq ki, 112800 manat qanun üzrə 4 vərəsə arasında bölündükdə (112800:4=28200) hər bir vərəsəyə düşən pay 28200 manat təşkil edir.

44. Belə olan halda isə görünür ki, miras kütləsinin ümumi dəyərindən bağışlanan əmlak çıxılan zaman vərəsələrin hər birinin payı 28200 manat təşkil etdiyindən, bu da həmin bağışlanan əmlak miras kütləsinə daxil olan zaman hər bir vərəsənin məcburi payı olan 19250 manatdan çox olduğundan, hazırkı halda iddiaçıların Mülki Məcəllənin 1200-cü maddəsinə əsasən məcburi payın tamamlanmasını tələb etmək hüququ yaranmır.

45. Hazırkı halda isə birinci növbə vərəsələr olan iddiaçıların hüquqlarının pozulmadığı aşkardır. Odur ki, apellyasiya şikayətlərinin ilkin iddianın təmin edilən həmin hissələrinə dair dəlilləri əsaslı olduğundan təmin edilməli, ilkin iddia tələbləri həmin hissədə rədd edilməlidir.

46. Apellyasiya kollegiyası mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 140, 148, 182, 337, 667, 1133, 1134, 1145, 1146, 1157, 1159, 1193, 1200, 1203, 1243-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## ###### 2021-ci il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## ##### 2021-ci il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## ####### 2022-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2023-cü il tarixli Qərarlarına istinad edərək əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona etirazın dəlilləri

47. Ilk iddia üzrə cavabdeh (birləşdirilmiş iddia üzrə iddiaçı) cavabdeh1 kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin apellyasiya şikayətinin təmin edilməyən hissəsində: ilk iddia tələbinin təmin edilmiş hissəsinin və birləşdirilmiş iş üzrə iddia tələbinin təmin edilməyən hissəsinin ləğv edilməsi və yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

48. Iddia ərizəsi və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 1164, 1243.1, 1243.2, 1243.3, 1246-cı, Mülki Prosessual Məcəlləsinin 14, 53, 77, 88, 217-ci maddələrinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## ####### 2022-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2023-cü il tarixli Qərarlarının tələbləri pozulmuşdur.

49. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

50. Kassasiya şikayətinə qarşı yazılı etiraz məhkəməyə daxil olmamışdır.

Kassasiya baxışının hədləri:

51. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

52. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilk iddia üzrə iddiaçılar tərəfindən iddiaların təmin edilməyən hissəsində, habelə qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh4 tərəfindən iddiasının təmin olunmayan hissəsində mübahisələndirilmədiyindən, hazırkı kassasiya baxışının hədlərini apellyasiya məhkəməsinin qətnaməsinin ilk iddianın təmin olunan, habelə iddiaçı cavabdeh1 birləşdirilmiş iddiasının rədd olunması hissələrində maddi və prosessual hüquq normalarına uyğunluğunun yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq:

53. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 29-cu maddəsinin VII hissəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir.

54. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1164-cü maddəsinə əsasən əgər arvadın (ərin) miras qoyanla nikahına mirasın açılmasından azı üç il əvvəl faktik xitam verildiyi və ərlə arvadın ayrı yaşadıqları təsdiq edilərsə, məhkəmənin qərarı ilə arvad (ər) qanun üzrə vərəsəlik hüququndan məhrum edilə bilər. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1246-cı maddəsinə (mübahisəli hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olmuş redaksiyada) əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.

55. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır.

56. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun ## ###### 2005-ci il tarixli * saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

57. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normalarının tətbiqində səhv edilmiş, ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.

58. Belə ki, yuxarıda qeyd olunduğu kimi, kassatorun həm iddia ərizəsinin, həm də apellyasiya və kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, iddiaçılar mirasqoyanın qanun üzrə birinci növbə vərəsələri olsalar da, mirası Mülki Məcəllənin 1246-cı maddəsi ilə nəzərdə tutulan müddətdə qəbul etməmişlər. Həmçinin, iddiaçı iddiaçı1 və mərhum XXXnun nikahlarına mirasın açıldığı gündən 9 il əvvəl faktiki xitam verildiyi üçün, həmin iddiaçı qanun üzrə vərəsəlik hüququndan məhrum edilməlidir.

59. Bu əsasla kassator miras əmlaka onun vərəsəlik hüququnun tam hissədə tanınmasını xahiş etmişdir.

60. Iddiaçı cavabdeh1 bu dəlilini əsassız bilən apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı1, iddiaçı2 və iddiaçı3 miras əmlakı ## ###### 2023cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə ilə qəbul etmişlər.

61. Bu zaman, apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, cavabdeh1 iddia tələbində qeyd olunan şəhadətnaməni mübahisələndirərək ləğv edilməsini tələb etmişdir.

62. Yəni, məhkəmə iddia olunan dəlili mübahisələndirilən sənədin özü ilə əsaslandırmışdır.

63. Həmçinin, iddiaçının Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2023-cü il tarixli Qərarında ifadə olunan hüquqi mövqeyə istinadı da işin hallarına uyğun olmamışdır.

64. Belə ki, Konstitusiya Məhkəməsinin həmin Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir.

65. Bununla belə, Konstitusiya Məhkəməsi mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərarı qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və Qərar qəbul edilərkən məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil etmişdir.

66. Hazırkı işin hallarından görünür ki, miras qoyan XXX ## ###### 2023-cü il tarixdə ölmüşdür.

67. Həmçinin müəyyən olunur ki, iddiaçılar iddiaçı1, iddiaçı2, iddiaçı3 hazırkı iddia ilə ## ##### 2024-cü il tarixdə birinci instansiya məhkəməsinə müraciət etmişlər.

68. Yəni, müəyyən olunur ki, mübahisəli vərəsəlik münasibətləri Konstitusiya Məhkəməsinin Plenumunun qeyd olunan qərarından əvvəl yaransa da, həmin qərar qəbul edilərkən mübahisə məhkəmənin icraatında olmamışdır.

69. Belə olan halda, məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsi iddia tələbinə Mülki Məcəllənin 1246-cı maddəsinin tələblərinə uyğun olaraq hüquqi qiymət verməli idi.

70. Həmin normaya görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.

71. Bununla bağlı məhkəmə kollegiyası izah edir ki, mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir. Şəxs vərəsə olsa da, qeyri-müəyyən vaxtlarda miras əmlaka gəlməsi özü özlüyündə mirasın qəbulu kimi qiymətləndirilə bilməz. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsini ifadə etməlidir.

72. “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## #### 2014-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə Mülki Məcəllənin 1246-cı maddəsinin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir.

73. X6 Məhkəməsi həmçinin qeyd etmişdir ki, məhkəmələr tərəfindən vərəsəlik hüququnu, o cümlədən mirasın qəbul edilməsini tənzimləyən və iş üzrə tətbiq edilən hüquq normalarının müddəaları Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təmin edilməsi sahəsində dövlətin üzərinə düşən konstitusiya öhdəlikləri baxımından şərh edilməlidir. Burada nəzərə alınmalıdır ki, həmin öhdəliklərin yerinə yetirilməsi vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin təmin edilməsinə və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir.

74. Hazırkı işin mübahisəsiz hallarına görə miras qoyanın ölümü zamanı iddiaçılar Türkiyə Respublikasında yaşamışlar.

75. Birinci instansiya məhkəməsinin sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin təqdim etdiyi ## #### 2024-cü il tarixli arayışda qeyd edilmişdir ki, iddiaçı1 və iddiaçı2 ## ######## 2018-ci il tarixdə Azərbaycan Respublikasından çıxmaqla, ## ####### 2023-cü il tarixdə Azərbaycana qayıtmış, iddiaçı3 isə ## ######## 2019-cu il tarixdə Azərbaycandan çıxmaqla, ## ###### 2023-cü il tarixdə qayıtmış, növbəti dəfə ## ###### 2023-cü il tarixdə çıxmaqla, ## ####### 2023-cü il tarixdə qayıtmışdır.

76. Iddiaçılar Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni ## ###### 2023cü tarixdə, yəni miras açıldığı tarixdən 10 aydan artıq müddət ötəndən sonra almışlar.

77. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi iddiaçılardan iddiaçı1 və iddiaçı2 mirasqoyanın ölümündən sonra Mülki Məcəllənin 1246-cı maddələri ilə nəzərdə tutulan müddətdə ümumiyyətlə Azərbaycan Respublikasının hüdudlarında olmamalarını nəzərə almamış, digər iddiaçı iddiaçı3 isə miras açıldığı tarixdə Azərbaycanda olsa da, mirasın müəyyən olunan müddət ərzində faktiki qəbul edilməsi ilə bağlı hər hansı araşdırma aparmamışdır. Həmçinin, apellyasiya məhkəməsi kassatorun tələbinin ikinci dəlili üzrə, yəni iddiaçı1 miras qoyan XXXlə olan nikahlarına 3 ildən artıq müddətdə faktik xitam verildiyi, onların ayrı yaşadıqları üçün, qanun üzrə vərəsəlik hüququndan məhrum edilməli olubolmamasına

78. Mülki Məcəllənin 1164-cü maddəsinin dispozisiya şərtlərinə uyğun ümumiyyətlə hüquqi qiymət verməmişdir.

79. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Prosessual Məcəllənin 217.3, 218.1 və 392.2-ci maddələrinin tələbləri pozularaq cavabdeh1 apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilməmiş, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır.

80. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə ## ###### 2011-ci il tarixli Qərarı).

81. Işin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir.

82. Odur ki, qətnamə mübahisələndirilən hissədə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.

83. Işə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir.

84. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Ilk iddia üzrə cavabdeh (birləşdirilmiş iddia üzrə iddiaçı) cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi iddiaçılar iddiaçı1, iddiaçı2 və iddiaçı3 ilk iddialarının təmin olunan və iddiaçı cavabdeh1 birləşdirilmiş iddiasının rədd olunması hissələrində ləğv edilsin və iş həmin hissələrdə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar