Məhkəmə qərarları › İş №2(103)-4823/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4823/2025

03.02.2026 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4823/2025 03.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı3, İddiaçı2, X5 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 5 saylı notariat ofisi cəlb edilməklə) “bağışlama və alğı-satqı müqavilələrin etibarsızlığı, miras əmlakda məcburi payın müəyyən edilməsi, mirasda payın müəyyən edilməsi” tələbinə dair ilkin iddia ərizəsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı3 qarşı “vərəsəlik hüququndan məhrumetmə” barədə qarşılıqlı iddia ərizəsi, birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı3, İddiaçı2, X8 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 5 saylı notariat ofisi cəlb edilməklə) “vərəsəlikdən məhrumetmə, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnmanin ləğvi, mirasda tam payın müəyyən edilməsi və s.” tələblərinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “mirasda payın müəyyən edilməsi, vərəsəlik haqqında şəhadətnamənin, bağışlama və alğı-satqı müqavilələrin, çıxarışın etibarsız hesab edilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Quliyeva Gültac Sadıq qızının katibliyi, İddiaçı3 nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2 nümayəndəsi və Cavabdeh1 iştirakları ilə, Yasamal Rayon Məhkəməsinin 2(004)-97/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçılar İddiaçı3, İddiaçı2, X17 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 5 saylı notariat ofisi cəlb edilməklə “bağışlama və alqı-satqı müqavilələrin etibarsızlığı, miras əmlakda məcburi payın müəyyən edilməsi, mirasda payın müəyyən edilməsi” tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X33 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi; həmin müqavilə əsasında Cavabdeh1 verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi; Bakı şəhəri, ünvan 1 ünvan) fərdi yaşayış evinin 2/6 hissəsi olan 60.4 kv.m sahəsinin 18 kv.m hissəsinin X9 qalan miras əmlaka daxil edilməsi; X14 qanun üzrə vərəsələri olan İddiaçı3, İddiaçı2 və İddiaçı1 həmin əmlaka dair hər birinin ¼ hissədə olmaqla paylarının müəyyən edilməsi; İddiaçı3, İddiaçı2 və İddiaçı1 həmin əmlaka dair də qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilməsi vəzifəsinin 5 saylı notariat ofisinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

2. İddia tələbi belə əsaslandırılmışdır ki, X33 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. 06 dekabr 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, M.Rzayevdən miras qalan əmlakın mübahisəli ünvanda yerləşən, ümumi sahəsi 183.50 kv.m olan fərdi yaşayış evindən paylı mülkiyyət hüququ üzrə 2/6 hissə-60.4 kv.m-in 30.4 kv.m-dən ibarət olduğu, İddiaçı3, İddiaçı2 və İddiaçı1 onun vərəsələri olduğu müəyyən edilmiş və həmin miras əmlakdan ¼ hissədə irs almalı olduğu qeyd edilmişdir. AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDKDR PHŞ-nə verilmiş sorğunun cavabına əsasən müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Ak. Ş.Əzizbəyov küçəsi, dalan 9, 6 saylı fərdi yaşayış evinin 2/6 hissəsi olan 60.4 kv.m sahəsinin 18 kv.m hissəsi Bakı şəhəri 14 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, 4Ə-908 reyestr nömrəli daşınmaz əmlakın bağışlanmasına müqaviləsinə əsasən, xx.xx.2022-ci il tarixdə Cavabdeh1 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 14 saylı notariat ofisinə verilmiş sorğunun cavabına əsasən müəyyən edilmişdir ki, X33 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən, X33 özünə məxsus mübahisəli ünvanda yerləşən fərdi yaşayış evinin 2/6 hissəsi olan 60.4 kv.m sahəsinin 18 kv.m hissəsini qardaşı Cavabdeh1 hədiyyə vermişdir. Qeyd olunan müqavilə əsasında Cavabdeh1 daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. Lakin notariat işinin materiallarındakı arayışlarda iddiaçılar – X14 arvadı İddiaçı3, qızı İddiaçı2 və oğlu İddiaçı1 həmin ünvanda qeydiyyatda olmalarının görünməsinə baxmayaraq, onların razılığı alınmamışdır. Bundan əlavə iddiaçılar mirasdan məcburi pay almaq hüququ olan vərəsələrdir. Qeyd olunan bağışlama müqaviləsinin bağlanması nəticəsində iddiaçılar onlara çatacaq miras əmlakın bir hissəsindən məhrum olublar. Hesab edirlər ki, Konstitusiya Məhkəməsi qərarında qeyd etdiyi bütün şərtlər hazırki iş üzrə mövcuddur və bağışlanmış əşya mirasa daxil olsaydı, miras əmlakın həcmi və iddiaçıların payı artacaqdı. X33 əmlakının bir hissəsini qardaşı Cavabdeh1 bağışlamaqla iddiaçıları onlara çatası payın bir qismindən məhrum etmişdir. Beləliklə hesab edirlər ki, qanuni vərəsələr olan iddiaçıların pozulmuş hüquqları bərpa edilməli, X33 tərəfindən Cavabdeh1 bağışlanmış mübahisəli ünvanda yerləşən fərdi yaşayış evinin 2/6 hissəsi olan 60.4 kv.m sahəsinin 18 kv.m hissəsi də miras əmlaka daxil edilməli, qanun üzrə vərəsə olan iddiaçıların həmin əmlaka dair payları müəyyən edilməli və həmin əmlaka dair qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilməlidir.

3. Daha sonra iddiaçıların nümayəndəsi və vəkili Vəkil1 03 iyul 2024-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, X33 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi; həmin müqavilə əsasında Cavabdeh1 verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi; “Chevrolet Van 20” minik markalı, **-BJ-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2023-cü il tarixli və “Mercedes Benz C180” minik markalı, **-OA-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2023-cü il tarixli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi; mübahisəli ünvanda yerləşən fərdi yaşayış evinin 2/6 hissəsi olan 60.4 kv.m sahəsinin 18 kv.m hissəsinin, “Chevrolet Van 20” minik markalı, **-BJ-*** dövlət nömrə nişanlı və “Mercedes Benz C180” minik markalı, **-OA-*** dövlət nömrə nişanlı nəqliyyat vasitələrinin X9 qalan miras əmlaka daxil edilməsi; X14 qanun üzrə vərəsələri olan İddiaçı3, İddiaçı2 və İddiaçı1 həmin əmlaklara dair hər birinin ¼ hissədə olmaqla paylarının müəyyən edilməsi; İddiaçı3, İddiaçı2 və İddiaçı1 həmin əmlaklara dair də qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilməsi vəzifəsinin 5 saylı notariat ofisinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

4. İddiaçıların nümayəndəsi və vəkili Vəkil1 18 mart 2025-ci il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.1950-ci il təvəllüdlü, ünvan 2 ünvanında qeydiyyatda olan Cavabdeh2, xx.xx.1979-cu il təvəllüdlü, ünvan 3 ünvanında qeydiyyatda olan Cavabdeh3 və xx.xx.2003-cü il təvəllüdlü, ünvan 4 ünvanında qeydiyyatda olan Cavabdeh4 cavabdeh qismində işə cəlb edilməli, X33 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Cavabdeh1 verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, “Chevrolet Van 20” minik markalı, 10- BJ314 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə dair X33 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin və “Mercedes Benz C180” minik markalı, **-OA-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə dair X33 ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli və Cavabdeh3 ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, mübahisəli ünvanda yerləşən fərdi yaşayış evinin 2/6 hissəsi olan 60.4 kv.m sahəsinin 18 kv.m hissəsinin, “Chevrolet Van 20” minik markalı, **-BJ-*** dövlət nömrə nişanlı və “Mercedes Benz C180” minik markalı, **-OA-*** dövlət nömrə nişanlı nəqliyyat vasitələrinin X9 qalan miras əmlaka daxil edilməsi, X14 qanun üzrə vərəsələri olan İddiaçı3, İddiaçı2 və İddiaçı1 həmin əmlaklara dair hər birinin ¼ hissədə olmaqla (açıq saxlanılan ¼ hissə nəzərə alınmaqla) paylarının müəyyən edilməsi, İddiaçı3, İddiaçı2 və İddiaçı1 həmin əmlaklara dair də qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilməsi vəzifəsinin 5 saylı notariat ofisinin üzərinə qoyulması, nəqliyyat vasitələrinin qüvvədən düşmüş etibarnamə əsasında qanunsuz olaraq özgəninkiləşdirilməsi ilə bağlı xüsusi qərardad çıxararaq Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

5. Daha sonra iddiaçıların nümayəndəsi və vəkili Vəkil1 20 may 2025-ci il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, X33 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi; həmin müqavilə əsasında Cavabdeh1 verilmiş daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın ləğv edilməsi; mübahisəli ünvanda yerləşən fərdi yaşayış evinin 2/6 hissəsi olan 60.4 kv.m sahəsinin 18 kv.m hissəsinin X9 qalan miras əmlaka daxil edilməsi; “Chevrolet Van 20 minik” markalı, **-BJ-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə dair X33 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin avtomobilin X9 qalan miras əmlaka daxil edilməsi; “Mercedes Benz C18Q minik” markalı, **-OA-*** dövlət nömrə nişanlı nəqliyyat vasiətəsinə dair X33 ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi; alqı-satqıdan Cavabdeh1 tərəfindən əldə edilmiş 5000 (beş min) manat, Cavabdeh3 tərəfindən əldə edilmiş 5100 (beş min yüz) manat məbləğində pul vəsaitinin onlardan tutularaq 5 saylı notariat ofisinin depozit hesabına ödənilməsi və X9 qalan miras əmlaka daxil edilməsi; X14 qanun üzrə vərəsələri olan İddiaçı3, İddiaçı2 və İddiaçı1 mübahisəli ünvanda yerləşən fərdi yaşayış evinin 2/6 hissəsi olan 60.4 kv.m sahəsinin 18 kv.m hissəsinə dair hər birinin 1/8 hissədə olmaqla (açıq saxlanılan 1/8 hissə nəzərə alınmaqla) məcburi paylarının tamamlanması, “Mercedes Benz C180 minik” markalı, 90- OA-470 dövlət nömrə nişanlı nəqliyyat vasiətəsinin alqısatqısından əldə edilmiş ümumilikdə 10100 (on min yüz) manat məbləğində pul vəsaitinə və “Chevrolet Van 20 minik” markalı, 10-BJ- 314 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə dair hər birinin 1/4 hissədə olmaqla (açıq saxlanılan % hissə nəzərə alınmaqla) paylarının müəyyən edilməsi; İddiaçı3, İddiaçı2 və İddiaçı1 həmin əmlaklara dair də qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilməsi vəzifəsinin 5 saylı notariat ofisinin üzərinə qoyulması; nəqliyyat vasitələrinin qüvvədən düşmüş etibarnamə əsasında qanunsuz olaraq özgəninkiləşdirilməsi ilə bağlı xüsusi qərardad çıxararaq Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 xx.xx.2024-cü il tarixdə qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı3 qarşı “vərəsəlik hüququndan məhrumetmə və pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin tam təmin edilməklə mirasqoyan X14 miras əmlakına münasibətdə İddiaçı3 qanun üzrə vərəsəlik hüququndan məhrum edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisənin mahiyyəti ilə əlaqədar ilk növbədə onu qeyd etmişdir ki, mübahisəli ünvanda yerləşən fərdi yaşayış evinin 2/6 hissəsi olan 60,4 kv.m sahəsi üzrə mülkiyyət hüququnu təsdiq edən sənəd çıxarış formal olaraq qardaşını Rzayev Məmmədin adına rəsmiləşdirilmişdir, əslində həmin ev onların ulu babalarından qalan ümumi ailə evidir. Onların ailəsi 5 nəfərdən ibarət olmuşdur: atası (2017-ci ildə vəfat etmişdir), anası, o, qardaşı Məmməd və bacısı (ailə qurub evdən köçmüşdür). Mübahisəli ev həmin 5 nəfərdən ibarət ailənin yaşadığı tək yaşayış sahəsi olmuşdur. O, həmin evdə anadan olmuş, 48 yaşı var və 48 ildir həmin evdə valideynləri ilə yaşamış və hazırda da yaşamaqda davam edir. Anadan olan gündən bu günə qədər bütün həyatı yeganə yaşayış yeri olan həmin ev ilə bağlıdır. Ev qardaşı Məmmədin adına sənədləşərkən miras əmlakda onunda vərəsə kimi payı olmuşdur. Lakin hər hansı bir fərqli niyyət düşünülmədən, tam əksinə ailə dəyərləri əsas götürülməklə ev qardaşının adına sənədləşdirilmişdir. Faktiki olaraq ailələrinin yaşadığı (son 9-10 ildə anası, o və qardaşı, başqa heç kim) ailələrinə məxsus olan evin 18 kv.m hissəsin ona bağışlanmasında qeyri-adi nə ola bilərki? Həm də onu xüsusi qeyd etmişdir ki, evin ona bağışlanan 18 kv.m hissəsində ailə üzvülərindən yalnız o yaşamış və həmin hissənin ona bağışlanmasından uzun illər əvvəldən, hətta o, ailə qurana qədər özünə məxsus giriş-çıxış qapısı, özünün mətbəxi, santexnik qovşağı olmuşdur, başqa sözlə, faktiki olaraq müstəqil bir yaşayış sahəsi olmuşdur, indi də belədir. O, 2007-ci il tarixdə ailə qurmuş, 2009 və 2010-cu il tarixlərdə övladları doğulmuşdur və o, ailəsi, uşaqları da məhz həmin evdə, həmin hissədə yuxarıda qeyd etdiyi mənzil - məişət şəraitində, həm də fasiləsiz şəkildə yaşamış və yaşamaqda davam edir. Qeyd edilənlərdən həm də o nəticə çıxır ki, mərhum qardaşı sözügedən evi əvəzli şəkildə əldə etmədiyindən evin birgə nikah dövründə əldə edilmiş əmlak statusu birmənalı şəkildə istisna olunur. mübahisəli ünvanda yerləşən fərdi yaşayış evinin 2/6 hissəsi olan 60,4 kv.m sahəsinin 18 kv.m hissəsinin X33 tərəfindən ona bağışlanılması zamanı hazırkı işdə ilk iddia üzrə iddiaçıların razılıqlarının alınmaması məsələsinə gəlincə, qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin tələbinə görə, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Göründüyü kimi, qanunvericilik hər bir ailə üzvünün deyil, yalnız mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüquqlarını tanıyır. Hazırki işdə ilk iddia üzrə iddiaçılar olan şəxslər - mərhum qardaşının ailə üzvləri 2014-cü ilin yayından, yəni Daşınmaz əmlakın bağışlanması müqaviləsi bağlandığı gündən 8 il, miras açıldığı gündən 9 il əvvəl Azərbaycandan köçərək Türkiyə Respublikasına getmiş, orada yaşayırlar. Onların mübahisəli evə qeydiyyatları tamamilə formal xarakter daşıyır. Qardaşı baba mülkindən 18 kv.m ona bağışlayarkən sərbəst iradə nümayiş etdirmişdir və həmin vaxt hazırkı iş üzrə iddiaçılar 8 ildir ki, mülkiyyətçi ilə birgə yaşamırdılar, buna görə də, yəni onlar mülkiyyətçi ilə birgə yaşayan ailə üzvləri olmadığından və bu səbəbdən həmin vaxt istifadə hüquqları olmadığından onların razılıqları tələb oluna bilməzdi. Məlumat verərək bildirmişdir ki, mərhum qardaşı X33 ilə onun ailə üzvlərinin münasibətləri normal olmamışdır. Onlar Türkiyəyə gedəndən sonra qardaşı ilə əlaqələrini tamamilə kəsmişdilər. Hətta telefon əlaqəsi belə saxlamamış, hal-əhvalı, necə yaşaması, necə dolanması ilə maraqlanmamışlar. Buna görə qardaşı da onlardan incimiş, münasibətləri sərinləşmişdir. Qeyd etmişdir ki, X40 2019-cu ildə sağalmaz xəstəliyə düçar olaraq xx.xx.2023-cü ildə vəfat etmişdir. Xəstələnməmişdən bir müddət əvvəl anası, o, və bacısı onu dilə tutaraq ailəsi ilə münasibətlərini normallaşdırmaq, ailənin toparlanıb özünə gəlməsi, xoş, səmimi rəltar, qarşılıqlı hörmət əsasında davam etməsinə nail olmaq məqsədilə Məmmədi Türkiyəyə, ailəsinin yanına göndərmişlər. Lakin, təəssüf ki, müsbət bir nəticə əldə olunmadı. Uzun yol qət etməsinə rəğmən, ailə üzvləri onu evə buraxmamış, qardaşı oteldə gecələməli olmuşdur. X40 uğursuz səfərindən Azərbaycana qayıtdıqdan sonra başına gələnləri, ailə üzvlərinin ona olan qeyri-adekvat münasibətini həzm edə və onları bağışlaya bilmirdi. O, belə bir sarsıntı içində bir müddət sonra xərçəng xəstəliyinə tutuldu və ömrünün son anına qədər dəhşətli ağrılar, məşəqqətlər içində yaşadı. Qeyd etdiyi o ağır günlərdə belə, mərhumun ailə üzvləri olan iddiaçılar onunla, onun həyatını ciddi şəkildə təhdid edən ağır xəstəliyi ilə maraqlanmadılar, bir manat belə yardım etmədilər, maddi yardım bir yana, sağalmaz xəstəliyə tutulduğunu bilə-bilə heç olmasa zəng edib ürək-dirək vermədilər, halbuki həmin anlarda onun diqqət və qayğıya çox böyük ehtiyacı var idi. Və ölüm yatağında yatan ağır xəstənin xəstəliyin ağırlığı qədər də ağır olan qulluğunu, qayğısını yalnız onlar çəkmişlər – o, anası və bacısı. Yəni miras qoyanın uzunmüddətli ağır xəstəliyi dövründə ona xəstəliyinin xarakterindən, spesfikliyindən irəli gələn çətin, xəstəlik kağızlarından və məkəməyə təqdim etdiyi foto şəkillərdən də görüldüyü kimi hətta dözülməz dərəcədə ağır olan qulluğu bu gün miras tələb edən iddiaçılar göstərməyib, onlar tərəfindən olunub həmin qulluq. Beş il onlar bu əziyyəti çəkmişlər. Bu barədə xatırlamaq belə olduqca ağırdır... İndi miras tələb edən iddiaçılar, qeyd etdiyi kimi, nəinki ona qulluq göstərməyiblər, ümumiyyətlə xəstənin vəziyyəti ilə qətiyyən maraqlanmamış, heç bir narahatlıq hissi keçirməmiş, hətta miras qoyan vəfat edərkən də onun ölüm xəbərinə doğmalıq hissi nümayiş etdirməmişlər. Belə ki, miras qoyan vəfat etdikdən sonra da onlar Azərbaycana gəlmədilər, ailəsi, övladları olaraq son vida borclarını da yerinə yetirmədilər. Yalnız oğlu İddiaçı1 onların israrlı tələblərindən sonra Azərbaycana gələrək hüzr mərasimində iştirak etmiş, sonra da onların ona verdikləri 300 ABŞ dolları pulla Türkiyəyə geri dönmüşdür. Hazırki işdə ilk iddia üzrə iddiaçıların miras qoyanın həyatı, sağlamlığı ilə maraqlanmadıqları, ona ağır vaxtlarında hər hansı bir qayğı, qulluq göstərmədikləri halda vəfat edəndən sonra vərəsəlik məsələsini qabatmaları, hətta baba mülkindən ona bağışlanmış və on illərdi ayrıca yaşayış sahəsi kimi faktiki ona məxsus olmuş 18 kv.m hissəni tələb etmələri heç bir normaya və məntiqə sığmır və bu kriteriyalar baxımından obyektiv, ədalətli hüquqi qiymətləndirmə tələb edir. Qeyd etmişdir ki, ilk iddia üzrə iddiaçıların 2014-cü ildən Azərbaycanı tərk etmələri məhkəmə tərəfindən müvafiq informasiya sisteminə baxış keçirilməklə müəyyən edilə bilər və bunu o, məhkəmədən xahiş edir. Bununla bağlı, səlahiyyətli dövlət orqanlarından zəruri təsdiqedici sənədləri əldə etdikdən sonra məhkəməyə təqdim edəcək. Qeyd etdiyi kimi, iddiaçılar mülkiyyətçinin ailə üzvləri olsalar da uzun müddətdir ki, mülkiyyətçi ilə birgə yaşamırlar. İddiaçı3 ilə mirasqoyan X33 arasındakı nikah münasibətləri yalnız kağız üzərində olmuşdur. Belə ki, miras xx.xx.2023-cü il tarixdə açılmış, İddiaçı3 isə 2014-cü il tarixdə Azərbaycanı tərk etmiş və bir daha geri qayıtmamışdır. Başqa sözlə, onlar mirasqoyan vəfat etdiyi gündən 9 il əvvəl ayrılmaqla nikahlarına faktiki xitam vermişlər. Buna görə də, fikrincə və qanunvericiliyin tələbinə görə də İddiaçı3 məhkəmə qərarı əsasında qanun üzrə vərəsəlik hüququndan məhrum edilməlidir.

8. İddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı3, İddiaçı2, X8 qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 5 saylı notariat ofisi cəlb edilməklə “vərəsəlikdən məhrumetmə, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnmanin ləğvi, mirasda tam payın müəyyən edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə 18 mart 2025-ci il tarixdə məhkəməyə müraciət edərək, X9 miras qalmış mübahisəli ünvanda yerləşən, ümumi sahəsi 183,50 kv.m olan fərdi yaşayış evindən paylı mülkiyyət hüququ üzrə 2/6 hissə - 60,4 kv.min 30,4 kv.m hissəsinə İddiaçı3 qanun üzrə vərəsəlik hüququndan məhrum edilməsi; mübahisəli ünvanda yerləşən, ümumi sahəsi 183,50 kv.m olan fərdi yaşayış evindən paylı mülkiyyət hüququ üzrə 2/6 hissə - 60,4 kv.m-in 30,4 kv.m hissəsinə İddiaçı3, İddiaçı2 və İddiaçı1 ¼ hissədə irs almalarına dair Bakı şəhəri 5 saylı notariat ofisi tərəfindən verilmiş 06 dekabr 2023-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi; X9 miras qalmış mübahisəli ünvanda yerləşən, ümumi sahəsi 183,50 kv.m olan fərdi yaşayış evindən paylı mülkiyyət hüququ üzrə 2/6 hissə - 60,4 kv.m-in 30,4 kv.m hissəsinə Cavabdeh2 hissədə payının müəyyən edilməsi; Cavabdeh2 mübahisəli ünvanda yerləşən, ümumi sahəsi 183,50 kv.m olan fərdi yaşayış evindən paylı mülkiyyət hüququ üzrə 2/6 hissə - 60,4 kv.m-in 30,4 kv.m hissəsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi vəzifəsinin Bakı şəhəri 5 saylı notariat ofisinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Daha sonra iddiaçı Cavabdeh2 06 may 2025-ci il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, X9 miras qalmış mübahisəli ünvanda yerləşən, ümumi sahəsi 183,50 kv.m olan fərdi yaşayış evindən paylı mülkiyyət hüququ üzrə 2/6 hissə - 60,4 kv.m-in 30,4 kv.m hissəsinə və “Chevrolet Van 20” minik markalı, **-BJ-*** dövlət nömrə nişanlı və “Mersedes Benz C180” minik markalı, **-OA-*** dövıət nömrə nişanlı nəqliyyat vasitələrinə İddiaçı3 qanun üzrə vərəsəlik hüququndan məhrum edilməsi; mübahisəli ünvanda yerləşən, ümumi sahəsi 183,50 kv.m olan fərdi yaşayış evindən paylı mülkiyyət hüququ üzrə 2/6 hissə - 60,4 kv.m- in 30,4 kv.m hissəsinə İddiaçı3, İddiaçı2 və İddiaçı1 ¼ hissədə irs almalarına dair Bakı şəhəri 5 saylı notariat ofisi tərəfindən verilmiş 06 dekabr 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi; X9 miras qalmış mübahisəli ünvanda yerləşən, ümumi sahəsi 183,50 kv.m olan fərdi yaşayış evindən paylı mülkiyyət hüququ üzrə 2/6 hissə - 60,4 kv.m-in 30,4 kv.m hissəsinə və Chevrolet Van 20 minik markalı, **-BJ-*** dövlət nömrə nişanlı və Mersedes Benz C180 minik markalı, **-OA-*** dövlət nömrə nişanlı nəqliyyat vasitələrinə Cavabdeh2 tam hissədə payının müəyyən edilməsi; Cavabdeh2 mübahisəli ünvanda yerləşən, ümumi sahəsi 183,50 kv.m olan fərdi yaşayış evindən paylı mülkiyyət hüququ üzrə 2/6 hissə - 60,4 kv.m-in 30,4 kv.m hissəsinə və “Chevrolet Van 20” minik markalı, **-BJ-*** dövlət nömrə nişanlı və “Mersedes Benz C180” minik markalı, **- OA-*** dövlət nömrə nişanlı nəqliyyat vasitələrinə dair tam hissədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi vəzifəsinin Bakı şəhəri 5 saylı notariat ofisinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Yasamal Rayon Məhkəməsinin 2(004)-2614/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı3, İddiaçı2, X8 qarşı “vərəsəlik hüququndan məhrumetmə, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğvi, mirasda tam pay hüququnun müəyyən edilməsi və s.” tələbinə dair 2(004)-2614/2025 saylı mülk iş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan iddiaçılar İddiaçı3, İddiaçı2, X5 Cavabdeh1 qarşı müqavilələrin etibarsız hesab edilməsi, əmlakların miras paya daxil edilməsi, həmin əmlaklara payın müəyyən edilməsi tələbinə dair ilk, cavabdehin iddiaçılara qarşı vərəsəlik hüququndan məhrumetmə tələbinə dair qarşılıqlı iddialarına dair 2(004)- 97/2025 saylı mülki işlə bir icraatda baxılması üçün birləşdirilməsi və mülki işə 2(004)- 97/2025 nömrə ilə baxılması qərara alınmışdır.

11. Yasamal Rayon Məhkəməsinin 2(004)-97/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi (hakim Gülnar Babazadə) ilə ilk iddia tələbinin qismən təmin edilməsi, Bakı şəhəri Yasamal rayonu, Ak. Ş.Əzizbəyov küçəsi, dalan 9, 6 saylı fərdi yaşayış evinin 2/6 hissəsi olan 60.4 kv.m sahəsinin 18.kv.m hissəsinə dair Cavabdeh1 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən olan qeydin ləğv edilməsi, Bakı şəhəri Yasamal rayonu Ak. Ş.Əzizbəyov küçəsi dalan 9, 6 saylı fərdi yaşayış evinin 2/6 hissəsi olan 60.4 kv.m sahəsinin 18.kv.m hissəsinin mərhum X9 qalan miras əmlaka daxil edilməsi, Bakı şəhəri Yasamal rayonu Ak. Ş.Əzizbəyov küçəsi dalan 9, 6 saylı fərdi yaşayış evinin 2/6 hissəsi olan 60.4 kv.m sahəsinin 18.kv.m hissəsi üzərində İddiaçı3 1/8 hissə, İddiaçı2 1/8 hissə, X5 1/8 hissə (açıq saxlanılan 1/8 hissə nəzərə alınmaqla) məcburi payı müəyyən edilməsi, X33 ilə Cavabdeh2 arasında bağlanmış 16 mart 2023-cü il tarixli “Chevrolet Van 20” minik markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, onun əsasında verilmiş BA262276 saylı, xx.xx.2023-cü il tarixli nəqliyyat şəhadətnaməsinin ləğv edilməsi və “Chevrolet Van 20” minik markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilin mərhum X9 qalan miras əmlaka daxil edilməsi, “Chevrolet Van 20” minik markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobil üzərində İddiaçı3 1/4 hissə, İddiaçı2 1/4 hissə, X5 1/4 hissə, Cavabdeh2 ¼ hissə miras payının müəyyən edilməsi, iddiaçılar İddiaçı3, İddiaçı2, X8 qeyd edilən əmlaklara dair qanun üzrə vərəsəlik şəhadətnamələrin verilməsi öhdəliyinin Bakı şəhəri 5 saylı notariat ofisinin üzərinə qoyulması, X33 ilə Cavabdeh3 arasında 06 mart 2023-cü il tarixli “Mercedes Benz C180” minik markalı, ** OA *** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh1 “Mercedes Benz C180” minik markalı, ** OA *** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə edilmiş 5000 (beş min) manat məbləğində pulun hər bir iddiaçıya ¼ hissəsi aid olmaqla – 1250 (bir min iki yüz əlli) manat İddiaçı2, 1250 (bir min iki yüz əlli) manat İddiaçı3 və 1250 (bir min iki yüz əlli) manat X5 xeyrinə tutulması, ilkin iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı3 qarşı “vərəsəlik hüququndan məhrumetmə” barədə qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi, birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı3, İddiaçı2, X8 qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 5 saylı notariat ofisi cəlb edilməklə “vərəsəlikdən məhrumetmə, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnmanin ləğvi, mirasda tam payın müəyyən edilməsi və s.” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun tərəflərin özlərinə aid edilməsi qərara alınmışdır.

12. İddiaçılar qətnaməni mübahisələndirməmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qətnamədən ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər. Apellyasiya şikayəti və onun dəlilləri:

13. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək göstərmişdir ki, iddiaçılar İddiaçı3 (mirasın açılmasından sonra üç ildən artıq müddətdə miras qoyanla olan nikahına faktiki xitam vermiş, həmin müddətdə miras qoyandan ayrı yaşamışdır), İddiaçı2 və İddiaçı1mirası nəfaktiki, nə də mirasın açıldığı yer üzrə notariat kontoruna ərizə verməklə qəbul etməmişlər. Miras qoyandan qalmış miras əmlak olan yaşayış sahəsimiras qoyan vəfat etdiyi gündən yalnız miras qoyanın anası Cavabdeh2 faktiki istifadəsindədir. Hazırkı iş üzrə adı çəkilən vərəsələr nəinki miras qoyan vəfat etdiyi ilk 3, yaxud 6 ay müddətində mirasa sahiblik etməmişlər, ümumiyyətlə 2014-cü ilin yayından həmin yaşayış sahəsini özlərinə məxsus bütün əşyaları da çıxarıb aparmaqla tərk edərək yaşamaq üçün Türkiyə Respublikasına köçmüşlər. Ötən 11 il müddətində Azərbaycana gəliblərsə də, sözügedən evə gəlməyiblər. Onlar müvəqqəti deyil, daimi yaşamaq məqsədilə Türkiyəyə getmişlər. Mirasın açılmasından sonra isə həmin gündən 9 ay sonra, 28 oktyabr 2023-cü il tarixdə Azərbaycana gəliblər, İddiaçı1 12 noyabr 2023-cü ildə, İradə və İddiaçı2lar isə 23 dekabr 2023-cü il tarixdə Azərbaycan Respublikasından çıxaraq Türkiyəyə getmişlər. Birinci instansiya məhkəməsi məhz tərəflərin qarşılıqlı münasibətlərini hərtərəfli, tam və obyektiv araşdırmadığı üçün həmin münasibətlər üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, miras qoyan Məmməd Rzayevlə onun həyat yoldaşı İddiaçı3 arasındakı ziddiyyətli və gərgin münasibətlər səbəbindən miras qoyanın ailə üzvləri Azərbaycan Respublikasından köçərək Türkiyə Respublikasına yaşamağa getmişlər və bu gediş müvəqqəti gediş deyildi. Əgər onların Türkiyəyə gedişləri sadəcə İddiaçı2 təhsili ilə bağlı olsaydı, Jalə təhsilini bitirdikdən sonra onlar Azərbaycana dönərdilər. Bu baş vermədi, çünki cavabdehlərin miras qoyanla münasibətləri normal olmamış, Türkiyəyə həmişəlik yaşamaq üçün getmişlər. Məhkəmənin bu xüsusatları dərinliyinə qədər araşdırmaması səhv nəticəyə gəlməsinin əsas səbəbi olmuşdur. Qeyd olunanlara əsasən ilkin iddianın rədd olunması, qarşılıqlı iddianın təmin olunması, miras qoyan X14 miras əmlakına münasibətdə İddiaçı3 qanun üzrə vərəsəlik hüququndan məhrum edilməsi barədə qətnamə qəbul qəbul edilməsini xahiş etmişdir.

14. Cavabdeh2 digər cavabdehlə eyni məzmunlu apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, ilkin iddia tələblərinin təmin edilməməsi, birləşdirilmiş iş üzrə iddia tələblərinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və qeyd etmişdir ki, qətnamə çıxarılarkən məhkəmə iclaslarında tədqiq olunmuş sübutlara uyğun düzgün əsaslandırma aparılmamışdır. Məhkəmə miras qoyanla iddiaçılar, xüsusilə ərarvad arasındakı qarşılıqlı münasibətləri tam aydınlaşdırmamış, buna görə də davamlı səhvlər edərək yekunda yanlış nəticəyə gəlmişdir. Tərəflərin izahatı:

15. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətlərini müdafiə edərək və şikayətlərin məzmununa uyğun izahat verərək təmin edilməsini, yeni qətnamə qəbul edilərək ilkin iddia tələblərinin rədd edilməsini, qarşılıqlı iddianın və birləşdirilmiş iş üzrə iddia tələblərinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, keçirilən ekspertiza zamanı 1992-ci il buraxılışlı “Chevrolet Van 20” minik markalı avtomobilin dəyərinin müəyyən edilməsi mümkün olmasa da, həmin avtomobilin dəyərinin 4000 manat olmasına razıdır.

16. Məhkəmə kollegiyasının iclasında İddiaçı3 nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətləri ilə razılaşmayaraq təmin edilməməsini, rayon məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi və bildirdi ki, miras kütləsinə daxil olan və ekspert tərəfindən qiymətləndirilməyən avtomobilin dəyərinin 4.000 manat müəyyən edilməsini qəbul edir.

17. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər tərəflər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

18. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:

19. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, xx.xx.1969-cu il təvəllüdlü X33 29 yanvar 2003-cü il tarixdən ünvan 5 ünvanında qeydiyyatdadır. Qeydiyyatda olan digər şəxslər: X18, X23, X24, İddiaçı1, X6, X34, X25, Cavabdeh2, İddiaçı3, İddiaçı2, Cavabdeh1, X13 və X15r.

20. Azərbaycan Respublikası Bakı şəhər Yasamal rayon İcra Hakimiyyəti Yasamal rayon Mənzil Kommunal 61 saylı Mənzil Kommunal İstismar Sahəsinin 61 nömrəli, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, X33 ünvan 5 nömrəli mənzilində qeydiyyatdadır. Anası- Cavabdeh2, qardaşı- Cavabdeh1, oğlu- İddiaçı1, qızı- İddiaçı2 və həyat yoldaşı İddiaçı3dır.

21. “Elektron notariat” X1 vasitəsilə Yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair məlumatdan xx.xx.2022-ci il tarixli çıxarışına əsasən ünvan 5 ünvanında X10, Cavabdeh1, X13, X26, X16, X27, X11, X28 və X24 qeydiyyatda olduğu qeyd edilmişdir.

22. X33 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən müəyyən edilir ki, X33 Bakı şəhəri, Yasamal rayonu, Şamil Əzizbəyov küçəsi, dalan 9, ünvanında istifadədə olan 0.02134 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 183.5 kv.m. olan 6 saylı fərdi yaşayış evində paylı mülkiyyət hüququ üzrə ona məxsus 2/6 hissə60.4 kv.m hissə payından 18 kv.m hissə payını qardaşı - Cavabdeh1 mülkiyyətinə vermişdir.

23. 3 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 31 yanvar 2023cü il tarixdə verilmiş AZ-İİ seriyalı 337975 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X33 xx.xx.2023-cü il tarixdə yanağın selikli qişasının bədxassəli yenitörəməsi səbəbindən Bakı şəhərində vəfat etmişdir və bu barədə ölüm haqqında akt qeydləri kitabında 112 nömrə ilə qeyd edilmişdir.

24. Bakı şəhəri 5 saylı Notariat Ofisi tərəfindən verilmiş 2V-179 reyestrli xx.xx.2023cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən müəyyən edilir ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X14 vərəsələri: qızı İddiaçı2, oğlu - İddiaçı1 və həyat yoldaşı İddiaçı3 müəyyən edilmiş və onların hər biri miras əmlakdan ¼ hissədə pay almalı olmaları göstərilmişdir. Miras əmlak ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin verdiyi xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 183.50 kv.m olan fərdi yaşayış evində paylı mülkiyyət hüququ üzrə 2/6 hissə - 60.4 kv.m-dən 30.4 kv.m ibarətdir. Fərdi yaşayış evi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır.

25. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş çıxarışdan görünür ki, ünvan 5 fərdi yaşayış evi - 2/6 hissə- 60.4 kv.m-dən 18 kv.m olaraq ********** qeydiyyat nömrəsi ilə xx.xx.2022-ci il tarixdən xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1, 2/6 hissə - 60.4 kv.m-dən 30.4 kv.m olaraq ********** qeydiyyat nömrəsi ilə xx.xx.2022-ci il tarixdən xüsusi mülkiyyət hüququ üzrə X14 adına qeydə alınmışdır.

26. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin Bakı şəhəri Alyans vəkil bürosuna ünvanladığı xx.xx.2024-cü il tarixli məktubuna əsasən ünvan 5 fərdi yaşayış evinin 2/6 hissəsi olan 60.4 kv.m. sahəsinin 18 kv.m. hissəsi Bakı şəhəri 14 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli 4Ə-908 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixdə Cavabdeh1 adına qeydiyyatdan keçmişdir. ünvan 5 fərdi yaşayış evinin 2/6 hissə - 60.4 kv.m.-dən 12 kv.m. hissəsi Bakı şəhəri 14 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli 4Ə-909 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixdə X2 adına qeydiyyatdan keçmişdir.

27. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin seriya RX, ******* saylı çıxarışına əsasən ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə 2/6 hissə- 60.4 kv.m olaraq ********** qeydiyyat nömrəsi ilə xx.xx.2018-ci il tarixdən X14 adına qeydiyyatda olmuşdur. Hüquq sahibləri: X7 1/6 hissədə ********** qeydiyyat nömrəsi ilə xx.xx.2008-ci il tarixdə, X22 2/6 hissə- 60.8 kv.m-də ********** qeydiyyat nömrəsi ilə xx.xx.2015-ci il tarixdə, X34 3/24 hissə-də ********** qeydiyyat nömrəsi ilə xx.xx.2015- ci il tarixdə, X29 1/24 hissə-də ********** qeydiyyat nömrəsi ilə xx.xx.2018-ci il tarixdə qeydə alınmışdır.

28. Bakı şəhəri 14 saylı notariat ofisi tərəfindən notarial qaydada təsdiq olunmuş **********389 nömrəli, xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, Cavabdeh2 öz imzası ilə təsdiq edərək bildirmişdir ki, qeydiyyatda olduğu ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evində paylı mülkiyyət hüququ üzrə X19 məxsus 18 kv.m hissə payının bağışlanmasına və 12 kv.m hissə payın satılmasına etiraz etmir.

29. Bakı şəhəri 14 saylı notariat ofisi tərəfindən notarial qaydada təsdiq olunmuş **********388 nömrəli, xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, X33 öz imzası ilə təsdiq edərək bildirmişdir ki, ünvan 5 saylı fərdi yaşayış evində paylı mülkiyyət hüququ üzrə ona məxsus hissəsinə dair “Elektron notariat” X1ndən çıxarışa adı çıxanlar ilə heç bir qohumluq əlaqələri yoxdur və notariat hərəkətlərinin aparılması haqqında təlimatın 49-cu bəndini nəzərə alaraq xahiş etmişdir ki, bağışlanması müqaviləsini onların razılığı olmadan rəsmiləşdirələr. Gələcəkdə onunla bağlı hər hansı bir iddia qalxarsa, bütün məsuliyyəti öz üzərinə götürür.

30. AC №536540 saylı, xx.xx.2016-cı il tarixli AR X3 Şəhadətnaməsinin surətindən görünür ki, “CHEVROLET VAN 20” minik markalı, 10-BJ314 dövlət qeydiyyat nişanlı, 1992-ci il buraxılışlı, açıq göy metalik rəngli, ban nömrəsi 2GBEG25Z3N4166743 avtomaşının sahibi X20r.

31. Satıcı - X33 ilə Alıcı - Cavabdeh2 arasında bağlanmış 16 mart 2023-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən X33 tərəfindən “CHEVROLET VAN 20” minik markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı, 1992-ci il buraxılışlı avtomobil 5000 (beş min) manata Cavabdeh2 satılmışdır.

32. AD №168368 saylı, xx.xx.2018-ci il tarixli AR X3 Şəhadətnaməsinin surətindən görünür ki, “MERCEDES BENZ C180” minik markalı, 90- OA-470 dövlət qeydiyyat nişanlı, 2001-ci il buraxılışlı, tünd göy metalik rəngli, ban nömrəsi WDB2030351A243069 avtomaşının sahibi X20r.

33. Satıcı - X33 ilə Alıcı- Cavabdeh3 arasında bağlanmış 06 mart 2023-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən X33 tərəfindən “MERCEDES BENZ C180” minik markalı, 90-OA470 dövlət qeydiyyat nişanlı, 2001-ci il buraxılışlı avtomobil 5000 (beş min) manata Cavabdeh3 satılmışdır.

34. Satıcı- Cavabdeh3 ilə Alıcı- Cavabdeh4 arasında bağlanmış 03 aprel 2023-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən Cavabdeh3 tərəfindən “MERCEDES BENZ C180” minik markalı, **-GJ-*** dövlət qeydiyyat nişanlı, 2001-ci il buraxılışlı avtomobil 10100 (on min yüz) manata Cavabdeh4 satılmışdır.

35. AZ №BA259197 saylı, xx.xx.2023-cü il tarixli AR X3 Şəhadətnaməsinin surətindən görünür ki, “MERCEDES BENZ C180” minik markalı, 77- GJ-937 dövlət qeydiyyat nişanlı, 2001-ci il buraxılışlı, tünd göy metalik rəngli, ban nömrəsi WDB2030351A243069 avtomaşının sahibi Cavabdeh3dur.

36. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin 10 iyul 2024-cü il tarixli sorğuya cavab məktubunda qeyd edilmişdir ki, İddiaçı3 sonuncu dəfə xx.xx.2018-ci il və xx.xx.2023-cü illərdə, X17 xx.xx.2019-cu il və xx.xx.2023-cü il, İddiaçı2 isə xx.xx.2018-ci il və xx.xx.2023-cü il tarixlərdə ölkəyə giriş etmişlər.

37. Məhkəmə iclasında şahid qismində dindirilmiş X21 ifadəsində bildirmişdir ki, o, Məmməd Rzayevi tanıyırdı. Onun ailəsi Türkiyəyə köçənə qədər onunla birlikdə yaşayırdılar. Universitetə girmək üçün onlar Türkiyə Respublikasına köçmüşdülər. Bundan 2 il sonra onları bir dəfə görmüşdür. Sonra isə Bakıya gəlmədilər. Məhəmməd rəhmətə gedəndə oğlu Çingiz gəlmişdi. Həmin evdə iki ayrı ev var. Evlənən zaman da gəlinlər iki ayrı evə gəlmişlər, Ramiz və Məmmədin atası Tofiq müəllim isə yuxarıda özünə balaca bir otaq düzəltmişdi və orada yaşayırdılar. Məmməd rəhmətə getməmişdən təxminən 2 il qabaq çox ağır xəstəliyə tutulmuşdur. O, həmin məhlədə bərbər kimi çalışır. Hər ay Məmmədin ailəsinə pul göndərməsinin şahidi olmuşdur. Hamı bilirdi ki, o, övladlarını necə çox istəyir. Lakin övladları onun xəstə olmasına baxmayaraq, 2 il ərzində bir dəfə belə ona baş çəkməmişlər. Onun əziyyətini qardaşı Ramiz çəkirdi. Məmməd ölümünə yaxın övladlarından ötrü ağlayırdı. Ona verilən suallara cavab olaraq bildirdi ki, Məmmədin “Mercedes” markalı avtomobil vasitəsi var idi. Onu da rəhmətə gedən ərəfədə satmışdılar. Onlara müalicə üçün pul lazım idi. Ölümündən 2-3 qabaq Məmməd anası ilə birlikdə bacısının evində qalırdı. Elə o vaxtdan da maşını məhlədə görmürdü. “Chevrolet” markalı avtomobil Cavabdeh1 olmuşdur. Bir neçə dəfə onu bağa və dənizə də aparmışdır. Təxminən 10 ilə qədər onun istifadəsində idi. Rəqəmləri yadında dəqiq saxlamır. Səhv edə bilər.

38. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində bildirmişdir ki, o, Rzayevlər ailəsi ilə qonşu olmuşdur. Özü Şəkidə anadan olsa da, məhz Bakı şəhəri, X32 küçəsi, ev 42 ünvanında böyümüşdür. Ramizin anası Tamara dərzi idi və o, onların evlərinə çox getmişdir. Məmmədin ailəsini 10 ildən çoxdur ki görmür. Son dəfə onun qızı İddiaçı2 görəndə, o, məktəbdən məzun olurdu. Məmməd son illərdə xəstə idi. Onun bədəni çürüyürdü və tökülürdü. O, uşaqlarını görmək istəyirdi. Lakin onun uşaqları Bakıya gəlmirdilər. Artıq ölüm ayağında olan zaman Ramiz Çingizə zəng edərək Bakıya gəlməsini istəmişdir. O isə cavab olaraq “pulum yoxdur” demişdir. Ramiz ona 300 ABŞ dolları məbləğində pul göndərmişdir və Çingiz Bakıya gəlmişdir. Çingiz bura çatan zaman, Məmməd onu görmüş və gözlərini yummuşdur. Məmmədin yoldaşı İradə və qızı Jalə gəlməmişlər. Ona verilən suallara cavab olaraq bildirdi ki, Məmməd bir dəfə ailəsinin yanına Türkiyəyə getmişdir. O, Məmmədi məhlədə görən zaman ona evlənməsini məsləhət görürdü. Çünki ona qulluq edən adam lazım idi. Xəstə idi. O isə “qızım var, onu evləndirim, sonra baxaram” demişdir. Rəsmi olaraq İradə ilə nikahları pozulmamışdır. Lakin faktiki olaraq ayrı yaşayırdılar. Orada iki ayrı qapısı olan ev var. Evlər bir damın altında yerləşirlər. Mətbəxin üstündə Tofiq müəllim yoldaşı ilə yaşamaq üçün balaca otaq tikmişdi. O rəhmətə gedən zaman, o, həmin otaqda olmuşdur. Orada quru taxtadan başqa heç nə yox idi. Soruşduqda isə ona gəlinləri İradənin hər şeyi yığıb apardığını demişlər. Məmmədin nəşini aparmağa gələn zaman, oğlu Çingiz telefon əlində evin şəkillərini çəkirdi. Məmmədin bir maşını olmuşdur. Onu da rəhmətə gedən ərəfədə müalicəsinə pul lazım olduğundan satmışlar. Ölümündən qabaq anası Tamara ona demişdir ki, Ramizi çox sıxmaq istəmirlər, onun da öz ailəsi və xərcləri var. Məmməd İrana müalicə almaq üçün getməli idi. Ona pul lazım idi və onlar maşını buna görə satmışlar.

39. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4823/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir.

40. "xxxx" Qiymətləndirmə Şirkətinin №18/1751, xx.xx.2025-ci il tarixli rəyinə əsasən, ünvan 5 saylı fərdi yaşayış evinin 2/6 hissəsi olan 60.4 kv.m sahəsinin bazar dəyəri 145000 (yüz qırx beş min) AZN təşkil edir. ünvan 5 saylı fərdi yaşayış evinin 2/6 hissəsi olan 60.4 kv.m sahəsinin 18.0 kv.m hissəsinin bazar dəyəri 43000 (qırx üç min) AZN təşkil edir. “MERCEDES BENZ C180” minik markalı, 90-OA470 dövlət qeydiyyat nişanlı, 2001-ci il buraxılışlı avtomobilin bazar dəyəri 6800 AZN-dir. CHEVROLET VAN 20” minik markalı, 10-BJ314 dövlət qeydiyyat nişanlı, 1992-ci il buraxılışlı, açıq göy metalik rəngli avtomobilin bazar dəyərini təyin etmək mümkün olmayıb.

41. "xxxx" Qiymətləndirmə Şirkətinin №18/1751, xx.xx.2025-ci il tarixli rəyinə görə qiymətləndiricinin xidmət haqqı 400 (dörd yüz) manat müəyyən edilmişdir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikasının Konstitusiyası:

42. Maddə 13.

43. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

44. Maddə 29.

45. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

46. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

47. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

48. Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

49. Maddə 140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası.

50. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

51. 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.

52. Maddə 182.1. Əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır.

53. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

54. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

55. 667.1. Fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın.

56. 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

57. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

58. 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.

59. 1145-ci maddəsinin tələbinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.

60. 1146-cı maddəsinin tələbinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.

61. 1157. Əgər bir neçə vərəsə vardırsa, miras vərəsələr arasında bölüşdürülənədək vahid əmlak şəklində bütün vərəsələrə mənsubdur. Bu əmlakdan sonuncu xəstəliyi zamanı miras qoyana qulluq və onun müalicəsi, dəfn, mirasın mühafizəsi və idarə edilməsi, əmək haqqı verilməsi və vəsiyyətin icrası üçün lazımi xərclər ödənilə bilər. Bu tələblər mirasın dəyərindən, həm də bütün başqa tələblərə, o cümlədən ipoteka və digər girovla təmin edilmiş tələblərə nisbətən üstün qaydada ödənilməlidir.

62. 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar:

63. 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).

64. 1193. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.

65. 1200. Miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır.

66. 1203.1. Məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür.

67. 1203.2. Məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər.

68. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

69. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 18 iyul tarixli Qərarı).

70. Qeyd olunmalıdır ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o, vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. (“S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 oktyabr 2004-cü il tarixli Qərar).

71. AR Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarı: Həmin qərarda qeyd edilir ki, etibarsızlıq mülki hüquqda əqdin qanunvericiliyə zidd olması səbəbilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Qərarda vurğulanmışdır ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olubolmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir.

72. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 08 yanvar 2021-ci il tarixli Qərarı:

73. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1 və 1193-cü maddələrinin tələblərinə uyğun olaraq, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (vəsiyyət edənin uşaqları, valideynləri və arvadı (əri)) vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq məcburi pay hüququna malik olan şəxslərdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 667.1 və 1200-cü maddələrinin məzmununa əsasən, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (məcburi pay hüququ olan vərəsələr) vəsiyyətnamə olmadığı təqdirdə də məcburi paylarının tamamlanmasını tələb etmək hüququna malikdirlər.

74. Məcburi payın tamamlanması tələbi məcburi paya hüququn xüsusi forması olmaqla, subsidiar xarakter daşıyır. Bu tələbin əsas məqsədi bağışlama yolu ilə məcburi payın aradan qaldırılmasının və ya azaldılmasının qarşısını almaqla qanuni vərəsələrin pozulmuş hüquqlarını bərpa etməkdən ibarətdir. Tamamlanma tələbini Mülki Məcəllənin 1193-cü maddəsində sadalanmış şəxslər irəli sürə bilərlər. Bu cür tələb irəli sürüldükdə bağışlanmış əşya xəyali olaraq miras əmlaka əlavə olunur, həmin hissə ilə birgə miras dəyəri hesablanır, məcburi payın həcmi müəyyənləşdirilir və bu həcmin qarşılanmadığı təqdirdə məcburi paya hüququ olan vərəsələrə çatmalı olan tamamlanmamış hissə ödənilir.

75. Mülki Məcəllənin 1200-cü maddəsinin məzmunundan göründüyü kimi, tamamlanma tələbinin təmin edilməsi üçün bir neçə şərt eyni zamanda mövcud olmalıdır: - tələb irəli sürən şəxs məcburi pay hüququna malik olan şəxslər sırasına aid olmalı; - əşya bağışlama yolu ilə üçüncü şəxsin mülkiyyətinə verilmiş olmalı; - əşyanın bağışlanmasından iki ildən artıq müddət keçməməli; - həmin əşya mirasa daxil olsa idi, miras əmlakın həcmi artmış olmalı idi.

76. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2022-ci il tarixli qərarı:

77. Vərəsələrin mirası qəbul etməsi faktını təsdiqləyən sənəd vərəsəlik şəhadətnaməsidir və Mülki Məcəllənin 1321.1-ci maddəsinə müvafiq olaraq vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Lakin vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 26 iyul tarixli Qərarları).

78. "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinə müvafiq olaraq, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər.

79. Həmin Qanunun 60-cı maddəsinə əsasən, notarius vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən miras qoyanın ölüm faktını, vəsiyyətnamənin olmasını, mirasın açılma yerini və tarixini, miras əmlakın tərkibini yoxlamalıdır. Notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də müəyyən etməyə çalışmalıdır.

80. ... Konstitusiya Məhkəməsinin Plenumu Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı müraciətdə qaldırılan məsələyə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, əvvəldə də qeyd olunduğu kimi, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar.

81. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarı

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin.

2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.

3. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin. Tətbiq edilən prosessual hüquq normaları:

82. Mülki Prosessual Məcəllə

83. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

84. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

85. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

86. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

87. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın

88. Maddə 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

89. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

90. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

91. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

92. Maddə 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər.

93. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.

94. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

95. Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

96. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

97. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

98. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.

99. Hazırkı halda, Məhkəmə kollegiyası (bundan sonra Məhkəmə) Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehlərin şikayətlərinə əsasən ilkin iddia tələblərinin təmin edilən hissəsində, qarşılıqlı iddia və birləşdirilmiş iş üzrə iddia tələblərini isə tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

100. Məhkəmə gəlmiş tərəflərin izahatını dinləyib iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, qətnamə qismən – “Bakı şəhəri, Yasamal rayonu, Ak. Ş.Əzizbəyov küçəsi, dalan 9, 6 saylı fərdi yaşayış evinin 2/6 hissəsi olan 60.4 kv.m sahəsinin 18.kv.m hissəsinə dair Cavabdeh1 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən olan qeydin ləğv edilməsi, Bakı şəhəri, Yasamal rayonu, Ak. Ş.Əzizbəyov küçəsi, dalan 9, 6 saylı fərdi yaşayış evinin 2/6 hissəsi olan 60.4 kv.m sahəsinin 18.kv.m hissəsinin mərhum X9 qalan miras əmlaka daxil edilməsi, Bakı şəhəri, Yasamal rayonu, Ak. Ş.Əzizbəyov küçəsi, dalan 9, 6 saylı fərdi yaşayış evinin 2/6 hissəsi olan 60.4 kv.m sahəsinin 18.kv.m hissəsi üzərində İddiaçı3 1/8 hissə, İddiaçı2 1/8 hissə, X5 1/8 hissə (açıq saxlanılan 1/8 hissə nəzərə alınmaqla) məcburi payı müəyyən edilməsi” hissələrində ləğv edilməli, yeni qətnamə qəbul edilərək, həmin hissələrdə ilkin iddia tələbləri rədd edilməli, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.

101. Belə ki, hazırkı iş üzrə aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, X33 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir və İddiaçı3 onun həyat yoldaşı, İddiaçı2 və İddiaçı1 onun övladlarıdır, yəni onun 2 övladı olmaqla qanun üzrə 1-ci növbə vərəsələri - İddiaçı2, İddiaçı1, arvadı İddiaçı3, anası Cavabdeh2dır. Miras qoyandan qalan miras əmlak ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 183.50 kv.m olan fərdi yaşayış evində paylı mülkiyyət hüququ üzrə 2/6 hissə- 60.4 kv.m-dən 30.4 kv.m ibarət sahəyə xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamə əsasında ¼ hissə olmaqla ilkin iddia üzrə iddiaçıların hər birinə mirasdan pay ayrılmış, ¼ hissə açıq saxlanılmışdır. Eyni zamanda, mərhum ölümündən təxminən 7ay əvvəl ona məxsus Bakı şəhəri, Yasamal rayonu, Şamil Əzizbəyov küçəsi, dalan 9, ünvanında istifadədə olan 0.02134 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 183.5 kv.m. olan 6 saylı fərdi yaşayış evində paylı mülkiyyət hüququ üzrə ona məxsus 2/6 hissə- 60.4 kv.m hissə payından 18 kv.m hissə payını qardaşı - Cavabdeh1 bağışlamışdır.

102. Mülki Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

103. Cavabdehlərin apellyasiya şikayətinin əsas dəlili İddiaçı3 ilə mərhum M.Rzayev arasında nikaha xitam verilməsə də, ailə münasibətlərinin faktiki olaraq uzun müddətdir davam etməməsi və miras açıldıqdan 9 ay sonra Azərbaycana gəlməsi ilə əlaqədar olaraq İddiaçı3 vərəsəlik hüququndan məhrum edilməsi tələbidir.

104. Məhkəmə cavabdehlərin bu dəlili ilə bağlı qeyd edir ki, xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə İddiaçı3, İddiaçı2 və İddiaçı1 miras əmlakı qəbul etdiyini təsdiq edir.

105. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarı ilə müəyyən edilmişdir ki, Mülki Məcəllədə vərəsəlik hüququnun xüsusi qəbul müddətinə bağlı tutulması mülkiyyət hüququna müdaxilənin qanuni əsasını təşkil etsə də, bu müdaxilə fərdi azadlığın və bazar iqtisadiyyatının ən əsas elementlərindən olan mülkiyyət hüququnun konstitusiya təminatına, mülki dövriyyə iştirakçılarının maraqlarına zidd olmaqla, hər hansı ictimai maraqlara cavab verməməklə yanaşı, mirasın açılması ilə mülkiyyət hüququna malik olan vərəsənin bu hüququnu qeyrimütənasib şəkildə, hər hansı qanuni məqsədə xidmət etmədən məhdudlaşdırır.

106. Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməz.

107. Həmçinin Konstitusiya Məhkəməsinin Plenumu 2022-ci il 14 oktyabr tarixli Qərarında qeyd etmişdir ki, vərəsəlik hüquq münasibətləri miras qoyanın ölümü və ya ölmüş elan edilməsi anından başlamış olur. Qanunvericilik vərəsəlik hüququnun yaranmasını miras qoyanın ölümü və ya ölmüş elan edilməsi ilə şərtləndirmiş və bu hüquqa vəsiyyətnamə olduğu təqdirdə vəsiyyətnamədə göstərilən şəxslərin, əks halda (vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi halda) isə qanunla müəyyən edilmiş vərəsələrin malik olduğunu təsbit etmişdir.

108. Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd edir ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Beləliklə də qeyd edilənlərə əsasən müəyyən edilir ki, apellyasiya şikayətinin iddiaçıların mirası qəbul etmədiklərinə dair dəlili əsassızdır, təmin edilə bilməz.

109. Bununla belə, Məhkəmə qeyd edir ki, rayon məhkəməsi qətnamə qəbul edərkən maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir.

110. Belə ki, Mülki Məcəllənin 1200-cü maddəsinə əsasən miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır.

111. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 08 yanvar 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, Məcburi payın tamamlanması tələbi məcburi paya hüququn xüsusi forması olmaqla, subsidiar xarakter daşıyır. Bu tələbin əsas məqsədi bağışlama yolu ilə məcburi payın aradan qaldırılmasının və ya azaldılmasının qarşısını almaqla qanuni vərəsələrin pozulmuş hüquqlarını bərpa etməkdən ibarətdir. Tamamlanma tələbini Mülki Məcəllənin 1193-cü maddəsində sadalanmış şəxslər irəli sürə bilərlər. Bu cür tələb irəli sürüldükdə bağışlanmış əşya xəyali olaraq miras əmlaka əlavə olunur, həmin hissə ilə birgə miras dəyəri hesablanır, məcburi payın həcmi müəyyənləşdirilir və bu həcmin qarşılanmadığı təqdirdə məcburi paya hüququ olan vərəsələrə çatmalı olan tamamlanmamış hissə ödənilir.

112. Mülki Məcəllənin 1200-cü maddəsinin məzmunundan göründüyü kimi, tamamlanma tələbinin təmin edilməsi üçün bir neçə şərt eyni zamanda mövcud olmalıdır: - tələb irəli sürən şəxs məcburi pay hüququna malik olan şəxslər sırasına aid olmalı; - əşya bağışlama yolu ilə üçüncü şəxsin mülkiyyətinə verilmiş olmalı; - əşyanın bağışlanmasından iki ildən artıq müddət keçməməli; - həmin əşya mirasa daxil olsa idi, miras əmlakın həcmi artmış olmalı idi

113. Göründüyü kimi tamamlanma tələbinin qəbul edilməsi üçün hər dörd şərt ödənməlidir. Hazırkı iş üzrə isə ilk 3 şərt uyğun gəlsə də, 4-cü şərt ödənilmir.

114. Hazırkı halda ilkin olaraq bağışlanmış əmlak hesabına vərəsələrin mirasdan payının tamamlanması zərurətinin yaranması üçün əsasların olub-olmamasını müəyyən etmək məqsədi ilə miras aktivinin ümumi dəyəri müəyyən olunmalıdır.

115. Mülki iş materiallarında olan apellyasiya icraatı zamanı keçirilmiş ekspertizanın nəticəsinə əsasən "xxxx" Qiymətləndirmə Şirkətinin №18/1751, xx.xx.2025-ci il tarixli rəyi ilə ünvan 5 saylı fərdi yaşayış evinin 2/6 hissəsi olan 60.4 kv.m sahəsinin bazar dəyərinin 145000 (yüz qırx beş min) AZN, 60.4 kv.m sahəsinin 18.0 kv.m hissəsinin bazar dəyərinin 43000 (qırx üç min) AZN, “MERCEDES BENZ C180” minik markalı avtomobilin bazar dəyərinin 6800 AZN təşkil etdiyi, “CHEVROLET VAN 20” minik markalı avtomobilin bazar dəyərini isə təyin etməyin mümkün olmadığı müəyyən olur.

116. Miras əmlakın bir hissəsi olan “CHEVROLET VAN 20” minik markalı avtomobilin dəyərinin 4000 (dörd min) manat müəyyən olunması barədə tərəflər yekdilliklə razılığa gəlmişlər.

117. “MERCEDES BENZ C180” minik markalı avtomobilin dəyəri ilə bağlı isə qeyd etmək lazımdır ki, 06 mart 2023-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən həmin avtomobil 5000 (beş min) manata satılmışdır. Rayon məhkəməsi də qətnamədə həmin avtomobilin satışından əldə edilən gəliri 5000 manat kimi nəzərdə tutmuş, iddiaçılar bu məbləği mübahiələndirməmişlər. Odur ki, miras kütləsinə daxil olan əmlak kimi həmin avtomobilin dəyəri 5000 manat kimi qiymətləndirilir.

118. Beləliklə, riyazi hesablama etsək görərik ki, miras kütləsinə daxil olan cəmi əmlakların dəyəri ümumilikdə, 145.000+5000+4000=154.000 manat təşkil edir və həmin məbləğə münasibətdə hər bir vərəsəyə çatası pay 1/4 olmaqla 38.500 manat təşkil edir. Demək ki, mirasqoyanın qanun üzrə 4 vərəsəsi var və vərəsələrdən hər birinə düşən pay 38.500 manat təşkil edir. Məcburi pay qanun üzrə düşən payın yarısını təşkil etdiyindən, 38.500 manatın ½-i isə 19.250 manat təşkil edir.

119. Bununla yanaşı, Məhkəmə qeyd edir ki, miras kütləsinə daxil olan əmlakların dəyəri hesablanan zaman bağışlanan əmlakın dəyəri, yəni 18.0. kv.m üçün müəyyən edilən 43.000 manat nəzərə alınmadıqda, qalan əmlakların ümumi dəyəri 155.800- 43000=112.800 manat təşkil etmiş olacaq ki, 112.800 manat qanun üzrə 4 vərəsə arasında bölündükdə (112.800:4= 28.200) hər bir vərəsəyə düşən pay 28.200 manat təşkil edir.

120. Belə olan halda isə görünür ki, miras kütləsinin ümumi dəyərindən bağışlanan əmlak çıxılan zaman vərəsələrin hər birinin payı 28.200 manat təşkil etdiyindən, bu da həmin bağışlanan əmlak miras kütləsinə daxil olan zaman hər bir vərəsənin məcburi payı olan 19.250 manatdan çox olduğundan, hazırkı halda iddiaçıların Mülki Məcəllənin 1200cü maddəsinə əsasən, məcburi payın tamamlanmasını tələb etmək hüququ yaranmır.

121. İstinad olunan Konstitusiya Məhkəməsinin Plenum qərarında qeyd edilmişdir ki, bağışlama halında məcburi pay hüququ olan şəxslər hesab olunan birinci növbə vərəsələrə çatacaq pay pozulduğundan, onlar həmin bağışlanmış əşya hesabına məcburi paylarının tamamlanmasını tələb etməklə pozulmuş hüquqlarını bərpa edə bilərlər.

122. Hazırkı halda isə birinci növbə vərəsələr olan iddiaçıların hüquqlarının pozulmadığı aşkardır. Odur ki, apellyasiya şikayətlərinin ilkin iddianın təmin edilən həmin hissələrinə dair dəlilləri əsaslı olduğundan təmin edilməli, ilkin iddia tələbləri həmin hissədə rədd edilməlidir.

123. Oxşar mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-200/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Məhkəmə eyni əsasdan çıxış edərək, rayon məhkəməsinin qətnaməsini “məcburi pay hüququnun müəyyən edilməsi” hissəsində ləğv etmiş, Məhkəmənin həmin qətnaməsi Ali Məhkəmənin 2(102)-2917/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.

124. MPM-nin 77.1-ci maddəsini əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.

125. Həmin Məcəllənin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

126. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Nəticə:

127. Göstərilənlərə əsasən, Məhkəmə qeyd edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, qətnamə qismən ləğv edilməklə, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbləri qismən - “Bakı şəhəri, Yasamal rayonu, Ak. Ş.Əzizbəyov küçəsi, dalan 9, 6 saylı fərdi yaşayış evinin 2/6 hissəsi olan 60.4 kv.m sahəsinin 18.kv.m hissəsinə dair Cavabdeh1 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən olan qeydin ləğv edilməsi, Bakı şəhəri, Yasamal rayonu, Ak. Ş.Əzizbəyov küçəsi, dalan 9, 6 saylı fərdi yaşayış evinin 2/6 hissəsi olan 60.4 kv.m sahəsinin 18.kv.m hissəsinin mərhum X9 qalan miras əmlaka daxil edilməsi, Bakı şəhəri, Yasamal rayonu, Ak. Ş.Əzizbəyov küçəsi, dalan 9, 6 saylı fərdi yaşayış evinin 2/6 hissəsi olan 60.4 kv.m sahəsinin 18.kv.m hissəsi üzərində İddiaçı3 1/8 hissə, İddiaçı2 1/8 hissə, X5 1/8 hissə (açıq saxlanılan 1/8 hissə nəzərə alınmaqla) məcburi payı müəyyən edilməsi” hissələrində ləğv edilməli, yeni qətnamə qəbul edilərək, həmin hissələrdə ilkin iddia tələbləri rədd edilməli, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.

128. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

129. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayətlərinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumları şikayəti vermiş tərəflərin özünə aid edilməli və ekspertiza tədqiqatının dəyəri olan 400 (dörd yüz) manat iddiaçılardan müştərək qaydada tutulmalıdır.

130. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 393, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətləri qismən təmin edilsin. Yasamal Rayon Məhkəməsinin 2(004)-97/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi qismən - “Bakı şəhəri, Yasamal rayonu, Ak. Ş.Əzizbəyov küçəsi, dalan 9, 6 saylı fərdi yaşayış evinin 2/6 hissəsi olan 60.4 kv.m sahəsinin 18.kv.m hissəsinə dair Cavabdeh1 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən olan qeydin ləğv edilməsi, Bakı şəhəri, Yasamal rayonu, Ak. Ş.Əzizbəyov küçəsi, dalan 9, 6 saylı fərdi yaşayış evinin 2/6 hissəsi olan 60.4 kv.m sahəsinin 18.kv.m hissəsinin mərhum X9 qalan miras əmlaka daxil edilməsi, Bakı şəhəri, Yasamal rayonu, Ak. Ş.Əzizbəyov küçəsi, dalan 9, 6 saylı fərdi yaşayış evinin 2/6 hissəsi olan 60.4 kv.m sahəsinin 18.kv.m hissəsi üzərində İddiaçı3 1/8 hissə, İddiaçı2 1/8 hissə, X5 1/8 hissə (açıq saxlanılan 1/8 hissə nəzərə alınmaqla) məcburi payı müəyyən edilməsi” hissələrində ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin, ilkin iddia tələbləri həmin hissələrdə rədd edilsin. Qətnamə qalan mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumları cavabdehlərin özünə aid edilsin. Ekspertiza tədqiqatının dəyəri 400 (dörd yüz) manat iddiaçılar İddiaçı3, İddiaçı2, X4 müştərək qaydada tutularaq "xxxx" MMC, H/h: № AZ33İBAZ********************, VÖEN: **********, Benefisiar alan bank: "xxxx" ASC Yasamal filialı, Kodu: 805562, VÖEN:**********, Müxbir hesab: AZ03NABZ********************, S.W.İ.F.T BİK: İBAZAZ2X hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar