Məhkəmə qərarları › İş №2(004)-3836/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3836/2023

22.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3836/2023 22.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X7 oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “kredit müqaviləsi üzrə qalıq borcun kredit reyestrindən silinməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “kredit müqaviləsi üzrə qalıq borcun kredit reyestrindən silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ASC ilə X3 arasında arasında bağlanmış kredit müqaviləsi üzrə sonuncuya 12 ay müddətinə illik 23% dərəcəsi ilə 25.500 manat kredit verilmişdir. Cavabdeh ASC tərəfindən əsas borclu X2 və zamin qismində İddiaçı qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Salyan Rayon Məhkəməsinin müvafiq qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş 15.505,39 ABŞ dolları əsas, 2.030,77 ABŞ dolları faiz və dövlət rüsumu qismində ödənilmiş 15,30 manat pulun X3 və İddiaçı tutulması qət edilmişdir. Həmin qətnamədən İddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin müvafiq qətnaməsi ilə şikayət təmin edilmiş və iddia tələbi İddiaçı münasibətdə rədd edilmişdir. Lakin, Mərkəzləşdirilmiş Kredit Reyestrində İddiaçı adı borclu qismində qalmaqdadır. Bu səbəbdən, İddiaçı kredit götürə bilmir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 izahat verərək iddianın əsassız olmasını bildirmiş və təmin edilməməsini xahiş etmişdir. G.Q.Sadıqsoy izahatında iddiaçı ilə Cavabdeh ASC arasında hər hansı razılaşmanın əldə olunmasının mümkün olmamasını, məhkəmə baxış iclasının təxirə salınması barədə iddiaçının vəsatətinin əsassız olmasını və məhkəmə prosesinin süni şəkildə uzadılmasını xidmət etdiyini, iddiaçı tərəfindən cavabdehə hər hansı təklifin daxil olmadığını bildirmişdir. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-1915/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən müəyyən olunur ki, iddiaçı Cavabdeh ASC tərəfindən əsas borclu X2 və zamin qismində İddiaçı qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, tələb sonuncuya münasibətdə məhz iddia müddətinin ötürülməsi əsası ilə rədd edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Cavabdeh ASC-nin İddiaçı qarşı “pul” tələbinə dair iddiasının rədd edilməsinin əsası zaminliklə müəyyən edilmiş müddət çərçivəsində iddia müddətinin ötürülməsi olmuşdur. İddia müddətinin ötürülməsi öhdəliyin xitamına səbəb olmamaqla sadəcə iddiaçı tərəfindən tələb etmə hüququnun itirilməsi ilə nəticələnir. Yəni, iddia müddəti ötürüldükdə iddiaçı tərəfindən tələbin məhkəmə qaydasında realizə edilərək təmin edilməsi mümkün hesab edilmir. Bunun əsası qismində qanunla imperativ qaydada müəyyənləşdirilmiş iddia müddətinin ötürülməsi çıxış edir. Lakin, icra edilməmiş öhdəlik qüvvədə qalmaqda davam edir. Çünki, öhdəliyə xitam verilməsinin əsasları Azərbaycan Respublikası Mülki Məcəlləsində (həmçinin müqavilə üzrə) konkret olaraq müəyyənləşdirilmişdir. Hazırki mülki iş üzrə kredit müqaviləsi üzrə əsas borclu və zamin tərəfindən öhdəliyin icra olunmaması və ya öhdəliyə xitam verilməməsi mülki işin mübahisəsiz halıdır. Bu səbəbdən, icra edilməmiş öhdəliyə görə iddia müddətinin keçməsi əsası ilə öhdəliyin xitamı və bu barədə vahid məlumat bazasında informasiyanın yerləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qanuni və əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının (iddiaçı, cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxs və s.) lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır və təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “kredit müqaviləsi üzrə qalıq borcun kredit reyestrindən silinməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar