Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3846/2025 09.09.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona borclu olduğu 4300 manat pulun ondan alınıb iddiaçıya ödənməsi barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o Cavabdeh ilə 2014-cü il noyabr ayında 6 mkr bazarında X1 vasitəsilə tanış olmuşdur. Həmin vaxtı bilmişdir ki, Cavabdeh onun da çalışdığı 6 mkr bazarında yerləşən sexdə mebel istehsalı ilə məşğuldur. Həmin vaxtı Q.Abbasova iddiaçıya deyib ki, Həmid etibarlı adamdır və xahiş edib ki, Həmidə borc pul versin. Q.Abbasova iddiaçıdan 4300 (dörd min üç yüz) manat pulu alıb Həmidə verib və hər ikisi ona deyiblər ki, narahat olma, borc pul üç ay ərzində sənə qaytarılacaqdır. Cavabdeh iddiaçıdan aldığı borc pulu 3 ay ərzində qaytarmağa söz versə də müxtəlif bəhanələr gətirərək illərlə həmin pulu ona qaytarmayıb. Cavabdeh 2020-cı ilədək iddiaçının da çalışdığı 6 mkr bazarında sexdə işləsə də 6 il keçməsinə baxmayaraq ondan borc aldığı pulu qaytarmaqdan yayınmışdır. İddiaçı pandemiya vaxtı Cavabdeh bir müddət tapa bilməmiş və polis orqanlarına müraciət etmişdir. Polis orqanlarının köməyilə onun Zirə qəsəbəsində işlədiyini öyrənmişdir. Cavabdeh iddiaçıya olan borcunu aradan çox vaxt keçməsindən istifadə edərək qaytarmaqdan imtina etdi. Sonuncu dəfə iddiaçı Q.Abbasova ilə Cavabdeh işlədiyi və Badam qəsəbəsində olan mebel sexinə gedib onunla görüşüb borcunu qaytarmağı tələb etmişdir. Bu görüş 2024-cü il fevral ayında oldu və Cavabdeh iddiaçıya oğlu Turalın yanında borcu verməyəcəyini dedi. Sonuncu dəfə 2024-cü il mart ayında iddiaçı Cavabdehla görüşmüş, Cavabdeh son dəfə borcu qaytarmağacağını bildirmişdir. Mübahisə olduğu üçün isə məhkəmədə baxılmalıdır. Daha sonra, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə elektron qaydada iddia ərizəsinə etiraz təqdim edərək İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinin iddia müddətini tətbiq edərək rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 4.300 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 2014-cü il noyabr ayında 6 mkr bazarında X1 vasitəsilə tanış olmuşdur. Q.Abbasova həmidin etibarlı adam olduğunu və Həmidə borc pul verməsini xahiş etmişdir. Q.Abbasova ondan 4300 manat pulu alıb Həmidə vermiş və hər ikisi ona borcun 3 ay ərzində qaytarılacağını bildirmişlər. Cavabdeh borc pulu 3 ay ərzində qaytaracağını söz versə müxtəlif bəhanələr gətirərək pulu ona qaytarmamışdır. 6 il keçməsinə baxmayaraq borc qaytarılmamışdır. Lakin iddia ərizəsinə hər hansı bir sübut təqdim edilməmişdir. Ümumiyyətlə isə cavabdeh bildirir ki, həmin şəxslə aralarında heç vaxt borc və ya sair müqavilə və ya danışıq üzrə pul alış-verişi olmamışdır. İddiaçının belə bir tələb irəli sürməsinin səbəbləri ona məlum deyildir. Hesab edilir ki, iddia ərizəsi əsassız olmaqla yanaşı iddia müddəti ötürülməklə verdiyi üçün də rədd olunmalıdır. Belə ki, iddiaçı özü iddia ərizəsində və məhkəmədə verdiyi izahatında qeyd edir ki, guya cavabdehə 4.300 manat pulu 2014-cü ildə vermiş, guya cavabdeh həmin pulu 3 ay müddətinə qaytaracağını vəd etmişdir. Halbuki belə hal olmamışdır. İddiaçı isə məhkəməyə müvafiq iddia ərizəsi ilə 2024-cü ildə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasda iştirak edən tərəfin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan X2 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli yazılı izahata əsasən X2 qeyd edir ki, İddiaçı Cavabdeh qarşı iddia tələbi tam əsaslıdır. Belə ki, 2014-cü ilin noyabr ayında o Elçini Həmidlə tanış etmişdir. Elçin əvvəllər Həmidi tanımayıb. X2 ondan xahiş etmişdir ki, Həmidə borc versin, Həmid etibarlı adamdır və 3 aya borcu qaytaracaqdır. Elçin də ona inanıb yanında Cavabdeh 4300 (dörd min üç yüz) manat borc verib. Lakin Həmid müxtəlif bəhanələrlə illərlə Elçini aldadıb və onun pulunu qaytarmayıb. Sonuncu dəfə o Elçinlə 2024-cü il mart ayında Həmidlə görüşüb. Həmidə Elçinin pulunu qaytarmağını xahiş etmişdir. Həmid isə deyib ki, Elçinə borcu yoxdur. Nəticədə Həmid onu da, Elçini aldatdı və aldığı borc pulu qaytarmadı. Elçinin tələbi doğrudur, ona görə də Elçinin 4300 (dörd min üç yüz) manat borc pulu ona məhkəmə qaydasında qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı öz iddia tələbində 2014cü il noyabr ayında Cavabdeh 4300 manat borc verdiyini və cavabdehin indiyə qədər borcu qaytarmadığını iddia edir. Mülki Məcəllənin 740.2-ci maddəsinin tələbinə uyğun olaraq tərəflər arasında 4300 manat pulun borca verilməsinə dair hər hansı yazılı müqavilə bağlanmamışdır. Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Bundan başqa, iddiaçı mübahisə ilə bağlı izahat yazan X1 şahid qisminə məhkəmə iclasında dindirilməsi üçün məhkəməyə vəsatət verməmiş, həmin şəxslər məhkəmə tərəfindən şahid qismində dindirilməmişdir. Ona görə də həmin şəxsin izahatı məhkəmə tərəfindən sübut kimi qəbul edilmir. Azərbaycan Respublikası Mülki prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Göründüyü kimi, qanunvericilik sübutetmə yükünü iddiaçının üzərinə qoymuşdur. Qanunvericilyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə həmçinin qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənanətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Lakin İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4300 manat məbləğində pulun tutulmasını xahiş etsə də, iddia ərizəsində qeyd edilən faktları, yəni Cavabdeh onun 4300 manat məbləğində vəsaitini mənimsədiyini, qaytarmadığını təsdiq edəcək heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Qanunvericiliyə əsasən işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, iddiaçının iddiası əsassızdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, İddiaçı isə belə bir mötəbər sübutun olmasını təsdiq edən yazılı sənədləri məhkəməyə təqdim edə bilməmiş, yəni sübutetmə vəzifəsini yerinə yetirməmişdir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iddia tələbinin əsassız olması səbəbindən rədd edilməli olması qənaətinə gəldiyindən prosessual qənaət prinsipini nəzərə almaqla cavabdehin nümayəndəsi və vəkilinin iddia müddətinin tətbiqinə dair ərizəsinə münasibət bildirmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu ona aid olunmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 227və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-3846/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3846/2025
09.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver