Məhkəmə qərarları › İş №2(004)-3863/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3863/2020

10.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3863/2020 10.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Orucova Nərmin Nəriman qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Məhmməd oğlu Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, xx xxxxx 2020-ci il tarixli kredit müqaviləsi üzrə 5000 (beş min) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməsi və borcun ödənilməsinin cavabdehin əmlakına və ya digər pul vasitələrinə yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi X2 iddia tələbini müdafiə edərək bildirir ki, İddiaçı Cavabdeh ilə xx xxxxx 2020-ci il tarixdə 36 saylı Notariat ofisində 3M-60 saylı kredit müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən, iddiaçı cavabdehə 5.000 manat məbləğində borc pul verilməsini, cavabdeh isə xx xxx 2020-ci il tarixə qədər həmin krediti qaytarmağı öhdələrinə götürmüşdür. Lakin cavabdeh öz öhdəliyini icra etməmişdir və müqavilədə qeyd edilən müddətdə borcu qaytarmamışdır. Borclu telefonla vasitsilə əlaqə yaradılan zaman məlum olmuşdur ki, o, işdən çıxdığına görə borcunu vaxtında ödəyə bilməmişdir. İddiaçı tərəfindən borcluya bildirilmişdir ki, müqavilə ilə qeyd olunmuş müddətdə borc qaytarılmadıqda borc üzrə tələb icraya yönəldiləcəkdir. Bakı şəhəri 19 saylı Notariat ofisinin notariusu Hafiz Hacızadə tərəfindən Yasamal rayon İcra və probasiya şöbəsinə xx xxxx 2020-ci il tarixli № 256 məktubla icra qeydi ilə ona əlavə edilmiş sənədlər göndərilmişdir, lakin borc ödənilmədiyindən məhkəməyə müraciət edilməli oldu. İddianın təmin olunmasını xahiş edir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, iddiaçının nümayəndəsinin izahatını dinləyib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı Məhmməd oğlu ilə Cavabdeh arasında notarial qaydada bağlanılmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı Cavabdeh xx.xx.2020-ci il tarixədək ödənilməsi şərti ilə faizsiz olaraq 5000 manat məbləğində pul borc vermişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri 19 saylı Notariat Ofisi tərəfindən Yasamal rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli icra qeydinə əsasən, Bakı şəhəri 19 saylı Notariat Ofisinin xüsusi notariusu X5 xx xxxxx 2020-ci il tarixli kredit müqaviləsi üzrə 5000 manat məbləğində pul İddiaçı xeyrinə Cavabdeh tutulması və Cavabdeh tələbkar tərəfindən ödənilmiş 20 manat dövlət rüsumunun tutulmasını təklif edir. Beləliklə, işin mübahisəsiz halıdır ki, İddiaçı ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmış, İddiaçı müqavilə üzrə öz öhdəliyini yerinə yetirərək cavabdehə 5000 manat məbləğində borc vermiş, lakin Cavabdeh öz öhdəliklərini yerinə yetirməyərək müqavilənin şərtlərini pozaraq borcunu vaxtında qaytarmamışdır. Məhkəmə hesab edir ki, iddia borcun tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə qeyd edir ki, iddia tələbi borcun ödənilməsinin cavabdehin əmlakına və ya pulun yönəldilməsi hissəsində təmin edilə bilməz. Çünki həmin tədbirlər borcun ödənilməsi barədə qanun güvvəsini almış qətnamənin icra edilməsi mərhələsində görülməli olan tədbirlərdir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, 5000 manat məbləğində pul İddiaçı Məhmməd oğluna Cavabdeh tutularaq ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, iddia tələbi əsas hissədə təmin olunduğuna görə ödənilmiş dövlət rüsumun əvəzi olan 30 (otuz) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx xxxxx 2020-ci il tarixli kredit müqaviləsi üzrə 5000 (beş min) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar