Məhkəmə qərarları › İş №2(004)-3866/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3866/2021

14.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3866/2021 14.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X3 qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin (İddiaçı İKB ASC) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması tələbinə dair” mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Kreditor İddiaçı İKB ərizə ilə məhkəməyə müraciət edərək, borclular Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 özünün xeyrinə 8534 ABŞ dolları əsas, 2358 ABŞ dolları faiz borcu və dövlət rüsumu olaraq ödənilmiş 20 manat məbləğində vəsaitin tutulması baradə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 20.10.2015-ci il tarixli, 2(004)-11334/2015 saylı məhkəmə əmri ilə ərizə təmin edilmişdir. Borclu Cavabdeh1 etirazı təmin edilərək, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 20.10.2015-ci il tarixli, 2(004)-11334/2015 saylı məhkəmə əmri ləğv edilmiş və işə mahiyyəti üzrə yenidən ümumi iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia ərizəsinə əlavə və yeni maliyyə arayışı təqdim edərək, cavabdehlərdən müştərək qaydada "xxxx" ASC-nin xeyrinə 01.12.2014-cü il tarixli kredit müqaviləsi üzrə banka 6838,42 ABŞ dolları əsas, 3194,07 ABŞ dolları faiz, 5392.36 ABŞ dolları cərimə, kredit müqaviləsi üzrə 01.12.2016-cı il tarixdən 31.08.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1006,25 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 16431,10 ABŞ dolları borcun və 20 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iddia tələbini qəbul etməyərək bildirdi ki, onun təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və işə onu iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, gəlməyən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 429.1.3., 442, 467, 739.1, 739.2-ci maddələrinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Miilki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh olunmasına dair” 24.12.2014-cü il tarixli Qərarının tələblərini rəhbər tutaraq, məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, Cavabdeh1 ilə İddiaçı İKB ASC arasında bağlanılmış 01.12.2014-cü il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən borc alana illik 28 faiz ödənilməsi şərti ilə 24 ay müddətinə 10000 ABŞ dolları məbləğində kredit vermişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh2 və Cavabdeh3 01.12.2014-cü il tarixli zaminlik müqavilələri əsasında kredit müqaviləsinin borclu tərəfindən icra edilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmuşdürlər. İş materiallarına əlavə edilmiş 31.08.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 banka borcu 6838,42 ABŞ dolları əsas, 3194,07 ABŞ dolları faiz, 5392.36 ABŞ dolları cərimə, kredit müqaviləsi üzrə 01.12.2016-cı il tarixdən 31.08.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1006,25 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 16431,10 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş 22.11.2019-cu il tarixli çıxarışın surətindən görünür ki, İddiaçı İKB ASC-nin adı "xxxx" ASC adına dəyişdirilmişdir. Göründüyü kimi, iddiaçı müvafiq müqavilə üzrə öhdəliklərini yerinə yetirdiyi halda, kredit alanın hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. AR Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Habelə, Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə görə Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı və qanuni olduğundan qismən təmin edilməli, cavabdehlərdən müştərək qaydada 6838,42 ABŞ dolları əsas, 3194,07 ABŞ dolları faiz, 600 ABŞ dolları cərimə, kredit müqaviləsi üzrə 01.12.2016-cı il tarixdən 31.08.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1006,25 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 11638,74 ABŞ dolları məbləğində borc (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq manatla) və 20 manat məbləğində dövlət rüsumu bankın xeyrinə tutulmalıdır. Habelə, məhkəmə AR Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunun azaldılmasını məqbul saymışdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 6838,42 ABŞ dolları əsas, 3194,07 ABŞ dolları faiz, 600 ABŞ dolları cərimə, kredit müqaviləsi üzrə 01.12.2016-cı il tarixdən 31.08.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1006,25 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 11638,74 (on bir min altı yüz otuz səkkiz dollar 74 sent) ABŞ dolları məbləğində borc (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq manatla) və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu tutularaq, iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar